Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-35/2025 25.04.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri X3 və X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "ona təyin edilmiş və 2023-cü ilin əvvəlindən dayandırılmış ünvanlı dövlət sosial yardımın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2-1(122 )- 443/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək ona təyin edilmiş və 2023-cü ilin əvvəlindən dayandırılmış ünvanlı dövlət sosial yardımın bərpa edilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı 29 noyabr 2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək yenidən “ona təyin edilmiş və 2023-cü ilin əvvəlindən dayandırılmış ünvanlı dövlət sosial yardımın bərpa edilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini, şəxsiyyət vəsiqəsində adının Zeynəb olması nəzərə alınaraq iddia ərizəsində texniki səhvlik nəticəsində “Zeynab” yazılmış adının Zeynəb kimi qəbul edilməsini və məhkəmədə etibarnamə üzrə nümayəndəsi olmadan birbaşa özünün iştirak edəcəyinin nəzərə alınmasını” xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 23 yanvar 2025-ci il tarixli protokol qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Məhkəmənin 13 fevral 2025-ci il tarixli, 2-1(122)-443/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan MR Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsin in 13 fevral 2025-ci il tarixli, 2-1(122)- 443/2024 nömrəli qərardadının ləğv edilməsi ve iddia tələbinin mümkün hesab edilib birinci instansiya məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətində göstərmişdir ki, Naxçıvan MR İnzibati Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2-1(122)- 443/2024 nömrəli qərardadından, eyni zamanda birinci instansiya məhkəməsi hakiminin hərəkətlərindən narazıdır, çünki, hakim bitərəf.olmamışdır. O, tək qadındır, ailəsi, uşağı və maddi dəstəyi yoxdur, ona görə də, sosial yardımdan yararlanmaq istəyir. Əvvəl də sosial yardım almış, ona sosial yardım üçün sənədlərini yığıb gətirməli olduğunu desələr də, sonradan ona sosial yardım düşmədiyi deyil mişdir. Onunla birlikdə sənəd verənlər 2 ildir ki,sosial yardım alır, amma o, iki ildir ki, sosial yardım ala bilmir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2-1(122)- 443/2024 nömrəli qərardadının ləğv edilməsi ve iddia tələbinin mümkün hesab edilib birinci instansiya məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılması üçün işin birinci insta nsiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri X3 və X6 izahatlarında şikayətin təmin edilməməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2-1(122)- 443/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372. 7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və inzibati məhkəmə icraatı iştirakçılarının izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. İddiaçı "ona təyin edilmiş və 2023-cü ilin əvvəlindən dayandırılmış ünvanlı dövlət sosial yardımın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” barədə iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ona ünvanlı dövlət sosial yardımının ödənilməsi 2023-cü ilin əvvəlindən xəbərdarlıq edilmədən dayandırılmış, bu səbəbdən müvafiq orqana müraciət etdikdə ona sosial yardım təyin edilməmiş, əmək fəaliyyət qabiliyyətində məhdudiyyətlər olmasına baxmayaraq, heç bir tibbi müayinə aparılmadan sosi al yardımın verilməsindən imtina edilmiş, bununla da onun sosial təminat hüququ pozulmuşdur.Maddi vəziyyəti ağırdır, yaşamaq üçün zəruri vəsaitə ehtiyacı var və bu səbəbdən əvvəl təyin olunmuş ünvanlı dövlət sosial yardımının bərpa edilməsini tələb edir. İşə əlavə edilmiş Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində fəaliyyət göstərən komissiyanın xx.xx.2022-ci il tarixli, 26 nömrəli qərarından görünür ki, hazırki iş üzrə İddiaçı 01 iyun 2022-ci ildən 01 iyun 2023-cü il tarixədək 50 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsi iddianın mümkün hesab edilməməsi nəticəsinə gələrkən ona əsaslanmışdır ki, iddiaçının əsas hüquqi marağı ünvanlı dövlət sosial yardımın bərpa edilməsi deyil, ona yenidən ünvanlı dövlət sosial yardımının təyin edi lməsindən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi 3.5-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. Cavabdeh orqan tərəfindən təqdim edilmiş Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində fəaliyyət göstərən komissiyanın xx.xx.2022-ci il tarixli, 26 nömrəli qərarından görünür ki, hazırki iş üzrə İddiaçı 01 iyun 2022-ci ildən 01 iyun 2023-cü il tarixədək 50 manat məbləğində sosial yardım təyin edilmişdir. İş materiallarında olan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl iyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 22 oktyabr 2024-cü il tarixli etirazında göstərilmişdir ki, İddiaçı Babək rayonu, Nehrəm qəsəbəsində tək yaşayan şəxsdir. Ona torpaq mülkiyyətçisi kimi 01 iyun 2022-ci il tarixdən təyin olunmuş 50 manat məbləğində ünvanlı dövlət sosial yardımı 01 iyun 2023-cü il tarixində müddəti bitdiyi üçün dayandırılmışdır. İddiaçı 20 dekabr 2023-cü il tarixli, **********07501 nömrəli sosial yardımın təyin olunması ilə bağlı elektron müraciəti X10 və X14 (VEMTAS) tərəfindən qeydiyyata alınmış. əmək qabiliyyətli olub, əmək fəaliyyəti ilə məşğul olmadığı üçün VEMTAS tərəfindən müraciətinə imtina verilmişdir. Kollegiya qeyd edir ki, İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edil məsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə y oxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki,“...mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmal ıdır (8.6-cı bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-cı bənd); İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd); İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bi lərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya qeyd edir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. İnzibati Prosessual q anunvericiliyin tələblərinə əsasən iddianın mümkün sayılması üçün inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması əsaslandırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi 3.5-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1dən etibarən 1 (bir) il müddətinə təyin olunur. İşin materiallarından aydın olur ki, İddiaçı müvafiq komissiyanın qərarı əsasında 1 il müddətinə, yəni 01 iyun 2022-ci il tarixdən 01 iyun 2023-cü il tarixədək 50 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmiş və iddiaçı tərəfindən alınmış, həmin müddət ərzində təyin edilmiş ünvanlı dövlət sosial yardım ləğv edilməmiş və onun verilməsi dayandırılmamış, 01 iyun 2023-cü il tarixində isə 1 illik müddət başa çatdığından qanunvericiliyin tələbinə əsasən sosial yardımın verilməsi dayandırılmışdır. Kollegiya qeyd edir ki, ünvanlı dövlət sosial yardımın verilməsi üçün müəyyən edilmiş 1 illik müddətin bitməsindən sonra həmin yardımın verilməsinin eyni şərtlərlə və əvvəlki hüquqi rejim əsasında davam etdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də bu barədə qaldırılan iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayıla bilməz. Mövcud qanunvericiliyin tələblərinə əsasən ünvanlı dövlət sosial yardımın yenidən təyin edilməsi yalnız müvafiq qaydada ye nidən müraciət və qanunvericilikdə nəzərdə tutulmuş qaydalar əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmiş apellyasiya instansiyası məhkə mələri tərəfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməli olması tövsiyyəsinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar zəruri hüquqi yardım göstərilsə də iddiaçı ona təyin edilmiş və 2023-cü ilin əvvəlindən dayandırılmış ünvanlı dövlət sosial yardımın bərpa edilməsi öhdəliyinin cavabdein üzərinə qoyulmasını təkidlə tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçının şikayətində göstərdiyi dəli llər birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas təşkil etmir, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan MR İnzibati Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2-1(122)443/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90 və 94.1-ci mad dələrinin tələblərini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "ona təyin edilmiş və 2023-cü ilin əvvəlindən dayandırılmış ünvanlı dövlət sosial yardımın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2-1(122)-443/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2-1(122)-443/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublik asının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-35/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-35/2025
25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver