Məhkəmə qərarları › İş №2-1(108)-33/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-33/2025

01.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-33/2025 01.04.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X10 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qarayev Sənan Məmməd oğlu və X7 ibarət tərkibdə, X8 məhkəmə iclas katibliyi ilə, İddiaçı, cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 29 dekabr 2023-cü il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi və hüququnun yarandığı 3 avqust 2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin ol unması öhdəliyinin cavabdehə həvalə olunması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2-1(122)-153/2025 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 29 dekabr 2023-cü il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi və pensiyasının yarandığı gündən təyin olunması öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tab eliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 07 mart 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini dəqiqləşdirərək, hazırki iddia tələbinin "Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 29 dekabr 2023-cü il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi və hüququnun yarandığı 3 avqust 2023-cü il tarixdən təyin olunması öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə olunması” olduğunu bildirib, həmin tələb üzrə işə baxılıb müvafiq qərar qəbul edilməsini xahiş edərək bu barədə yazdığı 07 mart 2024-cü il tarixli ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmənin 07 mart 2024-cü il tarixli, 2-1(122)-659/2024 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2-1(122)-153/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 29 dekabr 2023-cü il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi və İddiaçı hüququnun yarandığı 3 avqust 2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə olunması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2-1(122)-153/2025 nömrəli qərarından narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2-1(122)-153/2025 nömrəli qərarının ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Döv lət Sosial Müdafiə Fondunun 29 dekabr 2023-cü il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi və hüququnun yarandığı 03 avqust 2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehə həvalə olunması tələbi"nin heç bir hüquqi əsası yoxdur. 03 avqust 1963-cü il tarixdə Culfa rayonu, Xoşkeşin kəndində anadan olmuş, Culfa rayonu, Əlincə kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 57 yaşının tamam olduğu 03 avqust 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə 04 dekabr 2023-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat şöbəsinə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalin in Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat şöbəsinin 29 dekabr 2023-cü il tarixli, 14 nömrəli qərarı ilə iddiaçıya “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi arxiv arayışı ilə əmək kitabçasında uyğunsuzluğun olması və bu səbəbdən də iddiaçının ümumi iş stajının 25 ildən az (15 il 4 ay) təşkil etdiyi göstərilmişdir. Bununla razılaşmayan İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 29 dekabr 2023-cü il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi və pensiya hüququnun yarandığı gündən təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun ümumi iş stajı 33 ildən çoxdur. xx.xx.1979-cu ildən (X5) PMK-52-də qaynaqçı olaraq işə başlamış və 2012-ci ilədək müxtəlif idarələrdə qaynaqçı vəzifəsində işləmişdir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"na daxildir və bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verilməlidir. İddiaçı təqdim etdiyi ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, 1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış və 2012-ci il tarixədək fasilələrlə müxtəlif müəssisələrdə çalışmışdır. İddiaçının hərbi xidmətdə olduğu müddət və əmək kitabçasında qeyd edilən iş illəri nəzərə alınmaqla 32 il 11 ay 21 gün ümumi iş stajı olduğu müəyyən edilmişdir. Hazırki iş üzrə mübahisəli məsələ iddiaçının Naxçıvan 9 saylı X2 işləyərkən 1994-1996-cı və 2000-2006-cı illərdə əməkhaqqı almaması və 1997-1998-ci illərə dair əməkhaqqı cədvəllərinin arxivə təhvil verilməməsi ilə bağlıdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 2023-cü il tarixli, 13/2117 nömrəli arayışında İddiaçı Naxçıvan Muxtar Respublikası Su Təchizat İdarəsində işlədiyi 1994-1996-cı illərin əməkhaqqı cədvəllərində adının olduğu, lakin əmək haqqı alması barədə qeydlərin olmadığı, 1997-1998-ci illərə dair əməkhaqqı cədvəllarinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi, 20002006-cı illərə dair əməkhaqqı cədvəllərində yenə də iddiaçının adına rast gəlinmədiyi qeyd edilmişdir. Həmçinin iddiaçının Fondun Xüsusi şərtlərlə təyinat şöbəsinə təqdim etdiyi əmək kitabçasında qeyd edilən əmək fəaliyyətləri barədə məlumatlar araşdırılmış və məlum olmuşdur ki, iddiaçı 15 noyabr 1985-ci il tarixində 100 nömrəli əmrlə 9 saylı X1ynaqçı vəzifəsinə təyin olunmuş, lakin 30 dekabr 2012-ci il tarixində hansı əmrlə işdən azad olunması göstərilməmişdir. İddiaçının 15 noyabr 1985-ci il tarixdən 30 dekabr 2012ci il tarixədək Naxçıvan 9 saylı X2 işlədiyi barədə əmək kitabçasında qeyd olunmuş məlumatların düzgünlüyünü yerində qarşılıqlı yoxlamaq mümkün olmadığından, həmin dövrlər sığorta st ajına daxil edilməmişdir. Beləliklə, tələb olunan azı 25 il sığorta stajına qarşı iddiaçının ümumi iş stajı 15 il 4 ay təşkil etdiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməmişdir. Qeyd edək ki, “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarının əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi üçün müraciət etmiş şəxslər bu Qaydanın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınır. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bununla əlaqədar olaraq zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik o lduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Lakin iddiaçı tərəfindən işlədiyi iş yerindən Fonda güzəştli arayış təqdim edilməmişdir. Beləliklə, hesab edilir ki, iddiaçının xüsusi iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranan daxili inam əsasında düzgün qərar qəbul etməmişdir. Qanunun aliliyi nəzərə alınaraq, belə hesab edilir ki, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin qəbul etdiyi qərar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə ziddir və qanunvericiliklə əmək pensiyası hüququ olmayan şəxsə əsassız o laraq əmək pensiyası hüququ yaradır. Apellyator şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"na istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında İddiaçı izahatında şikayəti qəbul etməyərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2-1(122)-153/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X9 izahatında apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2-1(122)-153/2025 nömrəli qərarının ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edi lməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin et imadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetir ilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1.-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsinə görə, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənə tin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs y aratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2 və 21.2.1-ci maddələrinə əsasən bu Qanunun 21.1 -ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): - 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin: -3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının: - 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərə ncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1 -dək olan dövr üzrə: "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşk ilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə - dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra - fərdi uçot) məlumatlarına əsasən; İş materiallarında olan - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 29 dekabr 2023-cü il tarixli, 14 nömrəli qər arından məlum olur ki, ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 25 il ümumi, 12 il 6 ay xüsusi stajı olmaması və bununla yanaşı fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalının minimum pensiya təminatına imkan verməməsi səbəbindən İddiaçı yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 04 oktyabr 2023-cü il tarixli, 13/1605 nömrəli arayışdan aydın olur ki, İddiaçı 3 №-li PMK-a xx.xx.1984-cü il tarixli, 191 №-li əmrlə İİ dərəcəli fəhlə olaraq işə qəbul edilməsi, xx.xx.1984-cü il tarixli, 232 №-li əmrlə işdən azad edilməsi əmr kitablarında göstərilmişdir. Naxçıvan 9 №-İİ MSDə xx.xx.1985-ci il tarixli, 100 №-İi əmrlə İV dərəcəli qaynaqçı qəbul edilməsi əmr kitablarında göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 04 oktyabr 2023-cü il tarixli, 13/1605 nömrəli digər arayışda İddiaçı Naxçıvan MR Su Təchizat İdarəsində işləməsi faktı və 1992-1999-cu illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. - ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə 38 nömrəli əmrlə 2-ci dərəcəli qaynaqçı kimi işə qəbul olunmuş, xx.xx.1981-ci il tarixdə 48 nömrəli əmrlə Sovet Ordu sıralarına getməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1981-ci ildən - xx.xx.1984-cü ilədək Sovet ordusunda xidmət etmiş, xx.xx.1984-cü il tarixdə 208 nömrəli əmrlə qaynaqçı kimi işə qəbul olunmuş, xx.xx.1984-cü il tarixdə 789 nömrəli əmrlə öz istəyilə işdən azad edilmiş, xx.xx.1984-cü il tarixdə 208 nömrəli əmrlə çilingər qaynaqçı təyin edilmiş, xx.xx.1985-ci il tarixdə 39 nömrəli əmrlə öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilmiş, xx.xx.1985-ci il tarixdə 18/a nömrəli əmrlə Culfa Təsərrüfatlararası Tikinti İdarəsinə 2-ci (ikinci) dərəcəli fəhlə kimi işə götürülmüş, xx.xx.1985-ci il tarixdə 130 nömrəli əmrlə Təsərrüfatlararası Tikinti İdarəsində işəmuzd əmək haqqı ilə 4-cü (dördüncü) dərəcəli elektrik qaynaqçısı keçirilmiş, xx.xx.1985-ci il tarixdə 176 nömrəli əmrlə öz istəyi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1985-ci il tarixdə 89/k nömrəli əmrlə Culfa-Ordubad hərbi dairəsinə atıcı vəzifəsinə təyin edilmiş, xx.xx.1985-ci il tarixdə 134/K nömrəli əmrlə AZ SSR Əmək Məcəlləsinin 37ci maddəsi ilə (öz xahişi i lə) işdən azad edilmiş, xx.xx.1985-ci il tarixdə 100-K nömrəli əmrlə PMK-9 AZ kənd təsərrüfatı su təchizatı tikinti idarəsinə 4-cü dərəcəli elektrik qaynaqçı təyin edilmiş, xx.xx.2012-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir. - 25 iyul 1979-cu il tarixdə verilmiş 148 nömrəli attestatın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Babək rayon 145 №-li kənd texniki peşə məktəbini xx.xx.1979-cu ildə elektrik qaynaqçısı peşəsi üzrə bitirmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 24 aprel 2024-cü il tarixli, 13/633 nömrəli arxiv arayışından məlum olur ki, Culfa Təsərrüfatlararası Tikinti İdarəsinin 1985-ci ilə dair əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı işə qəbul edilməsi haqqında məlumat mövcud deyil. Lakin, 1985-ci ilə dair əməkha qqı kitablarında aprel, may, iyul, avqust aylarında əməkhaqqı alması qeyd olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 24 aprel 2024-cü il tarixli, 13/633 nömrəli digər arayışda İddiaçı Culfa Təsərrüfatlararası Tikinti idarəsində “fəhlə” vəzifəsində işləməsi və 1985-ci ildə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. - Culfa Rayon Dövlət Arxivinin 16 aprel 2024-cü il tarixli, 48 nömrəli arxiv arayışından məlum olur ki, Culfa rayon 52 №-li Tikinti Quraşdırma idarəsinə İddiaçı xx.xx.1979-cu ildə 38 №-li əmrlə işə girmiş, xx.xx.1981-ci ildə 38 №-li əmrlə işdən azad edilmişdir. Arayışın qeyd hissəsində 1979-1981-ci illər Culfa rayon 52 №-li Tikinti Quraşdırma İdarəsinin əməkhaqqı cədvəlləri Culfa Rayon Dövlət Arxivinə verilmədiyindən əməkhaqqın ın müəyyən edilmədiyi göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 01 iyul 2014-cü il tarixli, 60 nömrəli Qərarına əsasən X17-Tikinti İdarəsi ləğv edilmişdir. - 15 noyabr 1985-ci il tarixli, 100k nömrəli əmrin təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı PMK-9 “Azkənd təsərrüfatı su təchizatı tikinti” idarəsinə (X17 Tikinti İdarəsinə)4сü dərəcəli svarşik olaraq işə qəbul edilmişdir. - 30 dekabr 2012-ci il tarixli, 03 nömrəli əmrin təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı öz ərizəsi əsasında işdən azad olunmuşdur. (ərizə iş materiallarına əlavə olunub) - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 21 may 2024-cü il tarixli, 13/762 nömrəli arxiv arayışından İddiaçı Naxçıvan Muxtar Respublikası Su Tikinti İdarəsinə xx.xx.1985-ci il tarixli, 100/ k №-li əmr lə İV dərəcəli “Elektrik qaynaqçı” kimi işə qəbul edilməsi, xx.xx.1986-cı il tarixli, 177/k №-li əmrlə işçilərin adlı siyahısında adının olması və adının təsdiq edilməsi, xx.xx.1987-ci il tarixli, 120/k №-li əmrlə işçilərin adlı siyahısında adının olması və adının təsdiq edilməsi, xx.xx.1988-ci il tarixli, 131/k№-li əmrlə İİ dərəcəli “Elektrik qaynaqçısı” vəzifəsinə keçirilməsi, xx.xx.1989-cu il tarixli, 40/k №-li əmrlə xx.xx.1989-cu il tarixədək təhsil məzuniyyətinə buraxılması, xx.xx.1990-cı il tarixli, 55/k №li əmrlə işçilərin adlı siyahısında adının olması, xx.xx.1990-cı il tarixli, 55/k №-li əmrlə işçilərin adlı siyahısında adının olması, həmçinin eyni əmrlə 1991-ci ildə işçilərin adlı siyahısında adının olması, xx.xx.2012-ci il tarixli, 03 №-li əmrlə işdən azad edilməsinin əmr kitabl arında göstərilməsi aydın olur. Arayışın qeyd hissəsində 2006-2012-ci illərə dair əmr kitablarında adına rast gəlinmədiyi göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 21 may 2024-cü il tarixli, 13/762 nömrəli və 13 sentyabr 2024-cü il tarixli, 13/1347 nömrəli arayışlarında İddiaçı 1985-1993 və 1999-cu illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışın qeyd hissəsində 1994-1996-cı illərə aid əməkhaqqı cədvəllərində adına rast gəlinmiş, lakin əməkhaqqı almasının göstərilmədiyi, 1997, 2000-2012-ci illərin əməkhaqqı cədvəllərində adına rast gəlinmədiyi, 1992-ci ildən 2005-ci ilə dair əmr kitabları və 1998-ci ilin əməkhaqqı cədvəllərinin isə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi, 1985-ci ilə dair əməkh aqqı kitabında vəzifəsi svarşik olaraq qeyd olunduğu, digər əməkhaqqı cədvəllərində isə vəzifəsinin göstərilmədiyi qeyd olunmuşdur. - 30.12.1985-ci il tarixli, 117K nömrəli əmrlə İddiaçı PMK-9 “Azkənd təsərrüfatı su təchizatı tikinti” idarəsində 1986-cı ilə keçirilən işçilərin adlı siyahısında İV dərəcəli əl svarşiki vəzifəsində adı qeyd olunmuşdur. - xx.xx.1986-cı il tarixli, 177-K nömrəli əmrdə İddiaçı PMK-9 “Azkənd təsərrüfatı su təchizatı tikinti” idarəsində əmək məzuniyyətinə buraxılan işçilərin adlı siyahısında svarşik vəzifəsində adı qeyd olunmuş, əmrin 2-ci hissəsində isə 1987-ci ilə keçirilən işçilərin adlı siyahısında İV dərəcəli svarşik vəzifəsində adı qeyd olunmuşdur. - xx.xx.1987-ci il tarixli, 120-K nömrəli əmrdə İddiaçı PMK-9 “Azkənd təsərrüfatı su təchizatı tikinti” idarəsi ndə əmək məzuniyyətinə buraxılan işçilərin adlı siyahısında svarşik vəzifəsində adı qeyd olunmuş, əmrin 2-ci hissəsində isə 1988-ci ilə keçirilən işçilərin adlı siyahısında İV dərəcəli svarşik vəzifəsində adı qeyd olunmuşdur. - xx.xx.1988-ci il tarixli, 13-K nömrəli əmrdə İddiaçı PMK-9 “Azkənd təsərrüfatı su təchizatı tikinti” idarəsində svarşik vəzifəsində işləməsi və vəzifə dərəcəsinin dəyişdirilərək İİ dərəcə olması göstərilmişdir. - xx.xx.1989-cu il tarixli, 40-K nömrəli əmrdə PMK-9 “Azkənd təsərrüfatı su təchizatı tikinti” idarəsində svarşik İddiaçı xx.xx.1989-cu il tarixədək 30 (otuz) gün müddətinə təhsil məzuniyyətinə buraxılması göstərilmişdir. - xx.xx.1990-cı il tarixli, 55-K nömrəli əmrdə qeyd olunmuşdur ki, aşağıda adları qeyd olunan işçilər işləmək üçün 1991-ci ilə keçirilsinlə r: İddiaçı İİ dərəcəli qaynaqçı. - Naxçıvan Muxtar Respublikası X15 Agentliyinin 28 oktyabr 2024-cü il tarixli, 978 nömrəli məktubundan məlum olur ki, Agentliyin mütəxəssislərinin müvafiq araşdırması zamanı məlum olmuşdur ki, 1985-2012-ci illərdə elektrik qaynaqçıları tərəfindən qaynaq əl üsulu ilə aparılmışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Hazırki iş üzrə iddia tələbi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin ed ilməsindən ibarətdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin və 7-ci maddəsinin müddəaları baxımından şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs qanunvericilikdə nəzərdə tutulmuş 60 yaşına çatmalı, azı 25 il ümumi stajı olmalı, həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə toplamalı və ya azı 25 il ümumi stajı olmasa da fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Hazırkı mübahisəyə münasibətdə işin mü əyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə xx.xx.2023-cü il tarixdən mövcuddur. Belə ki, İddiaçı məxsus ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən, arxiv arayışları və digər sənədlərdən aydın olur ki, onun 34 ildən artıq ümumi, 31 ildən artıq xüsusi iş stajı vardır. Kollegiyanın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su X6 Su Meliorasiya Xidməti publik hüquqi şəxsi X13 Sistemlərinin İstismarı İdarəsi tərəfindən verilmiş 19 mart 2025-ci il tarixli 207 nömrəli məktubunda 1985-2012-ci illərdə eleıtrik qaynaq işlərinin qaynaqçılar tərəfindən əl üsulu ilə aparıldığı, elektrik qaynaqçısı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabineti nin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Ümumi peşələr” bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi ilə uyğunluq təşkil etdiyi, İddiaçı əmək fəaliyyəti ilə bağlı əmrlər və digər sənədlər Naxçıvan MR Dövlət Arxiv İdarəsinə verildiyindən (Naxçıvan MR Dövlət Arxivinin ekspertiza komissiyasının xx.xx.2001xx.xx.2012-ci illər üçün 14 iyul 2015-ci il tarixli 06 nömrəli protokolu və xx.xx.2010xx.xx.2015-ci illər üçün xx.xx.2023-cü il tarixli 10 nömrəli protokolu) X13 Sistemlərinin İstismarı İdarəsində onunla bağlı məlumatın mövcud olmadığı qeyd edilmişdir. Kollegiyanın sorğusuna cavab olaraq Naxçıvan MR Dövlət Arxiv İdarə si tərəfindən verilmiş 01 aprel 2025-ci il tarixli 3-48-NDA/1-2-433/2025 nömrəli məktubunda İddiaçı 9 nömrəli İxtisaslaşdırılmış Mexanizasiya İdarəsində işləməsi və əməkhaqqı alması barədə 19 mart 2025-ci il tarixli 3-48-NDA/2-2-N-4xx-xx/2025 nömrəli arxiv arayışlarının, 9 nömrəli İxtisaslaşdırılmış Mexanizasiya İdarəsinin 15 noyabr 1985-ci il tarixli 100K nömrəli əmrinin və 1985-ci ilin yanvar ayına aid əməkhaqqı cədvəlinin təsdiq olunmuş surətinin, həmçinin müvəqqəti istifadə üçün Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan 9 nömrəli İxtisaslaşdırılmış Mexanizasiya İdarəsinin 1994-1996-cı illərə aid əməkhaqqı kitabının (fond 64, siyahı 2, saxlama vahidi 290) məhkəməyə göndərildiyi bildirilmişdir. 19 mart 2025-ci il tarixli 3-48-NDA/2-2-N-4xx-xx/2025 nömrəli arxiv arayış ına əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Muxtar Respublikası Su Tikinti İdarəsinin sənədlərinə baxdıqda İddiaçı Təmleyха oğlunun xx.xx.1985-ci il tarixli 100k №-li əmrlə İV dərəcəli (elektrosuvarşik) elektrik qaynaqçısı kimi işə qəbul edildiyi, xx.xx.1986-cı il tarixli 177k №-li əmrlə, xx.xx.1987-ci il tarixli 120k №-li əmrlə və xx.xx.1988-ci il tarixli 99 №-li əmrlə qaynaqçı (suvarşik) vəzifəsində olaraq əmək məzuniyyətinə buraxılan işçilərin adlı siyahısında adının qeyd olunduğu, lakin vəzifəsinin suvarşik göstərilməklə vəzifə dərəcəsinin göstərilmədiyi, xx.xx.1989-cu il tarixli 40k №-li əmrə əsasən xx.xx.1989-cu il tarixədək 30 (otuz) gün müddətinə təhsil məzuniyyətinə buraxılmasının göstərildiyi, lakin məzuniyyətdən qayıtması haqqında əmrə rast gəlinmədiyi, həmçinin təhsil müddətinə buraxılması haqqında olan əmrdə vəzifəsinin suvarşik qeyd olunması, lakin vəzifə dərəcəsinin göstərilmədiyi, xx.xx.1989-cu il tarixli 50k №-li əmrlə işləməsi üçün 1990-cı ilə keçirilən işçilərin adlı siyahısında İl dərəcəli qaynaqçı vəzifəsində olmasının göstərildiyi, lakin dərəcəsinin dəyişdirilməsi əmrinin qeyd edilmədiyi, xx.xx.1990-cı il tarixli 55k №-li əmrlə işləməsi üçün 1991-ci ilə keçirilən işçilərin adlı siyahısında İİ dərəcəli qaynaqçı vəzifəsində olmasının göstərildiyi, xx.xx.2012-ci il tarixli 03 №-li əmrlə işdən azad olunması və işdən azad olunması haqqında olan əmrdə vəzifəsinin qaynaqçı olmasının göstərildiyi, lakin vəzifə dərəcəsisinin qeyd olunmadığının müəyyən olunduğu bildirilmişdir. Qeyd hissəsində isə Naxçıvan Muxtar Respublika sı Su Tikinti İdarəsinin 1992-2005-ci illəri əhatə edən əmr kitablarının Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunmadığı, 2006-2011-ci illərə dair əmr kitablarında adına rast gəlinmədiyi, Naxçıvan Tikinti Quraşdırma SMU 52-ə aid əmr kitabları və əməkhaqqı cədvəllərinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunmadığı bildirilmişdir. 19 mart 2025-ci il tarixli 3-48-NDA/2-2-N-4xx-xx/2025 nömrəli digər arxiv arayışında İddiaçı Təmleyха oğlunun Naxçıvan Muxtar Respublikası Su Tikinti İdarəsində işlədiyi və 1985-1993 və 1999-cu illər üzrə əməkhaqqı aldığı qeyd olunmuşdur. Qeyd hissəsində 1994-1996-cı illərə aid əməkhaqqı cədvəllərində adına rast gəlinmədiyi, lakin əməkhaqqı almasının göstərilmədiyi, 1997, 2000-2012-ci illərin əməkhaqqı cədvəllərində adına rast gəlinmədiyi, 1998-ci ilin əməkhaqqı cədvəllərinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunmadığı, 1985-ci ilə dair əməkhaqqı cədvəlində vəzifəsinin suvarşik olaraq qeyd olunduğu, digər əməkhaqqı cədvəllərində isə vəzifəsinin göstərilmədiyi qeyd olunmuşdur. Kollegia cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayışın (güzəştli iş arayışı) tələb edilməsi və həmin sənədin iş materiallarına əlavə olunması, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə g üzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməli olması, lakin iddiaçı tərəfindən işlədiyi iş yerindən Fonda güzəştli arayış təqdim edilməməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının göstərilən illər üzrə işlədiyi qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 № -li Siyahısının XXXİİİ. Ümumi peşələr bölməsinin 23200000-19906 kod altında göstərilən peşələrə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının ümumi peşələr bölməsində nəzərdə tutulmuş (əl ilə qaynaq aparan elektrik qaynaqçıları) vəzifə koduna uyğun olduğu iş materiallarından və kollegiyanın sorğusuna X13 Sistemlərinin İstismarı İdarəsi tərəfindən verilmiş cavabdan məlum olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 2 saylı əlavənin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: XXXİİİ. Ümumi peşələr 23200000 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları. (23200000—19906) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı:

35. Ümumi peşələr əl ilə qaynaq aparan elektrik qaynaqçıları İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajına malik olması inzibati işin araşdırılmış halları ilə öz təsdiqini tapır. İddiaçı Naxçıvan Muxtar Re spublikası Su Təchizat İdarəsində işlədiyi 1994-1996-cı illərin əməkhaqqı cədvəllərində adının olduğu, lakin əmək haqqı alması barədə qeydlərin olmadığı, 1997-1998-ci illərə dair əməkhaqqı cədvəllərinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi, 2000-2006-cı illərə dair əməkhaqqı cədvəllərində yenə də iddiaçının adına rast gəlinmədiyi, 30 dekabr 2012-ci il tarixində hansı əmrlə işdən azad olunmasının göstərilməməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən maliyyə sənədlərini qoruyub saxlamaq, onları dövlət arxiv idarələrinə təhvil vermək işçinin deyil, işəgötürənin vəzifəsi hesab olunduğundan sosial sığorta ödənişlərinin aparılmaması belə iddiaçının konstitusion hüququ olan sosial təmina t almaq hüququnun pozulmasına səbəb ola bilməz. İddiaçının yuxarıda qeyd olunan müəssisə və təşkilatlardakı əmək fəaliyyəti və stajı onun əmək kitabçası və digər sənədlərlə təsdiq olunur. Bununla yanaşı müəssisənin əməkhaqqı cədvəllərində bəzi vaxtlarda iddiaçının adına əməkhaqqının yazılmaması və ya əməkhaqqı cədvəllərinin arxivə təhvil verilməməsi iddiaçının məsuliyyət dairəsinə aid edilə, onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Başqa sözlə adıçəkilən müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrlərə aid qeydlərin mötəbərliyini şübhə altına almağa əsas ola bilməz. Həmçinin kollegiya qeyd edir ki, iddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına ala n hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirir. Diqqətə alınmalıdır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyi n şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün "qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Yuxarıda qeyd edilən "İnzibati icraat haqqında” Qanunun 19.1-ci bəndinin tələbinə əsasən, sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların və təqdim edilən arayışların həqiqətə uyğun olmadığını təsdiq edən hər hansı sübut hazırkı iş üzrə mövcud deyil. Qeyd edilməlidir ki, inzibati orqan həm də, "İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunduğunu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. "İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələbl ər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Hüquqi dövlətdə publik (o cümlədən) idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, "İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Kollegiya bildirir ki, obyektiv araşdırma prinsipinin tələbinə görə, inzibati orqan inzibati icraat çərçivəsində şəxsin müraciətinin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və ob yektiv araşdırmağa borcludur və işin bütün hallarının araşdırılması onun xidməti vəzifəsindən irəli gəlir. Şəxsin müraciətinin təmin edilib-edilməməsi qənaətinə gələrkən, cavabdeh məhz qanunvericiliyin tələblərinə uyğun aparılmış inzibati icraatın nəticəsinə əsaslanmalıdır. Göründüyü kimi iddiaçının tələbi üzrə cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə penisya təyin edilməsi üçün qanunla tələb olunan şərtlər ödənildiyindən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Bu baxımdan kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməs i tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan MR İnzibati Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2-1(122)-153/2025 nömrəl i qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 29 dekabr 2023-cü il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi və hüququnun yarandığı 03 avqust 2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehə həvalə olunması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2-1(122)-153/2025 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2-1(122)-153/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar