Məhkəmə qərarları › İş №2-1(108)-34/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-34/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-34/2025 08.04.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X13 (sədrlik edən və məruzəçi), X8 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin nümayəndəsi X4 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 21(122)-214/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı cavabdehin 16 yanvar 2024-cü il tarixli, 16 nömrəli qərarının ləğv edilməsi və ona 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 16 yanvar 2024-cü il tarixli, 16 nömrəli qər arının ləğv edilməsi və ona 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Hicran Muradov) 27 yanvar 2025-ci il tarixli, 2-1(122)-214/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin 16 yanvar 2024-cü il tarixli, 16 nömrəli qərarının ləğv edilməsi və 65 yaşının tamam olduğu 20 noyabr 2023-cü il tarixdən İddiaçı əmək pensiyası təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ona 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi üçün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 16 nömrəli qərarı ilə onun müvafiq müraciətindən imtina edilmişdir. Mübahisələndirilən qərarda yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanın əsası kimi onun fərdi hesabında tələb olunan pensiya kapitalının və 25 il ümumi iş stajının olmaması, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabında qeydə alınmış minimum pensiya kapitalının olmaması göstərilmişdir. İddiaçı qeyd edir ki, onun 2006-cı ildən sonra mülkiyyətində olan təsərrüfat təyinatlı torpaq sahəsinin istifadəsinə görə DSMF-də fərdi hesabına sosial sığorta ödənişləri edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi barədə məlumatlar sığortaolunanın fərdi şəxsi hesabında (X7 Sistemində) öz əksini tapmamışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbayc an Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. İşdə olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinat şöbəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli, 16 nömrəli qərarından görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən tələb olunan 25 il sığorta stajı olmadığından və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsi tətbiq edilməklə, avtomatlaşdırılmış qaydada yaşa gör ə əmək pensiyası təyin etmək üçün xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış minimum pensiya kapitalı olmadığından, İddiaçı yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İşdə olan ödəniş qəbzlərdəndən görünür ki, İddiaçı 20 aprel 2016-cı il tarixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,80 manat, 19 avqust 2016-cı il tarixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,60 manat, 16 dekabr 2016-cı il tarixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,60 manat, 21 noyabr 2017-ci il tarixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,60 manat, 20 dekabr 2017-ci il tarixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,60 manat, 22 yanvar 2018-ci il tarixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,60 manat, 27 mart 2018-ci il tar ixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,60 manat, 24 aprel 2018-ci il tarixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,60 manat, 20 avqust 2018ci il tarixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,60 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İşdə olan JN-0274 KOD 10303018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı, X2, X3, X1 və X6 Babək Rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 2001-ci tarixli, 193 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,31 hektar torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali mə qsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respubli kasının Qanununun 22-1-ci maddəsinə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı nəzərdə tutulmuşdur. Bu zaman vətəndaşlar üçün 01 yanvar 2019-cu ildən etibarən xüsusi güzəştlər müəyyən edilmişdir. Qanunun 22.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsi qeyd edilmişdir. Bu güzəştlərdən yararlanmaq üçün sığortaolunanın fərdi hesabının sığorta hissəsində 01 iyul 2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Pensiya kapitalının məbləği isə hüquqi əhəmiyyətə malik deyil. İşin faktiki hallarından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 65 yaşı tamam olmuşdur. İddiaçıya məxsus ödəniş qəbzlərindən aydın olur ki, iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə 20 aprel 2016-cı il tarixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,80 manat, 19 avqust 2016-cı il tarixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,60 manat, 16 dekabr 2016-cı il tarixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,60 manat, 21 noyabr 2017-ci il tarixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,60 manat, 20 dekabr 2017-ci il tarixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,60 manat, 22 yanvar 2018-ci il tarixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,60 manat, 27 mart 2018-ci il tarixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,60 manat, 24 aprel 2018-ci il tarixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,60 manat, 20 avqust 2018ci il tarixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,60 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Bu da iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İddiaçının təqdim etdiyi ödəniş qəbzlərinin mötəbərliyinə dair tərəflər arasında hər hansı mübahisə yoxdur. Tərəflər arasında mübahisə iddiaçının fərdi hesabında tələb olunan pensiya kapitalının və 25 il ümumi iş stajının olmaması, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış minimum pensiya kapitalının olmamasıdır. Cavabdehin apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqı ödəməsi barədə məlumatlar sığortaolunanın fərdi şəxsi hesabında (X7 Sistemində) öz əksini tapmamışdır. Bu səbəbdən iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilə bilməz. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını ödəməsi barədə məlumatların elektron sistemdə öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və bu hal vətəndaşın sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sən ədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqları ödəməsini qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödəməməsinə, həmçinin iddiaçının təqdim etdiyi ödəniş qəbzlərinin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edil məmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının 20 aprel 2016-cı il tarixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,80 manat, 19 avqust 2016-cı il tarixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,60 manat, 16 dekabr 2016-cı il tarixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,60 manat, 21 noyabr 2017-ci il tarixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,60 manat, 20 dekabr 2017-ci il tarixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,60 manat, 22 yanvar 2018-ci il tarixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,60 manat, 27 mart 2018-ci il tarixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,60 manat, 24 aprel 2018-ci il tarixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,60 manat, 20 avqust 2018ci il tarixli, ******* nömrəli ödəniş qəbzinə əsasən 1,60 manat məbləğində məcburi döv lət sosial sığorta haqqı ödəməsi müəyyən edilir ki, bu da iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü mad dələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 21(122)-214/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar