Məhkəmə qərarları › İş №2-1(108)-37/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-37/2025

10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-37/2025 10.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 21(122)-430/2025 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yan ında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsə qarşı Naxçıvan MR, Babək rayonu, Babək qəsəbəsi, Qoşadizə məhəlləsində 0,04 hektar torpaq sahəsində inşa etdiyi yaşayış evinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Babək qəsəbəsi, Qoşadizə məhəlləsində 0,04 hektar torpaq sahəsində inşa etdiyi yaşayış evinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 21(122)-430/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası Babək rayonu, Babək qəsəbəsi, Qoşadizə məhəlləsində yerləşən 0,04 hektar torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsind ə fərdi yaşayış evi inşa etmişdir. Lakin həmin fərdi yaşayış evinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Evə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehə müraciət etsə də, 27 avqust 2024-cü il tarixli, 05/Ə-A-35/1-1/2024 nömrəli məktubla inşa etdiyi fərdi yaşayış evi X5 xəttinin mühafizə zolağında yerləşdiyindən hüquqların dövlət qeydiyyatının aparılmasından imtina olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində iddiaçıya təqdim etdikləri imtinanın dəlillərinə istinad edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə u yğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlə r, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan 17 iyun 2016-cı il tarixli, MH seriyalı, ******* nömrəli (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********78) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Babək rayonu, Babək qəsəbəsi, Qoşadizə məhəlləsində 0,04 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 21/22 nömrəli reyestr kitabının 4127 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs tərəfindən İddiaçı ünvanlanmış 27 avqust 2024-cü il tarixli, 05/Ə-A35/1-1/2024 nömrəli məktubdan görünür ki, İddiaçı inşa etdiyi fərdi yaşayış evi X5 xəttinin mühafizə zolağında yerləşdiyindən hüquqların qeydiyyatının aparılması qanunvericiliyə uyğun olmadığından onun tələbindən imtina edilmişdir. İşdə olan Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 16 noyabr 2024-cü il tarixli, 04/1191 nömrəli məktubunda qeyd edilmişdir ki, Babək şəhəri, Qoşadizə məhəlləsində yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsidir. Qeyd olunan torpaq sahəsinin üzərində İddiaçı inşa etdiyi fərdi yaşayış evinin üzərindən X5 xətti keçir. İşdə olan Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti Babək Rayon Elektrik Şəbəkəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 18 noyabr 2024-cü il tarixli, 219 nömrəli məktubunda qeyd edilmişdir ki, Babək qəsəbəsi, Qoşadizə məhəlləsində yerləşən İddiaçı məxsus 0,04 hektar əraziyə şəbəkənin əməkdaşları tərəfindən baxış keçirilmiş, həmin ərazidən keç ən hava elektrik veriliş xətti 35 kV-luq olduğu üçün X5 Şəbəkəsinə aid olduğu müəyyən olunmuşdur. İşdə olan Babək Rayon İcra Hakimiyyətinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 21 noyabr 2024-cü il tarixli, 5-22/2-1343/2024 nömrəli məktubla İddiaçı Babək şəhəri, Qoşadizə məhəlləsində yerləşən 0,04 ha torpaq sahəsində tikdiyi fərdi yaşayış evinin layihəsinin təsdiq edilmiş surəti və məlumatlandırma icraatının təsdiq edildiyi tikinti obyektlərinin layihələrinin verilməsi haqqında məlumat jurnalından layihənin götürülməsi barədə çıxarış (xx.xx.2016-cı il tarixdə) iş materiallarına əlavə edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası cavabdeh tərəfindən iddiaçının müraciətinə yenidən baxılaraq inzibati icraat aparılması barədə 15 aprel 2025-ci il tarix li, 2-1(108)-37/2025 nömrəli qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası qərardadda qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi Babək qəsəbəsi, Qoşadizə məhəlləsində 0,04 hektar torpaq sahəsində inşa etdiyi yaşayış evinin dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. İş materiallarından məlum olur ki, Babək rayonu, Babək qəsəbəsi, Qoşadizə məhəlləsində 0,04 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinin iddiaçıya məxsus olması və daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olması işin mübahisəsiz halıdır. Cavabdeh inzibati orqan, iddiaçının Babək rayonu, Babək qəsəbəsi, Qoşadizə məhə lləsində 0,04 hektar torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin X5 xəttinin mühafizə zolağında yerləşdiyini əsas gətirərək onun adına dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə aşağıdakı məsələlər dəqiq müəyyən edilməklə cavabdeh tərəfindən iddiaçının müraciətinə yenidən baxılaraq inzibati icraat aparılmalı və bunun üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilməlidir: “1. İddiaçıya məxsus torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evi müayinə olunsun və müayinə aktı tərtib edilsin.

2. İddiaçıya məxsus fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinaya səbəb olan hallar dəqiqləşdirilsin.

3. İddiaçıya məxsus tikilinin şəh ərsalma və tikinti qaydalarına uyğunluğu yoxlanılsın.

4. İddiaçıya məxsus tikilinin hansı tarixdə tikilməsi aydınlaşdırılsın.

5. İddiaçıya məxsus tikilinin hansı hissədə mühafizə zolağına düşməsi (düşən hissə aydın göstərilməklə) dəqiqləşdirilsin və bu müayinə aktında öz əksini tapsın.

6. Sözügedən elektrik verilişi xəttinin hansı tarixdə çəkilməsi, həmçinin elektrik verilişi xəttinin gərginlik əmsalı, elektrik verilişi xəttinin növü, yəni yeraltı və ya hava elektrik verilişi xətti olması, izolyasiyasız və ya izolyasiyalı naqilli hava elektrik verilişi xəttinin olması, həmin elektrik verilişi xəttinin yeraltı aparılmasının, izolyasiya olunmayıbsa izolyasiya edilməsinin mümkünlüyü aidiyyəti qurumlarla aydınlaşdırılsın.

7. Həmin elektrik verilişi xəttinin mühafizə zonasına düşən digər şəxslə rin fərdi yaşayış evlərinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə məlumatlar təqdim edilsin.

8. Aparılmış inzibati icraat nəticəsində iddiaçının müraciəti yenidən qiymətləndirilsin.” Məhkəmə kollegiyası iddiaçının müraciətinə yenidən baxılaraq inzibati icraat aparılması barədə 15 aprel 2025-ci il tarixli, 2-1(108)-37/2025 nömrəli qərardad qəbul etmiş və cavabdeh tərəfindən məhkəmə qərardadı əsasında yenidən icraat aparılmışdır. İşdə olan Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 22 may 2025-ci il tarixli, 04/280 nömrəli cavab məktubunda aşağıdakı məlumatlar qeyd olunmuşdur: -“Naxçıvan Muxtar Respublikası Ali Məhkəm əsinin İnzibati Kollegiyasının 2-1(108)37/2025 nömrəli qərardadının icrası ilə əlaqədar İddiaçı məxsus torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi müayinə olunaraq akt tərtib olunmuşdur. -Təsdiq edilmiş qaydalara əsasən hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində xətlərin gərginliyi Un,kV 1-20-dək olduqda 10 metr, Un,kV 35-dək olduqda isə 15 metr mühafizə zonaları saxlanılmalıdır. İddiaçının inşa etdiyi fərdi yaşayış evi 35 kV-luq elektrik xəttinin altında yerləşdiyi üçün hüquqların qeydiyyatının aparılmasından imtina edilmişdir. -Fərdi yaşayış evi Babək Rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş lahiyəyə uyğun tikilməmiş, fərdi yaşayış ev inin hansı tarixdə tikildiyi barədə publik hüquqi şəxsin bazasında heç bir məlumat olmamış, X5 xətti yaşayış evinin sağ orta hissəsindən keçərək arxa orta hissəsindən davam edir. -Qərardadın icrası ilə bağlı Naxçıvan MR Dövlət Energetika Xidmətinə ünvanlanmış məktuba cavab olaraq bildirilir ki, sözügedən elektrik verilişi xətti 1977-ci ildə tikilmiş (35 kV-luq Quşçuluq hava elektrik xətti), gərginlik pilləsi (əmsalı) 35 kV-dur, xəttin növü hava elektrik verilişi xəttidir, hava verilişi xətti izolyasiyasız naqildir (çılpaq alüminium – polad məftil AS-120), sözügedən 35 kV-luq hava elektrik verilişi xəttinin izolyasiya olunması hazırda mümkün deyildir. -Həyatyanı torpaq sahəsinə birləşik ətraf qonşu mülkiyyətçilər X6, X4 və X9 məxsus torpaq sahələri və fərdi yaşayış evlərinə texniki pasport və çıxarış verilməyib, yalnız torpaq sahəsi kimi qeydiyyatları mövcuddur. -Yenidən aparılmış inzibati icraat bir daha təsdiq edir ki, iddiaçının inşa etdiyi fərdi yaşayış evi yüksək gərkinlikli elektrik xəttinin mühafizə zolağında yerləşir, bu səbəbdən də hüquqların qeydiyyatının aparılması qanunvericiliyə uyğun deyildir.” Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi bu icraatla bağlı Naxçıvan MR Dövlət Energetika Xidmətinin 08 may 2025-ci il tarixli, 294/2025 nömrəli cavab məktubunu, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin daşınmaz əmlakın müayinəsinə dair 16 may 2025-ci il tarixli, 42 nömrəli aktını, Babək şəhəri Qoşadizə məhəlləsinin yerquruluşu planından çıxarışı məhkəməyə təqdim etmiş və iş materiallarına əlavə edilmişdir. İşdə olan Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən məhkəmə sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli, 04/289 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı Babək rayonu, Babək qəsəbəsi, Qoşadizə məhəlləsində 0,04 ha torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi Babək Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihəyə uyğun tikilməmişdir. Belə ki, mətbəx, sanitar qovşaq, dəhliz və salonun layihədə göstərilən ölçüləri ilə fakti ki sahənin ölçülərində fəqlilik var. Sahəsi 64,13 m2 olan açıq eyvan faktiki mövcud olmasına baxmayaraq layihədə göstərilməmişdir. Fərdi yaşayış evinin layihəsində olan plan sxem və faktiki vəziyyəti əks etdirən plan sxem məktuba əlavə olunmuşdur. İşdə olan Babək Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmə sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli, 5-22/2-429/2025 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Babək şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 may 2025-ci il tarixli 12 nömrəli arayışına əsasən İddiaçı Babək şəhəri, Qoşadizə məhəlləsində 0,04 ha torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evində yaşayış yoxdur, əlavə olaraq göstərilən ünvanda digər yaşayış evlərində yaşayış mövcuddur. Kollegiya Naxçıvan MR Dövlət Energetika Xidmətinə sorğu ünvanlayaraq aşağıdakı suall ara cavab verilməsini xahiş etmişdir: “1) Hazırkı mübahisə üzrə sözügedən X5 verilişi xəttinin yeraltı kabel elektrik verilişi xətti ilə və ya izolyasiyalı naqilli hava elektrik verilişi xətti ilə əvəz edilməsi mümkündürmü, mümkün deyilsə hansı səbəbdən? 2) Hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçının fərdi yaşayış evi bu Tələblər qəbul edilməmişdən əvvəl tikilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblərin” 1.4-cü bəndinə əsasən bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəs i üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər. İddiaçı hazırkı şəraitdə praktiki cəhətdən hansı qaydada bu Tələblərə əməl etməlidir? 3) İddiaçının fərdi yaşayış evinin yerləşdiyi ərazidə iddiaçı və fərdi yaşayış evləri mühafizə zonasına düşən digər sakinlər hazırkı şəraitdə praktiki cəhətdən hansı qaydada bu Tələblərə əməl edirlər? Çünki, artıq onların tikililəri mövcuddur. Fərdi yaşayış evi ilə əlaqədar tikili mövcuddursa, tikinti və ya quraşdırma işləri artıq başa çatmışdırsa, fərdi yaşayış evindən istifadə üçün sistem operatoru ilə əvvəlcədən praktiki cəhətdən hansı işlər razılaşdırılmalıdır? 4) İddiaçı mülkiyyətində olan torp aq sahəsində fərdi yaşayış evi tikmişdir. Həmin fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına münasibətiniz necədir? Həmin fərdi yaşayış evinə mülkiyyət hüququ qeydə alınacağı təqdirdə sizin hansısa hüququnuz pozulurmu? Əgər fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını istəmirsinizsə bunu hansı səbəblə əlaqələndirirsiniz? 5) İddiaçı mülkiyyətində olan torpaq sahəsində artıq fərdi yaşayış evi tikmiş və istifadə edir. Fərdi yaşayış evlərinə mülkiyyət hüqularının qeydə alınıb-alınmamasından asılı olmayaraq bu Tələblərə əməl edilməsinə nəzarət edilməlidir. Həmin fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququnun qeydə alınacağı təqdirdə bu Tələblərə əməl olunması və əməl olunmasına nəzarət edilməsi istiqamətində hər hansı problemlər yaranacaqmı?” İş də olan Naxçıvan MR Dövlət Energetika Xidməti tərəfindən məhkəmə sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli, 342/2025 nömrəli cavab məktubunda aşağıdakı məlumatlar qeyd olunmuşdur: “1.Böyük enerji tutumuna malik, ötürücü və paylayıcı yarımstansiyaları qidalandıran, orta və X5 verilişi xətlərində yenidənqurma işlərinin aparılması, xəttin trasının dəyişdirilməsi, köçürülməsi və bu kimi digər işlərin həyata keçirilməsi digər aid qurumlarla razılaşdırılmış şəkildə, texniki əsaslandırmalar aparılmaqla və əvvəlcədən hansısa xüsusi proqrama və ya tədbirlər planına daxil edilməklə həyata keçirilə bilər. “Elektrik qurğularının texniki istismar Qaydaları”nın 8-ci maddəsinin 8.2-ci bəndinə əsasən yeni tikilmiş və yenidən qurulan hava xəttinin və cərəyan daşıyıcıların quraşdırılması “Elektrik qurğula rının texniki istismar Qaydaları”nın, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın, “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın və tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq yerinə yetirilməlidir 2.Nəzərə alsaq ki, mövcud 35 kV-luq elektrik verilişi xətti ötən əsrin 70-ci illərində tikilib istismara verilmişdir, lakin hər bir halda elektrik enerjisinin ötürülməsi zamanı istismar, eyni zamanda təhlükəsizlik qaydaları mövcud olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələb"lər daha öncəki aid müvafiq qanunvericiliyin tələblərini özündə ehtiva edir. Bu tələb lərin 2-ci hissəsi ilə müəyyən edilmiş mühafizə zonalarının altındakı torpaq sahələrində sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaqla müəyyən təsərrüfat işləri aparıla bilər. Həmin tələblərin 3.5-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında təsərrüfat işlərinin aparılması məqsədilə sistem operatorundan razılıq almaq üçün ərizəçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, sistem operatoruna ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir. Ərizənin qəbul edilməsi, qeydiyyata alınması, habelə əlavə sənədlərin və ya məlumatların tələb olunması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci və 32-ci maddələrinə uyğun olaraq həyata keçirilir Tələblərin 3.6-cı bəndinə uyğun olaraq, sistem operatoru təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə və ya məlumatlara Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini, Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il 29 may tarixli 3-15/3-1-1/2024 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydalar”ının və bu Tələblərin 3.5-ci bəndinin tələblərini nəzərə almaqla, ərizənin qeydiyyata alındığı tarixdən 3 (üç) iş gününden gec olmayaraq elektrik şəbəkələrinin mühafizə zonalarında təsərrüfat işlərinin aparılmasına razılıq verir və ya verilməsindən imtina haqqın da inzibati akt qəbul edir 3.Vətəndaşın fərdi yaşayış evinin yerləşdiyi ərazidə mühafizə zonasına düşən digər sakinlərin tikililərinin mövcud olması hüquqi əsas yaratmır, həmin ərazidə yeni tikinti işlərinin aparılmasına əsas vermir və sistem operatorundan təhlükəsizlik tələblərinə zidd şəkildə bu razılığın verilməsi məcburi sayıla bilməz Digər şəxslərin obyektlərinin mövcudluğu əvvəlki dövrlərdə müvafiq qurumların nəzarətsizliyinə və ya digər istisna hallara əsaslana bilər və bu presedent sayıla bilməz. Yəni, onların enerji ilə təmin olunması, vətəndaşın mülkiyyətinin eyni şərtlərə malik olduğu anlamına gəlmir. Hər bir müraciət fərdi qaydada, mövcud texniki və hüquqi tələblərə uyğun qiymətləndirilir 4.Vətəndaşın mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi ilə bağlı hər hansı razılaşdırma sənədləri (memarlıq-planlaşdırma tapşırığı, tikintiyə icazə, texniki şərtlər və s.) Naxçıvan MR Dövlət Energetika Xidmətinə və onun aidiyyətı qurumlarına təqdim olunmamışdır. Mülkiyyət hüququnun sənədləşdirilməsi məsələsi aidiyyəti üzrə müvafiq qurumların səlahiyyətinə aid olduğundan, bu barədə hüquqi qiymət verilməsi bizim səlahiyyətimiz daxilində deyildir. Çünki mülkiyyət hüququnun tanınması fərqli sahəni — daşınmaz əmlak hüququnu əhatə edir Sistem operatoru (və ya Energetika Xidməti) enerji təchizatı ilə bağlı texniki təhlükəsizlik mühafizə zonaları və şəbəkəyə qoşulma şərtləri barədə qərarlar verir. 5.Fərdi yaşayış evinin elektrik şəbəkəsinə qoşulması üçün əvvəlcədən texniki şərt alınması və tikinti işlərinin enerji obyeklərinin mühafizə zonası nəzərə alınmaqla h əyata keçirilməsi vacibdir. Əks halda, həmin tikintiyə enerji verilməsi mümkün olmaya bilər. Bir tikiliyə mülkiyyət hüququ tanınsa da, əgər o, təhlükəli zonada yerləşirsə sistem operatoru enerji verməkdən imtina edə bilər, bu, təhlükəsizlik və normativ əsaslara görə qanunidir ” İddiaçı Babək şəhəri, Qoşadizə məhəlləsində yerləşən 0,04 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməklə, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Hazırkı halda, cavabdehin imtinasının əsasını torpaq sahəsinin yüksək gərginlikli hava elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsi, torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin üzərindən 35 KV-luq elektrik xəttinin keçməsi təşkil edir. Yəni mübahisəli fərdi ya şayış evi 35 KV-luq elektrik xəttinin altında tikilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”lə elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri, həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər müəyyən edilmişdir. Həmin tələblərin 2.1-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonaları elektrik verilişi xətləri boyunca kənar naqillərin meyil etməmiş vəziyyətində yer səthinə proyeksiyasından hər iki tərəfə bu Tələblərin 2.2–2.4-cü bəndləri ilə müəyyən edilən məsafələrdə şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi, su və hava məkanı şəklində müəyyən edilir. Həmin tələ blərin 2.2, 2.2.3-cü bəndlərinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə izolyasiyasız naqilli hava elektrik verilişi xətləri üçün 35 kV-luq hava elektrik verilişi xətləri üçün – 15 metr müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərindən keçən elektrik verilişi xətti 1977-ci ildə tikilməklə gərginlik pilləsi (əmsalı) 35 kV-dur, xəttin növü hava elektrik verilişi xəttidir, hava verilişi xətti izolyasiyasız naqildir, torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi 35 KV-luq elektrik xətlərinin mühafizə zonasında yerləşir. Torpaq sahəsinin və tikilinin yüksək gərginliklə elektrik xətlərinin mühafizə zonasında yerləşdiyini Naxçıvan MR Dövlət Ener getika Xidməti də təsdiq edir. İddiaçı da həmin faktı mübahisələndirmir. Bir daha qeyd olunmalıdır ki, mövcud 35 kV-luq elektrik verilişi xətti 1970-ci illərdə tikilib istismara verilmiş və bugünədək istismardadır. İşdən görünür ki, iddiaçı tərəfindən Babək şəhəri, Qoşadizə məhəlləsində mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 2007-ci ildə satın alınmış, daha sonradan həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Beləliklə, iddiaçının hazırda dövlət qeydiyyatına alınmasını tələb etdiyi fərdi yaşayış evi tikilən zaman artıq həmin ərazidə 35 kV-luq elektrik verilişi xətti istismarda olmuşdur. Hazırkı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri v ə həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”lə müəyyən edilmiş elektrik şəbəkələrinin mühafizə zonalarında təsərrüfat işlərinin aparılmasına dair qaydalara əməl olunması aydınlaşdırılmalıdır. Belə ki, həmin tələblərin 1.4-cü bəndinə əsasən bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər. Həmin tələblərin 1.7-ci bəndinə əsasən mühafizə zonalarında Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan təsərrüfat işləri aparıla bilər. Həmin tələblərin 3.1, 3.1.1-ci bəndlərinə əsasən tələblərin 2-ci hissəsi ilə müəyyən edilmiş mühafizə zonalarının altındakı torpaq sahələrində sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaqla gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparıla bilər. Həmin tələblərin 3.5-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında təsərrüfat işlərinin aparılması məqsədilə sistem operatorundan razılıq almaq üçün ərizəçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, sistem operatoruna ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir. Ərizənin qəbul edilməsi, qeydiyyata alınması, habelə əlavə sənədlərin və ya məlumatların tələb olunması “İnzibati icraat haqqında ” Azərbaycan Respublikası Qanununun 31-ci və 32-ci maddələrinə uyğun olaraq həyata keçirilir Tələblərin 3.6-cı bəndinə uyğun olaraq, sistem operatoru təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə və ya məlumatlara Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın və bu Tələblərin 3.5-ci bəndinin tələblərini nəzərə almaqla, ərizənin qeydiyyata alındığı tarixdən 3 (üç) iş günündən gec olmayaraq elektr ik şəbəkələrinin mühafizə zonalarında təsərrüfat işlərinin aparılmasına razılıq verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir Normanın tələblərindən aydın olur ki, 35 kV-luq elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri yalnız sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaqla aparıla bilər. Eyni məzmunlu norma iddiaçı tərəfindən fərdi yaşayış evi tikilərkən qüvvədə olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə ləğv olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq olunmuş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nda da öz əksini tapmışdır. Həmin Qaydaların 2-ci bəndinə əsasən bu Qaydala rın məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. Elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir. Həmin Qaydaların 12-ci bəndinin “a” yarımbəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır. Yuxarıda qeyd olunan Qaydaların tələblərindən aydın olur ki, elektri k şəbəkələrinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri yalnız sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaqla aparıla bilər. Buna baxmayaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi ilə bağlı hər hansı razılaşdırma sənədləri məhkəməyə təqdim olunmamış və iş materiallarına əlavə edilməmişdir. Həmçinin iddiaçı tərəfindən sözügedən torpaq sahəsində fərdi yaşayış evi tikilməsi üçün Babək Rayon İcra Hakimiyyətinə müraciət edilmiş, icra hakimiyyəti tərəfindən fərdi yaşayış evinin layihəsi təsdiq edilmişdir. Bu zaman icra hakimiyyəti tərəfindən qanunvericiliklə, o cümlədən adları çəkilən Qaydalarla elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri üzərində fərdi yaşayış evi tikilməsi qaydaları ilə bağlı prosedurlara riayət e dilməmiş, icra hakimiyyəti tərəfindən fərdi yaşayış evinin layihəsi təsdiq edilərkən fərdi yaşayış evinin 35 kV-luq elektrik verilişi xəttinin altında (nəyin ki, mühafizə zolağında) tikiləcəyi aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyası iddiaçıya münasibətdə qeyd edir ki, qanunu bilməmək, onun doğurduğu məsuliyyətdən heç kəsin azad edilməsi üçün əsas ola bilməz. Belə ki, torpaq sahəsinin və tikilinin X5 xətlərinin mühafizə zonasında yerləşməsi iddiaçı tərəfindən mübahisələndirilmir. İddiaçı özü də qeyd edir ki, 35 kV-luq elektrik verilişi xətti onun fərdi yaşayış evinin üzərindən keçir. Bu hal iddiaçıya torpaq sahəsi alınarkən və həmin sahədə yaşayış evi tikilərkən məlum idi. Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və ya istif adədə ola bilər. Lakin həmin torpaq sahələrində binaların layihələndirilməsi və tikintisi zamanı qeyd olunan Qaydaların tələbləri gözlənilməli, həmçinin elektrik təhlükəsizliyi qaydalarının məqsədləri (elektrik şəbəkələrinin qorunmasını təmin etmək, qəzaların, bədbəxt hadisələrin, sağlamlığa vurula biləcək zərərlərin baş verməsinin qarşısını almaq və digər) nəzərə alınmalı idi. Beləliklə, cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs iddiaçının torpaq sahəsində inşa etdiyi yaşayış evini onun X5 xəttinin mühafizə zolağında yerləşməsi səbəbindən dövlət qeydiyyatına almaqdan imtina etməkdə haqlı olmuşdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhk əmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 2-1(122)-430/2025 nömrəli qərarı ləğv edilməli, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsə qarşı Naxçıvan MR, Babək rayonu, Babək qəsəbəsi, Qoşadizə məhəlləsində 0,04 hektar torpaq sahəsində inşa etdiyi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 21(122)-430/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “D aşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsə qarşı Naxçıvan MR, Babək rayonu, Babək qəsəbəsi, Qoşadizə məhəlləsində 0,04 hektar torpaq sahəsində inşa etdiyi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar