Məhkəmə qərarları › İş №2-1(108)-35/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-35/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-35/2022 15.09.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı və cavabdeh təşkilat cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “İddiaçı 11 aprel 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8ci maddəsinə əsasən güzəştli şərtlərə görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “ Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi” nə dair inzibati iş üzrə cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 iyul 2022ci il tarixli, 2-1(122)-101/2022 nömrəli qərarından verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 11 aprel 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-c i maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 21(122)-101/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 11 aprel 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-c i maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi, təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin həmin qərarı ilə razılaşmayan cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi 18 avqust 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası na müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2-1(122)-101/2022 nömrəli qərarını ləğv edilməsi barədə qərar qəbul olunmasını kollegiyadan xahiş etmişdir. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı qaldırdığı iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, X9 şöbəsi tərəfindən Culfa rayon şöbəsində pensiya təyinatının qanunvericiliyə uyğunluğunun yoxlanılması zamanı məlum olmuşdur ki, xx xxxxx 1963-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı Həsən oğluna "Naxçıvan M uxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 11 aprel 2020-ci il tarixli 247-nömrəli qərarına əsasən 28 avqust 2020-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 200,0 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 10 aprel 1984-cü il tarixli, HT-1 seriyalı, ******* nömrəli əmək kitabçasına və arayışlarına əsasən o, xx.xx.1981-ci il tarixdən-xx.xx.1983-cü il tarixədək ordu sıralarında həqiqi hərbi xidmət etmiş, xx.xx.1984-cü il tarixdənxx.xx.1984-cü il tarixədək Cənub dəmiryolu X3 çilingər, xx.xx.1984-cü il tarixdənxx.xx.1985-ci il tarixədək həmin dəmiryolu Deposunda elektrovoz maşinist köməkçisi, xx.xx.1986-cı il tarixdən- xx.xx.1987-ci il tarixədək elektrovoz maşinist köməkçisi, xx.xx.1987-ci il tarixdən-xx.xx.1988-ci il tarixədək elektrovoz maşinist, xx.xx.1988-cı il tarixdən-xx.xx.1989-cu il tarixədək Azərbaycan dəmiryolu X5 teplovoz maşinist köməkçisi, xx.xx.1989-cu il tarixdən-xx.xx.1992-ci il tarixədək elektrovoz maşinist, xx.xx.1992-ci il tarixdən-xx.xx.2010-cu il tarixədək təlimatçı maşinist, xx.xx.2010-cu il tarixdən-xx.xx.2012ci il tarixədək "X11" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinin X5 elektrovoz üzrə təlimatçı maşinist, xx.xx.2012-ci il tarixdən-xx.xx.2018-ci il tarixədək elektrovoz üzrə təlimatçı maşinist vəzifələrində işləmişdir. Beləliklə, iddiaçının əmək kitabçasındakı qeydlərə və təqdim edilmiş arayışlara əsasən onun 2006-cı il yanvar ayının 1- dək 25 il 4 ay ümumi, 21 il 8 ay xüsusi iş stajı vardır. İddiaçının 01 yanvar 2006-cı il tarixədək olan 25 il 4 ay sığorta stajına əsasən formalaşan pensiya kapitalı 18779,79 manat, 01 yanvar 2006-cı il tarixdən 11 aprel 2020-ci il tarixədək isə 12796,84 manat olmaqla, cəmi 31576,63 manat məbləğində pensiya kapitalı olmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının hesablanması aşağıdakı qaydada aparılmışdır: 64 yaş 6 ay (2020-ci ilin aprel ayında Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) - 57 yaş (güzəştli şərtlərə yaş həddi) = 90 ay (yaşlar arasındakı ay fərqi) + 144 ay (gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı) = 234 ay (gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı); pensiya kapitalı 31576,63:234 = 134,94 < 200,0 (2020ci ilin apr el ayı üçün əmək pensiyasının minimum məbləği). Beləliklə, pensiya kapitalının aşağı həddi iddiaçıya münasibətdə (200,0 x 234) = 46800,0 manat təşkil etməli olduğu halda, onun fərdi hesabının sığorta hissəsində 31576,63 manat pensiya kapitalı qeydə alınmışdır. Pensiyanın minimum məbləği xx.xx.2017-ci il tarixdən 110,0 manat, xx.xx.2018ci il tarixdən 116,27 manat, xx.xx.2019-cu il tarixdən 119,76 manat, xx.xx.2019-cu il tarixdən 160,0 manat, xx.xx.2019-cu il tarixdən 200,0 manat, xx.xx.2022-ci il tarixdən 240,0 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 46800,0 manat təşkil etməli olsa da, onun qeydə alınmış pensiya kapitalı 15223,37 manat fərq ilə 31576,63 ma nat təşkil etmişdir. Bu hal isə birmənalı ona əsas verir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərdən biri ödənilməmişdir. Beləliklə, iddiaçıya əmək pensiyası təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından iddiaçının tələbi əsassızdır. 2017-ci ilin iyulun 1-dən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" müddəası Qanunvericilik hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanaraq qüvvəyə minmişdir. Təəssüflər olsun ki, yeni norm anın tələbinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı tələb olunduğu halda, dövlətin digər hakimiyyət orqanı olan, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi tərəfindən Qanunun bu müddəaları nəzərə alınmadan, qanunvericiliyin tələblərinə zidd qərar qəbul etmişdir. Xahiş edirik ki, yuxarı Məhkəmə hakimiyyəti orqanı olaraq, bu uyğunsuzluğun aradan qaldırılması üçün Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-101/2022 nömrəli qərarını ləğv edəsiniz. Birinci instansiya məhkəməsinin qərarı ləğv olnmadığı təqdirdə, o zaman Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasından vətəndaşa güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün onun çatışmayan pensiya kapitalını pensiyanın minimum məbləğinə çatdırılması üçün h esablama qaydasını qərarda göstərilməsi xahiş olunur. Apellyator qeyd etmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununda "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində dəyişiklik edilərək, müəyyən edilmiş xüsusi iş stajı toplamış şəxslərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bu şərtlər isə bunlardır: Şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə və ya azı 25 il sığorta stajı olduqda pensiya hüququ yaranır. Göründüyü kimi yeni də yişikliklərdən sonra 2022-ci il iyulun 1-dən İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranır. Qanunvericiliyə əsasən İddiaçı 2022-ci il iyulun 1-dən əmək pensiyasının təyin edilməsi mümkündür. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliklər bir daha Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin qanuna əsaslanmayan düzgün qərar qəbul etməməsini ortaya çıxarır. Cavabdeh sonda yuxarıda qeyd olunanlara əsasən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2-1(122)-101/2022 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X4 məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətini müdafiə edərək, şikayəti ilə eyni məzmunlu izahat verərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 21(122)-101/2022 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən iş üzrə İddiaçı izahatında apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2-1(122)-101/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmiş dir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməs ində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iş üzrə sədrlik edənin məruzəsini və iş üzrə tərəflərin izahatını di nləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Cavabdeh apellyasiya şikayətini vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) vermişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2-ci maddəsi). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Apellyasiya şikayətinə baxılması ilə bağlı tədqiq olunan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosi al Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyası tərəfindən qəbul edilmiş 08 fevral 2022-ci il tarixli, 14 nömrəli qərarının surətinə əsasən vətəndaş İddiaçı xx.xx.2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğinə çatmadığından xx.xx.1963-cü il tarixdə anadan olmuş, ünvan 2 ünvanında yaşayan İddiaçı xx.xx.2020-ci il tarixdə 247 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi və xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 4406 manat 93 qəpik məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması qərara alınmışdır. - 10 aprel 1984-cü il tarixli, ******* ИТ-İ nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Cənub dəmiryolu X3 çilingər, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Cənub dəmiryolu Kunyansk Lokomotiv deposunda elektrovoz maşınist köməkçisi, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək Cənub dəmiryolu Kunyansk Lokomotiv deposunda elektrovoz maşınist köməkçisi, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Cənub dəmiryolu Kunyansk Lokomotiv deposunda elektrovoz maşınisti, xx.xx.1988-ci il tarixdən xx.xx.1989cu il tarixədək Azərbaycan dəmiryolu X5 teplovoz maşınist köməkçisi, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan dəmiryolu X5 elektrovoz maşınisti, x x.xx.1992-ci tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Dəmiryolu X5 təlimatçı maşınist, xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək "X11" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinin X5 elektrovoz üzrə təlimatçı maşınist, xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "X11" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinin X5 elektrovoz üzrə təlimatçı maşınist vəzifəsində işləmişdir. Kollegiya tərəfindən tədqiq olunmuş iş materiallarına olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 28 aprel 2022-ci il tarixli, 06/136 nömrəli məktubla məhkəməyə ünvanlanan məktubda qeyd olunur ki, xx xxxxx 1963-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 11 aprel 2020-ci il tarixli, 247 nömrəli qərarına əsasən 28 avqust 2020-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 200 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən, onun 2006-cı il yanvar ayının 1-dək 25 il 4 ay ümumi və 21 il 8 ay xüsusi iş stajı vardır. X9 şöbəsi tərəfindən Culfa rayon şöbəsində pensiya təyinatının qanunvericiliyə uyğunluğunun yoxlanılması zamanı məlum olmuşdur ki, İddiaçı xx.xx.2006-cı il tarixədək olan 25 il 4 ay sığorta stajına əsasən formalaşan pensiya kapi talı 18779,79 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2020ci il tarixədək isə 12796,84 manat olmaqla, cəmi 31576,63 manat pensiya kapitalı mövcuddur. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının hesablanması aşağıdakı qaydada aparılmışdır: 64 yaş 6 ay (2020-ci ilin aprel ayı Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) - 57 yaş (güzəştli şərtlərlə pensiya yaşı) = 90 ay (yaşlar arasındakı ay fərqi) + 144 ay (gözlənilən pensiya ödənişi aylarının sayı) = 234 ay (gözlənilən pensiya ödənişi aylarının sayı). İddiaçının pensiya kapitalının cəmi 31576,63: 234 = 134,94 < 200,00 (2020-ci il aprel ayı üçün minimum pensiyanın məbləği). İddiaçıya 57 yaşının tamam olduğu 11 aprel 2020-ci il tarixdə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi nə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün fərdi hesabının sığorta hissəsində ümumilikdə 46800,00 manat pensiya kapitalı olmalı idi. (46800: 234=200,00). - Fondun Culfa rayon şöbəsinin müvafiq məktubu ilə məhkəməyə ünvanlanan 012663 nömrəli pensiya işinin materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 28 avqust 2020-ci il tarixli, 247 nömrəli qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq yaşa görə xx.xx.2020-ci il tarixdən hər ay 200 manat olmaqla müddətsiz əmək pensiyası təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövl ət Xidmətinin Culfa rayon şöbəsi tərəfindən verilmiş 26 avqust 2020-ci il tarixli, 518 nömrəli arayışdan görünür ki, 1963-cü il təvəllüdlü Culfa şəhər sakini İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək ordu sıralarında həqiqi hərbi xidmət etmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş 02 sentyabr 2020-ci il tarixli, 13/658 nömrəli arayışdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Culfa Rayon Dəmir Lokomotiv Deposunun sənədlərinə baxdıqda müəyyən olmuşdur ki, İddiaçı xx.xx.1988-ci il tarixli, 227 nömrəli əmrlə maşınist kimi işə qəbul edilməsi əmr kitablarında göstərilmişdir. - “X11” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən verilmiş 26 avqust 2020-ci il tarixli, 384 nömrəli arayışdan görünür ki, İddiaçı 05 iyul 1988-ci il tarixli, 227 saylı əmrlə 06 iyul 1988-ci il tarixdən 06 saylı X6 maşınist köməkçisinin əvəzedicisi, 31 iyul 1988-ci il tarixli, 371 saylı əmrlə 01 avqust 1988-ci il tarixdən teplovoz üzrə maşınist köməkçisi, 20 fevral 1989-cu il tarixli, 135 saylı əmrlə 21 fevral 1989-cu il tarixdən elektrovoz üzrə maşınist köməkçisi, 10 mart 1989-cu il tarixli, 164 saylı əmrlə həmin tarixdən elektrovoz üzrə maşınist, 17 fevral 1992-ci il tarixli, 24 saylı əmrlə həmin tarixdən lokomotiv briqadaları üzrə təlimatçı maşınist, 01 iyul 1994-cü il tarixli, 217 saylı əmrlə həmin tarixdən elektrovoz üzrə təlimatçı maşınist vəzifəsinə keçirilmiş, 13 aprel 2010-cu il tarixdən struktur dəyişikliyi ilə əlaqədar olaraq həmin tarixdən 44 saylı əmrlə “X11” Məhdud M əsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinin X6 elektrovoz üzrə təlimatçı maşınist təyin edilmiş, 26 aprel 2012ci il tarixli, 72 saylı əmrlə 01 may 2012-ci il tarixdən X6 depo növbətçisi vəzifəsinə təyin edilmiş, 11 dekabr 2012-ci il tarixli, 301 saylı əmrlə həmin tarixdən elektrovoz üzrə təlimatçı maşınist vəzifəsinə keçirilmiş, 26 noyabr 2018-ci il tarixli, 296 saylı əmrlə öz ərizəsi əsasında işdən azad edilmişdir. - Culfa Rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 avqust 2020-ci il tarixli, 99 nömrəli arayışdan görünür ki, Culfa Rayon Dövlət Arxivində mühafizə olunan Culfa şəhər 1 nömrəli tam orta məktəbin və Gülüstan kənd 26-cı Qurultay adına sovxozun sənədlərinə baxdıqda İddiaçı xx.xx.1980-ci ildə 38a nömrəli əmrlə Culfa şəhər 1 nömrəli tam orta məktəbdə işə girməs i, xx.xx.1981-ci ildə 65 nömrəli əmrlə azad edilməsi, xx.xx.1983-cü ildə 227 nömrəli əmrlə Gülüstan kənd 26-cı qurultay adına sovxoza işə girməsi, xx.xx.1984-cü ildə 56 nömrəli əmrlə azad edilməsi məlum olmuşdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 02 avqust 2020-ci il tarixli, 13/698 nömrəli arayışdan görünür ki, İddiaçı Culfa Rayon Dəmir Yolu-Lokomotiv Deposunda 1992-2006-cı illərdə işləmiş və aylar üzrə müvafiq qaydada əməkhaqqı almışdır. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli, 06/132 nömrəli arayışdan görünür ki, İddiaçı DSMF Culfa rayon şöbəsində xx.xx.2006-cı ildən xx.xx.2020-ci il tarixədək 12 il 11 ay sosial sığorta stajı və fərdi hesabının sığo rta hissəsində 12796,84 manat pensiya kapitalı vardır. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası “X11” MMC tərəfindən məhkəməyə ünvanlanmış 07 iyul 2022-ci il tarixli, D/166 nömrəli məktubda qeyd olunur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının İİ əlavəsinin 23001000-18540 bəndinə əsasən xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Cənub dəmiryolu X3 çilingər, həmin qərarın **********241 bəndinə əsasən xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Cənub dəmiryolu Kunyansk Lokomotiv deposunda elektrovoz maşınist köməkçisi, **********241 bəndinə əsasən xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək Cənub dəmiryolu Kunyansk Lokomotiv deposunda elektrovoz maşınist köməkçisi, **********241 bəndinə əsasən xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Cənub dəmiryolu Kunyansk Lokomotiv deposunda elektrovoz maşınisti, 2300100-19291 bəndinə əsasən xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan Dəmiryolu X5 teplovoz maşınist köməkçisi, 23001000-14241 bəndinə əsasən xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Dəmiryolu X5 elektrovoz maşınisti, 23001000-22734 bəndinə əsasən xx.xx.1992-ci tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Dəmiryolu X5 təlimatçı maşınist, 23001000-22734 bəndinə əsasən xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək "X11" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinin X5 elektrovoz üzrə təlimatçı maşınist, 23001000-22734 bəndinə əsasən xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "X 11" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinin X5 elektrovoz üzrə təlimatçı maşinist vəzifəsində işləyərək ümumilikdə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verən 34 il 6 ay 27 gün staja sahibdir. Bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 21.4-cü bəndinə uyğundur. İnzibati işin araşdırılmış hallarından, iddiaçının iddia qaldırarkən irəli sürdüyü iddia tələbinin hüquqi əsasından belə aydın olur ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun pensiyasının ləğv edilməsinə əsas olmuş müvafiq qərarı mübahisələndirərək, həmin qərarın əsası kimi göstərilən “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verd ikdə” müddəasının ona şamil olunmadığını bildirərək, həmin qərarın ləğv olunmasını və pensiyasının bərpa edilməsini tələb edir. Cavabdeh inzibati orqanın imtina məktubundan, apellyasiya şikayətinin məzmunundan və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından məlum olmuşdur ki, aparılan audit yoxlamasından sonra iddiaçıya minimum pensiya təminatına imkan verən pensiya kapitalının şamil olunduğunu, iddiaçıya münasibətdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum pensiya təminatına imkan vermədiyindən pensiyasının ləğv edilməsi qərara alınmış, bu məqsədlə müvafiq qərar qəbul edilmişdir. Belə ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin məzmunundan da görünür ki, şikayətin dəlillərində məhz birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas k imi apellyator “...iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının 46800,0 manat təşkil etməli olduğu halda, onun qeydə alınmış pensiya kapitalının 15223,37 manat fərq ilə 31576,63 manat təşkil etdiyini, bu halın isə birmənalı olaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərindən birinin ödənilməməsinə əsas verdiyini, beləliklə, iddiaçıya əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından, iddiaçının tələbinin əsassız olduğunu” göstərmişdir. Göstərilən bu dəlilləri işin tədqiq olunmuş halları ilə müqayisəli şəkildə tədqiq edən kollegiya həmin dəlillərin əsa ssız olması qənaətinə gəlir və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi hesab etmişdir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan Dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəs in sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutu lmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrin də, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya t əminatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 13-cü maddəsinə əsasən: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına ç atdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyi n edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli, 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respu blikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Hazırki iş üzrə İddiaçı 28 avqust 2020-ci il tarixli, 247 nömrəli qərara əsasən 11 aprel 2020-ci il tarixdən hesab lanmaqla "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 200 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçıya yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilərkən vətəndaşın güzəştli şərtlərlə yaşa görə pensiya hüququ mövcud olmuşdur. Belə ki, iddiaçının əmək kitabçasına əsasən 01 yanvar 2006-cı il tarixədək 25 il 4 ay ümumi, 21 il 8 ay xüsusi iş stajı mövcud olmuşdur. Lakin iş materiallarından görünür ki, inzibati orqan tərəfindən aparılmış audit yoxlaması zamanı iddiaçının yaşının 2017-ci ilin iyul ayının 1-dən sonra tamam olduğu aşkar olunmuş, nəticədə 01 iyul 2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində edilmiş müvafiq əlavə və dəyişikliyin tətbiq edilməsi zərurəti yarandığı əsas gətirilərək iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan təyin olunmuş pensiya inzibati orqanın 08 fevral 2022-ci il tarixli, 14 nömrəli qərarı ilə ləğv edilmişdir. Belə ki, 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsindəki “57” rəqəmləri “60” rəqəmləri ilə, “ 52” rəqəmləri “ 55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Qeyd olunmalıdır ki, həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Kollegiya mübahisənin həllində 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş qanunvericilik normalarının dispozisiya şərtlərinin həmin tarixədək iddiaçıya münasibətdə mövcudluğu baxımından tədbiq olunması qənaətinə gəlməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, yuxarıda istinad olunan normaların tələbinə görə, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün zəruri şərt Qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixədək şəxsin əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni ümumi və xüsusi stajı qazanmış olmasıdır. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 01 yanvar 2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının 01 yanvar 2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Qeyd olunmalıdır ki, iddiaçıya münasibətdə hər iki hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmiş, həmçinin iddiaçının xüsusi iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının İİ əlavəsinin 23001000-18540 bəndinə əsasən xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Cənub dəmiryolu X3 çilingər, həmin qərarın 23001000- 14241 bəndinə əsasən xx.xx.1984cü il tarixdən xx.xx.1985-ci il tarixədək Cənub dəmiryolu Kunyansk Lokomotiv deposunda elektrovoz maşınist köməkçisi, 23001000- 14241 bəndinə əsasən xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək Cənub dəmiryolu Kunyansk Lokomotiv deposunda elektrovoz maşınist köməkçisi, 23001000-cü bəndinə əsasən xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Cə nub dəmiryolu Kunyansk Lokomotiv deposunda elektrovoz maşınisti, 2300100-19291 bəndinə əsasən xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan Dəmiryolu X5 teplovoz maşınist köməkçisi, 23001000-14241 bəndinə əsasən xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Dəmiryolu X5 elektrovoz maşınisti, 23001000-22734 bəndinə əsasən xx.xx.1992-ci tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Dəmiryolu X5 təlimatçı maşınist, 23001000-22734 bəndinə əsasən xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək "X11" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinin X5 elektrovoz üzrə təlimatçı maşınist, 2300100022734 bəndinə əsasən xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "X11" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımalar ı İdarəsinin X5 elektrovoz üzrə təlimatçı maşinist vəzifəsində işləyərək ümumilikdə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verən 34 il 6 ay 27 gün stajı vardır və bu hal tədqiq olunan sənədlərlə öz təsdiqini tapmışdır. Bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 21.4-cü bəndinə uyğundur. Kollegiya bir daha qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə müvafiq olaraq 01 iyun 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən təyin edilməlidir. Nəzərə alınmalıdır ki, adıçəkilən Qanunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin e dilməsi üçün pensiya kapitalı ilə bağlı tələb nəzərdə tutulmamışdır. Cavabdehin istinad etdiyi həmin tələblə bağlı müddəalar “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Kollegiya hesab edir ki, iddiaçı 01 yanvar 2006-cı ilə tarixədək qanunvericilikdə nəzərdə tutulmuş ümumi və xüsusi iş stajına malik olduğundan, yəni pensiya hüququ yarandığından, 57 yaşını 2017-ci ildən sonra tamamlamasından asılı olmayaraq, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunmalı və mövcud qanunvericiliyin pensiya kapitalı ilə bağlı tələbi tətbiq olun mamalıdır. Göstərilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, inzibati orqan iddiaçının pensiya hüququ qazandığı dövrdə qüvvədə olan hüquq normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələbi əsas gətirərək iddiaçıya təyin olunmuş pensiyanın ləğv edilməsində haqlı olmamışdır. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə iş üzrə hərtərəfli araşdırma aparmaqla və işdə olan sübutlara əsaslanmaqla maddi və prosessual hüquq normalarına uyğun düzgün nəticəyə gəlmişdir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. Beləliklə, kollegiya inzibati işin apell yasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutlar və mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar tam araşdırılmış, nəticədə düzgün qərar qəbul olunmuşdur. İş üzrə cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsas təşkil etmir. Buna görə də İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “İddiaçı 11 apre l 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərə görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2-1(122)-101/2022 nömrəli qərarından verilmiş apellyasiya şikayəti təmin e dilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2-1(122)-101/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, İnzibati Prosessual Məcəllənin 68, 69, 75, 89, 94.1-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərаrverdi: İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “İddiaçı 11 aprel 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərə görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsini n 08 fevral 2022-ci il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi” nə dair inzibati iş üzrə cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2-1(122)-101/2022 nömrəli qərarından verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 21(122)-101/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar