Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-33/2021 15.12.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlunun (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlunun və Abbasov Fərman Məmməd oğlunun heyətində, Nəcəfova Taliyə Tofiq qızının katibliyi, Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 aprel 2021-ci il tarixli, 488 nömrəli qərarının ləğv olunması”tələbinə dair Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(122)-136/2021 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən veri lmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 aprel 2021-ci il tarixli, 488 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, işə birinci instansiya məhkəməsində baxılması zamanı iddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək buraxılmış iddia müddətinin üzrlü hesab olunaraq bərpa olunmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 21(122)-136/2021 nömrəli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə buraxılmış iddia müddətinin üzrlü hesab olunmaqla bərpa olunması barədə ərizəsi tə min edilməmiş, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 aprel 2021-ci il tarixli, 488 nömrəli qərarının ləğv olunması”tələbinə dair iddiası mümkün sayılmamış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Qərarla razılaşmayan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(122)136/2021 nömrəli qərardadının ləğv olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi 04 noyabr 2021-ci il tarixdə N axçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi X4 17 aprel 2021-ci il tarixli, 16/488 saylı Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərarından verdiyi şikayətə baxmış, şikayəti mümkün saymamışdır. Məhkəmənin qərarı ona rəsmi qaydada 11 noyabr 2021-ci il tarixdə verilmişdir. Məhkəmə ərizənin mümkün sayılmamasını onunla əsaslandırmışdır ki, mübahisləndirilən qərar iddiaçı tərəfə 17 aprel 2021-ci il tarixdən məlum olmuş, qərar barədə iddiaçının məlumatı olsa da məlum olduğu vaxtdan 1 ay ərzində məhkəməyə müraciət etməmiş və prosessual müddət buraxılmışdır. Oba X2 Məcəlləsinə əsasən qərar qəbul edildikdən sonra Naxçıvan Muxtar Respublikasının ərazisindən dərhal kənarlaşdırılmışdır. Onun real zaman çərçivəsində bir ay müddətində respublika ərazisinə gəl mək və məhkəmədə iddia qaldırmaq imkanı olmamışdır. O, yalnız məhkəmə proseslərinə miqrasiya xidmətinin əməkdaşları tərəfindən X3rşılanmaqla gətirilmiş və geri qaytarılmışdır. Bundan başqa onun vəkillə müqavilə bağlamaq və onun hüquqi yardımından istifadə etmək imkanı olmamışdır. Məhz bu səbəbdən də qanunla nəzərdə tutulan müddəti üzrlü səbəbdən buraxmışdır. İddiaçı deportasiya olunmuş və Naxçıvanda yaşamır. Belə olan halda o necə bir ay müddətində məhkəməyə müraciət edə bilərdi? Həmçinin Naxçıvana gəlmək və hansı qaydada iddia qaldırmaq imkanı olardı? Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 aprel 2021-ci il tarixli, 488 saylı qərarı ilə İddiaçı beş il müddətinə Azərbaycan Respublikasının hüdudlarıdan kənara çıxması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Miq rasiya Məcəlləsinin 79.1.1-ci və 79.2-ci maddələrinə istinad olunmuşdur. Həmin maddələrə əsasən onun üç ay ərzində respublika ərazisində olmamasına istinad olunmuşdur ki, iddiaçı həmin müddət İran İslam Respublikasında müalicə olunmuşdur. Həmçinin, o, 2003-cü ildə Naxçıvan vətəndaşı ilə ailə həyatı qurmuş, Naxçıvan şəhərində yetkinlik yaşına çatmayan üç övladı, birgə nikah dövründə qazanılmış yaşayış evi və avtomobili vardır. Onun ölkə ərazisində olmaması onların yaşayışına, təhsillərinə və keçirdikləri həyat tərzlərinə mənfi təsir göstərəcəkdir. Bundan başqa azyaşlı Fahri atasının himayəsinə verilmiş və haliyədə tənha yaşayır. Şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 78 və 79-cu maddələrinə istinad olunmuşdur. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı və onun nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, kollegiya Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X9 şikayəti qəbul etmədiyini, şikayətin dəlilləri ilə razı olmadığını bildirib Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(122)-136/2021 qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasın da mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiya məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Kollegiya şikayətin dəlillərini, cavabdehin nümayəndəsinin izahatını inzibati mübahisəyə dair işin materialları ilə əlaqəli şəkildə yoxlayıb onlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şikayətin Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rə isi X4 17 aprel 2021-ci il tarixli, 16/488 saylı Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərarından verdiyi şikayətə baxması, şikayəti mümkün saymaması, məhkəmənin qərarının ona rəsmi qaydada 11 noyabr 2021-ci il tarixdə verilməsi, məhkəmənin ərizənin mümkün sayılmamasını mübahisləndirilən qərarın iddiaçı tərəfə 17 aprel 2021-ci il tarixdən məlum olması, qərar barədə iddiaçının məlumatı olsa da məlum olduğu vaxtdan 1 ay ərzində məhkəməyə müraciət etməməsi və prosessual müddətin buraxılması ilə əsaslandırması, İddiaçı Miqrasiya Məcəlləsinə əsasən qərar qəbul edildikdən sonra Naxçıvan Muxtar Respublikasının ərazisindən dərhal kənarlaşdırılması, onun real zaman çərçivəsində bir ay müddətində respublika ərazisinə gəlmək və məhkəmədə iddia qaldırmaq imkanı olmaması, onu n yalnız məhkəmə proseslərinə miqrasiya xidmətinin əməkdaşları tərəfindən X3rşılanmaqla gətirilməsi və geri qaytarılması, bundan başqa onun vəkillə müqavilə bağlamaq və onun hüquqi yardımından istifadə etmək imkanı olmaması, məhz bu səbəbdən də qanunla nəzərdə tutulan müddəti üzrlü səbəbdən buraxması, İddiaçı deportasiya olunması və Naxçıvanda yaşamaması, belə olan halda onun necə bir ay müddətində məhkəməyə müraciət edə biləcəyi, həmçinin Naxçıvana gəlmək və hansı qaydada iddia qaldırmaq imkanı ola biləcəyi kimi dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, həmin dəlillər əsassızdır. Kollegiya şikayətin yuxarıda göstərilən dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 aprel 2021-ci il tarixli, 488 nömrəli qərarının ləğv olunması nı tələb etmişdir. Göründüyü kimi iddia mübahisələndirmə haqqında iddiadır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında tövsiyə edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti za manı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1). İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyə t kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar ( 2.3). Həmin Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə ko mpensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə mübahisələndirmə h aqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Kollegiya həmçinin qeyd edir ki, iş materiallarından (Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01.06.2021-ci il tarixli, 2-1(122)-106/2021 nömrəli qərarının surətindən) görünür ki, iddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 aprel 2021-ci il tarixli, 16/488 nömrəli qərarının mübahisələndirilməsi barədə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində qanunvericiliklə müəyyən olunmuş müddət daxilində iddia qaldırmış, lakin iddia Azərbaycan Respublikası İPM-in tələblərinə uyğun olmamış, bu barədə iddiaçıya məhkəmə tərəfindən 18 may 2021-ci il t arixli, 2-1(122)106/2021 nömrəli məktub ünvanlanaraq ərizəsinin Azərbaycan Respublikası İPM-in 46-cı maddəsinin tələblərinə uyğun olmaması bildirilmiş, şikyətçiyə ərizədə yol verilən formal xətaların aradan qaldırılaraq qanunvericiliyin tələbinə uyğun iddia ərizəsinin 01 iyun 2021-ci il tarixədək məhkəməyə təqdim edilməsi təklif olumuşdur. Məhkəmənin məktubu 21 may 2021ci il tarixdə iddiaçı tərəfindən rəsmi qaydada alınmış, lakin yol verilən nöqsanlar aradan qaldırılmadığından iddia mümkünsüz sayılmışdır. Eyni zamanda iş materiallarına əlavə olunmuş, iddiaçı tərəfindən vəkil Nümayəndə verilmiş nümayəndənin iddia ərizəsini imzalamaq səlahiyyəti də nəzərdə tutulmuş etibarnamədən (“Elektron notariat” X1 çıxarış) məlum olur ki, etibarnamə 29 mart 2021-ci il tarixdə verilmiş və 29 mart 2031-ci il tarixinə qədər etibarlıdır. Hazırki iş üzrə iddia ərizəsi, iddia ərizəsindəki qeydə əsasən 18 iyun 2021-ci il tarixdə imzalanmaqla, 21 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Buraxılmış iddia müddətinin üzrlü hesab olunmaqla bərpa olunması barədə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi, ərizədəki qeydə əsasən 13 oktyabr 2021-ci il tarixdə imzalanmaqla, 18 oktyabr 2021-ci il tarixində birinci instansiya məhkəməsinə daxil olmuşdur. İş materiallarından məlum olur ki, ləğv olunması tələb olunan inzibati akt 17 aprel 2021-ci il tarixdə qəbul olunmuş və həmin vaxtdan da iddiaçının müvafiq inzibati aktdan xəbəri olmuşdur. Göstərilən hallardan da aydın olur ki, iddiaçı Naxçıvan Muxtar Respublikası Miqrasiya Xidmətinin qərarını qanunvericiliklə müəyyən olunmuş müddət daxilində müba hisələndirmək imkanına malik olmuşdur. Göründüyü kimi, iş üzrə iddiaçı ləğv olunmasını tələb etdiyi inzibati aktın ləğv olunması tələbini ehtiva edən hazırki iş üzrə iddia ərizəsini qanunvericilikdə nəzərdə tutulmuş 30 gün müddətində deyil, həmin müddət keçdikdən sonra məhkəməyə təqdim etmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyənləşdirilən müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandıra bilməmişdir. Ona görə də müəyyənləşdirilmiş prosessual müddət keçdikdən sonra verilən hazırki iş üzrə iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosess ual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Şikayətdə həmçinin qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 aprel 2021-ci il tarixli, 488 saylı qərarı ilə İddiaçı beş il müddətinə Azərbaycan Respublikasının hüdudlarıdan kənara çıxması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 79.1.1-ci və 79.2-ci maddələrinə istinad olunmuşdur. Həmin maddələrə əsasən onun üç ay ərzində respublika ərazisində olmamasına istinad olunmuşdur ki, iddiaçı həmin müddət İran İslam Respublikasında müalicə olunmuşdur. Həmçinin, o, 2003-cü ildə Naxçıvan vətəndaşı ilə ailə həyatı qurmuş, Naxçıvan şəhərində yetkinlik yaşına çatmayan üç övladı, birgə nikah dövründə qazanılmış yaşayış evi və avtomobili vardır. Onun ölkə ərazisində olmaması onların yaşayışına, təhsillərinə və keçirdikləri həyat tərzlərinə mənfi təsir göstərəcəkdir. Bundan başqa azyaşlı Fahri atasının himayəsinə verilmiş və haliyədə tənha yaşayır. Kollegiya həmin dəlillərə hüquqi qiymət vermir. Belə ki, göstərilən dəlillər iddiaçı barəsində çıxarılmış Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 aprel 2021-ci il tarixli, 16/488 nömrəli qərarının mahiyyəti ilə əlaqədar olmaqla, kollegiya həmin iddianın mümkün hesab olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin qərarının əsaslılığını yoxlayır. Odur ki, iddianın mümkünlüyü ilə bağlı məsələnin mahiyyətindən kənar olan (birbaşa iddianın mahiyyəti ilə bağlı) olan həmin dəlillərə hüquqi qiymət verilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, şikayətdə göstərilmiş dəlillər qərardadın ləğvi üçün əsas təşkil etmir və bu səbəbdən şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(122)-136/2021 nömrəli qərardadı dəyişdirilmədən saхlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İPM-in 80, 89, 90, 94.1-ci maddələrini rəhbər tutaraq kоllegiya qərar v e r d i: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 21(122)-136/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-33/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-33/2021
15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver