Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-37/2023 31.08.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək Rayon Şöbəsinə qarşı ““Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək Rayon Şöbəsinin 28 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi və İddiaçı xx.xx.2006-cı ilədək qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin "b" bəndinə əsasən 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) i ş stajını xx.xx.2006-cı il tarixədək qazandığı üçün İddiaçı 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2-1(122)-90/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək Rayon Şöbəsinə qarşı 10 yanvar 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək Rayon Şöbəsinin 28 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi və İddiaçı xx.xx.2006-cı ilədək qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin "b" bəndinə əsasən 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajını xx.xx.2006-cı il tarixədək qazandığı üçün İddiaçı 56.5 yaşından - xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək Rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 10 mart 2023-cü il tarixdə birinci instansiya məhkəməsində keçirilən məhkəmə hazırlıq iclasında yeni iddia ərizəsini məhkməyə təqdim edərək iddia tələbinə ““Naxçıvan Muxtar Respublikası Dövlət So sial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək Rayon Şöbəsinin 28 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi və İddiaçı xx.xx.2006-cı ilədək qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin "b" bəndinə əsasən 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajını xx.xx.2006-cı il tarixədək qazandığı üçün İddiaçı 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək Rayon Şöbəsinə həvalə edilməsi həcmində baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının 10 mart 2023-cü il tarixli iddia ərizəsi 10 mart 2023-cü il tarixli, 21(122)-90/2023 nömrəli protokol qəra rı ilə iş materiallarına əlavə edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 21(122)-90/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək Rayon Şöbəsinə qarşı ““Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək Rayon Şöbəsinin 28 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi və İddiaçı xx.xx.2006-cı ilədək qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin "b" bəndinə əsasən 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajını xx.xx.2006-cı il tarixədək qazandığı üçün İddiaçı 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edil məsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası təmin edilməmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 21(122)-90/2023 nömrəli qərarından narazı qalan İddiaçı 24 iyul 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək rayon şöbəsinin 28 dekabr 2022-ci il tarixli 01 nömrəli qərarının ləğv edilməsi və xx.xx.2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 1 3-cü maddəsinin “b” bəndinə əsasən 25 il ümumu və 12 il 6 ay xüsusi (güzəştli) iş stajını xx.xx.2006-cı il tarixədək qazandığı üçün ona 57 yaşında -xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Sədərək rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 iyun 2023-cü il tarixli 2- 1(122)-90/2023 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 iyun 2023-cü il tarixli 2- 1(122)-90/2023 saylı qərarı ilə razı deyil və aşağıdakı göstərilənlərə görə qərarı əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. Belə ki, xx.xx.2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 25 il ümumu və 12 il 6 ay xüsusi (güzəştli) iş stajını xx.xx.2006-cı il tarixədək qazandığı üçün ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Sədərək rayon Şöbəsinə ərizə ilə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Sədərək rayon Şöbəsinin 28 dekabr 2022-ci il tarixli 01 nömrəli qərarı ilə Sədərək üzümçülük sovxozunda işlədiyi xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək əməkhaqqı almağı barədə arayışın olmadığı, Azərkimyatikinti Trestində işlədiyi 1996-cı il və 1997-ci il tarixlərdə əmək məzunuyyətind ə olmağı və Azərkimyatikinti MSTQS-in 1 nömrəli Təmir Quraşdırma Trestində 1992, 1993 və 1996-cı illərə dair əmək haqqı barədə məlumatın olmadığı əsas gətirilərək güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Ona görə də o, iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi səxsin Sədərək rayon Şöbəsinin 28 dekabr 2022-ci il tarixi 01 saylı qərarının ləğv edilməsi və ona xx.xx.2006-cı ilədək qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin "b" bəndinə əsasən 25 il ümumu və 12 il 6 ay xüsusi (güzəştli) iş stajının olması ilə əlaqədar güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Sədərək rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (sədrlik edən hakim Elnur Hüseynov) 24 iyun 2023-cü il tarixli 2-1 (122 )90/2023 saylı qərarında pensiya hüququnun yaranmasına əsas olan tam əmək stajını tamamlamadığı əsas gətirilərək əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını tələb etmək haqqının olmadığı bildirilərək iddia tələbi təmin edilməmişdir.Onun 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajının olması məhkəməyə təqdim etdiyi İT-İ ******* nömrəli əmək kitabçasında və digər sənədlərdə öz əksini tapmışdır. Əlavə olaraq bildirir ki, 2006-2013 və 2016-cı illərdə fərdi qaydada ö dədikləri məcburi dövlət sosial sığorta haqqı məbləğlər Dövlət Sosial Müdafiə Fondu tərəfindən sistemə işlənməmiş və onun əmək stajına hesablanmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əssən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Yuxarıda göstərilənlər ə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-cı maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 iyun 2023-cü il tarixli 2- 1(122)90/2023 saylı Qərarının ləğv edilməsi və xx.xx.2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 25 il ümumu və 12 il 6 ay xüsusi (güzəştli) iş stajını xx.xx.2006-cı il tarixədək qazandığı üçün ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh orqan “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi səxsin Sədərək rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Hazırda iş ü zrə cavabdehin adı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin 15 mart 2023-cü il tarixli 153-Vİ FR nömrəli Fərmanı ilə dəyişdirilərək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sədərək Rayon Şöbəsinin nümayəndəsi sonuncu məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin 29 avqust 2023-cü il tarixli, 05/167 nömrəli məktubla kollegiyaya müraciət edərək iş yükünün çoxluğu ilə əlaqədar İddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabe liyində Dövlət Sosial Müdafiə Fondunun Sədərək Rayon Şöbəsinə qarşı apellyasiya şikayətinə Sədərək rayon nümayəndəsinin iştirakı olmadan baxılıb iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sədərək Rayon Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və X5 Respublikası İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2-1(122)-90/2023 nömrəli qərarının ləğv edilməsini, idd ianın təmin olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Kollegiyanın 24 avqust 2023-cü il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sədərək Rayon Şöbəsinin nümayəndəsi X2 izahatında apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2-1(122)-90/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını kollegiyadan xahiş etmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq o lunur. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şi kayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38- ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilm əsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalı dır. - 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İş materiallarında olan; - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək rayon şöbəsinin əmək pensiyasının təyin edilməsindən imtin a olunması haqqında 28 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarından məlum olur ki, İddiaçı 25 il əmək stajı arxiv arayışı ilə təsdiqini tapmadığı üçün ona əmək pensiyası təyin edilməsindən imtina edilməsi qərara alınmışdır. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək Rayon Şöbəsinin 24 dekabr 2021-ci il tarixli, 05/309 nömrəli, "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin 31 mart 2022-ci il tarixli, 01/Q-26 nömrəli və 25 aprel 2022-ci il tarixli, 01/Q-34 nömrəli məktublarının məzmunundan aydın olur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. - Sədərək Rayon İcra Hakimiyyətinin Sədərək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 dekabr 2022-ci il tarixli, 246 nömrəli arayışdan görünür ki, İddiaçı Sədərək rayonu, Sədərək kəndində yaşayır və qeydiyyatda durur. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxx 1964-cü il tarixdə doğulmuşdur - "xxxx" X8 Cəmiyyəti tərəfindən verilmiş 24 avqust 2021-ci il tarixli, 20 nömrəli arayışdan aydın olur ki, İddiaçı Sumqayıt Elektrik Quraşdırma hissələri zavodunda (Sumqayıt elektrik quraşdırma hissələri zavodu 1998-ci ildə 1 özəlləşmə proqramı ilə Sumqayıt Elektrik Dəstləşdirmə” ASC-yə çevrilmişdi). 12 iyul 1989-cu ildə (əmr № 114-k) elektrik çilingəri işinə qəbul edilmiş və 12 noyabr 1992-ci il tarixində (əmr № 99-k.& 2) başqa müəssisəyə köçürüldüyü üçün işdən azad edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət şəhərsa lma və Arxitektura Komitəsinin Sədərək rayon idarəsinin 30 mart 2023-cü il tarixli, 03 nömrəli arayışından aydın olur ki, İddiaçı xx.xx.1998-ci il tarixli, 38 №-li əmrlə Sədərək rayon Təsərüffat Hesablı Tikinti Quraşdırma idarəsinə elektrik qaynaqçısı kimi qəbul olunub və ərizəsi əsasında xx.xx.2022ci il tarixli, 17 nömrəli əmrlə işdən azad olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş 17 avqust 2021-ci il tarixli, 13/945 nömrəli arayışdan məlum olur ki, İddiaçı Şərur rayon Kolxoz Tikinti İdarəsinə xx.xx.1985-ci tarixli, 25 №-li əmrlə İİ dərəcəli fəhlə qəbul edilməsi, xx.xx.1985-ci il tarixli, 107 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsinin Sədərək rayon ida rəsinin 05 iyul 2021-ci il tarixli, 06 nömrəli arayışından görünür ki, İddiaçı 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərar ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilər”in 35-ci maddəsində qeyd olunan qaynaqçı vəzifəsində azı 12 il 6 ay işlədiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 9-cu maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək rayon şöbəsi tərəfindən məhkəməyə göndərilmiş Sədərək rayon Dövlət Arxivinin 10 fevral 2023-cü il tarixli, 01 nömrəli arayışından məlum olur ki, Sədərək rayon Tikinti Quraşdırma idarəsinin əmrlər kitabı Sədərək rayon Dövlət Arxivinə təhvil verilməmiş və əmək haqqı cədvəllərində İddiaçı adı aşkar edilməmişdir. İddiaçı adına verilmiş ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən aydın olur ki, 0.xx.xx.1985-ci ildə İliç təsərrüfatlarası tikinti idarəsinə 2-ci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1985-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. ( 6 ay 1 gün), xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək Sumqayıt şəhər 17 nömrəli SPTM-da təhsil almış (6 ay 2 gün),xx.xx.1986-cı ildə SU-27, 2 nömrəli Trestində 3-cü dərəcəli armaturçu,qaynaqçı kimi işə qəbul edilmiş, xx.xx.1988-ci ildə ona 4-cü dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilmiş, xx.xx.1986-cı ildə köçür mə ilə əlaqədar işdən azad edilmişdir. (3 il 3 ay 4 gün), xx.xx.1989-cu ildə SU 27-nin 2 nömrəli trestindən köçürmə yolu ilə gəldiyindən metal konstruksiyaları qrupuna 2-ci dərəcəli elektrik çilingəri qəbul edilmişdir. xx.xx.1990-cı ildə SMİİ Sumqayıt Elektrikdəstləşdirmə zavoduna çevrilmişdir. xx.xx.1990-cı ildə metal konstruksiyaları sahəsində 3-cü dərəcəli elektrik qaynaqçısı işləmiş, xx.xx.1990-cı ildə 4-cü dərəcə verilmiş, xx.xx.1991-ci ildə dərəcəsi saxlanılmaqla ETH sahəsinə elektrik qaynaqçısı keçirilmiş, xx.xx.1991-ci ildə 5-ci dərəcə elektrik qaynaqçısı təyin edilmiş,xx.xx.1992-ci ildə köçürmə yolu ilə işdən azad edilmişdir (3 il 4 ay 3 gün). xx.xx.1992-ci ildə Sumqayıt Superfosfat Zavodunun Tikinti-Quraşdırma İdarəsində SMİİ “Elektroquraşdırmadəstləşdirmə”dən köçürmə yolu ilə 5- ci dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul edilmişdir. xx.xx.1993-cü ildən SSFZ-nin TQİ-si “Azərkimya” Mənzil Sosial Tikinti Quraşdırma Trestinin 1 nömrəli Tikinti Quraşdırma İdarəsi adlandırılmış,xx.xx.1996-cı ildə “Azərkimya” MSTQ T restinin fəaliyəti dayandırılmış və həmin Trest “Azərkimya tikinti” Trestinin bazasında birəşdirilmiş, “Azərkimya tikinti” Trestinin 2 nömrəli TTPU-si üzrə xx.xx.1996-cı ildə köçürmə yolu ilə 1 nömrəli sahəyə 5-ci dərəcə ilə elektrik qaynaqçısı qəbul edilmiş və xx.xx.1998-ci ildə öz xahişi ilə işdən azad edilmişdir (5 il 9 ay 7 gün). xx.xx.1998-ci ildə Sədərək Rayon Tikinti Quraşdırma İdarəsinə elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.2022-ci ildə öz ərizəsi əsasında işdən azad edilmişdir (xx.xx.2006-cı ilədək iş stajı 7 il 3 ay 26 gün). İşə əlavə edilmiş İddiaçı adına verilmiş HZ seriyalı,4607399 nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək ( 2 il 1 ay 20 gün) hərbi xidmətdə olmuşdur. İş materiallarına əlavə edilmiş Sədərək Rayon Dövlət Arxivinin 22 may 2019-cu il tarixli, 19 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı 10 iyul 1981-ci il tarixli, 282 №- li əmr ilə Sədərək Üzümçülük sovxozuna fəhlə qəbul edilmiş və 23 oktyabr 1982-ci il tarixli, 56 №-li əmr ilə hərbi xidmətə getdiyi üçün sovxozdan azad edilmişdir. (iş stajı 1 il 3 ay 13 gün). İddiaçı adına verilmiş 28 iyun 1979-cu il tarixli, AZ-1 844532 nömrəli səkkizillik təhsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən aydın olur ki,İddiaçı Culfa rayon Əbrəqunus internat məktəbində oxumuş və 1979-cu ildə səkkizinci s inifi bitirmişdir. İddiaçı adına verilmiş xx.xx.1986-cı il tarixli, 3682 nömrəli attestatın təsdiq edilmiş surətindən məlum olur ki, 0, xx.xx.1985-ci ildə Sumqayıt şəhər 17 nömrəli OTPM-nə daxil olmuş və xx.xx.1986-cı ildə armaturçu-qaynaqçı peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmiş, ona armaturçu-qaynaqçı 3-cü dərəcə ixtisası verilmişdir. (6 ay 2 gün təhsil müddəti). Azərbaycan SSR Maarif Nazirliyi İliç Rayon XMŞ-si tərəfindən İddiaçı adına verilmiş şəhadətnamənin təsdiq olunmuş surətindən aydın olur ki, o, xx.xx.1979-cu ildən xx.xx.1981ci ilədək traktor proqramı üzrə təlim kursunu tam keçmişdir. (1 il 8 ay 16 gün təhsil müddəti). Qüvvədə olmuş ”Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin ğ bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmi ş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası” barədə Azərbaycar Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli,638 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin əmək stajını təsdiq edən sənədlərə aid İİ bəndinin 8-ci maddəsində göstərilirdi ki, ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinik ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom,vəsiqə,şəhadətnamə,eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur. İddiaçı kollegiyadakı izahatında orta məktəbin 8-ci sinifini bitirdikdən sonra “traktorçu” peşə hazırlığı ilə əlaqədar təhsil almasını bildirmişdir. Kollegiya iddiaçının yuxarıda göstərilən təhsil müddətlərini sadalanan normalara əsasən onun əmək stajının hesablanmasında nəzərə almışdır. Cavabdeh inzibati orqan iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə xx.xx.2022-ci il tarixli qərarında idddiaçının xüsusi iş stajını mübahisələndirməmiş, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 25 il 10 ay ümumi,19 il 11 ay xüsusi iş stajının olmasını göstərməklə imtinanın əsası kimi onun xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək Sədərək üzümçülük sovxozunda işlədiyi illər üzrə əmək haqqı alması barədə arayışın olmamasına,onun “Azərkimyatikinti” Trestində işlədiyi 1996 və 1997-ci illərdə hər il üçün 6 ay,cəmi 1 il əmək məzuniyyətində olmasına və “Azərkimyatəmir MSTQS-nin 1 nömrəli tikinti quraşdırma İdarəsinin 1992,1993 və 1993-cü illərə dair (3 il) əmək haqqı cədvəlləri barədə məlumatın olmamasına və əmək haqqı alınmamış dövrün məcburi sosial sığorta haqqı ödənilməmiş dövr hesab edilməklə əmək pensiyası təyin edilən zaman həmin dövrlərin sığorta stajına daxil edilməməsinə istinad etmişdir. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Sədərək rayon şöbəsi iddiaya etirazını onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (1 il 3 ay 13 gün) Sədərək üzümçülük sovxozu`nda işlədiyi illər ə mək haqqı alması barədə arayışın olmamış və iddiaçı “Azərkimyatikinti” Trestində işlədiyi 1996-cı il və 1997-ci il tarixlərində hər il üçün 6 ay müddətində (cəmi 1 il) əmək məzuniyyətində olmuş, “Azərkimyatəmir” MSTQS-nin 1 nömrəli Təmir Quraşdırma İdarəsinin 1992, 1993 və 1996- cı illərə dair (3 il) və Sədərək rayon Tikinti Quraşdırma İdarəsində xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (7 il 3 ay 27 gün) əmək haqqı cədvəlləri barədə məlumat olmadığından həmin illərin ümumi iş stajına daxil edilməsi mümkün olmadığına görə ona pensiya təyin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, iş materiallarına əlavə edilən sənədlərə (əmək kitabçası, arxiv arayışı, hərbi bilet, diplom və s.) əsasən İddiaçı 25 il 10 ay əmək stajı vardır. Bununla belə 01 may 2023-cü il tarixli arxiv arayışı ilə müəyyən olunur ki, iddiaçı 2002-ci il üzrə 1 ay, 2003-cü il üzrə cəmi 5 ay əmək haqqı almış, 2000, 2001 və 2004-cü illərin əmək haqqı cədvəllərində isə ümumiyyətlə adına rast gəlinməmşdir. Eləcə də xx.xx.2021-ci il tarixli, 6703/1 saylı arayışdan görünür ki, “Azərkimyatikinti” Trestinin 110-k və 146-k nomrəli əmrləri üzrə iddiaçı xx.xx.1996-cı və xx.xx.1997-ci illər üzrə ayrılıqda 6 ay olmaqla cəmi 1 il müddətə əmək haqqı saxlanılmadan məzuniyyətə buraxılmışdır. Beləliklə də iddiaçı pensya hüququnun yaranmasına əsas olan tam əmək stajını toplamadığından cavabdehin üzərinə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulmasını tələb etməkdə haqqlı olmamışdır Cavabdehin pensiya təyin olunmasından imtinası ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh inzibati orqanın göstərdiyinin əksinə olaraq Sədərək Rayon Dövlət Arxivinin 06 iyul 2021-ci il tarixli, 22 nömrəli arxiv arayışında İddiaçı Sədərək Üzümçülük sovxozunda 1981-1982-ci illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş 20 sentyabr 2021-ci il tarixli, 649/1 nömrəli arxiv arayışında İddiaçı “Azərkimyatəmir” MSTQS-nin 1 №-li TQİ-də 1994-1995-ci illərə dair aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmiş, arayışın qeyd hissəsində MSTQS-nin 1 №-li TQİ-nin 1992, 1993 və 1996-ci illərə dair əmək haqqı cədvəllərinin Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyi qeyd olunmuşdur. Kollegiya qeyd edir ki, həmin illərə dair əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi iddiaçının deyil, işəgötürənin məsuliyyət sferasına aid olmuş və əmək haqqı cədvəllərinin arxivə göndərilməməsi onların olmaması anlamına gəlmir. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli, 6703/1 nömrəli arxiv arayışından görünür ki, “Azərikimyatikinti” tresti üzrə 18 noyabr 1996-cı tarixli,110-k nömrəli əmrə əsasən “Azərikimya” MCTQ trestinin ləğv edilərək “Azərikimyatikinti” trestinin birləşdirilməsi ilə əlaqədar olaraq “Azərikimya” MSTQ trestinin işçisi İddiaçı 18 noyabr 1996cı tarixdən ixtisas və dərəcəsi saxlanılmaqla peşəsi üzrə köçürmə yolu ilə “Azərikimyatikinti” trestinin 2 №-li TTQİ-nə işə qəbul edilmiş və iş hə cminin azalması, işçi qüvvəsinə məhdud sayda ehtiyac olması nəzərə alınaraq həmin gündən 6 (altı) ay müddətinə əmək haqqı saxlanılmadan məzuniyyətə buraxılmışdır. Həmçinin həmin arxiv arayışına əsasən müəyyən edilir ki, “Azərikimyatikinti” Tresti 2 nömrəli TT və MQİ üzrə xx.xx.1997-ci il tarixli,146-k nömrəli əmr əsasında idarədə iş həcminin azalması və işçi qüvvəsinə məhdud sayda ehtiyac olması nəzərə alınaraq İddiaçı xx.xx.1997-ci ildən 6 ay müddətinə əmək haqqı saxlanılmadan məzuniyyətə buraxılmışdır. Kollegiya qeyd edir ki, arxiv arayışından göründüyü kimi İddiaçı ödənişsiz məzuniyyətə buraxılması onun öz təşəbbüsü ilə deyil, işəgötürənin əmri əsasında idarədə iş həcminin azalması və işçi qüvvəsinə məhdud sayda ehtiyac olması səbəbindən baş vermişdir. İddiaçının əmək kitabçasındakı qey dlərdən görünür ki, iddiaçı ödənişsiz məzuniyətdən sonrakı vaxtlar da həmin müəssisədə işləməkdə davam etmiş və xx.xx.1998-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. Ona görə də kollegiya cavabdeh inzibati orqanın və məhkəmənin iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddətlərin, iddiaçının işlədiyi müəyyən vaxtlarda əmək haqqı alması barədə məlumatın olmadığı dövrlərin əmək stajının hesablanmasında nəzərə alınmaması ilə bağlı arqumentlərini əsaslı hesab etmir və qeyd edir ki,iddiaçının 2006-cı ilin yanvar ayının 1-dək əmək stajı onun əmək kitabçasındakı qeydlərlə təsdiq olunur. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin birinci hissəsində göstərilirdi ki, mülkiyyət və təsərrüfatçılıq formasın dan asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 217 nömrəli qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndində göstərilmişdi ki, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.Buradan aydın olur ki, əmək haqqı cədvəlləri və s.əmək kitabçası olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi nəzərə alınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə görə işçnin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında işə girdiyi gün, ay, il, işlə diyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı kollegiya qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsində göstərilmişdi ki, əmək(sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən ol unması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3- cü hissəsinin 3.1-ci bəndində göstərilirdi ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-qanun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qanunun qüvvəyə nindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.(bənd 3.1.1). Qanun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun ya randığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanların fərdi uçot məlumatları əsasında müəyyən olunur.(bənd 3.1.2). İddiaçının mübahisələndirilən dövrlərdəki əmək fəaliyyəti işə əlavə edilmiş əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında aparılmış qeydlərin həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmiş və işə baxılarkən də belə hallar müəyyən edilməmişdir. “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icrat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyincə, mötəbər hesab olunur. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən maliyy ə sənədlərini qoruyub saxlamaq, onları dövlət arxiv idarələrinə təhvil vermək, məcburi dövlər sosial sığorta ödənişlərini ödəmək işçinin deyil, işəgötürənin vəzifəsi hesab olunduğundan sosial sığorta ödənişlərinin aparılmaması belə iddiaçının konstitusion hüququ olan sosial təminat almaq hüququnun pozulmasına səbəb ola bilməz. Bununla yanaşı kollegiya qeyd edir ki, ”Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanununa əsasən 2006-cı ilin 01 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: (2021-ci il tarixədək qüvvədə olan redaksiyada). -maddə 1.0.1: Əmək pensiyası bu qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra– sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -maddə 3.1: Azərbaycan Respublikasının vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -maddə 4.1: Bu qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - maddə 9.1: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sah ələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -maddə 9.8: Bu qanun qüvvəyə mindiyi günədək bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsindəki “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Qanunun 2-ci maddəsinə əsasən bu qanun 2017-ci il iy ulun 1-dən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (2007-ci il 6 mart tarixli, 260-İİİ QD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna m alikdirlər. Həmin Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şəhr edilməsinə dair” 27 mart 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada və beynəlxalqhüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən m ühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Beləliklə, vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. İstinad olunan normaların müddəaları baxımından, iddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçü n aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajının, yəni ümumi iş stajının və güzəştli pensiya hüququ verən stajın həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanılması. İşin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunda tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcud olmuşdur. Belə ki, İddiaçı işdə olan əmək kitabçasındakı qeydlərə, hərbi biletinə, təhsil alması barədə sənədlərə, arxiv arayışına əsasə n onun 2006-cı ilin yanvar ayının 1-dək 25 il 10 ay 2 gün ümumi,12 il 6 aydan çox xüsusi iş stajının olması müəyyən edilir. İddiaçının işlədiyi “elektrik qaynaqçısı” peşəsi xx.xx.2007-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa,qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında (siyahı İİ. XXXİİİ fəsil, ümumi peşələr kod: 232000019906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları) nəzərdə tutulmuşdur. İddiaçının izahatına görə əmək kitabçasında göstərilən elektrik qaynaqçısı peşəsi üzrə işlədiyi dövrlərdə əl ilə qaynaq işi aparmışdır. Kollegiya hesab edir ki, sadalanan qanunvericilik normalarına əsasən iddiaçı 57 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu qazanmışdır. Ona görə də həmin vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.Ona görə də cababdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək Rayon Şöbəsinin 28 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarı ləğv edilməli və cavabdehin üzərinə İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi qoyulmalıdır. Kollegiya qeyd edir ki, birinci istansiya məhkəməsi qəbul etdiyi qərarı əsaslandırmamış,qərar qəbul edərkən səhv nəticəyə gələrək yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini pozmuşdur. Yuxarıda sadalanlara əsasən kollegiya belə nəticəyə gəlir ki,İddiaçı apellyasiya şikayəti təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2-1(122)-90/2023 nömrəli qərarı ləğv edilməli, yeni qərar çıxarılmaqla iddia təmin edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.5, 87.6, 87.8, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosia l Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək Rayon Şöbəsinə qarşı ““Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək Rayon Şöbəsinin 28 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi və İddiaçı xx.xx.2006-cı ilədək qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin "b" bəndinə əsasən 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajını xx.xx.2006-cı il tarixədək qazandığı üçün İddiaçı 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2-1(122)-90/2023 nömrəli qərarından İddiaçı tərə findən verilmiş apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 21(122)-90/2023 nömrəli qərarı ləğv edilsin. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Sədərək Rayon Şöbəsinin 28 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarı ləğv edilsin. İddiaçı iddiası təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sədərək Rayon Şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхt ar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-37/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-37/2023
31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver