Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-34/2023 07.09.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli Kərim oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2-1(122)-57/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 08 iyul 20 22-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddia ərizəsinin təmin olunması, ona Qarabağ müharibəsi veteranı adı və Qarabağ müharibəsi veteranı vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(112)-10436/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya “Qarabağ müharibəsi” veteranı adının və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” barədə iddia ərizəsi üzrə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı Zeynalov X6 Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərdiyi 20 fevral 2023-cü il tarixli yeni iddia ərizəsində iddia tələbini “ona müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin Naxçıvan MR Sədərək rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin üzərinə qoyulması” kimi ifadə etmişdir. Sonradan 03 mart 2023-cü il tarixli məhkəmə iclasında 20 fevral 2023-cü il tarixli iddia ərizəsində texniki səhvlik edərək cavabdeh qismində NMR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsini göstərdiyini bildirib, həmin iddia ərizəsində cavabdehin AR Müdafiə Nazirliyi kimi oxunmasını xahiş etmişdir. Məhkəmənin protokol qərarı ilə iddiaçının vəsatəti təmin edilərək 20 fevral 2023-cü il tarixli iddia ərizəsində cavabdehin Azərbaycan Respublikası Müdafiə Nazirliyi kimi qəbul edilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Resp ublikası İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 21(122)-57/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 21(122)-57/2023 nömrəli qərarından narazı qalan İddiaçı 21 iyul 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının 22 avqust 2023cü il tarixli 2-1(108)-34/2023 nömrəli qərardadı ilə İddiaçı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2-1(122)-57/ 2023 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2-1(122)-57/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmişdir. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, ona müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasına görə məhkəməyə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 21(122)-57/2023 saylı, 05 may 2023-c ü il tarixli qərarı ilə (sədrlik edən hakim Elnur Hüseynov) iddia təmin edilməmişdir. Aşağıdakılara əsasən hesab edir ki, məhkəmənin bu qərarı tamamilə qanunsuz və əsssızdır, ona görə də qərar ləğ edilməli və iddia tələbi tam həcmdə təmin olunmalıdır. Belə ki, o, 1990-1992-ci illərdə Sədərəyin müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş və həmin döyüşlərdə iştirak etməyi ilə bağlı hərbi biletinin 7-ci səhifəsində qeydlər aparılmışdır. Baxmayaraq ki, Sədərək uğrunda gedən döyüşlərdə 1-ci tağımın 2-ci bölmə komandiri kimi iştirak etsə də bu günədək müharibə veteranı statusu ala bilmir. Müdafiə Nazirliyinə etdiyi müraciətlərin heç bir nəticəsi olmamışdır. Hətta rəsmi müraciətlərinə cavab belə verilməmişdir. Halbuki, müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilm əsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci bəndinə əsasən, müharibə veteranı adı, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməl iyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbayca Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərba ycan Respublikası Prezidentininin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti Azərbaycan Respublikasının X3 Dövlət Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələrlə xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnaməyə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğ runda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə X8 (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Fizuli, Ağdam, Tərtər(keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov) və Şaumyan kənd) Daşkəsən, Göygöl, (keçmiş Xahlar) Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax, (Sofulu, Barxudarlı, Yuxarı Əskipara, kəndləri daxil olmaqla rayonların ərazisində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı komissiyanın rəyinə əsasən verilir. Həmin əsasnamənin 2-ci bəndinə əsasən, Azərbaycan Ordusunun və qanunvericilikdə n əzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla təqvimlə 25 (iyirmi beş) il və daha çox hərbi xidmət keçmiş (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsin və ya törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiyinə görə ordu sıralarından və ya müvafiq orqanlardan xaric olunanlar istisna olmaqla) Azərbaycan Respublikasının vətəndaşları: Silahlı Qüvvələrin veteranları sayılırlar. Göründüyü kimi, 1994cü il mayın 12-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edən bütün iştirakçılar və 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmt keçərkən, yaxud döyüş zonasında döyüş tapşırı ğının verinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya almış hərbi qulluqçular müharibə veteranı hesab edilirlər. Həmçinin Veteranlar haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Azərbayca Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Məhkəməyə təqdim etdiyi Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2022-ci il tarixli, 4134 saylı məktubundan görünür ki, X5 Komitəsi üzrə xx.xx.1992-ci il tarixli 71 nömrəli əmrlə Sədərək regional qərargahının 1-ci tağımın 2-ci bölmə komandiri vəzifəsinə təyin olunub. Həmin məktubda daha sonra göstərilir ki, onun döyüş bölgəsinə ezam olunması, döyüşlərdə iştirak etməsi barədə məlumat yoxdur. Məhkəməyə təqdim etdiyi Müdafiə Nazirliyinin hərbi hissəsinin xx.xx.2022-ci il tarixli, 4/3-11060 saylı məktubundan görünür ki, N saylı hərbi hissənin arayışına əsasən xx.xx.1992-ci il tarixdən sonrakı hərbi xidmət barədə məlumat olmadığından ona veteran vəsiqəsinin verilməsindən imtina edilir. Halbuki, 09 mart 1992-ci il tarixli X5 Komitəsi üzrə əmrdən çıxarışdan, müdafiə komitəsinin xidməti vəsiqəsindən, hərbi biletindən və fotoşəkillərdən görünür ki, həqiqətəndə o, Sədərək uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Lakin birinci instansiya məhkəməsi bəzi qanun normalarına düzgün istinad etsə də işin hallarına uyğun təfsir etməmişdir. İşdə kifayət qədər mötəbər sübutların olmasına baxmayaraq birinci instansiya məhkəməsi həmi n sübutları düzgün qiymətləndirməmişdir. Yuxanda qeyd olunan normativ hüquqi aktların mətnindən də görünür ki, onun hərbi xidmət keçdiyi dövr ərzində müharibə zonasında xidmət keçən şəxslərə hərbi bilet əsasında müharibə veteranı adı verilir. Hesab edir ki, iddia tələbi tam əsaslıdır, ona görə də iddiası tam həcmdə təmin edilməlidir. İddiaçı apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 2.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 388, 389, 390-cı maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cav abdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2-1(122)-57/2023 nömrəli qərarının ləğv edilib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası İn zibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə şikayət başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosess ual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya iddiaçının izahatını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. İş materiallarında olan: -Sədərək Rayon Polis Şöbəsi tərəfindən 29 aprel 2005-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxx 1951-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Sədərək kəndində doğulmuş İddiaçı Sədərək rayonu, Sədərək kəndində pasport qeydiyyatındadır. -Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 05 oktyabr 2022-ci il tarixli, 4/3-11060 nömrəli məktubdan məlum olur ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqəda r göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmış, N nömrəli hərbi hissə tərəfindən verilən xx.xx.2022ci il tarixli, 5235 nömrəli arayışa əsasən xx.xx.1992-ci il tarixdən sonrakı hərbi xidməti barədə məlumat olmadığına görə “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. -İddiaçı məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətinin 7-ci səhifəsində İddiaçı 1990-1992-сi illərdə Sədərək rayonunda gedən döyüşlərdə iştirak etdiyi qeyd olunmuşdur. -Naxçıvan MR Dövlət Müdafiə Komitəsi tərəfindən İddiaçı 148 nömrəli vəsiqə verilmişdir. -Naxçıvan MR Döv lət Müdafiə Komitəsinin 09 mart 1992-ci il tarixli, 70 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, İddiaçı 1-ci tağımın 2-ci bölmə komandiri kimi Sədərək rayon qərargahının sərhəd zastavasına qəbul edilmişdir. -13 dekabr 1996-cı il tarixli, 20/X11 nömrəli arayışın surətindən məlum olur ki, İddiaçı 1990-1992-ci illərdə ermənilərə qarşı könüllü dəstələrdə fəal iştirak etmişdir. -Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş N yanvar 2023-cü il tarixli, 3-43-74/2-N/2023 nömrəli məktubdan məlum olur ki, 1951-ci il təvəllüdlü İddiaçı qeydiyyat kartası istefada olmanın son yaş həddinə görə (xx.xx.2016-cı il tarixli, 824 №-li akt, sıra sayı 10) ləğv edildiyi üçün Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsində onun döyüşlərdə iştirakı və tərxis olub-olmaması barədə heç bir məlumat yoxdur. -Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş N yanvar 2023-cü il tarixli, 32 nömrəli arxiv arayışından aydın olur ki, Zeynalov X6 Dövlət-Müdafiə Komitəsi üzrə xx.xx.1992-ci il tarixli, 71 nömrəli əmrlə (§ 2, sıra nömrəsi 18) Sədərək Regional qərargahının 1-ci tağımın 2-ci bölmə komandiri vəzifəsinə təyin olunmuş, İddiaçı xidməti, döyüşlərdə iştirakı və ehtiyata buraxılması haqqında məlumat yoxdur. -Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş N mart 2023-cü il tarixli, 5-26/2-64/2 023 nömrəli məktubdan məlum olur ki, İddiaçı müharibə aparılan illərdə Ermənistan Silahlı Qüvvələrinin ölkəmizə hücumu zamanı Sədərək rayonunun müdafiəsində, “Könüllülər dəstəsi”nin tərkibində iştirak edib-etməməsi barəsində Sədərək Rayon İcra Hakimiyyətində və Sədərək rayon Dövlət Arxivində heç bir sənəd yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqların müdafi əsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərba ycan Respublikası Müdafiə Nazirliyinin iddia ərizəsinə etirazında göstərilmişdir ki, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə, şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasıdır. Şəxsə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı, hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 5235 nömrəli arayışına əsasən iddiaçının xx.xx.1992-ci il tarixdən sonraki hərbi xidməti barədə məlumatın olmadığı qeyd edilmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəx sin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə”yə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-də k erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli, 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini süb ut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Kollegiya qeyd edir ki, göstərilən Əsasnaməyə uyğun olaraq şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq sənədlərdə əks edilməsi müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri olmaqla şəxsin döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməsi yalnız hərbi biletlə deyil, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə də təsdiq edi lməlidir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, döyüşlərdə iştirakı və ehtiyata buraxılması barədə məlumat olmadığından, iddiaçının mötəbər sübut kimi iddia ərizəsində istinad etdiyi hərbi biletdə əks olunan məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi arxivinin və sair rəsmi aktlarla öz təsdiqini tapmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N yanvar 2023-cü il tarixli, 32 nömrəli arxiv arayışında göstərilmişdir ki, Zeynalov X6 DövlətMüdafiə Komitəsi üzrə xx.xx.1992-ci il tar ixli, 71 nömrəli əmrlə (§ 2, sıra nömrəsi 18) Sədərək Regional qərargahının 1-ci tağımın 2-ci bölmə komandiri vəzifəsinə təyin olunmuş, lakin İddiaçı xidməti, döyüşlərdə iştirakı və ehtiyata buraxılması haqqında məlumat yoxdur. Kollegiya qeyd edir ki, iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətinin 7-ci səhifəsində İddiaçı 1990-1992-сi illərdə Sədərək rayonunda gedən döyüşlərdə iştirak etməsi barədə qeyd olsa da yuxarıda sadalanan normaların tələbinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı təsdiq edən hərbi bilet yalnız şəxsin hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda veteran adının verilməsi üçün əsas sayıla bilər. İşin araşdırılma sı zamanı belə bir halın olması (hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları) müəyyən edilməmiş, həmçinin iddiaçı bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş materiallarına əlavə olunmuş arxiv arayışında Zeynalov X6 Dövlət-Müdafiə Komitəsi üzrə xx.xx.1992-ci il tarixli, 71 nömrəli əmrlə (§ 2, sıra nömrəsi 18) Sədərək Regional qərargahının 1-ci tağımın 2-ci bölmə komandiri vəzifəsinə təyin olunması öz təsdiqini tapsa da, onun hərbi xidmət keçməsi, döyüşlərdə iştirakı, hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə hər hansı bir məlumat mövcud deyil. Şəxsin hərbi hissədə hərbi xidmətdə olma faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, hərbi xidmət keçməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən t ərxis olunmasını ehtiva edir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Cavabdeh inzibati orqan iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin veri lməsindən imtinasını N nömrəli hərbi hissə tərəfindən verilən xx.xx.2022-ci il tarixli 5235 nömrəli arayışa əsasən iddiaçının xx.xx.1992-ci il tarixdən sonrakı hərbi xidməti barədə məlumatın olmaması ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallar da, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı müvafiq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış, sübutlara maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmiş, işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlinmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2-1(122)-57/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri, Azərba ycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2-1(122)-57/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 21(122)-57/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respubl ikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-34/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-34/2023
07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver