Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-38/2021 23.12.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Mirzəyev İlqar Məhərrəm oğlunun (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 08 oktyabr 2020-ci il tarixli, 452 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı adına verilmiş Naxçıvan Şəhər XDM İK-nin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarı əsasında hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh inzi bati orqanın üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(122)-61/2021 nömrəli qərarından İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayıb müəyyən etdi: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 08 oktyabr 2020-ci il tarixli, 452 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı adına verilmiş Naxçıvan Şəhər XDM İK-nin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarının icra olunması və o qəra rdan irəli gələn bütün hüquqi öhdəliklərin müvafiq inzibati orqan tərəfindən icra olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 21(122)-61/2021 nömrəli qərarı ilə İddiaçı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 08 oktyabr 2020-ci il tarixli, 452 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı adına verilmiş Naxçıvan Şəhər XDM İK-nin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarı əsasında hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Məhkə mənin qərarından narazı qalan İddiaçı vəkili və nümayəndəsi 04 noyabr 2021-ci il tarixdə şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2-1(108)27/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 08 oktyabr 2020-ci il tarixli, 452 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı adına verilmiş Naxçıvan Şəhər XDM İK-nin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarı əsasında hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(122)61/2021 nömrəli qərarından Vəkil tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilmişdir. Məhkəmənin qərarından narazı qalan İddiaçı vəkili və nümayəndəsi Vəkil 02 dekabr 2021-ci il tarixdə şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə və şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(122)-61/2021 nömrəli qərarından şikayət üçün nəzərdə tutulmuş və qanunla müəyyən olunmuş şikayət müddətinin buraxılmasının üzrlü hesab edilməsini və buraxılmış müddətin bərpa olunması barədə qərardad qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil vəsatətini onunla əsaslandırmışdır ki, onun həmin etibarnamənin vaxtının bitdiyindən məlumatı olmamışdır. Həmçinin birinci instansiya məhkəməsi də həmin hala fikir verməmiş və inzibati iddia üzrə işin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Qanunla müəyyən edilmiş müddət hesab edirlər ki, üzrlü səbəbdən buraxılmış və məhkəmə bu halı üzrlü sayacaqdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə qabaqcadan məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən inzibati işə İddiaçı iştirakı olmadan baxm ışdır. Şikayətin mümkünlüyü üzrə təyin edilmiş məhkəmə baxışı iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizədə qeyd olunanlara uyğun izahat verərək, şikayət verilməsi üçün buraxılmış prosessual müddətinin bərpa olunaraq şikayətin mümkün hesab edilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, İddiaçı vəkili və nümayəndəsi Vəkil izahatını dinləyib, buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizədə qeyd olunan dəlilləri iş materialları ilə əlaqəli şəkildə yoxlayıb onlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Kollegiya vəsatətdə qeyd olunan onun həmin etibarnamənin vaxtının bitdiyindən məlumatının olmaması, həmçinin birinci instansiya məhkəməsinin də həmin hala fikir verməməsi və inzibati iddia üzrə işin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərməsi, qanunla müəyyən edilmiş müddətin üzrlü səbəbdən buraxılması dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məc buri hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Eyni zamanda “buraxılmış müddətin üzrlü hesab edilməsinə dair” vəsatətdə müddəti buraxmalarının üzrlü hesab edilə bilməsinə dair göstərilən dəlillər yalnız iddiaçının, onun vəkili və nümayəndəsinin subyektiv mülahizəsidir və bu həmin şəxslər tərəfindən ədalət mühakiməsinin yubadılması cəhdi kimi qiymətləndirilə bilər. Bu nöqteyi-n əzərdən müddət institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətləri subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, hüquqların məcburi müdafiəsi üçün müddət məhdudiyyətlərinin olması tərəflərin qanunla qorunan hüquq və maraqlarının pozulmasının qarşısını alır və eyni zamanda onları öz hüquqlarının vaxtında həyata keçirilməsinə və müdafiəsinə məcbur edir. Kollegiya prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi gətirilən etibarnamənin vaxtının bitdiyindən məlumatının olmaması əsasını üzrlü hesab etməyərək həmin əsası şəxslərin özlərinin subyektiv fikri və onların özlərinin səhlənkarlığı kimi qiymətlə ndirərək qeyd edir ki, prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur. Avropa İnsan Hüquqları Məhkəməsi analoji işlərdə eyni hüquqi mövqedən çıxış edərək “Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə” 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar, ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə, mübahisə üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar”. Məhkəmə kollegiyası hesab edir ki, Naxçıvan Muxtar Respubli kası İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 21(122)-61/2021 nömrəli qərarı rəsmi qaydada İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil verildiyindən, onlar tərəfindən qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim olunmadığından vəsatətləri təmin edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, buraxılmış prosessual müddətin bərpa olunması barədə İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş vəsatət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 21(122)-61/2021 nömrəli qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa olunmasından imtina edilməli, İddiaçı cavabdeh Naxçıvan Muxt ar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 08 oktyabr 2020-ci il tarixli, 452 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı adına verilmiş Naxçıvan Şəhər XDM İK-nin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarı əsasında hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 21(122)-61/2021 nömrəli qərarından İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Kollegiya göstərilənlərə əsaslanıb və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3, 89 v ə 94.2-ci maddələrini rəhbər tutub q ə r a r a a l ı r: Buraxılmış prosessual müddətin bərpa olunması barədə İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş vəsatət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 21(122)-61/2021 nömrəli qərarından iş üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 08 oktyabr 2020-ci il tarixli, 452 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı adına verilmiş Naxçıvan Şəhər XDM İK-nin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarı əsasında hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 21(122)-61/2021 nömrəli qərarından İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən, 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-38/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-38/2021
23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver