Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-36/2024 27.06.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X9 ibarət tərkibdə, X10 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 08k nömrəli əmrinin ona aid hissədə ləğv edilərək onun işə yenidən bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2-1(122)-60/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı 01 may 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 08k nömrəli əmrinin ləğv edilərək onun işə yenidən bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 may 2023- cü il tarixli, 21(122)-545/2023 nömrəli qərardadı ilə İddiaçı 30 may 2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı iddia tələbi “Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 08k nömrəli əmrinin ona aid hissədə ləğv edilərək onun işə yenidən bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin üzərinə qoyulması” variantında icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 21(122)-60/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarş ı "Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 08k nömrəli əmrinin ona aid hissədə ləğv edilərək onun işə yenidən bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası rədd edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 21(122)-60/2024 nömrəli qərarından narazı qalan İddiaçı 04 mart 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2-1(122)-60/2024 nömrəli qərarının ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişd ir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmişdir ki, o 1998-ci il tarixdən 2023-cü il tarixədək Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində baş məsləhətçi-hüquqşunas vəzifəsində işləmiş, o, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 4.1.1, 4.1.6, 4.1.7, 4.1.8-ci maddələrinin, 18.0.1, 18.0.4, 18.0.12-ci maddələrinin və 25.3-cü maddələrinin tələblərinə əməl etmədiyi əsası ilə 19 aprel 2023-cü il tarixdə "08k" nömrəli əmrlə işdən azad olunub. Onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir. O, 24 il fasiləsiz olaraq Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində hüquqşünas vəzifəsində işləyib. Daha sonra 2003-cü il tarixdə ona Azərbaycan Respublikası Prezidentinin xx.xx. 2003-cü il tarixli fərmanı ilə baş məsləhətçi-hüquqşünas 1-ci dərəcəli dövlət qulluqçusu adı verilmişdir. 2023-cü il tarixdə heç bir nöqsanı olmadan onu işdən azad etmişlər. Belə ki, iş materiallarına diqqət yetirdikdə eləcə də iş üzrə qəbul edilmiş məhkəmə aktına nəzər yetirdikdə müəyyən olunur ki, işə baxan məhkəmə tərəfindən hazırkı mübahisə tam, hər tərəfli və obyektiv şəkildə araşdırılmamışdır. Buna görə də o hazırkı apellyasiya şikayətində hadisələrin xronoloji ardıcıllığını mübahisə üzrə araşdırılmamış hissələri eləcə də mübahisə predmeti olan əmrin ləğv olunmasını zəruri edən halları yenidən sadalayır. Mübahisə predmeti olan əmrin qəbul edilməsinə əsas olan hadisələrin başlanğıcı 2020-ci ilə təsadüf edir. 2020-ci ilin 01 iyununda X54 və X11, 19 iyununda isə X50, X29 və X4 Muxtar Re spublikasının Kənd Təsərrüfatı Nazirliyində dövlət qulluğuna təyin edilmişlər. Adıçəkilən təyinatlar nazirlik tərəfindən müvafiq əmrlərlə rəsmiləşdirilmişdir. Hazırkı iş üzrə cavabdeh iddia edir ki, həmin şəxslər qulluğa qəbul olunan zaman “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun müddəalarına zidd şəkildə və Naxçıvan Muxtar Respublikasının X34 xətti olmadan qəbul edilmişlər. Bu zaman baş məsləhətçi-hüquqşünas kimi o həmin şəxslərin qanunverciliyə zidd olaraq dövlət qulluğuna qəbul edilməsinin qarşısını almaq üçün heç bir tədbir görməmişdir Qeyd edir ki, o yeni rəhbərlik təyin olunandan sonra bu barədə yeni rəhbərliyə yazılı izahat verib. Həmin izahatında qeyd olunur ki, keçmiş rəhbərlik ilə Dövlət Qulluğu Komissiyasının birgə razılığı və Kənd Təsərrüfatı naziri razılaşara q həmin işçiləri işə qəbul etmişdir. O da rəhbərlik ilə razılaşaraq imzalamışdır. Göründüyü kimi bu hal işə baxan məhkəmə tərəfindən öyrənilməmişdir. Bundan başqa adıçəkilən əmrə nəzər yetirdikdə müəyyən olunur ki, həmin şəxslərin qulluğa qəbulu qeyd edilən dövrdə nazirliyə rəhbərliyi həyata keçirmiş Bəhruz Bayramov tərəfindən qəbul edilmiş adıçəkilən şəxslərin üzərində kuratorlar təyin edilmiş və əmrdən irəli gələn məsələlərin öz səlahiyyətləri daxilində həll edilməsi İqtisadiyyat və Maliyyə şöbəsi, Ümumi İşlər və Kadrlar Sektorunun üzərinə qoyulmuşdur. Eyni zamanda həmin şəxslərin qulluğa qəbuluna dair imzalanmış əmrin əsası kimi yalnız adıçəkilən şəxslərin ərizələri çıxış etmişdir. Göründüyü kimi nazirliyin həmin dövrdəki hüquqşünas kimi adıçəkilən şəxslərin dövlət qulluğuna qəbulunda h ər hansı bir iştirakı (müdaxilə və tövsiyələri) mövcud olmamışdır. Bundan sonra adıçəkilən şəxslər qulluğu davam etdirmiş və 2023-cü ilin mart ayında adıçəkilən şəxslərə növbəti ixtisas dərəcələrinin verilməsi barədə nazirliyin müvafiq olaraq 01 mart və 17 mart 2023-cü il tarixli əmrləri rəsmiləşdirilmişdir. Həmin əmrlərdə dövlət qulluğu məsələləri üzrə işçi qrupunun təklifinin nəzərə alınması qeyd edilmiş və adıçəkilən əmrlərin qəbul edilməsinin əsası kimi ümumi işlər və kadrlar sektorunun baş məsləhətçisi R.Novruzovanın xx.xx.2023-cü il tarixli təhriri məruzəsi qeyd olunmuşdur. Həmin şəxslərə növbəti ixtisas dərəcələri verildikdən sonra nazirliyin xx.xx.2023-cü il tarixli, 07 “k” nömrəli əmrinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə uyğun ara şdırma tədbirlərinin görülməsi üçün əmr imzlanmışdır. Adıçəkilən əmrdə qeyd edilən şəxslərin dövlət qulluğuna qəbulu eləcə də həmin şəxslərə növbəti ixtisas dərəcələrinin verilməsi halının düzgünlüyünün araşdırılması qərara alınmış bunun üçün ondan və aparat rəhbəri Zəkəriyyə Gözəlovdan izahat alınmasının təmin edilməsi, eləcə də Naxçıvan Muxtar Respublikasının X41 sorğu verilməsi qərara alınmışdır. Bundan sonra nazirlik tərəfindən verilmiş tapşırıqlarla bağlı xx.xx.2023-cü il tarixdə müşavirə keçirilmiş və həmin müşavirənin nəticəsində dair həmin tarixli 3 №-li Protokol tərtib edilmişdir. Adıçəkilən protokol o və aparat rəhbəri Zəkəriyyə Gözəlov tərəfindən imzalanmışdır. Həmin müşavirənin mahiyyəti tamamilə təhrif olunmuş şəkildə protokolda əks etdirilmiş, onun tərəfindən guya etik davr anış qaydalarının pozulması qeyd olunsa da bu pozuntunun nədə ifadə olunması öz əksini tapmamışdır. Bütün bu hadisələrdən sonra nazirlik tərəfindən hazırda mübahisə predmeti olan əmr qəbul edilmişdir. Adıçəkilən əmrə əsasən o, xx.xx.2023-cü il tarixdən dövlət qulluğundan azad edilmiş, o cümlədən onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir. Dövlət qulluğuna xitam verilməsinin və eləcə də adıçəkilən əmrin qəbul edilməsinin hüquqi əsası kimi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.1, 4.1.6, 4.1.7, 4.1.8, 18.0.1, 18.0.4, 18.0.12, 25.3 və 25.2.6-cı maddələri qeyd olunmuşdur. Mübahisə predmeti olan əmrin əsassız və qanunsuz olmasını müəyyənləşdirmək üçün ilk növbədə həmin qanunvercilik normalarına diqqət yetirilməlidir. Adıçəkilən Qanunun prin siplərini özündə ehtiva edən 4-cü maddəsinin ona münasibətdə tətbiq edilən normalarına diqqət yetirdikdə həmin prinsiplərin şəxsən və birbaşa olaraq onun tərəfindən pozulmadığı yuxarıda sadaladığı faktlarla öz təsdiqini tapır. Belə ki, adıçəkilən şəxslərin dövlət qulluğuna qəbulunda bir başa və dolayısı ilə hər hansı bir iştirakı mövcud olmamışdır. Dövlət qulluğuna qəbul edilmiş şəxslərin qanunverciliyə uyğun olaraq növbəti ixtisas dərəcələri verilməsi ilə bağlı isə qeyd olunmalıdır ki, həmin şəxslərin qeyd edilən müddətdə dövlət qulluğuna qəbul olmasının əsaslı şübhələr yaradacaq hallar üzə çıxmadığından o hüquqşünas kimi öz üzərinə düşən vəzifələri nazirliyin ümumqəbul edilmiş reqlamentinə uyğun şəkildə həyata keçirmişdir. Əmrin verilməsində hüquqi əsaslandırma kimi götürülən və dövlət q ulluqçusunun əsas vəzifələrini özündə ehtiva edən 18-ci maddəsinin ona münasibətdə tətbiq olunmuş normaları ilə bağlı yuxarıda qeyd etdiyi fikirlər eynilə qalmaqdadır. Belə ki, tərəfindən xidməti vəzifələrin icrası zamanı hər hansı qanunvercilik normalarının pozulması kollektivin işini çətinləşdirən yaxud qulluq etdiyi nazirliyin nüfuzunu aşağı salan, o cümlədən qeyri-etik davranış sərgiləməyini təsdiq edən mötəbər sübutlar cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 4 və 18-ci maddəsində göstərilən normaların tərəfindən pozulmaması sübuta yetirildiyindən onun həmin Qanunun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilməyi qanunsuz olmuşdur. Belə ki, ona münasibətdə Qanunun 25.3-cü maddəsinin tətbiq i üçün ilk növbədə həmin qanunun 18, 20 və 25.11-ci maddələrində nəzərdə tutulmuş normaların pozulması sübuta yetirilməlidir. Hazırkı şikayətində sadaladığı faktlardan iddia ərizəsindən, iddia ərizəsinə etirazdan və iş materiallarından görünür ki, cavabdeh inzibati orqanın onun dövlət qulluğundan azad olunmağına gətirib çıxaran mübahisə predmeti olan əmrin qəbulu üçün heç bir hüquqi əsas mövcud deyildir. Şikayətə qarşı cavabdeh Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 22 aprel 2023-cü il tarixli etiraz daxil olmuşdur. Cavabdeh etirazında göstərmişdir ki, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi tərəfindən qərar qəbul olunarkən qanunvericiliyin tələbi pozulmamış, maddi və prosessual hüquq normalarına riayət edilmişdir. Belə ki, iddiaçının özü də apellyasi ya şikayətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı məsələni mübahisələndirməmişdir. Eyni zamanda bildirirlər ki, G.M.Hacıyevə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını lazımi səviyyədə yerinə yetirməməsi səbəbindən X52, X7, X46, X28 və X33 Nazirlikdə dövlət qulluğuna qəbul edilmiş, həmçinin onlara ixtisas dərəcələri verilmişdir. Belə ki, iddiaçı yuxarıda qeyd edilən əməkdaşlarla, həmçinin digər məsələlərlə bağlı hazırlanmış əmr layihələrini rəhbər tərəfindən imzalanmazdan əvvəl qanunvericiliyin tələbinə uyğun hüquqi ekspertizasını keçirmədən vizalamışdır (razılaşmışdır). Bunun nəticəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublik ası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın tələbləri pozulmuşdur. Həmin əməkdaşların qanunsuz olaraq işə qəbul edilməsi faktı həm “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.3-cü maddəsinə uyğun araşdırma tədbirlərinin görülməsi haqqında” Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2023-cü il 03 aprel tarixli 07 “k” nömrəli əmrinə əsasən iddiaçı tərəfindən verilmiş 2023-cü il 4 aprel tarixli izahatda, həm də Naxçıvan Muxtar Respublikası “X53” publik hüquqi şəxsinin 2023-cü il 7 aprel tarixli 01/422 nömrəli məktubunda öz əksini tapmışdır. Qanunvericiliyin tələbinə zidd dövlət qulluğuna qəbul edilmiş və ixtisas dərəcələri verilmiş şəxslərə görə dövlət büdcəsindən 192136,68 manat (yüz doxsan iki min yüz otuz altı manat, 68 qəpik) vəsait xərclənmişdir. Dövlət büdcəsindən xərclənilmiş vəsaitlə bağlı məsələlərin araşdırılaraq hüquqi qiymət verilməsi üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2023-cü il 3 may tarixli, 1/66 nömrəli məktubu ilə Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna müraciət edilmişdir. Müraciətdə qeyd edilən məsələlərin nəticəsini öyrənmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2023-cü il 24 noyabr tarixli 01/711 nömrəli məktubla Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna müraciət edilmişdir. Naxçıvan Muxtar Respublikasının Prokurorluğu xx.xx.2023-cü il tarixli, 3-4-02/2- 1174/2023 nömrəli məktubla Naxçıvan Muxtar Respublik ası Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin 2020-2022-ci illərdə qanunsuz əməllərinə dair Naxçıvan Muxtar Respublikası Prokurorluğuna daxil olmuş xx.xx.2023-cü il tarixli, 1/66 nömrəli müraciətinin araşdırıldığını və toplanmış materialların həmin şəxslərin digər qanunsuz əməllərinə dair istintaq olunan cinayət işinə əlavə edilərək araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərdiklərini və hazırda həmin işin ibtidai istintaqının davam etdirildiyini bildirmişdir. G.M.X42 Respublikası Kənd Təsərrüfatı Nazirliyinə daxil olan sənədlərin icrasının gecikdirilməsinin araşdırılması ilə bağlı 2023-cü il 5 aprel tarixdə keçirilmiş iclasda ona söz verilmədən yüksək səslə aqressiv şəkildə iclasın gedişatına müdaxilə edərək Nazirliyin rəhbərliyinə qar şı etik davranış qaydalarını pozmuşdur. Onu sakitləşdirməyə çalışan iş yoldaşına qarşı isə kobudluq edərək vurmuşdur. Nazirliyin rəhbərliyi tərəfindən ondan sakitləşməyi tələb olunsada o bu tələbə də fikir verməyərək səsini daha da ucaltmışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinin tələbinə görə dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində 25.2.1-ci (töhmət), 25.2.2-ci (bir il müddətinə dək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması), 25.2.3-cü (həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi), 25.2.4-cü (daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi), 25.2.5-ci (ixtisas dərəcəsinin bir pillə aşağı salınması) və 25.2.6-cı (dövlət qulluğundan azad edilməsi) maddələri ilə təsbit olunmuş intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər. G.M.Hacıyevə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1-ci (qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli), 18.0.2-ci (rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişlərini yerinə yetirməli), 18.0.3-cü (dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli), 18.0.6-cı (laz ım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli) və 18.0.12-ci (etik davranış qaydalarına əməl etməli) maddələrinin tələblərini pozduğundan onun sözügedən Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edilməsi qərara alınmışdır. İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını lazımi səviyyədə icra etmədiyindən, eyni zamanda etik davranış qaydalarını pozduğuna görə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2023-cü il 19 aprel tarixli 08“k' nömrəli əmri ilə onun əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilərkən Nazirlik tərəfindən qanunvericiliyin tələblərinə tam əməl edilmiş və hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Məlumat üçün bild irirlər ki, tutduğu vəzifənin öhdəsindən gələ bilməməsi səbəbindən Nazirliyin rəhbərliyi tərəfindən İddiaçı eyni təsnifatdan olan digər vəzifə təklif olunsa da o, bu təklifindən kobud şəkildə imtina edərək rəhbərliyə qarşı bir daha etik davranış qaydalarını pozmuşdur. İddiaçı etik davranış qaydalarının pozması halları əmək müqaviləsinə xitam verildikdən sonra da davam etmişdir. Belə ki, o, onlayn mediada dəfələrlə siyasi vəzifə tutan Nazirliyin rəhbəri barədə həqiqətə uyğun olmayan yanlış məlumatlar vermişdir. Cavabdeh təşkilat yuxarıda qeyd edilənləri, o cümlədən İddiaçı iddiasının əsassız olduğunu nəzərə alaraq, apellyasiya şikayətinin rədd edilərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2024-cü il 2 fevral tarixli 2-1(122)-60/2024 nömrəli qərarının dəyişdirmədən qüvvədə sa xlanılmasını kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə İddiaçı apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2-1(122)-60/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında şikayətin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2-1(122)-60/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kolleg iyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəz ərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və inzibati məhkəmə icraatı iştirakçılarının izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəmə si qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilmə sini məhkəmədən tələb edə bilər. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 19 aprel 2023-cü il tarixli, 08k nömrəli əmrinin təsdiq edilmiş surətinin 3-cü hissəsindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd şəkildə bu əmrin 2-ci hissəsində adları çəkilən şəxslərin (X36,X2,X30,X14 və X17) dövlət qulluğuna qəbul edilməsinə və bilə-bilə dəfələrlə ixtisas dərəcələrinin verilməsinə səbəb olan, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.1, 4.1.6, 4.1.7, 4.1.8-ci maddələrinin, 18.0.1, 18.0.4, 18.0.12-ci maddələrinin və 25.3-cü maddələrinin tələblərinə əməl etmədiyi üçün Nazirliyin baş məsləhətçi-hüquqşünası X20 “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2.6-cı bəndinə əsasən 19 aprel 2023-cü il tarixdən dövlət qulluğundan azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi Naxçıvan Muxtar Respublikası X34 07 aprel 2023-cü il tarixli 01/422 nömrəli və 01/423 nömrəli məktubları, X2, X30, X36, X14 və X17 xx.xx.2023cü il tarixli arayışları, Nazirliyin İqtisadiyyat və Maliyyə şöbəsinin baş mühasibi X25 04 aprel 2023-cü il tarixli təhriri məruzələri, Nazirliyin ümumi işlər və kadrlar sektorunun müdiri Raifə Babayevanın 05 aprel 2023-cü il tarixli təhriri məruzələri, Nazirliyin ümumi işlər və kadrlar sektorunun baş məsləhətçisi Ruhəngiz Novruzovanın 04 aprel 2023-cü il tarixli təhriri məruzələri, Nazirliyin baş məsləhətçi-hüquqşünası İddiaçı 04 aprel 2023-cü il tarixli izahatı, Nazirlikdə 05 aprel 2023-cü i ldə keçirilən iclasın protokolu göstərilmişdir. ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.1, 4.1.6, 4.1.7, 4.1.8-ci maddələrinin, 18.0.1, 18.0.4, 18.0.12-ci maddələrinin və 25.3-cü maddəsinin tələblərinə əməl etmədiyi üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6cı maddəsinə əsasən 19 aprel 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 03 aprel 2023-cü il tarixli, 07 “k” nömrəli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.3-cü maddəsinə uyğun araşdırma tədbirlərinin görülməsi haqqında əmrinin surətindən görünür ki, dövlət q ulluğuna qəbul və ixtisas dərəcələrinin verilməsi ilə bağlı əmrlərin razılaşdırılmasına rəy verən Nazirliyin baş məsləhətçihüquqşünası İddiaçı xx.xx.2023-cü il tarixdə bu barədə yazılı izahat vermişdir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində verilmiş tapşırıqlarla bağlı keçirilmiş 05 aprel 2023-cü il tarixli müşavirənin protokolunun surətindən görünür ki, müşavirədə Nazirliyə daxıl olan sənədlərin icrasının gecikdirilməsinin səbəblərinin araşdırılması, Nazirliyin Aparat rəhbəri, o cümlədən şöbə və sektorlar tərəfindən vəzifə öhdəliklərinə ciddi yanaşılması, Nazirliyin hüquqşünası İddiaçı aqrar sahə üzrə qanunvericilik bazasının araşdırılaraq təkliflərin hazırlanmasına dair mart ayının əvvəlindən verilmiş tapşırığın, dəfələrlə xatırlatma edilsə də, icrası təmin olunmadığ ı üçün son xəbərdarlıq olaraq bir həftə ərzində onun tərəfindən icra edilərək rəhbərliyə təqdim olunması, X36, X2, X30, X14 və X18 “Dövlət quluğu haqqında” Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində inzibati vəzifəyə təyin olunmasının əsaslarının müəyyənləşdirilməsi üçün müsabiqə və daxili müsahibədən keçməsinə aydınlıq gətirilməsi üçün Naxçıvan MR X41 müraciət ünvanlanması, Nazirlikdə dövlət qulluğu üzrə vəzifə tufan baş məsləhətçi İddiaçı, o cümlədən digər dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına riayət olunması, etik davranış qaydalarım pozan dövlət qulluqçuları haqqında intizam tənbeh tədbirləri görülməsi, dövlət qulluqçularının etik davranış qaydaları ilə Nazirlikdə vəzifə tutan dövlət qulluqçularının tanı ş edilmələri qərara alınmışdır. Həmin iclas protokolunda qeyd edilmişdir ki, iclas zamanı Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə daxil olan sənədlərin icrasının gecikdirimasinin səbəblərinin araşdırılması barədə məsələ müzakirə edilərkən nazir müavini tərəfindən bildirilmişdir ki, ümumiyyətlə verilən tapşırıqlara soyuqqanlı yanaşılır və yaxud da icra olunmur. O, hətta bu kimi məsələlərin ictimai işlərdə də özünü göstərdiyini qeyd etmişdir. Bununla yanaşı o, Nazirlikdə aparıcı şəxs olan, məsul vəzifə daşıyan İddiaçı özünün vəzifəyə təyin olunduğu ilk gündən aqrar sahə ilə bağlı qanunvericiliyin araşdırılaraq, boşluqların aradan qaldırılması İlə bağlı təkliflərin hazırlanmasını, subsidiya verilməsi üçün mexanizmin formalaşdırılması üçün Subsidiyaların verilməsinin müvvə qəti qaydasının hazırlanmasını, Naxçıvan Aqrolizinq ASC-nin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı lazımı hüquqi sənədlərin hazırlanaraq təqdim edilməsini tapşırdığını və dəfələrlə çağıraraq sözügedən məsələ ilə bağlı istiqamət versə də, İddiaçı tərəfindən heç bir iş görülmədiyini nəzərə alaraq, yenə də məcburiyyət qarşısında özü tərəfindən qeyd edilən bəzi məsələlərin icrasının təmin olunduğunu bildirilmişdir. İddiaçı ayağa qalxaraq, verilən tapşırıqlarla məşğul olduğunu, sözügedən məsələnin bir günlük-iki günlük iş olmadığını bildirmiş, nazir müavini, kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra edən X.Dadaşova ona vəzifə öhdəliyinə ciddi yanaşmasını tapşırmışdır. Nazirliyin məsul əməkdaşlarının (nazir köməkçisi Tural Hüseynov, Bitkiçilik məhsullarının i stehsalı, toxumçuluq və aqrokimyəvi xidmət şöbəsinin müdiri Xaliq Abbasov, İqtisadiyyat və maliyyə şöbəsinin baş mühasibi Tale Əsgərov, Ümumi işlər və kadrlar sektorunun müdiri Raifə Babayevanın) iştirakı ilə tərtib olunmuş və imzalanmış 19 aprel 2023-cü il tarixli aktın məzmunundan aydın olur ki, 19 aprel 2023-cü il tarixdə X8 kənd təsərrüfat nazirinin vəzifələrini müvəqqəti icra edən nazir müavini Xəyalə Dadaşovanın yanında keçirilən yığıncaqda Xəyalə xanım tərəfindən İddiaçı onun vəzifə öhdəliklərini yerinə yetirə bilmədiyini, dəfələrlə cari işlərə dair sadə tapşırıqlar verdiyi halda icra edə bilmədiyini, müasir tələblərə görə vəzifə öhdəliyinə məsuliyyətli yanaşılmağın vacib olduğu deyilmiş. X.Dadaşova ona dəfələrlə etik davranış qaydalarını pozduğu halda belə, uzun müddət Nazirlik sis temində işlədiyini nəzərə alaraq işdən azad etmək deyil, Nazirliyin şöbələrinin birində özünə uyğun bir iş seçməsini təklif etmiş, G.Hacıyevə öncə sakit halda dinləsə də sonra kobud münasibət göstərib, hay-küy yaradaraq, hərbiçi ailəsidir, ona heçnə edə bilməzlər, onlara göstərəcəyəm demiş, bundan sonra o, köməkçi tərəfindən zorla otaqdan çıxarılmışdır. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan Muxtar Respublikası X41 ünvanladığı 07 aprel 2023-cü il tarixli sorğu məktubuna cavab olaraq göndərilmiş 07 aprel 2023-cü il tarixli məktubdan aydın olur ki, X54, X11, X51, X29 və X4 Muxtar Respublikası X53 tərəfindən keçirilən test və müsahibələrdə, o cümlədən, daxili müsahibələrdə iştirak etməmişlər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.3-cü m addəsinə uyğun araşdırma tədbirlərinin görülməsi haqqında “Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi tərəfindən 03 aprel 2023-cü il tarixli 07”k” nömrəli əmr verilmişdir. Həmin əmrdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində "Dövlət qulluğu haqqında“ Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd şəkildə dövlət qulluğuna təyin edilmə ehtimalı olan məsələlərin araşdırılması məqsədilə Nazirliyin işçiləri X11, X51, X54, X29 və X18 dövlət qulluğuna qəbul edilmələri ilə bağlı izahatlarının alınmasının təmin edilməsi, qeyd edilən şəxslərin 2021-ci ildə daimi dövlət qulluğuna qəbul edilməsi və ixtisas dərəcələrinin verilməsi, o cümlədən 2023-cü ildə təkrarən ixtisas dərəcələrinin verilməsi üçün rəhbərlik etdiyi işçi qrupu tərəfindən imzalanmış t əklifləri rəhbərliyə təqdim edən Aparat rəhbəri və qeyriləri tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədilə izahatın verilməsinin təmin olunması, həmin şəxslərin “Dövlət qulluğu haqqında“ Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun vəzifəyə təyin olunma məsələlərinin müəyyənləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası X41 müraciətin ünvanlanmasının təmin edilməsi, adları qeyd olunan şəxslərə dövlət qulluğuna qəbul edildikləri vaxtdan hazırki vaxtadək dövlət büdcəsindən əlavə əmək haqqının xərclənməsi məbləğlərinin müəyyənləşdirilməsinin Nazirliyin İqtisadiyyat və Maliyyə şöbəsinin baş mühasibi X31, əmrdən irəli gələn digər məsələlərin həll olunmasının Ümumi işlər və kadrlar sektorunun müdiri X26 tapşırılması qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərr üfatı nazirinin müavini, kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova 06 may 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, baş ədliyyə müşaviri Sənan Paşayevə ünvanladığı məktubun məzmunundan aydın olur ki, ünvan 4rrüfatı naziri X13 2020-ci il 01 iyun tarixli 11“K” nömrəli əmri ilə 6 ay müddətinə stajçı kimi X54 Nazirliyin Heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin aparıcı məsləhətçisi, X11 Nazirliyin İqtisadiyyat və maliyyə şöbəsinin aparıcı məsləhətçisi, 2020-ci il 9 iyun tarixli 13“K” nömrəli əmri ilə isə 6 ay müddətinə stajçı kimi X51 və X29 Nazirliyin Bitkiçilik məhsullarının istehsalı, toxumçuluq və aqrokimyəvi xidmət şöbəsinin aparıcı məsləhətçisi, o cümlədən X35 Nazirliyin Texniki nəzarət və aqroservis sektorunun aparıcı məsləhətçisi vəzifələrinə təyin olunmuşlar. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində yaradılmış işçi qrup (komissiya) tərəfindən sözügedən şəxslərin daimi dövlət qulluğuna qəbul edilməsi və onlara ixtisas dərəcələrinin verilməsi ilə bağlı xx.xx.2021 və xx.xx.2021-ci il tarixli rəsmi imzalanmış təklifləri əsasında ünvan 4rrüfatı naziri X21 tərəfindən 2021-ci il 01 mart tarixli 13“İ” və 2021-ci il 19 mart tarixli 15“İ” nömrəli əmrlər imzalamış və həmin şəxslər daimi dövlət qulluğuna qəbul edilməklə onlara ixtisas dərəcələri verilmişdir. Cari ilin 02 mart tarixində Nazirliyin Aparat rəhbəri vəzifəsində çalışmış X16 özünün 2023-cü ilin 01 mart tarixində dövlət qulluğunda 15 il qulluq stajının tamam olmasına dair ona əmək haqqının 30%-i məbləğində əlavə haqq verilməsinə v ə yuxarıda adları qeyd olunan şəxslərə növbəti ixtisas dərəcələrinin verilməsi ilə bağlı rəhbərlik etdiyi işçi qrupun (komissiya) imzalanmış təkliflərini, o cümlədən ərizələri kənd təsərrüfatı nazirinin müavini, nazirin vəzifələrini müvəqqəti icra edən X6 təqdim etmişdir. X. Dadaşova ona Zəkəriyyə Gözəlov tərəfindən təqdim edilən sənədlərin üzərinə “Araşdırılsın" dərkənarı qoyaraq aidiyyəti üzrə baxılmasını tapşırmışdır. Bundan sonra Z.Gözəlovun dövlət qulluğunda 15 il qulluq stajının cari ilin mart ayının 1-də deyil 13-də tamam olacağı, digər şəxslərin isə vəzifəyə təyin olunduqları tarixindən hazıradək hesablanmış müddətə görə uyğun olduqları bildirilmişdir. Bu səbəbdən onlara ixtisas dərəcələrinin verilməsi təmin olunmuşdur. Lakin, sonradan məlum olmuşdur ki, X54, X11, X51, X29, X4 Muxt ar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində stajçı, o cümlədən daimi dövlət qulluğun qəbul edilərkən "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuş, qanunazidd şəkildə (maddə: 33.1.4) dövlət qulluğuna qəbul edilmişdirlər. Sözügedən məsələlərin araşdırılması zamanı məlum olmuşdur ki, Zəkəriyyə Gözəlov tərəfindən cari ildə rəhbərliyə təqdim olunan sənədlər itirilmişdir. Bununla yanaşı qeyd olunan məsələlərə Z. Gözəlov, o cümlədən Nazirliyin baş məsləhətçi-hüquqşünası İddiaçı sərt reaksiyalar vermiş, etik davranış qaydalarını pozmuş, Nazirlikdə müvafiq problemlərin yaranmasına səbəb olmuşlar. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmaqla işə götürülən şəxslər, o cümlədən bu kimi məsələlərə şərait yaradan Nazirliyin iki məsul aparıcı şəxsi Zəkəriyyə Gözəlov və İddiaçı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2023-cü il 9 aprel tarixli 08 “K” nömrəli əmri ilə tutduqları vəzifələrdən azad edilmişlər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə uyğun araşdırma tədbirləri aparılarakən qanunazidd olaraq dövlət qulluğuna götürülmüş şəxslərə dövlət büdcəsindən 192136,68 (yüz doxsan iki min yüz otuz altı manat 68 qəpik) manat maliyyə vəsaitinin xərcləndiyi məlum olmuşdur. Halbuki, həmin şəxslər qanunauyğun olaraq müqavilə ilə işə götürülə və dövlət büdcəsinin vəsaiti səmərəli şəkildə xərclənə bilərdi. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Covid -19 Pandemiyasının tüğyan etdiyi və Azərbaycan dövləti tərəfindən işə növbəlilik qrafiki əsasında işçilərin cəlb olunmasının tələb olunduğu vaxtda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri gözlənilmədən X36, X2, X30, X14 və X17 Nazirlikdə dövlət qulluğunda inzibati vəzifəyə təyin olunma, o cümlədən dövlət büdcəsindən əlavə əmək haqqının xərclənməsi səbəblərinin araşdırılaraq, müvafiq qərarın qəbul olunması xahiş olunmuşdur. Cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Nümayəndə 24 may 2024-cü il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasında cavabdehin xx.xx.2023-cü il tarixli, 08 “k” nömrəli əmrinin İddiaçı aid hissədə verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərini kollegiyaya təqdim etmişdir. Həmin sənədlərdən görünür ki; X11, X51, X54, X29 və X37 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan aydın olur ki, koronavirus pandemiyası ilə əlaqədar dövlət qulluğuna imtahan vermədən ərizələri əsasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində müvafiq dövlət qulluğu vəzifələrinə təyin edilmişlər. ünvan 4rrüfatı naziri Bəhruz Bayramova ünvanlanmış, komissiyanın sədri və komissiyanın üzvləri (həmçinin komissiyanın üzvü olmuş nazirliyin baş məsləhətçihüquqşünası İddiaçı) tərəfindən imzalanmış, Nazirliyin Heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin aparıcı məsləhətçisi X36, İqtisadiyyat və maliyyə şöbəsinin aparıcı məsləhətçisi X1 müddətlərinin bitməsi və daimi dövlət qulluğuna qəbul edilmələri ilə əlaqədar verilən xx.xx.2021-ci il tarixli təklifdən aydın olur ki, həmin şəxslər ərizə ilə müraciət edərək sınaq müddətləri başa çatdığından daimi dövlət qulluğuna qəbu l edilmələri və onlara müvafiq ixtisas dərəcələrinin verilməsini xahiş etmiş, sabiq nazirin dərkənarına uyğun olaraq, işçi qrupu tərəfindən onların ərizələrinə və müvafiq zəmanətlərinə baxılmış, onlarla bağlanmış 3 (üç) aylıq sınaq müddəti başa çatdığından "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daimi dövlət qulluğuna qəbul edilimələri, X44 və X5 İİİ dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsinin verilməsi məqsədə müvafiq hesab edilmişdir. X43 Respublikasının sabiq Kənd Təsərrüfatı naziri Bəhruz Bayramova ünvanlanmış, komissiyanın sədri və komissiyanın üzvləri (həmçinin komissiyanın üzvü olmuş nazirliyin baş məsləhətçi-hüquqşunası İddiaçı) tərəfindən imzalanmış, Nazirliyin Bitkiçilik məhsullarının istehsalı, toxumçuluq va aqrokimyəvi xidmət şöbəsinin aparıc ı məsləhətçiləri X30, X15, Texniki nəzarət və aqroseris sektorunun aparıcı məsləhətçisi X3 müddətlərinin bitməsi və daimi dövlət qulluğuna qəbul edilmələri ilə əlaqədar verilən xx.xx.2021-ci il tarixli təklifdən aydın olur ki, həmin şəxslər ərizə ilə müraciət edərək sınaq müddətləri başa çatdığından daimi dövlət qulluğuna qəbul edilmələri və onlara müvafiq ixtisas dərəcələrinin verilməsini xahiş etmiş, sabiq nazirin dərkənarına uyğun olaraq, işçi qrupu tərəfindən onların ərizələrinə və müvafiq zəmanətlərinə baxılmış, onlarla bağlanmış 3 (üç) aylıq sınaq müddəti başa çatdığından “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə uyğun olaraq daimi dövlət qulluğuna qəbul edilməsi, X38, X19, X27 lİİ dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilməsi məqsədə müvafi q hesab edilmişdir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin ümumi işlər və kadrlar sektorunun baş məsləhətçisi Ruhəngiz Novruzova rəhbərliyə ünvanlandığı xx.xx.2023-cü il tarixli təhriri məruzəsində göstərmişdir ki, 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində mövcud olmuş 40 ştat vahidindən 5 ştat vahidi vakant olmuş, keçmiş Kənd Təsərrüfatı naziri X21 tərəfindən Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsinin 5.4-cü bəndi əsas götürülərək vakant olan vəzifələrə X11, X51, X29 və X35 təyin edilmiş, onlarla 6 ay müddətinə stajçı kimi, 3 ay müddətinə isə sınaq müddəti ilə müqavilə bağlanılmışdır. Həmin şəxslər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin tələbləri pozulmaqla vəzifəyə təyin olunmuş, işçilər X48 Mərkəzindən müsahibə-müsabiqə test imtahanından keçməmişlər. Qeyd olunan şəxslərin işə götürülməsi və onlara ixtisas dərəcələrinin verilməsi zamanı əmrlərin rəsmiləşdirilməsi Nazirliyin digər aidiyyəti şəxslərinin (eyni zamanda nazirliyin baş məsləhətçi-hüquqşunası İddiaçı) vizaları nəzərə alınmaqla həyata keçirilmişdir. X24 rəhbərliyə ünvanladığı xx.xx.2023-cü il tarixli təhriri məruzəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 6-4-cü hissəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 3 iyun 2016-cı il tarixli 24 “i” nömrəli əmri ilə 6 nəfərdən ibarət işçi qrupu ya radılmış, işçi qrupunun rəhbəri təyin edilmiş, işçi qrupu tərəfindən işçilərin dövlət qulluğunda ümumi iş stajı, staja görə faiz, ixtisas dərəcələrinin verilməsi üçün ştat cədvəlinə əlavə təsnifat hazırlanmışdır. Həmin işçi qrupunun rəhbərliyi tərəfindən X44, X5, X38, X19 və X27 növbəti ixtisas dərəcələrinin verilməsi uyğun görülmüş, təkliflər hazırlanmış və təkliflər işçi qrupunun rəhbəri və üzvləri (həmçinin nazirliyin baş məsləhətçi-hüquqşunası İddiaçı) tərəfindən imzalanaraq işçilərin ərizələri, o cümlədən X12 qulluq stajında 15 ili tamam olduğundan 30% əlavənin alması üçün yazdığı ərizəsi də dərkənar yazılması üçün rəhbərliyə təqdim olunmuşdur. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat və Maliyyə şöbəsinin baş mühasibi X45 tərəfindən verilmiş xx.xx.2023-c ü il tarixli arayışdan aydın olur ki, 01 iyun 2020-ci il tarixdən 01 aprel 2023-cü il tarixədək işlədikləri dövrdə Nazirliyin əməkdaşları olmuş X44 17384,99 manat, X5 17431.45 manat, 19 iyun 2020-cı il tarixdən 01 aprel 2023-cü il tarixədək işlədikləri dövrdə Nazirliyin əməkdaşları olmuş X39 17215,28 manat, X19 17537,76 manat, X27 isə 16778,60 manat vəsait artıq ödənmişdir. Cavabdeh tərəfindən İddiaçı barəsində verilmiş mübahisələndirilən əmrin hüquqi əsası kimi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.1, 4.1.6, 4.1.7, 4.1.8, 18.0.1, 18.0.4, 18.0.12, 25.3, 25.2.6-cı maddələrinə istinad olunmuşdur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu; Maddə 4.1. Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır: 4.1.1. qanunçuluq; (...) 4.1.7. vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi; 4.1.6. dövlət qulluğuna qəbulun şəffaflığı; 44.1.8. vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi; Maddə 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; (...) 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; (...) 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. (...) 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərini n əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. (...) 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: (...) 25.2.6. dövlət qulluğundan azad edilməsi. Maddə
33. Dövl ət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: (...) 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə. Kollegiya qeyd edir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində verilən anlayışa görə dövlət qulluğu-Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət, həmin Qanunun 1.1.14-cü maddəsinə görə isə dövlət orqanının aparatı-özündə struktur bölmələri (şöbə və sektor) birləşdirən və dövlət orqanına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsini bilavasitə təşkil və təmin edən dövlət orqanının struktur qurumu başa düşülür. Dövlət qulluqçusunun məsuliyyətini müəyyən edən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 1.1.26-ci maddəsində verilən anlayışa görə intizam məsuliyyəti – dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsinə (intizam xətasına), habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmamasına görə bu Qanunda nəzərdə tutulmuş intizam tənbehinin tətbiqini nəzərdə tutan hüquqi məsuliyyət növüdür. “Dövlət qulluğu haqqında” Azərbay can Respublikasının Qanunu; Maddə 25.6; Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Maddə 25.7; Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Maddə 25.5; Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edi ldiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. Maddə 28.1; Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 5.1; dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Maddə 9; dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır. Maddə 23.1; etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Kollegiya apellyasiya şikayətində qeyd olunanlara münasibətdə bildirir ki, yuxarıda adıçəkilən komissiyanın üzvlərindən biri də nazirliyin baş məsləhətçi-hüquqşunası olaraq İddiaçı olmuş və həmin sənədlər onun tərəfindən də imzalanmışdır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı Hacıyeva X22 Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində baş məsləhətçi-hüquqşunas vəzifəsində işlədiyindən nazirliyin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə, həmçinin normativ aktların düzgün icra və tətbiq edilməsinə bilavasitə cavabdeh olmuşdur. Bu baxımdan da kollegiya şikayətdə qeyd olunan dəlillərin əsassız olması nəticəsinə gəli r. İnzibati işin materiallarından aydın olur ki, iddiaçının qeyd etdiyi hallarla əlaqədar cavabdehin əmri əsasında araşdırma aparılmış, araşdırma zamanı iddiaçı tərəfindən “Dövlət qulluğu haqqında” Qanunun istinad olunan maddələrinin tələblərinin pozulması, iddiaçıya həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi müəyyən edilmiş, bununla bağlı iddiaçıya yazılı izahat verilməsi təklif edilmiş və iddiaçı yazılı izahat verərək qeyd olunan qanun pozuntularını zamanında rəhbərliyə bildirsə də ona şifahi şəkildə işdən çıxarılması ilə bağlı xəbərdar edildiyini, o da işini itirməmək üçün razı olduğunu, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün rəhbərlikdən aidiyəti strukturlara xəbərdarlıq edilməsini xahiş etmişdir. Həmçinin şikayətə qarşı verilmiş etirazdan və cavabdeh təşkilatın nümayəndəs inin məhkəmə baxışı iclasında verdiyi izahatdan aydın olur ki, iddiaçıya nazirlikdə digər vəzifə təklif olunmuş, lakin iddiaçı başqa vəzifəyə keçirilməsindən imtina etmişdir. Kollegiya qeyd edir ki, iddiaçıya münasibətdə intizam icraatının qanunvericiliklə müəyyən olunmuş tələblərə uyğun aparıldığı, iddiaçıya dövlət qulluğu vəzifəsindən azad edilmə intizam tənbehi tədbiri tətbiq edilərkən inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin qanunla müəyyən edilmiş hədlərinə və diskresion səlahiyyətlərin qanuni məqsədlərinə uyğun həyata keçirildiyi, iddiaçının dövlət qulluğu vəzifəsindən qanunvericiliyin tələblərinə uyğun qaydada azad edilməsi iş üzrə toplanmış materiallarla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə uyğun olaraq mü bahisələndirilən əmri (inzibati aktı) qəbul etmiş cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Həmçinin cavabdeh tərəfindən mübahisələndirilən əmr (inzibati akt) qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulması halları iş üzrə öz təsdiqini tapmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, şikayətin təmin olunması, 02 fevral 2023-cü il tarixli, 2-1(122)-60/2024 nömrəli qərarın ləğv ed ilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi üçün əsaslar müəyyən edilmədiyindən İddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2-1(122)60/2024 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 08k nömrəli əmrinin ona aid hissədə ləğv edilərək onun işə yenidən bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2-1(122)-60/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 21(122)-60/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.