Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-34/2022 19.09.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Quliyev Vüqar Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “İddiaçı 26 iyul 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci i l tarixli, 21 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2-1(122)-92/2022 nömrəli qərarından cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 26 iyul 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 21 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ödənilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2-1(122)92/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 26 iyul 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikası D övlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 21 nömrəli qərarının ləğv edilməsi, İddiaçı təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin həmin qərarı ilə razılaşmayan cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi 18 avqust 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2-1(122)-92/2022 nömrəli qərarını n ləğv edilməsi barədə qərar qəbul olunmasını kollegiyadan xahiş etmişdir. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi şikayətində ona istinad etmişdir ki, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı qaldırdığı iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, X6 şöbəsi tərəfindən Culfa rayon şöbəsində pensiya təyinatının qanunvericiliyə uyğunluğunun yoxlanılması zamanı məlum olmuşdur ki, xx xxx 1961-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 26 iyul 2019-cu il tarixli 95nömrəli qərarına əsasən "Əmə k pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 179,91 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 12 yanvar 1980-cu il tarixli, HT-1 seriyalı, ******* nömrəli əmək kitabçasına və arayışlarına əsasən o, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Azərbaycan Dəmiryolu Naxçıvan Hissəsi Culfa stansiya vaqonlara texniki xidmət məntəqəsində çilingər işləmişdir. İddiaçı xx.xx.1980-ci il tarixdən, xx.xx.1982-ci il tarixədək sovet ordusu sıralarında xidmətdə olduqdan sonra xx.xx.1982-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan Dəmiryolu Naxçıvan Hissəsi Culfa stansiya vaqonlara texniki xidmət məntəqəsində çilingər, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-ci il tarixədək Azərb aycan Dəmiryolu Naxçıvan Hissəsi X5 elektrovoz maşinist köməkçisi, xx.xx.1997-ci il tarixdən, xx.xx.1997-ci il tarixədək Azərbaycan Dəmiryolu Naxçıvan Hissəsi X5 maşinist köməkçisi, xx.xx.1997-ci il tarixdən, xx.xx.2007-ci il tarixədək Azərbaycan Dəmiryolu Naxçıvan Hissəsi X5 elektrovoz maşinist köməkçisi vəzifələrində işləmişdir. İddiaçının əmək kitabçasındakı qeydlərə və təqdim edilmiş arayışlara əsasən onun 2006-cı il yanvar ayının 1dək 28 il 8 ay ümumi, 23 il 7 ay xüsusi iş stajı vardır. İddiaçının 01 yanvar 2006-cı il tarixədək olan 28 il 8 ay sığorta stajına əsasən formalaşan pensiya kapitalı 20108,93 manat, 01 yanvar 2006-cı il tarixdən 02 may 2018-ci il tarixədək isə 5136,87 manat olmaqla, cəmi 25245,80 manat məbləğində pensiya kapitalı olmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa gör ə təyin edilmiş əmək pensiyasının hesablanması aşağıdakı qaydada aparılmışdır: 28 il 8 ay = (28 il x 306) + (306/12 x 8 ay) = 8772,0 x 2,2924 (indeks) = 20108,93 + 5136, 87 (xx.xx.2006-xx.xx.2018) = 25245,80/222 ay (78+144) 113,72 < 116,27 (2018-ci il minimum pensiyanın məbləği). 63 yaş 6 ay (2018-ci ilin may ayı Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) - 57 yaş (güzəştli şərtlərlə pensiya yaşı) = 78 ay (yaşlar arasındakı ay fərqi) + 144 ay (gözlənilən pensiya ödənişi aylarının sayı) = 222 ay (gözlənilən pensiya ödənişi aylarının sayı); Pensiya kapitalı = 25245,80:222 = 113,72 < 116,27 (2018-ci il minimum pensiyanın məbləği). Beləliklə, pensiya kapitalının aşağı həddi iddiaçıya münasibətdə (116,27 x 222)=25811,94 manat təşkil etməli olduğu halda, onun fərdi hesabının sığorta hiss əsində 25245,80 manat pensiya kapitalı qeydə alınmışdır. Pensiyanın minimum məbləği xx.xx.2017-ci il tarixdən 110,0 manat, xx.xx.2018-ci il tarixdən 116,27 manat, xx.xx.2019-cu il tarixdən 119,76 manat, xx.xx.2019-cu il tarixdən 160,0 manat, xx.xx.2019-cu il tarixdən 200,0 manat, xx.xx.2022-ci il tarixdən 240,0 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 25811,94 manat təşkil etməli olsa da, onun qeydə alınmış pensiya kapitalı 566,14 manat fərq ilə 25245,80 manat təşkil etmişdir. Bu hal isə birmənalı ona əsas verir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsində göstərilən ş ərtlərdən biri ödənilməmişdir. Beləliklə, iddiaçıya əmək pensiyasını təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından, iddiaçının tələbi əsassızdır. Apellyasiya şikayətində həmçinin göstərilmişdir ki, 2017-ci ilin iyulun 1-dən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" müddəası Qanunvericilik hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanaraq qüvvəyə minmişdir. Təəssüflər olsun ki, yeni normanın tələbinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı tələb olunduğu halda, dövlətin digər hakimiyyət orqanı olan, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi tərəfindən Qanunun bu müddəaları nəzərə alınmadan, qanunvericiliyin tələblərinə zidd qərar qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasından yuxarı məhkəmə hakimiyyəti orqanı olaraq, bu uyğunsuzluğun aradan qaldırılması üçün Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-92/2022 nömrəli qərarının ləğv olunması, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmadığı təqdirdə, vətəndaşa güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün onun çatışmayan pensiya kapitalının pensiyanın minimum məbləğinə çatdırılması üçün hesablama qaydasının qərarda göstərilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinin hüquqi əsası kimi qeyd olunmuşdur ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikas ı Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununda "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində dəyişiklik edilərək, müəyyən edilmiş xüsusi iş stajı toplamış şəxslərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə və ya azı 25 il sığorta stajı olduqda pensiya hüququ yaranır. Göründüyü kimi yeni dəyişikliklərdən sonra 2022-ci il iyulun 1-dən İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranır. Qanunvericiliyə əsasən İddiaçı 2022-ci il iyulun 1-dən ə mək pensiyasının təyin edilməsi mümkündür. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliklər bir daha Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin qanuna əsaslanmayan düzgün qərar qəbul etməməsini ortaya çıxarır. Cavabdeh şikayətində yuxarıda qeyd olunanlara əsasən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2-1(122)-92/2022 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmişlər. C avabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən 16 sentyabr 2022-ci il tarixdə kollegiyaya daxil olmuş ərizədə 19 sentyabr 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş edilmişdir. X2 Məcəllənin 62.3-cü maddəsinə əsasən İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında izahat verən iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə izahatında apellyasiya şikayətini qəbul etməyə rək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2-1(122)-92/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsi nə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasi ya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati işin materiallarını araşdırıb iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlamaqla şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakı nətıcəyə gəlir. İş materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyası tərəfindən qəbul edilmiş 08 fevral 2022-ci il tarixli, 21 nömrəli qərarının təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı xx.xx.2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğinə çatmadığı üçün güzəştli şərtlərlə pensiya hüququ yaranmadığından xx.xx.1961-ci il tarixdə anadan olmuş, ünvan 3 ünvanında yaşayan İddiaçı xx.xx.2019-cu il tarixli, 95 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilmiş və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 9748 manat 94 qəpik məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması qərara alınmışdır. - 12 yanvar 1980-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.1980-ci illərdə Azərbaycan Dəmiryolu Naxçıvan Hissəsinin Culfa stansiyasında vaqonlara texniki xidmət məntəqəsində çilingər, xx.xx.1980xx.xx.1982-ci illərdə sovet ordusu sıralarında xidmətdə olmuş, xx.xx.1982-xx.xx.1989-cu illərdə Azərbaycan Dəmiryolu Naxçıvan Hissəsinin Culfa stansiyasında vaqonlara texniki xidmət məntəqəsində çilingər, xx.xx.1989-xx.xx.1989-cu illərdə Azərbaycan Dəmiryolu Naxçıvan X4 deposunda elektrovoz maşınist köməkçisi, xx.xx.1989-xx.xx.1997-ci illərdə Azərbaycan Dəmiryolu Naxçıvan X4 deposunda elektrovoz maşınist köməkçisi, xx.xx.1997-xx.xx.1997-ci illərdə Azərbaycan Dəmiryolu Naxçıvan X4 deposunda elektrovoz maşınist köməkçisi, xx.xx.1997-xx.xx.2007-ci illərdə Azərbaycan Dəmiryolu Naxçıvan X4 deposunda elektrovoz maşınist köməkçisi vəzifələrində işləmişdir. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin məhkəmənin sorğusuna cavab olaraq 04 may 2022-ci il tarixli, 06/145 nömrəli məktubunda göstərilmişdir ki, xx xxx 1961-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 26 iyul 2019-cu il tarixli, 95 nömrəli qərarına əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 179,91 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən onun 2006-cı il yanvar ayının 1-dək 28 il 8 ay ümumi, 23 il 7 ay xüsusi iş stajı vardır. X6 şöbəsi tərəfindən Culfa rayon şöbəsində pensiya təyinatının qanunvericiliyə uyğunluğunun yoxlanılması zamanı məlum olmuşdur ki, İddiaçı xx.xx.2006-cı il tarixədək olan 28 il 8 ay sığorta stajına əsasən formalaşan pensiya kapitalı 20108,93 manat, xx.xx.2006cı il tarixdən xx.xx.2018-ci il tarixədək isə 5136,87 manat olmaqla, cəmi 25245,80 manat pensiya kapitalı mövcuddur. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının hesablanması aşağıdakı qaydada aparılmışdır: 63 yaş 6 ay (2018-ci ilin may ayı Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) - 57 yaş (güzəştli şərtlərlə pensiya yaşı)-78 ay (yaşlar arasındakı ay fər qi) + 144 ay (gözlənilən pensiya ödənişi aylarının sayı) = 222 ay (gözlənilən pensiya ödənişi aylarının sayı); Pensiya kapitalı 25245,80:222 = 113,72 < 116,27 (2018-ci il minimum pensiyanın məbləği). Hesablanma: 28 il 8 ay = (28 il x 306) + (306/12 x 8 ay) = 8772,0 x 2,2924 (indeks) - 20108,93 + 5136,87 (xx.xx.2006-xx.xx.2018)=25245,80/222 ay (78+144) = 113,72 < 116,27 (2018-ci il minimum pensiyanın məbləği). Vətəndaşa pensiya təyinatı üçün qanunvericiliyə uyğun olaraq ümumilikdə fərdi hesabın sığorta hissəsində 25811,94 manat məbləğində pensiya kapitalı tələb olunur. Beləliklə də, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq iddiaçının 01 yanvar 2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığort a hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğindən az olmuşdur. Buna görə də, İddiaçı pensiyası Fondun Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 21 nömrəli qərarına əsasən ləğv edilmişdir. - Fondun Culfa rayon şöbəsi tərəfindən məhkəməyə göndərilmiş İddiaçı aid pensiya işinin materiallarından aydın olur ki, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 26 iyul 2019-cu il tarixli, 95 nömrəli qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq yaşa görə xx.xx.2018xx.xx.2019 aralığında 179,91; xx.xx.2019-xx.xx.2019 aralığında 185,31; xx.xx.2019-cu il tarixdən hər ay 185,31 manat olmaqla müddətsiz əmək pensiyası təyin edilmişdir. İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə ünvanlanan 26 iyul 2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş və ərizədə hazırda işlədiyini qeyd etmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsi tərəfindən verilmiş 04 iyul 2019-cu il tarixli, 527 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir.30 iyul 1979-cu il tarixli, 049640 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 01 sentyabr 1976-cı ildən 01 iyul 1979-cu ilə qədər təhsil almışdır. Naxçıvan Muxtar Re spublikasının Dövlət Arxivi tərəfindən verilmiş 07 aprel 2022ci il tarixli, 13/484 nömrəli arayışdan görünür ki, İddiaçı Azərbaycan Dəmir X3 X5 1992-2006-cı illər ərzində işləmiş və aylar üzrə müvafiq əməkhaqqı almışdır. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş 04 may 2022-ci il tarixli, 06/144 nömrəli arayışdan görünür ki, İddiaçı ssn **********095 DSMF Culfa rayon şöbəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək 4 il 1 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 5136,87 manat pensiya kapitalı vardır - “X9” MMC tərəfindən məhkəməyə ünvanlanmış 07 iyul 2022-ci il tarixli, D/168 nömrəli məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının İİ əlavəsinin 23001000-18590 bəndinə əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Azərbaycan Dəmiryolu Naxçıvan Hissəsinin Culfa stansiyasında vaqonlara texniki xidmət məntəqəsində çilingər, həmin qərarın 23001000-18540 bəndinə əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan Dəmiryolu Naxçıvan Hissəsinin Culfa stansiyasında vaqonlara texniki xidmət məntəqəsində çilingər, 23001000-19241 bəndinə əsasən xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan Dəmiryolu Naxçıvan X4 deposunda elektrovoz maşınist köməkçisi, **********291 bəndinə əsasən xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Dəmiryolu Naxçıvan X4 deposunda elektrovoz maşınist köməkçisi, 2300100-19291 bəndinə əsasən xx.xx.1997-ci il tarixdə n xx.xx.1997-ci il tarixədək Azərbaycan Dəmiryolu Naxçıvan X4 deposunda elektrovoz maşınist köməkçisi, 23001000-19291 bəndinə əsasən xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Dəmiryolu Naxçıvan X4 deposunda teplovoz maşınist köməkçisi vəzifəsində işləyərək, ümumilikdə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verən 24 il 7 ay 17 gün staja malikdir. Bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 21.4-cü bəndinə uyğundur. İnzibati işin araşdırılmış hallarından, iddiaçının iddia qaldırarkən irəli sürdüyü iddia tələbinin hüquqi əsaslarından aydın olur ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun pensiyasının ləğv edilməsinə əsas olmuş müvafiq qərarı mübahisələndirərək, həmin qərarın qəbul olunmasına əsas kimi göstərilən “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” müddəasının ona şamil olunmadığını göstərib həmin qərarın ləğv olunmasını və pensiyasının bərpa edilməsini tələb edir. Cavabdeh inzibati orqanın imtina məktubundan, apellyasiya şikayətinin məzmunundan və cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatdan məlum olmuşdur ki, aparılan audit yoxlaması zamanı iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiya təminatına imkan vermədiyi müəyyən edildiyindən onun pensiyasının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin məzmunundan da görünür ki, şikayətin dəlillərində məhz biri nci instansiya məhkəməsinin qərarının ləğvinə əsas kimi “...iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının 25811,94 manat təşkil etməli olduğu halda, onun qeydə alınmış pensiya kapitalının 566,14 manat fərq ilə 25245,80 manat təşkil etdiyini, bu halın isə birmənalı olaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərindən birinin ödənilməməsinə əsas verdiyini, beləliklə, iddiaçıya əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsasların mövcud olmadığı” göstərilmişdir. Göstərilən bu dəlilləri işin halları ilə müqayisəli şəkildə tədqiq edən kollegiya həmin dəlillərin əsassız olması qə naətinə gəlir və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi hesab etmişdir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan Dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təmi nat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra– sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əm ək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlər lə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: -13-cü maddəsinə əsasən: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər- istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 2 5 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yeni dən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli, 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilirdi ki, Qanunun 9.8-ci maddəs inə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazir lər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Hazırki iş üzrə İddiaçı 26 iyul 2019-cu il tarixli 95-nömrəli qərara əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Q anununun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 179.91 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçıya yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilərkən vətəndaşın güzəştli şərtlərlə yaşa görə pensiya hüququ mövcud olmuşdur. Belə ki, iddiaçının əmək kitabçasına əsasən 01 yanvar 2006-cı il tarixədək 28 il 8 ay ümumi, 23 il 7 ay xüsusi iş stajı müəyyən edilir. Lakin iş materiallarından görünür ki, inzibati orqan tərəfindən aparılmış audit yoxlaması zamanı iddiaçının pensiya almasına əsas verən yaşının 2017-ci ilin iyul ayının 1-dən sonra tamam olması və buna görə 01 iyul 2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində edilmiş müvafiq əlavə və dəyişikliyin ona münasibətdə tətbiq edilməsi əsas gətirilərək onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olması səbəbindən ona təyin olunmuş pensiya 08 fevral 2022-ci il tarixli, 21 nömrəli qərarla ləğv edilmişdir. Belə ki, 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsindəki “57” rəqəmləri “60” rəqəmləri ilə, “ 52” rəqəmləri “ 55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Kollegiya mübahisənin həllində 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş qanunvericilik normalarının dispozisiya şərtlərinin həmin tarixədək iddiaçıya münasibətdə mövcudluğu baxımından tətbiq olunması qənaətinə gəlməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, yuxarıda istinad olunan normaların tələbinə görə, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün zəruri şərt Qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixədək şəxsin əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni ümumi və xüsusi stajı qazanmış olmasıdır. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki şərt, yəni şəxsin 01 yanvar 2006-cı ilə qədər azı 25 il ümumi iş stajı və həmin tarixədək azı 12 il 6 ay güzəştli iş stajı mövcud olmalıdır. Qeyd olunmalıdır ki, iddiaçıya münasibətdə hər iki hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmiş, bununla y anaşı iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının İİ əlavəsinin 23001000-18590 bəndində göstərilən xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Azərbaycan Dəmiryolu Naxçıvan Hissəsinin Culfa stansiyasında vaqonlara texniki xidmət məntəqəsində çilingər, həmin qərarın 23001000-18540 bəndinə əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan Dəmiryolu Naxçıvan Hissəsinin Culfa stansiyasında vaqonlara texniki xidmət məntəqəsində çilingər, 23001000-19241 bəndinə əsasən xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan Dəmiryolu Naxçıvan X4 deposunda elektrovoz maşınist köməkçisi, **********291 bəndinə əsasən xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Dəmiryolu Naxçıvan X4 deposunda elektrovoz maşınist köməkçisi, 230010019291 bəndinə əsasən xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Dəmiryolu Naxçıvan X4 deposunda elektrovoz maşınist köməkçisi, 23001000-19291 bəndinə əsasən xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Dəmiryolu Naxçıvan X4 deposunda teplovoz maşınist köməkçisi vəzifəsində işləməklə, ümumilikdə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən 24 il 7 ay 17 gün xüsusi iş stajına malik olması işə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Göstərilən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 21.4-cü bəndinə uyğundur. Kollegiya bir daha qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərba ycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə müvafiq olaraq 01 iyun 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən təyin edilməlidir. Nəzərə alınmalıdır ki, adıçəkilən Qanunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələb nəzərdə tutulmamışdır. Cavabdehin istinad etdiyi həmin tələblə bağlı müddəalar “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Kollegiya hesab edir ki, iddiaçı 01 yanvar 2006-cı ilə tarixədək qanunvericilikdə nəzərdə tutulmuş ümumi və xüsusi iş stajına malik olduğundan, yəni pensiya hüququ yarandığından, 57 yaşını 2017-ci ildən sonra tamamlamasından asılı olmayaraq, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunmalı və mövcud qanunvericiliyin pensiya kapitalı ilə bağlı tələbi tətbiq olunmamalıdır. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, inzibati orqan iddiaçının pensiya hüququ qazandığı dövrdə qüvvədə olan hüquq normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələbi əsas gətirərək iddiaçıya təyin olunmuş pensiyanın ləğv edilməsində haqlı olmamışdır. Beləliklə, kollegiya inzibati işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, b irinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutlar və mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmış, nəticədə düzgün qərar qəbul etmişdir. İş üzrə cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsas təşkil etmir. Kollegiya həmçinin cavabdehin apellyasiya şikayətində qeyd etdiyi ”...Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin qərarı qüvvədə saxlanılacaqsa vətəndaşın pensiyasının hesablama qaydasının qərarda göstərilməsi” barədə təklifinə münasibətdə qeyd edir ki, bu apellyasiya baxışının predmetinə aid olmadığından həmin məsələyə dair fikir bildirilməsi qanunver iciliyin tələbinə ziddir. Kollegiya belə nəticəyə gəlir ki, cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 iyul 2022ci il tarixli, 2-1(122)-92/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, İnzibati Prosessual Məcəllənin 68, 69, 75, 89, 94.1-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərаrverdi: İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “İddiaçı 26 iyul 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Q anununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 21 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2-1(122)-92/2022 nömrəli qərarından cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 iyul 202 2-ci il tarixli, 2-1(122)92/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-34/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-34/2022
19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver