Məhkəmə qərarları › İş №2-1(108)-34/2021

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-34/2021

13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-34/2021 13.12.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Xıdırov Əhliman Mehman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə qarşı “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 13 yanvar 2021ci il tarixli, 11 saylı qərarının ləğv olunması tələbi”nə dair Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(122)-102/2021 nömrəli qərardadından iddiaç ı İddiaçı apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair verdiyi şikayətə və apellyasiya şikayətinin mümkünlüyünə dair məsələyə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 03 may 2021-ci il tarixli iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 13 yanvar 2021-ci il tarixli, 11 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(122)-102/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə qarşı “Naxçıvan Mux tar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 13 yanvar 2021-ci il tarixli, 11 nömrəli qərarının ləğv olunması tələbi”nə dair iddiasının mümkün sayılmaması, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin İddiaçı geri qaytarılması qərara alınmışdır. Məhkəmənin həmin qərardadından narazı qalan İddiaçı 23 noyabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti vermiş, həmçinin şikayətlə birlikdə ərizə təqdim edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir. İddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasından apellyasiya şikayətinin müddətinin bərpa edilməsini xahiş edərək ərizəsində bildirilmi şdir ki, 13 yanvar 2021-ci il tarixli, 11 saylı qərarın ləğv olunmasına dair Naxçıvan Muxtar Respublikasının İnzibatı Məhkəməsinin binasında açıq məhkəmə iclasında əleyhinə qərar çıxmışdır. Belə ki, qərarın mahiyyətindən bəlli olur ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 13 yanvar 2021-ci il tarixli 11 saylı qərarının ləğv olunması tələbinə dair iddia mümkün sayılmamışdır. Çıxarılan qərar obyektiv reallıqdan kənardır, heç bir hüquqi əsası yoxdur, hüquqi dayağa söykənmir, ədalətsizdir və Vəkil və Səxavət Novruzovun şəxsi hisslərinə hörmət edir. Belə ki, Vəkil heç bir iş görməmiş, şəhid anasını aldadaraq qarşı tərəfin maraqlarına xidmət etmiş, heç bir istintaq hərəkəti aparmamışdır. Demək olar ki, o öz hərəkətləri ilə şəhid anasına xəyanət etmişdir. Mara qlı şəxs qismində X3 və Vəkil ikisi də Şahbuz rayonundan olduğundan əlbir olaraq hadisəni təhrif etmişlər. Hətta vəkil bilə-bilə apellyasiya şikayətinin müddətini buraxmışdır. Vəkilə inanıb bütün hüquqlarını ona verdiyi halda “sən məhkəməyə gəlmə hər şeyi özüm həll edəcəm” deyə onu aldatmış, müddəti buraxaraq apellyasiya şikayəti belə yazmamışdır. Apellasiya şikayəti təqribən oğlunun ili ilə üst-üstə düşdüyündən stress vəziyyətində olmuş, vəziyyəti onu apellyasiya şikayəti yazmağa imkan verməmişdir. Vəkil isə vəzifə səlahiyyətlərindən sui istifadə edərək nəinki apellyasiya şikayətini yazmamış, hətta sənədlərini onun xəbəri olmadan poçtla geri qaytarmışdır. İddiaçı qeyd etmişdir ki, apellyasiya şikayəti verməməyinin yeganə səbəbi vəkilidir. Buraxılmış prosessual müddətin bərpası ilə bağlı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə məruzəçinin məruzəsini, prosessual müddətin buraxılmasının üzrlü hesab edilməklə bərpa olunmasına dair İddiaçı izahatını dinləyib, iş materiallarına daxil olmuş vəsatətdə göstərdiyi dəlillərlə əlaqəli qiymət verərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 89-cu maddəsinə əsasən, bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsi ilə verilir. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əs aslandırılmalıdır. Kollegiya tərəfindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatətə baxılması zamanı araşdırılmış iş materiallarından aydın olmuşdur ki, apellyasiya şikayəti prosessual müddət buraxılmaqla verilmişdir. Belə ki, iş materiallarından görünür ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(122)-102/2021 nömrəli qərardadı İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil 14.10.2021-ci il tarixdə üzərində müvafiq poçt möhürü vurulmaqla qanunvericiliklə nəzərdə tutulmuş rəsmi qaydada göndərilmiş, vəkil tərəfindən qərardadın surətinin 18.10.2021-ci il tarixdə təqdim olunmasına dair, İddiaçı tərəfindən isə 19.10.2021-ci il tarixdə qərardadın surətinin təqdim olunmasına dair bildirişlərə imza edilməklə təhvil alınmış, qərardadın çatdırılmasına dair bildirişlər iş materiallarına əlavə olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 89-cu maddəsinə əsasən, bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzə rdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(122)-102/2021 nömrəli qərardadından göründüyü kimi, qərardadın nəticə hissəsində həmin qərardaddan şikayət verilməsinin müddəti və qaydası, həmçinin şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı tərəflərə izah olunmuşdur. Lakin buna baxmayaraq iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin tarixindən göründüyü kimi, İddiaçı apellyasiya şikayəti verə bilmək üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti buraxmış, eyni zamanda apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək h ər hansı bir mötəbər sübutu (sənəd) kollegiyaya təqdim etməmişdir. İş üzrə İddiaçı buraxılmış prosessual müddətinin bərpa olunmasına əsas kimi apellyasiya şikayəti verməməsinin yeganə səbəbinin vəkili olmasını qeyd etmişdir ki, kollegiya bu dəlili buraxılmış prosessual müddətin bərpasına əsas kimi qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi apellyasiyanın mümkünlüyünün əsaslarını yoxlayır, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Maddənin məzmunundan göründüyü kimi, apellyasiya icraatı zamanı şikayətin mümkünlüyü məsələsi həll olunmalı və şikayətinin verilməsinə dair tələblərə riayət edilibedilməməsi yoxlanıl malıdır. Bu tələblərə həmçinin şikayətinin birinci instansiya məhkəməsinin qərardadının elan olunduğu gündən 10 gün müddətində verilməsi aiddir. Bu müddət ötürüldükdə isə, proses iştirakçısı onun bərpasını xahiş edə bilər. Kollegiya qeyd edir ki, hazırki vəziyyətdə apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət bərpa olunmadığından Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(122)-102/2021 nömrəli qərardadından iddiaçı İddiaçı verdiyi apellyasiya şikayəti də qeyri-mümkün hesab edilməlidir. Beləliklə yuxarıda qeyd olunan xüsusatları nəzərə alan kollegiya hesab edir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 21(122)-102/2021 nömrəli qərardadından İddiaçı apellyasiya şikayəti verilməsi üçün bura xılmış prosessual müddətin bərpasına dair vəsatəti təmin edilməməklə, apellyasiya şikayəti mümkün sayılmamalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 90, 94.1-ci rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 21(122)-102/2021 nömrəli qərardadından İddiaçı apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 21(122)-102/2021 nömrəli qərardadından İddiaçı verdiyi apellyasiya şikayəti mümkün sayılmadığından qəbul edilməkdən imtina edilsin. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar