Məhkəmə qərarları › İş №2-1(108)-36/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-36/2022

02.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-36/2022 02.09.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “İddiaçı 19 fevral 2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 32 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(122)-124/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması ilə bağlı məsələyə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 21(122)-124/2022 nömrəli qərardadı ilə İddiaçı 26 iyul 2022-ci il tarixli ərizəsi təmin edilmiş, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “İddiaçı 19 fevral 2017-ci il tarixdən “Ə mək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 32 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi” barədə iddiası geri götürülmüş hesab edilmiş və bu əsasla da iş üzrə icraata xitam verilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin İddiaçı geri qaytarılması qərara alınmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı 19 fevral 2017- ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 32 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı ona 19 fevral 2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasə n güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 32 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilməsi barədə iddia qaldırdığını bildirərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin özünə geri qaytarılmasını xahiş etmiş və bu barədə yazdığı 26 iyul 2022-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 21(122)-124/2022 n ömrəli qərardadı ilə iddia geri götürülmüş hesab edilmiş və bu əsasla da iş üzrə icraata xitam verilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qərardadından narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(122)124/2022 nömrəli qərardadının qəbul edilməsindən sonra ona iddia ərizəsi üzrə irəli sürülən tələbinin başqa müstəvidə müdafiə edilməsinin, təmin edilməsinin əlavə prosessual hərəkətlərin edilməsi zərurətini tələb etdiyinin ona aydın olduğunu, odur ki, Naxçıvan Muxtar Respublikası Məhkəməsinin icraatında olan pensiya işinin bərpa olunmasına dair iddia ərizəsi üzrə icraatın davam etdirilməsini məqsədəmüvafiq hesab etdiyini qeyd edərək Naxçıvan Muxtar Respublikası İnzi bati Məhkəməsinin 26 iyul 2022ci il tarixli, 2-1(122)-124/2022 nömrəli qərardadının ləğv edilməsi və hazırki inzibati icraat üzrə işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verərək məhkəmənin 26 iyul 2022-ci il tarixli, 2-1(122)124/2021 saylı qərardadının ona 03 avqust 2022-ci il tarixdə verildiyini, belə ki, müvafiq məhkəmə qərardadının poçt tərəfindən ona və ünvanına deyil, 30 iyul 2022-ci il tarixdə Culfa şəhər sakini X4 təqdim edildiyini, X3 qeyd edilən qərardadın olduğu zərfi 03 avqust 2022-ci il tarixdə iddiaçıya verdiyini göstərərək Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2, 85.1, 24.1, Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 370.1,370.2-ci maddələrinə istinad edərək göstərdiyi xüsusuatlara əsasən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(122)-124/2021 nömrəli qərardadından apellyasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Kollegiyadakı izahatında İddiaçı şikayətini müdafiə edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(122)-124/2021 nömrəli qərardadından apellyasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməklə apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsa sən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsin in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası İPM-in 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 20.3-cü maddəsinə görə bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan R espublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135-ci maddəsinin tələbinə əsasən isə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Kollegiya İddiaçı buraxılmış prosessual müddətin bərpasına dair ərizəsində göstərdiyi məhkəmənin 26 iyul 2022-ci il tarixli, 2-1(122)-124/2021 saylı qərardadının ona 03 avqust 2022-ci il tarixdə verildiyini, belə ki, müvafiq məhkəmə qərardadının poçt tərəfindən ona və ünvanına deyil, 30 iyul 2022-ci il tarixdə Culfa şəhər sakini X4 təqdim edildiyini, X3 qeyd edilən qərardadın olduğu zərfi 03 avqust 2022-ci il tarixdə iddiaçıya verdiyini göstərməsi, İPM-in 24.1-ci maddəsinə əsasən müəyyən olunmuş müddət proses iştirakçılarının təsiri olmadan buraxıldığı hallarda həmin şəxsin ərizəsinə əsasən məhkəmənin buraxılmış prosessual müddəti bərpa etməli olması ilə əlaqədar dəlilini əsassız hesab edir. Belə ki, iş vərəqə 105-106-da olan gö ndərilən sifarişli məktubun siyahısı və Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən (F-119) görünür ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(122)- 124/2022 nömrəli qərardadı 28 iyul 2022-ci il tarixdə sifarişli məktubla İddiaçı yaşadığı ünvan 2 ünvanına göndərilmiş və o sifarişli məktubun verilməsi haqqında xəbərnaməni 30 iyul 2022-ci il tarixdə şəxsən imzalamaqla rəsmi qaydada almışdır. Kollegiya qeyd edir ki, prosessual müddətin bərpası üçün müraciət etmiş şəxs müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməyə borcludur. Belə ki, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri mümkün edən elə hallardır ki, onların mövcudluğu prosessual hərəkətləri vaxtında etməyə imkan vermir. A zərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmi ş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən dəf edilməsi imkanlarından kənara ç ıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizəsindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Kollegiya qeyd edir ki, həmin maddənin məzmunundan göründüyü kimi qanunla nəzərdə tutulmuş prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə məhkəmə aktı qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ da keçmiş olur. “Məhəmmədov və digərlərinin Rusiyaya qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarında göstərilmişdir ki, şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir. Buna görə, müəyyən müddət keçdikdən sonra və inandırıcı olmayan əsaslara görə icraata götürülmüş apellyasiya şikayətinin verilməsi üçün müddətin uzadılması ilə nəticələnən hər hansı müddətin bərpa edilməsi Konvensiyanın 6-cı maddəsinə əsasən hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu poza bilər. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuz una müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir. Avropa Məhkəməsi xatırlatmışdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkə məsi 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar, ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə, mübahisə üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, buraxılmış prosessual müddətin bərpa olunması barədə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(122)124/2022 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından iddiaçıya münasibət də imtina edilməli və bununla əlaqədar Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(122)-124/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya mümkün sayılmamalı və şikayətin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası İPM-in 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İPM-in 87.3-cü maddəsinə əsasən isə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.2, 87.3, 89, 90.1 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı Naxçıvan Muxtar Respublikası İnzibati Mə hkəməsinin 26 iyul 2022-ci il tarixli, 21(122)-124/2022 nömrəli qərardadından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsi təmin edilməsin və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunsun. İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “İddiaçı 19 fevral 2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 32 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(122)-124/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya mümkün sayılmasın və şikayətin qəbul edilməsindən imtina edilsin. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar