Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-33/2022 21.09.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “012594 saylı pensiya işi üzrə pensiyanın ləğv edilməsi barədə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 20 dekabr 2021-ci il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın əsassız dayandırıldığı 01 yanvar 2022-ci il tarixdən bərpa edilməsi tələbi”nə dair inzibati m übahisə üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2-1(122)-91/2022 nömrəli qərarından cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2-1(122)91/2022 nömrəli qərarı ilə iddia təmin edilərək 012594 saylı pensiya işi üzrə pensiyanın ləğv edilməsi barədə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 20 dekabr 2021-ci il tarixli, 19 nömrəli qərarı ləğv edilmiş, İddiaçı təyin edilmiş pensiyanın əsassız dayandırıldığı 01 yanvar 2022-ci il tarixdən bərpa edilməsi qərara alınmı şdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2021-ci il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 31 mart 2022-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı iddia qaldırdığını, cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin əsl cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi ilə əvəz edilməsinə heç bir etirazının olmadığını bildirərək 31 mart 2022-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2-1(122)91/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2021-ci il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair inzibati iş üzrə cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin əsl cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi ilə əvəz edilməsi qərara alınmışdır. 08 iyu n 2022-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında İddiaçı iddia tələbini dəqiqləşdirərək hazırkı iddia tələbinin “012594 saylı pensiya işi üzrə pensiyanın ləğv edilməsi barədə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 20 dekabr 2021-ci il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın əsassız dayandırıldığı 01 yanvar 2022-ci il tarixdən bərpa edilməsi” tələbi olduğunu bildirərək, 08 iyun 2022-ci il tarixli ərizəsini məhkəməyə təqdim edərək işə həmin tələb üzrə baxılmasını xahiş etmişdir. Məhkəmənin 08 iyun 2022-ci il tarixli, 2-1(122)-91/2022 nömrəli qərardadı ilə İddiaçı ərizəsi təmin edilərək, iddia tələbi qeyd olunan formada icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respubli kası İnzibati Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2-1(122)91/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qərarından narazı qalan cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2-1(122)-91/2022 nömrəli qərarının ləğv edilməsini və 012594 saylı pensiya işi üzrə pensiyanın ləğv edilməsi barədə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 20 dekabr 2021-ci il tarixli, 19 nömrəli qərarının qüvvədə qalmasını xahiş etmişdir. Cavabd eh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı qaldırdığı iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, X4 şöbəsi tərəfindən Culfa rayon şöbəsində pensiya təyinatının qanunvericiliyə uyğunluğunun yoxlanılması zamanı məlum olmuşdur ki, xx xxxxxxx 1961-ci il tarixdə anadan olmuş, Culfa rayon, Xanağa kəndində yaşayan İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 25 yanvar 2019-cu il tarixli, 08 nömrəli qərarı ilə, 07 oktyabr 2018-ci il tarixdən “Əmək pensiyaları haqqınd a” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 178,60 manat məbləğində əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa 01 iyul 2017-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra bu Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik old uqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmənin “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi barədə qərarda göstərdiyi əsaslara münasibətdə qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsi göstərilmişdir. Əvvəllər qüvvədə olmuş “Vətənd aşların pensiya təminatı haqqında Azərbaycan Respublikası Qanununun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 01 yanvar 2006-cı il tarixinədək, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minməsinə qədər, güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq 3 şərtə riayət edilməklə yaranır: iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması, iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması və iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli, 320 nömrəli, qərarında göstərilməsi. 1993-cü il yanvarın 1-dən 2006-cı il yanvarın 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin 2 nömrəli Siyahısı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya o şərtlə təyin oluna bilər kı, həmin Siyahı üzrə çalışan kişilər 55 yaşına çatmış olsunlar və azı 25 il iş stajı olmaqla bu müddətin azı 12 il 6 ayını, qadınlar isə 50 yaşına çatmış olsunlar və azı 20 il iş staj olmaqla bu müddətin azı 10 ilini həmin işlərdə çalışmış olsunlar. Qanunun 13cü maddəsinə 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanu nla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə görə, “bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir” müddəası bir neçə məsələni özündə ehtiva edir. İlk növbədə yalnız bu Qanunun 9-cu maddəsində göstərilən işlər nəzərdə tutulur. İkincisi, Qanun qüvvəyə minənədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı ola insanlara tətbiq olunduğunu göstərir. Üçüncüsü, 9.8-ci maddənin tə tbiq dairəsi altına düşən şəxslərin yaşına və stajına tələblər artıq əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun müəyyən edilir. Qanunun 9.8-ci maddəsi ilə əlaqədar ən önəmli məqam “pensiyalar və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir” müddəasıdır. Maddə yalnız yaşa və staja dair tələbləri əhatə edir. Maddənin əvvəlində mövcud qanunvericiliyə görə güzəştli pensiya hüququ verən işlər və müvafiq olaraq yaş və staj tələbləri qeyd olunmuşdur. Əgər Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək şəxs güzəştli pensiya hüququ verən yerdə qanunvericiliklə müəyyən edilmiş tam staja yiyələnmişdirsə, ona nisbətdə pensiya yaşı və tələb olunan staj əvvəl qüvvədə olmuş qanunvericiliyə əsasən müəyyən edilir. Y aşa və staja görə tələblər dedikdə, güzəştli şərtlərlə pensiya hüququ verən minimum yaş və minimum staj başa düşülür. Qeyd edilməlidir ki, iddiaçı xx xxxxxxx 1961-ci il təvəllüdlüdür və 57 yaşını 07 oktyabr 2018-ci il tarixdə tamamlamışdır. Deməli, iddiaçıya münasibətdə Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 2017-ci 1 iyul tarixdən sonra qüvvədə olan redaksiyasının tələbləri tətbiq edilməlidir. Həmin tələblərdən biri də, pensiya kapitalıdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa 01 iyul 2017-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini də nə zərə almaq lazımdır. Həmin şərtə əməl olunmadığı halda Qanunun 9.8-ci maddəsinə əsasən yaşa görə pensiya təyin olunmasına yol verilmir. İddiaçı xx xxxxxxx 1961-ci il tarixdə anadan olmuş, 1976-cı il tarixdən əmək fəaliyyətinə başlamış, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçdikdən sonra xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Culfa rayon Taun əleyhinə məntəqədə dezinfektor, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək ocaqçı, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək Naxçıvan Maarif Nazirliyinin təsərrüfat hesablı təmir-tikinti sahəsində 3-cü dərəcəli fəhlə, xx.xx.1983-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Culfa rayon Taun əleyhinə məntəqədə dezinfektor, xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək X7 Kontorunda 3-cü dərəcəli çilingər vəzifələrində işləmişdir. Beləliklə, iddiaçının əmək kitabçasındakı qeydlərə və təqdim edilmiş arayışlara əsasən onun 2006-cı il yanvar ayının 1-dək 30 il 4 ay 5 gün ümumi, 24 il 3 ay xüsusi iş stajı vardır. İddiaçının 01 yanvar 2006-cı il tarixədək olan 30 il 4 ay 5 gün sığorta stajına əsasən formalaşan pensiya kapitalı 21278,06 manat, 01 yanvar 2006-cı il tarixdən 01 oktyabr 2018-ci il tarixədək isə 1868,74 manat olmaqla, cəmi 23133,80 manat məbləğində pensiya kapitalı olmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının hesablanması aşağıdakı qaydada aparılmışdır: 01 yanvar 2006-cı il tarixədək (30 x 306 x 2.2924 (xx.xx.2018-ci il indeksi) + (4 x (306/12) x 2.2924 ( xx.xx.2018-ci il indeksi) = 21278,06 manat olmuşdur. 01 yan var 2006-cı il tarixdən 10 oktyabr 2018-ci il tarixədək isə 1855,74 manat olmaqla cəmi ( 21278,06 + 1855,74) = 23133,80 manat məbləğində pensiya kapitalı müəyyən edilmişdir. 64 yaş (2018-ci ilin oktyabr ayında Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) 57 yaş (güzəştli şərtlərlə yaş həddi) = 84 ay (yaşlar arasındakı ay fərqi) + 144 ay (gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı) = 228 ay (gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı); pensiya kapitalı 23133,80:228=101,46 ˂116,27 (2018-ci ilin oktyabr ayı üçün əmək pensiyasının minimum məbləği). Beləliklə, pensiya kapitalının aşağı həddi iddiaçıya münasibətdə (116,27 x 228)=26509,56 manat təşkil etməli olduğu halda, onun fərdi hesabının sığorta hissəsində 23133,80 manat pensiya kapitalı qeydə alınmışdır. Qeyd edək ki, pensiyanın minimum məbləği xx.xx.2017-ci il tarixdən 110,0 manat, xx.xx.2018-ci il tarixdən 116,27 manat, xx.xx.2019-cu il tarixdən 119,76 manat, xx.xx.2019-cu il tarixdən 160,0 manat, xx.xx.2019-cu il tarixdən 200,0 manat, xx.xx.2022-ci il tarixdən 240,0 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 26509.56 manat təşkil etməli olsa da, onun qeydə alınmış pensiya kapitalı 3375,76 manat fərq ilə 23133,80 manat təşkil etmişdir. Bu hal isə birmənalı ona əsas verir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərdən biri ödənilməmişdir. Beləliklə, iddiaçıya əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından, iddiaçının tələbi əsassızdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının işləmiş olduğu müəssisə tərəfindən belə bir arayış təqdim edilməmişdir. Azərbaycan Respublika sı Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının digər məhkəmələrinə 28 noyabr 2020-ci il tarixli məktub göndərilərək tövsiyə edilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Qeyd edək ki, 2017-ci ilin iyulun 1-dən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə müddəası Qanunvericilik hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzala naraq qüvvəyə minmişdir. Təəssüflər olsun ki, yeni normanın tələbinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı tələb olunduğu halda dövlətin digər hakimiyyət orqanı olan Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi tərəfindən Qanunun bu müddəaları nəzərə alınmadan, qanunvericiliyin tələblərinə zidd qərar qəbul edilmişdir. Yuxarı Məhkəmə hakimiyyəti orqanı olaraq, bu uyğunsuzluğun aradan qaldırılması üçün Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-91/2022 nömrəli qərarı ləğv edilsin. Birinci instansiya məhkəməsinin qərarı ləğv olunmadığı təqdirdə, o zaman Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasından vətəndaşa güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün onun çatışmayan pensiya kapitalının minimum pe nsiya məbləğinə çatdırılması üçün hesablama qaydasını qərarda göstərilməsi xahiş olunur. Diqqətə çatdırılır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Azərbaycan Respublikası Qanununda “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində dəyişiklik edilərək, müəyyən edilmiş xüsusi stajı toplamış şəxslərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bu şərtlər isə bunlardır: Şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə və ya azı 25 il sığorta stajı olduqda pensiya hüququ yaranır. Göründüyü kimi yeni dəyişikliklərdən sonra 2022-ci il iyulun 1-dən İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranır. Qanunvericiliyə əsasən İddiaçı 2022-ci il iyulun 1-dən əmək pensiyasının təyin edilməsi mümkündür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliklər bir daha Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin qanuna əsaslanmayan düzgün qərar qəbul etməməsini ortaya çıxarır. Verilmiş şikayətdə həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinə, 129-cu maddəsinin 3-cü hissəsinə, 149-cu maddəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə istinad olunmuşdur. Şikayətə qarşı etiraz daxil olmamışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin müdiri Orxan Rzayev kollegiyaya göndərdiyi 16 sentyabr 2022-ci il tarixli ərizəsində icraatda olan işin apellyasiya qaydasında şifahi məhkəmə baxışının Fondun Culfa rayon şöbəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı iclasının cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Kollegiyada şifahi məhkəmə baxışı iclasındakı izahatında iş üzrə İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2-1(122)-91/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanı lmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında id dia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İPM-in 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtər əfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual q aydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Cavabdeh apellyasiya şikayətini vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) vermişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2-ci maddəsi). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instan siya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iş üzrə cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi Orxan Rzayevin apellyasiya şikayətində göstərdiyi dəlillərini iş materialları və kollegiyada tədqiq edilmiş sübutlarla əhatəli şəkildə yoxlayaraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarına əlavə edilmiş: - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1961-ci il tarixdə Culfa rayonu, Xanağa kəndində doğulmuşdur. - 03 may 1983-cü il tarixli, əmək kitabçasının surə tindən görünür ki, İddiaçı Culfa rayon taun əleyhinə məntəqədə xx.xx.1982-xx.xx.1982-ci illərdə dezinfektor, 02.10 1982xx.xx.1983-cü illərdə ocaqçı, Naxçıvan Maarif Nazirliyinin təsərrüfat hesablı təmir-tikinti sahəsində xx.xx.1983-xx.xx.1983-cü illərdə 3-cü dərəcəli fəhlə, Culfa rayon taun əleyhinə məntəqədə xx.xx.1983-xx.xx.1995-ci illərdə dezinfektor, X7 Kontorunda xx.xx.1995xx.xx.1999-cu illərdə 3-cü dərəcəli çilingər vəzifələrində işləmişdir. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 20 dekabr 2021-ci il tarixli, 19 nömrəli qərarının surətindən görünür ki, vətəndaş İddiaçı xx.xx.2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsin də qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğinə çatmadığı üçün İddiaçı yaşa görə güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının ləğv edilməsi qərara alınmışdır. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən məhkəməyə ünvanlanan 19 may 2022-ci il tarixli, 06/182 nömrəli məktubdan görünür ki, vətəndaş İddiaçı 01 yanvar 2006-cı il tarixədək olan 30 il 4 ay 5 gün sığorta stajına əsasən formalaşan pensiya kapitalı (30 x 306 x 2.2924 (07 oktyabr 2018-ci il indeksi) + (4 x (306/12) x 2.2924 (07 oktyabr 2018-ci il indeksi) = 21278,06 manat olmuşdur; 01 yanvar 2006-cı il tarixdən 01 oktyabr 2018-ci il tarixədək isə 1855,74 manat olmaqla, cəmi (21278,06+1855.74) = 23133.80 manat məbləğində pensiya kapi talı olmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının hesablanması aşağıdakı qaydada aparılmışdır: 64 yaş (2018-ci ilin oktyabr ayında Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) - 57 yaş (güzəştli şərtlərlə yaş həddi) = 84 ay (yaşlar arasındakı ay fərqi) + 144 ay (gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı) = 228 ay (gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı); pensiya kapitalı 23133,80: 228 = 101,46 < 116,27 (2018ci ilin oktyabr ayı üçün əmək pensiyasının minimum məbləği 116.27). 2018-ci ilin oktyabr ayında əmək pensiyasının minimum məbləği üçün tələb olunan pensiya kapitalı 26509,56 (116,27 x 228) manat təşkil edir. Fondun Culfa rayon şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş 012594 nömrəli pensiya işinin materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 25 yanvar 2019-cu il tarixli, 08 nömrəli qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq yaşa görə xx.xx.2018-ci il tarixdən hər ay 178,60 manat olmaqla müddətsiz əmək pensiyası təyin edilmişdir. - İddiaçı tərəfindən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə ünvanlanan 25 yanvar 2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı ona yaşa görə güzəştli əmək pensiyası təyin edilməsini xahiş etmiş və ərizədə hazırda işləmədiyini qeyd etmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nin Culfa rayon şöbəsi tərəfindən verilmiş 05 yanvar 2019-cu il tarixli, 23 nömrəli arayışdan görünür ki, 1961-ci il təvəllüdlü Culfa şəhər sakini İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir. - Culfa Rayon Dövlət Arxivi tərəfindən verilmiş 05 yanvar 2019-cu il tarixli, 13 nömrəli arayışdan görünür ki, İddiaçı 1976-1979-cu illərdə Culfa rayon C.Cabbarlı adına sovxozda işləmiş və aylar üzrə müəyyən əməkhaqqı almışdır. - Culfa Rayon Dövlət Arxivi tərəfindən verilmiş 05 yanvar 2019-cu il tarixli, 12 nömrəli arayışdan görünür ki, Culfa Rayon Dövlət Arxivində mühafizə olunan Culfa rayon Taun əleyhinə məntəqənin sənədlərinə baxdıqda İddiaçı xx.xx.1982- ci il tarixli, 63 nömrəli əmrlə işə girməsi, xx.xx.1982-ci il tarixli, 111 nömrəli əmrlə işdən azad olunması, xx.xx.1982-ci il tarixli, 63 nömrəli əmrlə işə girməsi, xx.xx.1983-cü il tarixli, 17 nömrəli əmrlə işdən azad olunması, xx.xx.1983-cü il tarixli, 125 nömrəli əmrlə işə girməsi, xx.xx.1995-ci il tarixli, 11 nömrəli əmrlə işdən azad olunması əmr kitabında qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 21 yanvar 2019-cu il tarixli, 13/23 nömrəli arayışdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan X5 Birliyi-Culfa rayon Qaz İstismar İdarəsinin sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı işləməsi haqqında məlumat yoxdur. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş 29 yanvar 2019-cu il tarixli, 18 nömrəli arayışdan görünür ki, İddiaçı ssn **********190 DSMF Culfa rayon şöbəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək 4 il 7 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 1868,73 manat pensiya kapitalı vardır. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli, 06/174 nömrəli arayışdan görünür ki, İddiaçı ssn **********190 DSMF Culfa rayon şöbəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək 4 il 7 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 1855,74 manat pensiya kapitalı vardır. 012594 nömrəli pensiya işinə həmçinin İddiaçı işlədiyi dövr ərzində aylar üzrə aldığı əmək haqqı cədvəllərini əks etdirən arxiv arayışları və illər üzrə inf ilyasiya faizləri də əlavə olunmuşdur. İnzibati işin araşdırılmış hallarından da göründüyü kimi, iddiaçı 012594 saylı pensiya işi üzrə pensiyanın ləğv edilməsi barədə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 20 dekabr 2021-ci il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın əsassız dayandırıldığı 01 yanvar 2022-ci il tarixdən bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın imtina məktubundan, apellyasiya şikayətinin məzmunundan və cavabdehin nümayəndəsinin birinci instansiyada məhkəməsində verdiyi izahatdan məlum olmuşdur ki, aparılan araşdırma zamanı İddiaçı xx.xx.2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə al ınan pensiya kapitalının cəminin əmək pensiyasının minimum məbləğinə çatmadığı üçün ona yaşa görə güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyası ləğv edilmişdir. Belə ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin məzmunundan da görünür ki, şikayətin dəlillərində məhz birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas kimi apellyator “...iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının 26509.56 manat təşkil etməli olsa da, onun qeydə alınmış pensiya kapitalı 3375,76 manat fərq ilə 23133,80 manat təşkil etdiyini, bu halın isə birmənalı iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərdən biri ödənilməməs inə əsas verdiyini, beləliklə, iddiaçıya əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından, iddiaçının tələbinin əsassız olduğunu” göstərmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi qeyd olunan dəlillərini inzibati işin materialları ilə müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, həmin dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan Dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sos ial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 8-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqla rının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sos ial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: -yaşa görə əmək pensiyası, - əlilliyə görə əmək pensiyası, - ailə başçısını itirməyə görə əmək pensiyası. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, pe şələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaş a və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 13-cü maddəsinə əsasən: a) yera ltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin iş lərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli, 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstə rilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərar ı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Hazırki iş üzrə İddiaçı 25 yanvar 2019-cu il tarixli, 8 nömrəli qərara əsasən 07 oktyabr 2018-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu mad dəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 178.60 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçıya yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilərkən vətəndaşın güzəştli şərtlərlə yaşa görə pensiya hüququ mövcud olmuşdur. Belə ki, tədqiq olunmuş iş materiallarına əsasən iddiaçının 01 yanvar 2006-cı il tarixədək 34 il 9 gün ümumi və 24 il 3 ay xüsusi iş stajı mövcud olmuşdur. Lakin iş materiallarından görünür ki, inzibati orqan tərəfindən aparılmış araşdırma zamanı İddiaçı xx.xx.2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəminin əmək pensiyasının minumum məbləğinə çatmadığı üçün ona yaşa görə güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyası ləğv edilmişdir. Belə ki, 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsindəki “57” rəqəmləri “60” rəqəmləri ilə, “ 52” rəqəmləri “ 55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Qeyd olunmalıdır ki, həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Kollegiya mübahisənin həllində 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş qanunvericilik normalarının dispozisiya şərtlərinin həmin tarixə dək iddiaçıya münasibətdə mövcudluğu baxımından tətbiq olunması qənaətinə gəlməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, yuxarıda istinad olunan normaların tələbinə görə, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün zəruri şərt Qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixədək şəxsin əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası t əyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni ümumi və xüsusi stajı qazanmış olmasıdır. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının 01 yanvar 2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının 01 yanvar 2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Qeyd olunmalıdır ki, iddiaçıya münasibətdə hər iki hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmiş, həmçinin iddiaçının xüsusi iş stajının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 2 №-li Siyahısında XXİV hissədə “Səhiyyə və Sosial Təminat İdarələri" bölməsində 22600000-1754a kod altında Tauna qarşı idarələrdə məşğul olan işçilər vəzifəsinə uyğun gəldiyi aşkarlanmışdır. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixədək 34 il 9 gün ümumi və 24 il 3 ay xüsusi iş stajına malik olması və xx.xx.1982-xx.xx.1982-ci illərdə və xx.xx.1983- xx.xx.1995-ci illərdə Culfa rayon taun əleyhinə məntəqədə işlədiyi dezinfektor vəzifəsinin qeyd olunan koda uyğunluğu cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş 09 iyun 2022-ci il tarixli, 06/216 nömrəli məktubda da öz təsdiqini tapmışdır. Kollegiya qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə müvafiq olaraq 01 iyun 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən təyin edilməlidir. Nəzərə alınmalıdır ki, adı çəkilən Qanunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələb nəzərdə tutulmamışdır. Cavabdehin istinad etdiyi həmin tələblə bağlı müddəalar “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Kollegiya hesab edir ki, iddiaçı 01 yanvar 2006-cı il tarixədək qanun vericilikdə nəzərdə tutulmuş ümumi və xüsusi iş stajına malik olduğundan, yəni bu hüququ əldə etdiyindən və qanunvericiliyə edilmiş dəyişiklik iddiaçının bu hüququnun itirilməsinə və qazanılmış əmək stajının nəzərə alınmalı olmamasına səbəb olmadığından, 57 yaşını 2017-ci ildən sonra tamamlamasından asılı olmayaraq, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunmalı və mövcud qanunvericiliyin pensiya kapitalı ilə bağlı tələbi tətbiq olunmamalıdır. Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021-ci il qərarında göstərmişdir ki, qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, inzibati orqan iddiaçının pensiya hüququ qazandığı dövrdə qüvvədə olan hüquq normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələbi əsas gətirərək iddiaçıya təyin olunmuş pensiyanın ləğv edilməsində haqlı olmamışdır. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə iş üzrə hərtərəfli araşdırma aparmaqla və işdə olan sübutlara əsaslanmaqla maddi və prosessual hüquq normalarına uyğun düzgün nəticəyə gəlmişdir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkə mə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. Kollegiya həmçinin cavabdeh təşkilatın apellyasiya şikayətində qeyd etdiyi ”... Birinci instansiya məhkəməsinin qərarı ləğv olunmadığı təqdirdə, o zaman Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasından vətəndaşa güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün onun çatışmayan pensiya kapitalının minimum pensiya məbləğinə çatdırılması üçün hesablama qaydasını qərarda göstərilməsi xahiş olunur” kimi fikrinə münasibətdə qeyd edir ki, göstərilən mülahizə xarakterli bu halların apellyasiya baxışının predmetinə və məhkəməyə aidiyyəti olmamaqla şikayətin dəlili kimi qəbul olunmadığından həmin məsələyə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyas ı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən apellyasiya şikayətinin dəlillərini məcmu halda qiymətləndirərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməs i iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutlar və mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar tam araşdırılmış, nəticədə düzgün qərar qəbul olunmuşdur. İş üzrə cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsas təşkil etmir. Buna görə də İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “012594 saylı pensiya işi üzrə pensiyanın ləğv edilməsi barədə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hü quqi şəxsin Culfa rayon şöbəsinin 20 dekabr 2021-ci il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın əsassız dayandırıldığı 01 yanvar 2022-ci il tarixdən bərpa edilməsi tələbi”nə dair inzibati mübahisə üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2-1(122)-91/2022 nömrəli qərarından cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2-1(122)-91/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 81.1, 82, 87.6, 87.8, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qərаrverdi: İdd iaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “012594 saylı pensiya işi üzrə pensiyanın ləğv edilməsi barədə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 20 dekabr 2021-ci il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın əsassız dayandırıldığı 01 yanvar 2022-ci il tarixdən bərpa edilməsi tələbi”nə dair inzibati mübahisə üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2-1(122)-91/2022 nömrəli qərarından cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzib ati Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2-1(122)91/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, qərar inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.