Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-38/2023 30.08.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə X2 və X1 ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 267 nömrəli sərəncamının ləğv olunması və Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 21 (Azadlıq prospekti, bina 21, mənzil 2-yə) mərhum anası X6 adına texniki pasportun verilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması tələbi”nə dair inzib ati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2-1(122)-403/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı vəkili-nümayəndəsi Vəkil tərəfindən 11 mart 2023-cü il tarixdə imzalanmış iddia ərizəsi ilə 16 mart 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 267 nömrəli sərəncamının ləğv olunması və Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 21 (Azadlıq prospekti, bina 21, mənzil 2-yə) mərhum anası X6 adına texniki pasportun verilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul ed ilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2-1(122)403/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 267 nömrəli sərəncamının ləğv olunması və Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 21 (Azadlıq prospekti, bina 21, mənzil 2-yə) mərhum anası X6 adına texniki pasportun verilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2-1(122)403/2023 nömrəli qərardadından narazı qalan İddiaçı 02 avqust 2023-cü il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2-1(122)403/2023 nömrəli qərardadının ləğv olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlər Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 11,12.2009-cu il tarixli, 267 nömrəli sərəncamının ləğv olunması və Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 21 (Azadlıq prospekti, bina 21, mənzil 2-yə) mərhum anası X6 adına texniki pasportun verilməsi öhd əliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan MR İnzibati Məhkəməsi 18 iyul 2023-cü il tarixdə baxmış, iddianı mümkün saymamışdır. Məhkəmə belə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: (10 iyun 2011-ci il tarixə qədər qüvvədə olan redaksiyada) Maddə
298. Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Maddə 299.1. Ərizəyə məhkəmə tərəfindən 1 ay müddətində şəxsin qərar və hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müvafiq icra hakimiyy əti və ya yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların vəzifəli şəxslərinin iştirakı ilə baxılır. Maddə 299.2. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş şəxslərdən hər hansı birinin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur. Lakin hakim məhkəmə iclasında şəxsin iştirakını məcburi hesab edə bilər. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən (ləğv olunmasından və ya dəyişdirilməsindən) ibarətdir. Hazırki iş üzrə iddia tələbinin məzmunundan aydın olur ki, iddiaçının əsas hüquqi marağı Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 267 nömrəli sərəncamının ləğv olunmasıdır. İ şin hallarından məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktın, yəni sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan mənzilin hüquqi rejimi ilə 14 il müddətində maraqlanmaması ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının mənzilə üçüncü şəxsin hüquqlarının olduğu barədə məlumatının olmaması barədə nəticəyə gəlmək çətindir. Məhkəmənin gəldiyi bu qənaət düzgün deyildir ondan ötəri ki, qeyd olunan İcra Hakimiyyətinin qərarı müraciəti əsasında ona yenicə verilmiş və məhkəməyə təqdim olunmuşdur. Yəni, mübahisələndirdiyi inzibati aktı Naxçıvan Muxtar Respublikası Dövlət Arxivindən aldığı zamandan onun tələb etmə hüququ yaranmışdır. Yəni, mübahisələndirdiyi sərəncam üzrə qanunla müəyyən edilmiş prosessual müddəti ona həmin sərəncam məlum olmadığından üzrlü səbəbdən buraxmışdır. Məhkəmə belə hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra hakimiyyəti orqanları və bələdiyyələrin cavabdeh olduğu işlərə baxılmasının bəzi məsələləri barədə” 18 iyul 2018-ci il tarixli, 2-411 nömrəli icmal məktubunda məhkəmələrə tövsiyə edilir ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialar nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minəndən yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inz ibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, inzibati akt yeni qanuna görə də mübahisələndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyə xarakterli həmin məktubuna istinad olaraq iddianın mümkün sayılmaması qanunaziddir. Həmin icmal məktub maddi hüquq norması hesab edilmir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosess ual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iş üzrə cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati kollegiyanın 30 avqust 2023-cü il tarixli, 2-1(108)-38/2023 nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin inzibati iş üzrə cavabdeh qismində iştirakına xitam verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2-1(122)-403/2023 nömrəli qərardadının ləğv edilməsini kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yana şı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya iddiaçının izahatını dinləyib inzibati işin materiallarını araşdıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərar dakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında bax ılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndır. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. "İnzibati məhkəmə icr aatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcu d olmalıdır. Kollegiya qeyd edir ki, inzibati icraat qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisləndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İnzibati Prosessual Mə cəllə ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım g östərilmiş, lakin iddiaçı qanunla müəyyən edilmiş iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə t örətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 11 dekabr 2009-cu il tarixli, 267 nömrəli sərəncamının surətindən aydın olur ki, X9 ailə üzvləri- oğlu X10, nəvəsi X11, gəlini X8 ilə birlikdə Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 21 №-li binanın birinci blok, birinci mərtəbə, 2 otaqdan ib arət ümumi sahəsi 71,76 kvadratmetr olan 2 №-li mənzillə təmin edilmiş və həmin mənzilə verilən köhnə order ləğv edilərək yeni order verilmişdir. Hazırki iş üzrə iddia tələbinin məzmunundan aydın olur ki, iddiaçının əsas hüquqi marağı Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 11 dekabr 2009-cu il tarixli, 267 nömrəli sərəncamının ləğv olunmasıdır. İş materiallarından məlum olur ki, iddiaçı Ağayev X4 Şəhər İcra Hakimiyyəti başçısının 11 dekabr 2009-cu il tarixli, 267 nömrəli sərəncamından xəbərdar olmuş, lakin mübahisələndirdiyi inzibati aktın xüsusi mümkünlük şərtinə, yəni qanunla müəyyən olunmuş müddət daxilində iddia qaldırmaq şərtinə əməl etməməklə ötən 14 il ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmiş və müraciət etməməsinin üzrlü səbəbdən baş verməsinə dair hər han sı sübutu məhkəməyə təqdim etməmişdir. İşin hallarından göründüyü kimi mübahisələndirilən inzibati akt 11 dekabr 2009-cu il tarixdə qəbul edilsə də, iddiaçı hazırkı tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Kollegiya iddiaçının iddia tələbinə münasibətdə qeyd edir ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçı tərəfindən bu növ iddiaların xüsusi mümkünlük şərtinə aid olan iddia müddətinə əməl olunmadığından həmin iddiaya mahiyyəti üzrə baxılması üçün iddianın mümkünlük şərtləri mövcud deyil. Belə ki, iddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olmuş və ümumi (publik) hüquqi münasibətlərdən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin 27-ci fəslində müvafiq icra h akimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraatla bağlı müddəalar nəzərdə tutulmuşdur. MPM-nin həmin icraata aid 296.1-ci maddəsində göstərilirdi ki, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həmçinin həmin icraata aid MPM-nin 298-ci maddəsində təsbit edilmişdi ki, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir( xx.xx.2012-ci il tarixli,329 İVQD nömrəli Qanunla 2-ci bölmənin 2-ci yarımbölməsi ləğv edilmişdir). Göründüyü kimi həmin icraatla bağlı iddia müddəti Azərbaycan Respublikası MPM-nin həmin vaxt qüvvədə olmuş 298-ci maddəsi ilə müəyyən edilirdi, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti həmin vaxtdan qüvvəyə minən Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi ilə tənzimlənir. Belə ki İPM-nin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində... qaldırıla bilər. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrının, hərəkətinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də, mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Kollegiya belə nəticəyə gəlir ki, iddiaçı hazırda mübahisələndirdiyi qərarın (sərəncamın) ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. Bu halın mövcudluğu isə iddianın mümkünlük şər tlərini istisna edir. İddiaçı qanunla müəyyən olunmuş iddia müddətini üzrsüz səbəbdən buraxdığından birinci instansiya məhkəməsi haqlı olaraq Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 11 dekabr 2009-cu il tarixli, 267 nömrəli sərəncamının mübahisələndirməsi ilə əlaqədar onun iddiasını mümkün saymamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyət lərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar Kollegiya iddiaçının şikayətində göstərdiyi, “İcra Hakimiyyətinin qərarından müraciəti əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Arxivindən aldığı zamandan xəbərinin olması və qanunla müəyyən edilmiş prosessual müddəti sərəncam ona məlum olmadığından üzrlü səbəbdən buraxması barədə” dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçının mübahisələndirdiyi sərəncamdan xəbərinin olmaması inandırıcı deyildir, belə ki, iddiaçı həmin mənzilin qardaşı və onun ailəsi tərəfindən idarə edildiyini və anasının vəfatından sonra sözügedən mə nzildə qardaşı Tofiqin və onun ailəsinin yaşadığını bilmişdir. Bu baxımdan onun həmin mənzil barədə verilmiş, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 11 dekabr 2009-cu il tarixli, 267 nömrəli sərəncamından məlumatsız olması, aradan keçən uzun müddət (14 il) nəzərə alındığında ağlabatan görünmür. Kollegiya iddiaçının şikayətdə göstərdiyi, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyə xarakterli məktubuna istinad olaraq iddianın mümkün sayılmamasının qanunazidd olması, həmin icmal məktubunun maddi hüquq norması hesab edilməməsi barədə” dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil əsassızdır, belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulmuşdur ki, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar müəyyən edildikdə Ali Məhkəmənin Plenumu məsələyə baxır və belə nöqsanlara yol verilməməsi üçün müvafiq izahı nəzərdə tutan qərar qəbul edir. Azərbaycan Respublikası İPM-in 35.3-cü maddəsinə görə, i ddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 87.6-cı mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin işdə cavabdeh qismində iştirakına xitam verildiyindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2-1(122)-403/2023 nömrəli qərardadı qismən “Naxçıvan şəhər Heydər Əliyev prospekti 21 (Azadlıq prospekti, bina 21, mənzil 2-yə) mərhum anası X6 adına texniki pasportun verilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması” tələbə münasibətdə iddianın mümkün sayılmaması hissəsində ləğv edilməli, həmin qərardad qalan hissədə “Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 267 nömrəli sərəncamının ləğv olunması”na dair iddianın mümkün sayılmaması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Döv lət Xidmətinə və Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 267 nömrəli sərəncamının ləğv olunması və Naxçıvan şəhər Heydər Əliyev prospekti 21 (Azadlıq prospekti, bina 21, mənzil 2-yə) mərhum anası X6 adına texniki pasportun verilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2-1(122)-403/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2-1(122)403/2023 nömrəli qərardadı qismən “Naxçıvan şəhər Heydər Əliyev prospekti 21-ə (Azadlıq prospekti, bina 21, mənzil 2-yə) mərhum anası X6 adına texniki pasportun verilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması” tələbə münasibətdə iddianın mümkün sayılmaması hissəsində ləğv edilsin, həmin qərardad qalan hissədə “Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 267 nömrəli sərəncamının ləğv olunması”na dair iddianın mümkün sayılmaması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.