Məhkəmə qərarları › İş №2-1(108)-33/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-33/2023

14.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-33/2023 14.08.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli əlilliyin dəyişdirilməsi barədə 04/187 nömrəli qərarının ləğv olunması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati M əhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2-1(122)-595/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 18 may 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli əlilliyin dəyişdirilməsi barədə 04/187 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə buraxılmış prosessual müddətin bərpa olunma sı barədə 03 iyul 2023-cü il tarixli vəsatətlə müraciət edərək bildirmişdir ki, Agentliyin qərarı ona göndərilməsə də, müraciət etdiyi cavablarda qərar barədə məlumatlar qeyd olunmuşdur. Məlum edir ki, ikinci qrup əlil olmaqla pensiya alır. Həmin pensiya Çernobıl əlilliyi ləğv olunduqdan sonra saxlanılmış, ona dövlət tərəfindən ayrılan avtomaşını haliyədə idarə edir. Ailəsi işsizdir. Öhdəsində əlil övladı vardır. Əlilliyinin ləğv olunması sosial həyat şəraitinə təsir etmişdir. Hüquqi savadı olmadığından vaxtında məhkəməyə müraciət edə bilməmişdir. Aztəminatlı ailə sayılır. Tələbinin sosial həyat şəraiti ilə bağlı olmasının nəzərə alınmasını və agentliyin qərarı üzrə buraxılmış müddəti üzrlü hesab edərək qərar üzrə buraxılmış şikayət müddətinin bərpa olunması barədə qərar qəbul edilməsini m əhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 21(122)-595/2023 nömrəli qərardadı ilə İddiaçı prosessual müddətin bərpa olunması barədə 03 iyul 2023-cü il tarixli ərizəsi təmin edilməmiş, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli əlilliyin dəyişdirilməsi barədə 04/187 nömrəli qərarının ləğv olunması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 21(122)-595/2023 nömrəli qərardadından narazı qalan İddiaçı 17 iyul 2023-cü il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati koll egiyasına müraciət etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, o, 1991-ci ildən 16 oktyabr 2020-ci il tarixədək Çemobıl əlili kimi pensiya və 2008-ci ildən Prezident təqaüdü alıb. 2014-cü ilin avqust ayının 19-da “Naz Lifan” markalı avtomaşınla təmin edilib. 16 oktyabr 2020-ci ildə pensiyası əsassız və sifarişlə ləğv edilmişdir. Səbəb kimi onun ev tələb etməyi olmuşdur. Çemobıl əlili kimi pensiyası ləğv olunsa da ümumi əlillikdə saxlanılmışdır. Ləğv edilmiş pensiyasının bərpa olunması üçün Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və X6 X13 Tibbi-Sosial Ekspert Komissiyasına etdiyi müraciətə 20 fevral 2023-cü il tarixdə verilən 02/04 saylı cavabda CAES-də iştirakını təsdiq edən sənədlər olmadığı üçün dövlət or qanlarına müraciətinə görə X12 Stansiyasında qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır səbəb əlaqəsi 16 oktyabr 2020-ci il tarixdən ləğv edildiyi bildirilmişdir. O, 16 oktyabr 2020-ci il tarixli 04/187 nömrəli qərarı 25 aprel 2023-cü il tarixdə alıb. 2011-ci ildə Naxçıvan MR Prokurorluğunda Çernobıl əlili kimi sənədləri araşdırılmış, sənədlərinin qanuni olması təsdiq edilmişdir. Çernobıl əlili sənədləri düzgündür və o şüalanma zonasında xidmət etmiş və ona vəsiqə verilmişdir. 2020-ci ildə barəsində Naxçıvan MR DİN-də araşdırılma aparılmış və faks vasitəsi ilə sənədlər əldə olunmuş, həmin Bıxov rayon İcraiyyə Komitəsinin məlumatında aprel 1986-cı ildən Bıxov rayonunun ərazisinin tamamilə şüalanması və çirklənməsi göstərilmişdir. Məlum edir ki, Naxçıvan Muxtar Res publikasının İnzibati Məhkəməsində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin dəyişdirilməsi barədə agentliyin 16 oktyabr 2020-ci il tarixli 04/187 nömrəli qərarının ləğvi barədə iddia qaldırmışdır. Agentliyin qərarı ona göndərilməsə də etdiyi müraciətinə cavablarda qərar barədə məlumatlar qeyd olunmuşdur. Məlum edir ki, ikinci qrup əlil olmaqla pensiya alır. Həmin pensiyası Çernobıl əlilliyi ləğv olunduqdan sonra saxlanılmış, ona dövlət tərəfindən ayrılan avtomaşını haliyyədə idarə edir. Ailəsi işsizdir. Öhdəsində əlil övladı vardır. Əlilliyinin ləğv olunması sosial həyat şəraitinə təsir etmişdir. Hüquqi savadı olmadığından vaxtında məhkəməyə müraciət edə bilməmişdir. Aztəminatl ı ailə sayılır. Tələbinin sosial həyat şəraiti ilə bağlı olmasını nəzərə alınmasını və agentliyin qərarı üzrə buraxılmış müddəti üzürlü hesab edərək qərar üzrə buraxılmış şikayət müddətinin bərpa olunması barədə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edib. Lakin məhkəmə tərəfindən tələb müddətinin keçməsi ilə bağlı iddia mümkün sayılmamışdır. Məlum edir ki, mübahisələndirdiyi qərarı rəsmi qaydada ona iddia qaldırmamışdan əvvəl verilmişdir. Digər tərəfdən müraciət etməməyinə səbəb ümumi əlilliyinin ləğv olunacağı və əlillik maşınının əlindən alınacağı qorxusu olmuşdur. Uzun illər ərzində Çernobıl əlili olmuşdur. Həmin əlilliyinin ləğv olunması onun sosial həyat tərzinə təsir göstərmişdir. Onun Çernobıl əlili olmağı işə təqdim etdiyi hüquqi sənədlərlə bir daha təsdiq olunmasına baxmayaraq məhkəmə bunu nəzərə almamışdır. Qeyd olunanlara əsasən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 iyul 2023-cü il tarixli 2-1(122)-595/2023 nömrəli qərardadının ləğv olunması və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2-1(122)-595/2023 nömrəli qərardadının ləğv edilməsi və idda tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Age ntliyinin nümayəndəsi X11 izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2-1(122)-595/2023 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikas ı İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, inzibati məhkəmə icraatında iddiaçı X2 və cavabdehin nümayəndəsi X9 izahatını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərind ən asılı olmayaraq yoxlayıb şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. İddiaçı mübahisələndirdiyi qərarı rəsmi qaydada ona iddia qaldırmamışdan əvvəl verilməsi və müraciət etməməyinə səbəb ümumi əlilliyinin ləğv olunacağı və əlillik maşınının əlindən alınacağı qorxusu olması dəlilinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində....qaldırıla bilər. Hazırki iş üzrə iddia tələbinin məzmunundan aydın olur ki, iddiaçının əsas hüquqi marağı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli əlilliyin dəyişdirilməsi barədə 04/187 nömrəli qərarının ləğv olunmasıdır. Kollegiya iddiaçının iddia tələbinə münasibətdə qeyd edir ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçı tərəfindən bu növ id diaların xüsusi mümkünlük şərtinə aid olan iddia müddətinə əməl olunmadığından həmin iddiaya mahiyyəti üzrə baxılması üçün iddianın mümkünlük şərtləri mövcud olmamışdır. Belə ki, işin faktiki hallarına əsasən məlum olunur ki, iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktın, yəni qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. İş materialları ilə müəyyən olunur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı 18 iyul 2020-ci il tarixli, 455 №-li məktubu nəzərə alınaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 16 oktyabr 2020-ci il tarixli qərarı ilə İddiaçı əlilli yinin xüsusi səbəbi ləğv edilmiş, ona Naxçıvan Tibbi-Sosial Ekspert komissiyasında “Boyun və döş fəqərələrinin osteoxondrozu” diaqnozu ilə ümumi səbəbdən ikinci dərəcə əlilliyi saxlanılmışdır. İş materialları ilə o hal da mübahisəsiz şəkildə təsdiq olunur ki, bu barədə Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin 26 oktyabr 2020-ci il tarixli, 05\190 №-li məktubu ilə İddiaçı məlumat verilmişdir. Həmçinin iş materiallarında olan sənədlərlə qərar qəbul edildikdən keçən qısa müddət ərzində İddiaçı müxtəlif aidiyyatı dövlət orqanlarına etdiyi müraciətlərdən və ona verilən cavablardan (iş səh.5,12,13, 19) tam məlumatlı olduğu da mübahisəsiz şəkildə müəyyən olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 apr el 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndinə uyğun olaraq İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçı sının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlardan iddiaçının iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli əlilliyin dəyişdirilmə si barədə 04/187 nömrəli qərarından vaxtında xəbərinin olması və buna baxmayaraq müddəti buraxmaqla məhkəməyə müraciət etməsi təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının pr osessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İnzibati Prosessual Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən im tina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə s əlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərind ə yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Kollegiya qeyd edir ki, inzibati icraat qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasın ı nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Kollegiya qeyd edir ki, 1 yanvar 2011-ci ildən sonra mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti həmin vaxtdan qüvvəyə minən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. İnzibati Prosessual Məcəllənin 38.1ci maddəsinə görə isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bununla yanaşı həmin Məcəllənin 24.4-cü maddəsində qeyd edilir ki, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəy ə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qanunvericiliyin sadalanan müddəalarından da göründüyü kimi müddət şəxsin təqsiri olmadan buraxıldığı hallarda məhkəmə tərəfindən təmin edilir. Lakin birinci instansiya məhkəməsində müdafiəçi ilə birlikdə iştirak etməsinə baxmayaraq iddiaçı müddətin üzürlü hesab edilərək bərpa edilməsi ilə əlaqədar ümumiyyətlə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmiş, lakin iddiaçı qanunla müəyyən edilmiş iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdi r. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. İş materiallarında olan 16 oktyabr 2020-ci il tarixli Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 04/187 nömrəli qərarının surətindən məlum olur ki, müvafiq qərarla İddiaçı əlillik səbəbinin “Xəstəlikdir. Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır” qeydinin “Ümumi xəstəlikdir” olaraq dəyişdirilməsi qərara alınmış və qərarın icrası 01 avqust 2020-ci il tari xdən hesab edilmişdir. İş materiallarından və iddiaçının şikayətindən aydın olduğu kimi iddiaçı Həsənov X4 Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli əlilliyin dəyişdirilməsi barədə 04/187 nömrəli qərarından xəbərdar olmuş, lakin ötən 3 ilə yaxın müddət ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmiş və müraciət etməməsinin üzürlü səbəbdən baş verməsinə dair hər hansı sübutu təqdim etməmişdir. Bu halın mövcudluğu isə iddianın mümkünlük şərtlərini istisna edir. İddiaçı qanunla müəyyən olunmuş iddia müddətini üzürsüz səbəbdən buraxdığından birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının müddətin bərpası barədə 03 iyul 2023-cü il tarixli ərizəsini təmin etməyə rək bu əsasla da iddianı mümkün saymamışdır. Kollegiya da belə nəticəyə gəlir ki, iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Kollegiya qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətinin üzürlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən şikayətində göstərdiyi dəlillər əsaslı sayıla bilməz. Kollegiya İddiaçı şikayətində qeyd etdiyi digər dəllilərə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında da qeyd olunduğu kimi “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə ba xmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir”. Yəni, mümkün hesab edilməyən iddiaların əsaslılığının yoxlanılması qanunvericiliklə yolverilməzdir. İddiaçı tərəfindən qeyd edilən bu dəlillər iddianın əsaslılığı ilə əlaqədar olduğundan hazırki baxışın predmetinə daxil deyil və buna görə də müzakirə olunaraq qiymətləndirilməsi kollegiyanın səlahiyyətləri xaricindədir. Kollegiya şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla iş üzrə düzgün nəticəyə gəlm işdir. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2-1(122)-595/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli əlilliyin dəyişdirilməsi barədə 04/187 nömrəli qərarının ləğv olunması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 iyu l 2023-cü il tarixli, 2-1(122)-595/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 21(122)-595/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar