Məhkəmə qərarları › İş №2-1(108)-38/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-38/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-38/2024 25.07.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X10 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qarayev Sənan Məmməd oğlu və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olmuş Şahbuz şəhərində 30.44 m2 torpaq sahəsində yerləşən bir mərtəbəli, ümumi sahəsi 23.2 m2 olan pərakəndə ticarət mağazasının cavabdehin qanunsuz göstərişi əsasında ondan zorla alınaraq sökülmüş əmlak üçün kompensasiya ödənilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 21(122)-44/2024 nömr əli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olmuş Şahbuz şəhərində 30.44 m2 torpaq sahəsində yerləşən bir mərtəbəli, ümumi sahəsi 23.2 m2 olan pərakəndə ticarət mağazasının cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinin qanunsuz göstərişi əsasında ondan zorla alınaraq sökülmüş əmlak üçün kompensasiya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 21(122)-44/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olmuş Şahbuz şəhərində 30.44 m2 torpaq sahəsində yerləşən bir mər təbəli, ümumi sahəsi 23.2 m2 olan pərakəndə ticarət mağazasının cavabdehin qanunsuz göstərişi əsasında ondan zorla alınaraq sökülmüş əmlak üçün kompensasiya ödənilməsi tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 21(122)-44/2024 nömrəli qərardadından narazı qalan İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. İddiaçı şikayətini aşağıdakı kimi əsaslandırmışdır. Bildirir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi (sədrlik edən hakim Elnur Hüseynov) 20 fevral 2024-cü il tarixdə cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı onun mülkiyyətində olmuş Şahbuz şəhərində 30.44 kvm torpaq sahəsində yerləşən bir mərtəbəli, ümumi sahəsi 23.2 kv.m olan pər akəndə ticarət mağazasının cavabdehin qanunsuz göstərişi əsasında ondan zorla alınaraq sökülmüş əmlak üçün kompensasiya ödənilməsi tələbi"nə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Şahbuz şəhərində 30.44 kv.m torpaq sahəsində yerləşən bir mərtəbəli, ümumi sahəsi 23.2 kv.m olan pərakəndə ticarət mağazasının 19 yanvar 2007-ci il tarixli müqavilə ilə ona satıldığını, həmin əmlakın ona məxsus olduğunu və Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq ona heç bir kompensasiya ödənilmədən söküldüyünü qeyd edərək, bununla bağlı Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etdiyini və İnzibati Məhkəmənin bütün sənədlərinin olmasına baxmayaraq qanunsuz və əsassız olaraq iddiasını mümkün saymadığını bildirmişdir. İddiaçı X2 Naxçıvan Muxtar Respublikası İnzibati Mə hkəməsinin 2-1(122)44/2024 saylı 20 fevral 2024-cü il tarixli qərardadının ləğv edilib, işə mahiyyəti üzrə baxılması üçün iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin hüquqi əsası kimi, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 247-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34-cü maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməsinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən 18 aprel 2024-cü il tarixli etiraz daxil olmuşdır. Etirazda göstərilmişdir ki, Şahbuz r ayonunun Sələsüz kənd sakini İddiaçı Şahbuz rayon İcra Hakimiyyətinə müraciət edərək Şahbuz şəhərində 30,44 kv.m torpaq sahəsində yerləşən bir mərtəbəli, ümumi sahəsi 23,2 kv.m olan mağazasının 2007-ci ildə söküldüyünü bildirərək ona dəymiş ziyana görə kompensasiya verilməsini xahiş etmişdir. Vətəndaşın müraciəti rayon İcra Hakimiyyətinin müvafiq komissiyası tərəfindən araşdırılmış, İddiaçı bir neçə dəfə İcra Hakimiyyəti başçısının qəbulunda olmuş, ona izahlar verilmişdir. Rayon İcra Hakimiyyətinin müvafiq komissiyası tərəfindən rayonun müxtəlif ərazilərində, eyni zamanda 28 May küçəsində 300 kv.m, Heydər Əliyev prospektində 150 kv.m, Azərbaycan küçəsindən isə 300 kv.m torpaq sahəsinin ayrılması təklif olunsa da vətəndaş razılaşmayıb ona dəymiş ziyana görə kompensasiya ödənilməsini tələb e tmişdir. Vətəndaşın müraciətinə baxılarkən məlum olmuşdur ki, 2007-ci ildə ona məxsus mağazanın sökülməsinə dair Şahbuz rayon İcra Hakimiyyəti tərəfindən hər hansı qərar və ya sərəncam qəbul edilməmişdir. İddiaçı ona kompensasiya ödənilməsinə dair iddiasına Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində baxılmış, məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(122)-44/2024 saylı qərardadına əsasən vətəndaşın iddiası mümkün sayılmamışdır. Vətəndaşın apellyasiya şikayətində öhdəliyin Şahbuz rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə mövqeyi düzgün deyil. Belə ki, vətəndaşın mülkiyyət hüquqlarının Şahbuz rayon İcra Hakimiyyəti tərəfindən pozulmasına dair hər hansı fakt mövcud deyil. Ona görə də İddiaçı iddiası qəbul edilmir və bu barədə müvafiq qərarın qəbul etməsi xahiş edilir. Şifahi m əhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayəti müdafiə edərək izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2-1(122)-44/2024 nömrəli qərardadının ləğv edilməsi və iddiasının mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Şahbuz Rayon İcra hakimiyyətinin nümayəndəsi X4 qanuni qərar qəbul edilməsini xahiş etdi. Şikayətə kollegiyada baxılan zaman Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə sorğu göndərilərək İddiaçı məxsus Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşmiş mağazanın olduğu 30.44 kv.m torpaq sahəsinin (invertar nömrəsi: 47, reyestr nömrəsi: 06340) 22 mart 2002-ci il tarixli texniki pasporta əsasən eləcə də, iddiaçıya təklif olunan Ş ahbuz şəhərində yerləşən 28 May küçəsində 300 kv.m, Heydər Əliyev prospektində 150 kv.m, Azərbaycan küçəsində yerləşən 300 kv.m və Şahbuz rayonu, Sələsüz kəndində yerləşən xidmət mərkəzinin yaxınlığında 200 kv.m torpaq eləcə də ümumi bazar qiymətinin (kollegiyaya təqdim edilməsi xahiş olunmuşdur. Həmin sorğuya cavab olaraq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 29 may 2024-cü il tarixli məktub göndərilərək İddiaçı təklif edilən torpaq sahələrinin bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat bazasında mövcud olan, müvafiq ərazilər üzrə uyğun torpaq sahələrinin bazar qiymətlərinə dair məlumatlardan istifadə olunduğu, notariat ofisində bağlanılmış daşınmaz əml akın alqı-satqı müqavilələrində göstərilmiş qiymətlərə əsasən torpaq sahəsinin 1 m2nin bazar qiymətinin Şahbuz şəhərinin 28 May və Azərbaycan küçələrində 20-30 manat, Heydər Əliyev prospektində 30-40 manat, Şahbuz rayonu, Sələsüz kəndində isə 3-5 manat arasında olması müəyyən edildiyi bildirilmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya tərəflərin izahatını dinləyərək inzibati işin materiallarını araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Hazırki inzibati iş üzrə mübahisənin predmeti, iddiaçının onun mülkiyyəti hesab etdiyi daşınmaz əmlakın sökülməsinə görə ona kompensasiya ödənilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmaması barədə nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçının hazırki iddia tələbi ilə bağlı subyektiv hüququ yoxdur. İddiaçının subyektiv hüququnun olmaması ilə əlaqədar birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən mağaza binasının onun mülkiyyətinə keçdiyini qeyd etsə də, həmin əmlak müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququ ilə id diaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd edilmişdir. a) Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. b) İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. c) Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. d) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də m övcudluğu yoxlanılmalıdır....

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin işin hallarının araşdırılması prinsipinə dair 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcl udur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya iddiaçının apellyasiya şikayətində iddiaçının göstərdiyi hazırkı iddia tələbi üzrə subyektiv hüququ olması ilə bağlı dəlillərini müzakirə edərək belə qənaətə gəlir ki, müvafiq dəlillər əsaslıdır və təmin edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş notarius tərəfindən əsli təsdiq edilmiş 19 yanvar 2007-ci il tarixli alqı-satqı müqaviləsindən aydın olur ki, X1 nümayəndəsi X12 ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış, nəticədə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* saylı çıxarışa və 19 yanvar 2007-ci il t arixli 69 nömrəli arayışa əsasən X9 məxsus Şahbuz rayon Şahbuz qəsəbəsində yerləşən 30,44 kvadrat metr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 23,2 kvadrat metr ümumi, 23,2 kvadrat metr əsas sahədən ibarət qeyri-yaşayış binası İddiaçı satılmışdır. Həmin müqavilə imzalanarkən qeyri-yaşayış binasına görə İddiaçı bütünlüklə 4000 (dörd min) manat ödəmişdir. Nəticədə həmin mağaza 19 yanvar 2007-ci il tarixdən iddiaçının sahibliyində olmuşdur. Eynilə də inzibati işin materiallarına əlavə edilmiş 23 aprel 2007-ci il tarixli, STXM-in məsul nümayəndəsi mühəndis X8 və istehlakçının nümayəndəsi, hazırkı iş üzrə İddiaçı iştirakı ilə tərtib edilmiş aktdan və icraçı X8 və sifarişçi X8 arasında bağlanmış 7511 nömrəli, Mercuri 180 F tipli X13 texniki baxışı, servis texniki xidməti və təmiri haqqında bağlan mış müqavilədən aydın olur ki, Şahbuz rayon, Şahbuz qəsəbəsi ünvanında yerləşən Pərakəndə ticarət mağazasına buraxılış ili xx.xx.2007-ci il olan, ********* nömrəli Mercuri 180f adlı X14raşdırılmışdır. Qeyd edilən hal təsdiq edir ki, iddiaçı mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququnu mübahisə predmeti olan mağazaya münasibətdə həyata keçirmişdir. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Mülki Məcəllənin 14.1-ci maddəsində deyilir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mağaza üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması, həmin əmlaka vurulmuş ziyanın ödənilməsi tələbini irəli sürməyə mane olmur. Çünki daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fa kt kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarı). Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, dövlət mülkiyyət hüququna təminat verir. Bu hüquq təkcə dövlət qeydiyyatına alınmış əmlakla məhdudlaşmır. Belə yanaşma “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkə mə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mövcuddur. Məhkəmə həmin qərarda qeyd etmişdir ki, “Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmla kı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında ifadə etdiyi hüquqi mövqeyini bir daha təsdiq edir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiy yətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Beləliklə, məhkəmə kollegiyası inzibati işin iddianın mümkünlüyü ilə bağlı araşdırılmış hallarına və qanunvericiliyin yuxarıda sadalanan tələblərinə əsasən iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsini subyektiv hüququn mövcudluğu baxımından mümkün hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sər əncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ — əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə kollegiya işin materiallarına, apellyasiya şikayətinin dəlillərinə və yuxarıda qeyd olunanlara əsaslanaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu səbəbdən İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, iddia mümkün sayılmalı, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2-1(122)-44/2024 nömrəli qərardadı ləğv edilərək inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80.3, 81.1,87.9,90.2-cu maddələrini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olmuş Şahbuz şəhərində 30.44 m2 torpaq sahəsində yerləşən bir mərtəbəli, ümumi sahəsi 23.2 m2 olan pərakəndə ticarət mağazasının cavabdehin qanunsuz göstərişi əsasında ondan zorla alınaraq sökülmüş əmlak üçün kompensasiya ödənilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2-1(122)-44/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. İddia mümkün sayılsın. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 21(122)-44/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olmuş Şahbuz şəhərində 30.44 m2 torpaq sahəsində yerləşən bir mərtəbəli, ümumi sahəsi 23.2 m2 olan pərakəndə ticarət mağazasının cavabdehin qanunsuz göstərişi əsasında ondan zorla alınaraq sökülmüş əmlak üçün kompensasiya ödənilməsi tələbi”nə dair inzibati iş baxılması üçün Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilsin. Qərаrdаddаn kassasiya

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar