Məhkəmə qərarları › İş №2-1(108)-35/2021

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-35/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-35/2021 24.12.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, Muradov Vüsal Hicran oğlunun məhkəmə iclas katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “orderlə ailə üzvlərinin istifadəsinə verilmiş, Culfa şəhəri, Şəhidlər küçəsi, bina 4, mənzil 7 barədə olan özəlləşmənin ləğvi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2-1(122)-210/2021 nömrəli qərardadından İddiaçı vəkili və nümayəndəsi Vəkil tərə findən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, orderlə ailə üzvlərinin istifadəsinə verilmiş, Culfa şəhəri, Şəhidlər küçəsi, bina 4, mənzil 7 barədə olan özəlləşmənin ləğvi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 21(122)-210/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “orderlə ailə üzvlərinin istifadəsinə verilmiş, Culfa şəhəri, Şəhidlər küçəsi, bina 4, mənzil 7 barədə olan özəlləşmənin ləğvi tələbi”nə dair iddiası mümkün sayılmamış, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmışdır. Məh kəmənin qərardadından narazı qalan İddiaçı vəkili və nümayəndəsi Vəkil 29 noyabr 2021-ci il tarixli şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. Şikayətdə İddiaçı vəkili və nümayəndəsi Bağırov X3 Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2-1(122)-210/2021 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil şikayətinin məzmunu aşağıdakı kimi olmuşdur: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi 18 noyabr 2021-ci il tarixdə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı "orderlə ailə üzvlərinin istifadəsinə verilmiş, Culfa şəhəri, Şəhidlər küçəsi, bina 4 mənzil 7 barədə olan özəlləşmənin ləğvi" tələbinə dair iddianın mümkünlüyü məsələsinə baxmış, iddianı mümkün hesab etməmişdir. Qərardadla razılaşmır aşağıdakı əsaslara görə: Məlum edir ki, Culfa şəhəri, Şəhidlər küçəsi, bina 4, mənzil 7 Culfa şəhər X17 İdarəsinin balansında olmuşdur. 2001-ci ildə Evlər İdarəsi ləğv olunmuş və həmin mənzil Culfa şəhər MİS-nin balansına keçirilmişdir. Mənzil orderlə ailə üzvlərinin istifadəsinə verilmişdir. Avqust 1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikası DTİ və MHQ İdarəsi mənzili mərhum X4 adına keçirmişdir. Bundan iddiaçının və ailə üzvlərinin xəbəri olmamış, qanunun normaları pozularaq X9 mülkiyyət hüququ əldə etmişdir. Bundan sonra 20 oktyabr 2004-cü il tarixdə Culfa rayon dövlət notariat kontorasında qeydiyyata alınan 39 nömrəli bağışlama müqaviləsi əsasında Tarqul u Fərəcov mənzili mərhum qardaşı X6 bağışlamışdır. 22 may 2020-ci il tarixdə Culfa rayon DNK-da qeydiyyata alınan, Fərəcov Fərəc ilə X12 arasında mənzil barədə alqı--satqı müqaviləsi bağlanmış, ev sonuncunun mülkiyyətinə alınmışdır. Culfa Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2(089)23/2017 nömrəli qətnaməsi ilə X5 "şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə baxmış, əri X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyəti başçısının 04 may 2017-ci il tarixli sərəncamı ilə Culfa şəhər sakini X2 İzzət Səlvər qızının qəyyumluğuna verilmişdir. Bundan sonra X11 22 may 2020-ci il tarixdə mənzili Culfa rayon dövlət notariat kontorasında qeydə alınan 4-Ə-91 nömrəli alqı-satqı müqaviləsi ə sasında Fərəcov Fərəcin adından X1. Dövlət mənzil fonduna məxsus olan mənzillərin özəlləşdirilməsi ilə bağlı münasibətlər publik hüququn nizamasalma predmetinə aid olduğundan həmin özəlləşmənin qanunsuz aparıldığını iddia edən şəxslər hüquqlarının məhkəmə müdafiəsini həyata keçirərkən inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmalıdırlar. Bununla bağlı həmçinin nəzərə alınmalıdır ki, özəlləşdirmə prosesinin özü də inzibati icraat qaydasında aparılan prosesdir. İnzibati orqanda aparılan inzibati icraatın qanuniliyinin və əsaslılığının yoxlanılması isə inzibati icraat qaydasında həyata keçirilməlidir. "Mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cii il tarixli Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əs asında mənzil istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 № -li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) komm unal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. "Azərbaycan Respublikası Mənzil Fondunun Özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (əri zənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət" portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülki yyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Mənzillərin özəlləşdirilməsi qaydalarının və vətəndaşların bu Qanunla müəyyən edilmiş hüquqlarının pozulması üstündə vəzifəli şəxslər Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Həmin Qanunun 12-ci maddəsinə əsasən mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Məhkəmə iddianı mümkün saymamağını onunla əsasladırmışdır ki, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövr qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdir. İddiaçı qanunvericilik aktının verdiyi hüquq müdafiə imkanlarından istifadə etmədiyindən yeni qanuna istinadla inzibati qaydada iddia qaldıra bilməz. Halbuki iddia tələbindən göründüyü kimi özəlləşmənin aparılması ilə bağlı iddiaçının x əbəri olmamışdır ki, bundan da 10 gün ərzində şikayət versin. Bundan başqa mənzilin özəlləşməsi ilə bağlı arxivdə yalnız qeyd vardır, digər hüquqmüəyyənedici sənədlər isə yoxdur. Onu da qeyd edir ki, mübahisələndirilən mənzil İddiaçı adına verilən zaman İddiaçı da daxil olmaqla ailə üzvlərinin istifadəsinə verilmişdir. Yəni ki, mənzil ayrılan zaman həmin ailə üzvləri nəzərə alınmaqla norma səviyyəsində mənzil ayrılmışdır. Məhkəmə qərarında həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "İcra hakimiyyəti orqanları və bələdiyyələrin cavabdeh olduğu işlərə baxılmasının bəzi məsələləri barədə" 18 iyul 2018-ci il tarixli, 2-411 nömrəli icmal məktubunda qeyd olunur ki, inzibati orqanların 01 yanvar 2011-cı ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddia lara baxılarkən həmin aktların və hərəkətlərin mübahisələndirilməsi imkanının aradan qalxdığı nəzərə alınmaqla belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Ali Məhkəmənin bu məktubu tövsiyyə xarakterlidir. Həmin məktub maddi hüquq norması deyildir və məhkəmələr üçün məcburi ola bilməz. Məhkəmə bu icmal məktuba istinad edərək iddianı mümkün saymamışdır. Bundan başqa özəlləşmə aparılan zaman Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi və inzibati məhkəmələr mövcud olmadığından mövcud mübahisə üzrə həmin Məcəllənin “müddətin buraxılmasından bir il müddət keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz" kimi norması tətbiq edilə bilməz. Müddətin bərpası ilə bağlı tərəfimdən məhkəməyə ərizə təqdim edilməmişdir. Azərba ycan Respublikası Ali Məhkəməsinin "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 2015-cı il tarixli, 5 saylı qərarının 1.1-ci maddəsinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi mümkünlüyünə dair 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci maddəsinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İnzibatı icraat qaydasında işə baxılması üçün, yəni iddianın mümkünlüyü məsələsinin həll edilməsi üçün ilk n övbədə mübahisənin subyektiv tərkibi və predmeti müəyyən edilməlidir. Mübahisənin subyektiv tərkibi dedikdə ilk növbədə iddia olunan tələbdə cavabdeh tərəfindən edilən hərəkət iddiaçının qanunla qorunan hüquqlarına və azadlığına toxunmalıdır və iddiaçı tərəfindən sübut edilməldir. Predmetə aid hissədə iddia yalnız o halda mümkün sayıla bilər ki, cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsindən və üzərinə düşən öhdəliyin icrasından imtina nəticəsində və yaxud hüquq və azadlıqlarına müdaxilə nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğuna əsaslana bilsin. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil şikayəti müdafiə edərək şikayət ilə eyni məzmunlu izahatlarında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 n oyabr 2021-ci il tarixli, 2-1(122)-210/2021 nömrəli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydas ında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndır. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Kollegiya qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zama nda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki iş üzrə apellyasiya məhkəməsi tərəfindən mübahisənin predmeti barədə aidiyyəti orqanlar a hüquqi müəyyənedici sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması üçün sorğular göndərilmişdir. Belə ki, 13 dekabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə ünvanlanmış, ünvan 2ublikası DTİ və MHQ İdarəsi tərəfindən X4 adına özəlləşdirilməsi ilə əlaqədar hüquqi müəyyənedici sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması barədə eyni məzmunlu məktublar göndərilmişdir. Sorğulara cavab olaraq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 22 dekabr 2021-ci il tarixli, 04/750 nömrəli məktubunda Culfa şəhəri, Şəhidlər küçəsi, bina 4, mənzil 7–nin avqust 1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikası DTİ və MHQ İdarəsində X4 adına özəlləşdirilməsi və onun adına 1024 inventar nömrəli texniki pasportun verilməsi qeyd olunmuş və həmin məktubla texniki pasportun sürəti daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə daxil olmuş 15 dekabr 2021-cil il tarixli, 02/145 nömrəli məktubunda isə Culfa şəhəri, Şəhidlər küçəsi, bina 4, 7 nömrəli mənzilin X4 adına özəlləşdirilməsi ilə əlaqədar məlumatın olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "İcra hakimiyyəti orqanları və bələdiyyələrin cavabdeh olduğu işlərə baxılmasının bəzi məsələləri barədə” 18 iyul 2018-ci il tarixli, 2-411 nömrəli icmal məktubunda məhkəmələrə tövsiyə edilir ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağ lı iddialara baxılarkən həmin aktların və hərəkətlərin mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni inzibati orqanın mübahisələndirilən hərəkətinin baş verdiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30 iyun 2011-ci il tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvaf iq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq fəsillərində (24-1-ci fəsil, maddə 243-5 və 27-ci fəsil, maddə 298) inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün 1 ay iddia müddəti müəyyən etmişdir. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından istifadə etmədiyindən yeni qanuna istinadla inzibati idd ianı qaldıra bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadında göstərilən 11 sentyabr 1964-cü il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-cü fəslinə əsasən 10 günlük iddia müddətinin olması ilə bağlı qeyd edilənləri mübahisələndirilən hüquq münasibətinin baş verdiyi zamana görə mülki prosessual qanunvericiliyin qüvvəsinə uyğun hesab etmir. Eyni zamanda məhkəmə kollegiyası tətbiq edilməli olan 1 aylıq iddia müddətinin buraxıldığını nəzərə alaraq, iddia müddətinin keçdiyinə görə iddanın qeyri-mümkün hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla qeyd edilmiş müddətlərdə ist ifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmək müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bununla da, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İnzibati Prosessual Məcəllədən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində iddiaçı hazırkı tələbi barədə məhkəmədə iddia q aldırmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Novakovic Xorvatiyaya qarşı iş” üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədin ə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2-1(122)-210/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90 və 94.1-ci maddə lərinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “orderlə ailə üzvlərinin istifadəsinə verilmiş, Culfa şəhəri, Şəhidlər küçəsi, bina 4, mənzil 7 barədə olan özəlləşmənin ləğvi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2-1(122)-210/2021 nömrəli qərardadından İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 21(122)-210/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin İnzibati kollegiya sı vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar