Məhkəmə qərarları › İş №2-1(108)-38/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-38/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-38/2025 10.04.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X8 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qarayev Sənan Məmməd oğlu və X4 ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi ilə, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndələri X3 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "2020-ci ilin may ayından 2021-ci ilin avqust ayınadək ödənilməli olan pensiya məbləğinin ödənilməmiş 50 faizinin, 2021-ci ilin avqust ayından 2022-ci ilin yanvar ayınadək ödənilməmiş pensiya məbləğinin, 2022-ci ili n yanvar ayından 2022-ci ilin dekabr ayınadək ödənilməli olan pensiya məbləğinin ödənilməmiş 50 faizinin yenidən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-1(122)-36/2025 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa rayon şöbəsinin müdiri Orxan Rzayevə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qanuni olaraq ödənilməli olan 60.000 mana t pensiya məbləğinin ödənilməsini cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə 11 avqust 2023-cü il tarixli iddia ərizəsi təqdim edilərək, cavabdeh qismində Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa rayon şöbəsi göstərilmiş, iddia tələbi isə göstərilən məbləğin öhdəlik olaraq Culfa rayon şöbəsinin üzərinə qoyulması kimi qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 21(122)-721/2023 nömrəli qərardadı ilə cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa rayon şöbəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosi al Müdafiə Fondu ilə əvəz edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2- 1(122)102/2024 nömrəli qərardadı ilə iddia tələbi dəyişdirilərək, “2020-ci ilin may ayından 2021-ci ilin avqust ayınadək ödənilməli olan pensiya məbləğinin ödənilməmiş 50 faizinin, 2021-ci ilin avqust ayından 2022-ci ilin yanvar ayınadək ödənilməmiş pensiya məbləğinin, 2022-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayınadək ödənilməli olan pensiya məbləğinin ödənilməmiş 50 faizinin yenidən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” variantda icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-1(122)36/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, 2020-ci ilin may ayından 2021-ci ilin avq ust ayınadək ödənilməli olan pensiya məbləğinin ödənilməmiş 50 faizinin, 2021-ci ilin avqust ayından 2022-ci ilin yanvar ayınadək ödənilməmiş pensiya məbləğinin, 2022-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayınadək ödənilməli olan pensiya məbləğinin ödənilməmiş 50 faizinin yenidən hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 21(122)-36/2025 nömrəli qərarından narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi şikayətlə Naxçıvan Muxtar Res publikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-1(122)-36/2025 nömrəli qərarının ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati iş şikayətə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına daxil olmuşdur. 10 aprel 2025-ci il tarixdə şikayətə baxılarkən İddiaçı iddiadan imtina ilə bağlı ərizəsini kollegiyaya təqdim edərək, inzibati iş üzrə iddiadan imtina barədə ərizənin qəbul edilməklə iş üzrə icraata xitam verilməsini kollegiyadan xahiş etmişdir. Cavabdehin nümayəndələri X6 və X2 iddiaçının iddiadan imtina etməsinə və işin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Kolleg iya iddiadan imtina ilə əlaqədar İddiaçı ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə iddiadan imtina əsaslı olduğundan qəbul edilməlidir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə ba şqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Мəcəlləsinin; 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 55.1- ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilm əz. İddiadan imtina etmək inzibati məhkəmə icraatının iştirakçısı kimi iddiaçının hüququ olmaqla iddiaçı tərəfindən yazılı formada ifadə edildiyindən, iddiadan imtina qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından kollegiya hesab edir ki, iddiadan imtina qəbul olunmalı, iddiaçı iddiadan imtina etdiyindən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə olan halda iddiaçının iddia tələbindən imtina barədə ərizəsi qəbul olunmalı, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-1(122)36/2025 nömrəli qərarı tamamilə ləğv edilməklə inzibati iş üzrə icraata xitam verilməlidir. İPM -in 1.2-ci maddəsinin tələbləri baxımından, eyni zamanda hazırkı iş üzrə tətbiq edilə biləcək prosessual qanunvericilik olan Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 384.0 və 384.0.5-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi... qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbаycаn Respublikаsı İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarında müəyyən olunur ki, İPM-in 55-ci maddəsinin “Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz” müddəası həmin Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən (iddianın geri götürülmüş sayılması haqqında) qərardaddan apellyasiya şikayətinin verilməsi hüququnu məhdudlaşdıran norma kimi qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsinin istinad edilən Qərarında şərh olunan hüquqi mövqeyə müvafiq olaraq, İPM-in 55-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi əsası ilə inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardaddan apellyasiya şikayəti verilmir. İddiaçı izаh edilir ki, Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 55.4-cü mаddəsinə əsаsən, iddiаdаn imtinа edilməsi eyni tərəflər аr аsındа, eyni predmet bаrəsində və eyni əsаslаr üzrə yenidən iddiа qаldırmа imkаnını istisnа edir. Yuxarıda göstərilən qaydada iş üzrə icraata xitam verilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli olduğundan kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlillərinin müzakirə edilərək onlara hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 87-ci maddələrini və Mülki Prosessual Məcəlləsinin 261.0.4, 370, 384.0, 384.0.5 maddələrini rəhbər tutaraq kollegiya qərara alır: Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi nin 22 yanvar 2025-ci il tarixli, 21(122)-36/2025 nömrəli qərarı tamamilə ləğv edilsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı 2020-ci ilin may ayından 2021-ci ilin avqust ayınadək ödənilməli olan pensiya məbləğinin ödənilməmiş 50 faizinin, 2021-ci ilin avqust ayından 2022-ci ilin yanvar ayınadək ödənilməmiş pensiya məbləğinin, 2022-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayınadək ödənilməli olan pensiya məbləğinin ödənilməmiş 50 faizinin yenidən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar