Məhkəmə qərarları › İş №2-1(108)-39/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-39/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-39/2022 05.10.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevnanın sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, Muradov Vüsal Hicran oğlunun məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehna qarşı “Cavabdeh 01 oktyabr 2019-cu il tarixli, 568 nömrəli qərarı üzrə hərbi travmanın hərbi xidmət vəzifələrinin icrası zamanı almasının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ehtiyata buraxılma əmrinə yenidən baxılması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 senyabr 2022-ci il tarixli, 2-1(122)-142/2022 nömrəli qərardadından İ ddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh 25 iyun 2018-ci il tarixli, 11 yanvar 2019-cu il tarixli, 2627 və 01 oktyabr 2019-cu il tarixli, 568 nömrəli qərarları üzrə İddiaçı hərbi travmanın hərbi xidmət vəzifələrinin icrası zamanı almasının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ehtiyata buraxılma əmrinə yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil 15 avqust 2022-ci il tarixli iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək iddia tələbinə “Cavabdeh 25 iyun 2018-ci il tarixli, 11 yanvar 2019-cu il tarixli, 2627 və 01 oktyabr 2019-cu il tarixli, 568 nömrəli qərarları üzrə İddiaçı hərbi travmanın hərbi xidmət vəzifələrinin icrası zamanı almasının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ehtiyata buraxılma əmrinə yenidən baxılması” tələbinə “Cavabdeh 01 oktyabr 2019-cu il tarixli, 568 nömrəli qərarı üzrə hərbi travmanın hərbi xidmət vəzifələrinin icrası zamanı almasının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması öhdəliyinin Cavabdeh üzərinə qoyulması və ehtiyata buraxılma əmrinə yenidən baxılması” çərçivəsində baxılmasını məhkəmədən xahiş etmişlər. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 21(122)-142/2021 nömrəli qərardadı ilə İddiaçı tə rəfindən təqdim edilmiş 15 avqust 2022-ci il tarixli iddianın dəqiqləşdirilməsi barədə ərizə qəbul edilərək, İddiaçı Cavabdehna qarşı iddia tələbi “Cavabdeh 01 oktyabr 2019-cu il tarixli, 568 nömrəli qərarı üzrə hərbi travmanın hərbi xidmət vəzifələrinin icrası zamanı almasının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması öhdəliyinin Cavabdeh üzərinə qoyulması və ehtiyata buraxılma əmrinə yenidən baxılması” kimi icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 21(122)-142/2021 nömrəli qərardadı ilə İddiaçı prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, İddiaçı Cavabdehna qarşı “Cavabdeh 01 oktyabr 2019-cu il tarixli, 568 nömrəli qərarı üzrə hərbi travmanın hərbi xidmət vəzifələrinin icrası zama nı almasının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ehtiyata buraxılma əmrinə yenidən baxılması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Məhkəmənin qərardadından narazı qalan İddiaçı 09 sentyabr 2022-ci il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 21(122)-142/2021 nömrəli qərardadının ləğv edilməsi, buraxılmış prosessual müddətin bərpa olunması və Cavabdehna qarşı qaldırdığı hərbi-həkim komissiyasının qərarları üzrə xəstəliyin hərbi xidmət vəzifələrinin icrası zamanı alınması və hərbi xidmətə yararsızlığın müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələ binin mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, onun vəsatəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 etdiyi müraciətə cavabında İddiaçı 01 oktyabr 2019-cu il tarixdən 10 may 2022-ci il tarixə qədər və sonralar dispanserə xəstəliyin kəskinləşməsi ilə əlaqədar ambulator müalicə üçün müraciət etməsi, onda müşahidə olunan "üzvi mənşəli şəxsiyyət pozuntusu" xəstəliyi zamanı xəstəliyin kəskinləşmə dövründə xəstənin məhkəməyə müraciət etmək iqtidarında olmaması qeyd edilmişdir. Həmçinin sorğuya verilən cavabda xəstəliyin remissiya dövründə xəstənin öz hərəkətlərini idarə etmək iqtidarında olması qeyd olunmuşdur. İddiaçı qeyd edir ki, o həmişə xəstəliyin kəskinləşməsi ilə bağlı müraciət etmiş, lakin işə baxan məhkəmə onun mütəmadi olaraq xəstəliyinin kəskinləşməsi ilə bağlı məhkəməyə müraciət etmək imkanının olmamasını nəzərə almamışdır. Yəni həmin dövrlərdə qərarı mübahisələndirmək iqtidarında olmamışdır. İddiaçı şikayətində vurğulayır ki, işə baxan məhkəmə həmçinin belə hesab etmişdir ki, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquq müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Lakin həmin normanın hansı qanunla tənzimlənməsi qərardadda qeyd olunmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən müddəti bərpa etməlidir. Cavabdehna qarşı 28 oktyabr 2020-ci il tarixdə iddia qaldırmışdır, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2-1(122)-124/2020 nömrəli qərardadı ilə iddia mümkün saylmamış, digər dövlət orqanları ilə yazışmalar aparmış,bunlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçı apelyasiya şikayətində Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 sentyabr 2022-ci tarixli 2-1(122)-142 2022 nömrəli qərardadının ləğv olunmasını, buraxılmış prosessual müddətin bərpa olunmasını və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət Mərkəzi-Hərbi Həkim Komissiyasına qarşı qaldırdığı hərbi-həkim komissivasının qərarları üzrə xə sləliyin hərbi xidmət vəzifələrinin icrası zamanı alınması və hərbi xidmətə yararsızlığın müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdeh təşkilat Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh təşkilatın nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə qabaqcadan məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçı şifahi məhkəmə baxışı iclasındakı izahatınd a şikayətini müdafiə etdiyini, barəsində olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 568 nömrəli Qərarı ilə razılaşmadığını, 01 oktyabr 2019-cu il tarixdən 10 may 2022-ci il tarixə qədər müxtəlif vaxtlarda Naxçıvan Muxtar Respublikası X1 “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə ambulator müalicə aldığını, müalicə almasının Naxçıvan Muxtar Respublikası X2 Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli 401 nömrəli məktubundan da aydın olduğunu, Cavabdehna qarşı 28 oktyabr 2020-ci il tarixdə iddia qaldırdığını, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2-1(122)-124/2020 nömrəli qərardadı ilə iddianın mümkün saylmadığını, həmin qərardadı mübah isələndirmədiyini, bir sıra orqanlara şifahi şəkildə müraciət etdiyini, bütün bunların məhkəmə tərəfindən nəzərə alınmadığını, prosessual müddətinin bərpa edilmədiyini, 10 may 2022-ci ildə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində iddia qaldıraraq həmin qərarı mübahisələndirdiyini, xəstə olması səbəbindən qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlər çərçivəsində məhkəmədə iddia qaldıra bilmədiyini, işə baxan məhkəmənin həmin bu halı, onun mütəmmadi olaraq xəstəliyin kəskinləşməsi ilə bağlı məhkəməyə müraciət etmək imkanının olmamasını nəzərə almadığını, başqa sübutun olmadığını göstərərək şikayətin təmin olunmaqla Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2-1(122)-142/2021 nömrəli qərardadının ləğv edilməsi, buraxılmış prosessual müddətin bərpa olunması və Cavabdehna qarşı qaldırdığı hərbi-həkim komissiyasının qərarı üzrə xəstəliyin hərbi xidmət vəzifələrinin icrası zamanı alınması və hərbi xidmətə yararsızlığın müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 568 nömrəli Qərarında İddiaçı səhhətində yaranmış bir neçə problemin adı çəkilmiş, onların xəstəlik olması və hərbi xidmət dövründə alınması qeyd olunmuşdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası X2 Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli 401 nö mrəli məktubuna əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 qeydiyyatda dayanır. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə qədər xx.xx.20211, xx.xx.2021 və xx.xx.2022ci il tarixlərdə dispanserə xəstəliyin kəskinləşməsi ilə əlaqədar ambulator müalicə üçün müraciət etmişdir. Onda müşahidə olunan “Üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyi zamanı xəstəliyin kəskinləşmə dövründə xəstə məhkəməyə müraciət etmək iqtidarında olmaya bilər. Lakin xəstəliyin remissiya dövründə xəstə öz hərəkələrini idarə edə bilmək iqtidarında olması bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nə zərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual müddəalarını da tətbiq edir. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə şikayətlə bağlı başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, inzibati məhkəmə icraatında İddiaçı izahatını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Kollegiya İddiaçı şikayətində qərardadın ləğv edilməsinə dair onun vəsatəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 etdiyi müraciətə verilən cavabında “ İddiaçı 01 oktyabr 2019-cu il tarixdən 10 may 2022-ci il tarixə qədər və sonralar dispanserə xəstəliyin kəskinləşməsi ilə əlaqədar ambulator müalicə üçün müraciət etməsi, onda müşahidə olunan "üzvi mənşəli şəxsiyyət pozuntusu" xəstəliyi zamanı xəstəliyin kəskinləşmə dövründə xəstənin məhkəməyə müraciət etmək iqtidarında olmaması, həmçinin sorğuya verilən cavabda xəstəliyin remissiya dövründə xəstənin öz hərəkətlərini idarə etmək iqtidarında olması, onun həmişə xəstəliyin kəskinlənməsi ilə bağlı müraciət etməsi, lakin işə baxan məhkəmənin onun mütəmadi olaraq xəstəliyinin kəskinləşməsi ilə bağlı məhkəməyə müraciət etmək imkanının olmamasını nəzərə almaması ilə bağlı gətirdiyi dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati akt ın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində....qaldırıla bilər. İddiaçı barəsində qəbul olunmuş inzibati akt ona məlum olduğu vaxtdan 3 ilə yaxın müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Bununlada o, qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Kollediya iddiaçının şikayətində iş materiallarında olan Naxçıvan Muxtar Respublikası X2 Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi Səxavət Novruzova ünvanlandığı xx.xx.2022-ci il tarixli 401 nömrəli məktubuna istinad edərək, onun xx.xx.2019cu il tarixdən xx.xx.2022-ci il tarixə qədər dispanserə xəstəliyin kəskinləşməsi ilə əlaqədar ambulator müalicə üçün xx.xx.20211, xx.xx.2021 və xx.x x.2022-ci il tarixlərdə müraciət etməsinə, məktubdan onun həmişə xəstəliyin kəskinləşməsi ilə bağlı müraciət etməsinin aydın olmasına qiymət verərək hesab edir ki, iddiaçının barəsində qəbul olunmuş inzibati aktın qəbul olunduğu gündən xəstəliyin kəskinləşməsi ilə bağlı ambulator müalicə üçün müraciət edənədək barəsində olan aktın mübahisələndirilməsinə heç bir maneə olmamışdır. Kollegiya İddiaçı şikayətində Cavabdehna qarşı 28 oktyabr 2020-ci il tarixdə iddia qaldırması, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2-1(122)-124/2020 nömrəli qərardadı ilə iddianın mümkün saylmaması, bir sıra orqanlara şifahi şəkildə müraciət etməsi, bütün bunların məhkəmə tərəfindən nəzərə alınmaması, prosessual müddətinin bərpa edilməməsinə dair gətirdiyi dəlilinə münasi bətdə aşağıdakıları qeyd edir. İddiaçı izahatından və kollegiyaya təqdim olunmuş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2-1(122)-124/2020 nömrəli qərardadından aydın olur ki, o, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 568 nömrəli Qərarını ilk dəfə iddiasını düzgün olmayan cavabdehə qarşı irəli sürməklə həmin qərarı ona məlum olduğu vaxtdan bir ildən artıq müddət keçəndən sonra mübahisələndirmişdir. İddiaçı qanunla müəyyən edilmiş müddət ərzində xəstəliyi səbəbindən məhkəməyə müraciət etməməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Onun xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ambulator müalicə üçün xəstəxanaya müraciət etməsi qanunla müəyyən edilmiş prosess ual müddətin üzürlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilməz. İddiaçı şikayətində gətirdiyi həmin dəlillər qərardadın ləğv edilməsi üçün əsas deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il qərarında göstərilmişdir “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyə t yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın”. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndinə uyğun olaraq İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Kollegiya şikayətdə qeyd olunan işə baxan məhkəmənin təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquq müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməməsinə dair normanın hansı qanunla tənzimlənməsinin qərardadda qeyd olunmaması dəlilinə münasibətdə bildirir ki, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(122)-142/2022 nömrəli Qərardadında (səh.4) həmin halın Azərbaycan Respublikası İnzibati Prosessual Məcəll ənin 24.4-cü maddəsinə əsasən tənzimlənməsi öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəm ə iclasında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qanunvericiliyin sadalanan müddəalarından da göründüyü kimi müddət şəxsin təqsiri olmadan buraxıldığı hallarda məhkəmə tərəfindən təmin edilir. Kollegiya şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Bütün sadalananlara əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehna qarşı “Cavabdeh 01 oktyabr 2019-cu il tarix li, 568 nömrəli qərarı üzrə hərbi travmanın hərbi xidmət vəzifələrinin icrası zamanı almasının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ehtiyata buraxılma əmrinə yenidən baxılması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 senyabr 2022-ci il tarixli, 2-1(122)-142/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 senyabr 2022-ci il tarixli, 2-1(122)-142/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı Cavabdehna qa rşı “Cavabdeh 01 oktyabr 2019-cu il tarixli, 568 nömrəli qərarı üzrə hərbi travmanın hərbi xidmət vəzifələrinin icrası zamanı almasının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ehtiyata buraxılma əmrinə yenidən baxılması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 senyabr 2022-ci il tarixli, 2-1(122)-142/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 senyabr 2022-ci il tarixli, 21(122)-142/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inziba ti kollegiyasi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar