Məhkəmə qərarları › İş №2-1(108)-39/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-39/2023

22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-39/2023 22.11.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X14 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh Babək rayon Naxışnərgiz Bələdiyyəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Babək rayon Naxışnərgiz Bələdiyyəsinə qarşı “Babək rayonunun Naxışnərgiz kəndində yerləşən, mülkiyyətində olan yaşayış evinə bitişik tövlənin yerləşdiyi 198 kvadrat metr ərazinin 15 (on beş) il müddətinə onun icarəsinə verilməsi öhdəliyinin cavabdeh Babək rayon Naxışnərgiz Bələdiyyəsinin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-1( 122)-3/2023 nömrəli qərarından cavabdeh Babək rayon Naxışnərgiz Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Babək rayon Naxışnərgiz Bələdiyyəsinə qarşı 28 yanvar 2022-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Babək rayonunun Naxışnərgiz kəndində yerləşən, mülkiyyətində olan yaşayış evinə bitişik tövlənin yerləşdiyi 198 kvadrat metr ərazinin 15 (on beş) il müddətinə onun icarəsinə verilməsi öhdəliyinin cavabdeh Babək rayon Naxışnərgiz Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 21(122)-3/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Babək rayo nunun Naxışnərgiz kəndində yerləşən, İddiaçı mülkiyyətində olan yaşayış evinə bitişik tövlənin yerləşdiyi 198 kvadrat metr ərazinin 15 (on beş) il müddətinə İddiaçı icarəsinə verilməsi öhdəliyi Babək rayonu Naxışnərgiz Bələdiyyəsinin üzərinə qoyulması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-1(122)3/2023 nömrəli qərarından narazı qalan cavabdeh Babək rayon Naxışnərgiz Bələdiyyəsi 04 avqust 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-1(122)-3/2023 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin rədd edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh Babək rayon Naxış nərgiz Bələdiyyəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilkin olaraq qeyd edir ki, 21 iyul 2023-cü il tarixdə o Naxçıvan MR İnzibati məhkəməsinə işlə tanış olmaq üçün ərizə ilə müraciət edib. Məhkəmənin katibi X10 işin hazır olmadığını dağınıq halda olduğunu və ona heç bir sənəd təqdim edə bilməyəcəyini bildirib. Səthi olsa da araşdırmadan aydın oldu ki, hakim onun məhkəmədəki izahatlarının heç birini iş materialına əlavə etməyib. 5 dəfə məhkəmə təşkil olunub onun 2-sinə iddiaçı tərəf gəlməyib üstündən 1 ay keçməsinə baxmayaraq belə işi ləğv etməli olduğu halda, laqeyd yanaşma göstərərək ona deyib ki, iddiaçı tərəfdirlər, bir dəfəsində isə o getməyib. O hakimə dediyi halda ki, onun işi var məhkəməyə gələ bilməyəcəyək, məhkəmə isə bunu nəzərə almayıb, tələm tələsik o olmadan q ərar qəbul edib. Operativ qərar qəbul edən orqan 11 gündür sənədləri bir qovluğa yığıb tikib nömrələyə bilmir, çünki kifayət qədər olan sübutların hansının iş materialına tikilməsinə qərar verə bilmir buradan da görünür ki, çıxarılmış qərar mövcud qanunçuluğa uyğun deyildir. Babək rayon Naxışnərgiz kənd sakini İddiaçı mübahisələndirdiyi 198 kvadrat metr torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadə üçün nəzərdə tutulan torpaq sahəsidir. O, qanunsuz və icazəsiz özbaşına zəbt etdiyi sözügedən həmin torpaq sahəsi barədə müvafiq torpaqayırma sənədləri, eləcədə iş üzrə hüquq müəyyənedici, həmçinin torpaq sahəsinin texniki göstəricilərini əks etdirən sənədlərin (ayrıca akt, texniki pasport, torpaq,sahəsinin plan və ölçüsü, sxem və.s.) həmçinin iş materiallarında torpaq sahəsi üz ərində iddiaçının hər hansı hüququnun olması daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə, hər hansı mötəbər sübut təqdim olunması yoxdur. İddiaçı zəbt etdiyi torpaq sahəsinin islahatdan əvvəl olduğunu qeyd edir. Onda bir sual ortaya çıxır nə üçün iddiaçı islahat komissiyasının səlahiyyətlərini icra edən orqanı məhkəməyə vermir. Cavab isə çox sadədir. Özbaşına qanunsuz zəbt sənədləşmə aparmadan iddiaçı islahat aparılan dövrdən çox sonra torpaq sahəsini qanunsuz zəbt edərək tikinti aparmışdır. Bunu hakimə təqdim etdiyi hüquq müəyyənedici sənədlər də təsdiq edir. Babək rayon Naxışnərgiz kəndində 1999-cu ildə torpaq islahatı zamanı tərtib olunmuş yerquruluşu planından çıxarış sənədlərindən də aydın olur ki, 675A saylı həyətyanı torpaq sahəsinin sahə plan ölçü koordinatlarında və dönmə nöqtələrində tövlə binasından belə söz gedə bilməz. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin torpaq sahəsinin plan və ölçüsünə dair tərtib olunmuş xx.xx.2012-ci il tarixli torpaq sahələrinin əsas göstəricisi olan, torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarında da tövlə tikintisi öz əksini tapmır. Buradan məlum olur ki, iddia ərizəsi abstrakt təfəkkür və mülahizələr əsasında yazılıb. Lakin iddia təqdim olunan dəlil və sübutlarla əsaslandırılmalıdır. Verilən plan və sxemlərdən aydın görünür ki, tövlə və yardımçı binalar islahat aparılandan sonra zəbt olunubdur. İddia yalan və uydurma əsasında yazılıb. Belə ki, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisad Məhkəməsi tərəfindən verilmiş qərar qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Muxtar Respub likasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Reyestr Xidməti tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsünə dair reyestr nömrəsi **********45 olan, AA 006559 saylı şəhadətnamələr məhkəmənin qərarı qanunu hüquqi qüvvəyə mindikdən sonra verilmişdir. Şəhadətnamələr verildikdən sonra ləğv olunması üçün, iddiaçının qardaşı X25 MR DİN-nin narkomaniyaya qarşı istintaq idarəsinin rəisi, qudası Naxçıvan Muxtar Respublikası Hərbi Çağırış və Səfərbərlik üzə Dövlət Komitəsinin sədri Səxavət Salmanovdur (bu adamın qardaşı Ədalət isə bilirsiniz ki, kimin Ali məclisin sədrinin qudasıdır). S.Salmanovun qudası isə sabiq iqtisadi inkişaf naziri Famil Seyidovdur. Muxtar Respublikada söz sahibi olan bu adamların bilavasitə dəstəyi və köməyi nəticəsində torpaq şəhadətnamələrinin ləğv olunma sı üçün onların ailəsinin hüquqlarını pozublar. Həmin dövrdə Ali Məclisin iqtisadiyyat şöbəsinin müdiri Rəfail Əliyev (haliyədə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısıdır) məhkəmə işlərinin ümumiyyətlə bu şəxsə heç belə aidiyyəti yoxdur, Naxışnərgiz kəndinə gələrək orada bildirdi ki, inzibati-iqtisad məhkəməsi kimdir ki, özbaşına qərar verir. Onunla gəlmiş Naxçıvan Muxtar Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Valeh Vəliyevə bildirdi ki, get həmin şəhadətnamələri ləğv elə mənə göstəriş belədir. Keçmiş rəhbərliyin tapşırıqlarına əsasən və onların təzyiqləri nəticəsində şəhadətnamələri ləğv ediblər və onların qanunla qorunan hüquqları həmin gündən pozulub. Naxçıvan Muxtar Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Valeh Vəliyevə o sahənin ölçüyə salınması üçün təzyiq lər olmasına baxmayaraq qanunsuzluğa getmədi və iddiaçı tərəfə kəsr olan torpağa görə 1060 kvadrat metr aidiyyəti üzrə əlavə torpaq sahəsi verilmişdir. İddiaçı bununla bağlı qaldırdığı məsələlərdə bir kəlmə də olsun qeyd etməmişdi. Məhkəmə tərəfindən araşdırma aparılsaydı bütün bunlar üzə çıxardı və ədalətli qərar qəbul olunardı. Hakim E.Hüseynov bir tərəfli mövqe tutaraq iddiaçının tərəfini tutmaqla qanuna zidd qərar qəbul etmişdir. Xatırlatmaq yerinə düşər ki, İddiaçı sözügedən və özbaşına zəbt etdiyi bələdiyyə mülkiyyətinə aid olan 198 kvadrat metr torpaq sahəsini onun mülkiyyətinə verilməsinə dair iddia qaldırmışdır. İddia ərizəsi icraata alınmışdır. Bununla bağlı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi xx.xx.2021-ci il tarixli 2-1(122)-6/2021 nömrəli iş üzrə qərar qəbul etmişd ir. Sözügedən və qeyri-qanuni mülkiyyət hüququ olmadan zəbt olunaraq istifadə olunan və bələdiyyə mülkiyyətinə aid olan 198 kvadrat metr torpaq sahəsinin təsviri və əsaslandırma hissələri dəlil və sübutların məcmusuna əsaslanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81, 85, və 110.1 maddələrini rəhbər tutaraq İddiaçı mülkiyyətinə verilməsini rədd etmişdir. İddiaçı qərardan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollegiyasına apelyasiya şikayəti vermiş və sonda apelyasiya şikayətini ərizə ilə geri götürmüşdür. Bir faktı da qeyd edim ki, İddiaçı vəkili Vəkil hüququ qaydaları pozmaqla özünə aid olmayan qanuna zidd hərəkətlərə yol veribdir. Belə ki, Vəkil işlədiyi gündən içdiyi anda sadiq qalmalıdı, ilkin bu andı ciddi surətdə pozm uşdur. Belə ki, Vəkil heç bir əsas olmadan inzibatı məhkəmənin hakimi adından istifadə edərək bələdiyyə üzvlərini aldadıb ki, mən inzibati məhkəmənin hakimiyəm bələdiyyə üzvlərini yığıb notariat kontoruna aparıb orada da onlara eyni diktə ilə sözləri yazdırıb. Araşdırsanız görərsiniz ki, onlara verilən bildiriş, notariat sənədlərinin təsdiqindən sonradır. Ona görə də S.Novruzov qərar vermədi. Vəkilin bu cür qanunsuz işlərə getməsi nələrin müqabilindədir məhkəmə araşdırmalı idi. Məhkəməyə yalan ifadə vermək, işin gedişatının yönünü dəyişmək istiqamətində aparılan işlər cinayət məsuliyyəti hesab olunur. Naxışnərgiz inzibati ərazisinin sədri Təbriz Əliyev 1984-cü ildə anadan olub, bu adam da məhkəmədən bildiriş almadan Vəkil dəvəti ilə inzibati məhkəməyə getmiş və anadan olmamışdan qabaqkı dö vrə arayış verib ki, mən də təsdiq edirəm ki, bu tövlə 1982-ci ildə tikilib və göstərir ki, bununla əlaqədar qonşular arasında heç bir mübahisə yoxdur. Halbuki onun işlədiyi dövrdə həmin məsələ ilə əlaqədar Naxçıvan Şəhər Məhkəməsində xx.xx.2018-ci il tarixli, 2(078)-119/2018 nömrəli qətnaməsinin surətindən də məlum olur ki, qonşu X7 İddiaçı qarşı İddiaçı qonşu Ə.Qurbanovun əmlakına zərər dəyməməsinə görə yağış sel sularının bir tərəfə çəkib aparmasına dair iddiasına baxaraq qərar qəbul etmişdir. Axı yalandan sənəd təqdim etmək, şahid qismində məhkəməyə yalan ifadə vermək, işin gedişatının yönünü dəyişmək istiqamətində aparılan işlər MPM-in 62-ci maddəsinə və CM-in 297-ci maddəsinə əsasən məsuliyyət daşıyırlar. Bununla bağlı mən Babək Rayon Prokurorluğuna müraciət edib, iş məhkəmədə olduğu ndan baxılmadı. Məhkəmənin gedişatında işin dayandırılaraq araşdırılması üçün prokurorluğa göndərilməsi üçün vəsatət versə də məhkəmə onun qanuni vəsatətini təmin etməyərək iddiaçı şəxsin maraqlarından çıxış etmiş və qanunsuz qərar qəbul etmişdir. Həmin dövrlərdə Naxçıvan MR-da idarəetmə strukturlarında yol verilmiş nöqsanlarla bağlı kadr dəyişiklikləri həyata keçirildi. İnzibati məhkəmənin hakimi S.Novruzov başqa işə keçdiyindən iş də alınaraq hakim E. Hüseynova verildi. Yeni hakim də heç bir araşdırma aparmadan ədalətli şəkildə yox, o olmadığı halda arzu və istək şəkilində qərarını verdi. Göstərdi ki, faktlar yox şah qanundur. Hindistan kinolarındakı yalançı şahidlərin olduğu kimi. Bələdiyyə dövlətin qanun və qərarlarına daim hörmətlə yanaşır. Lakin son dövrlərdə mülkiyyət, istifadə və y a icarə hüququ olmadan torpaq sahələrini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma halları artıb. Bu da haqlı narazılıqlara səbəb olmuşdur. Torpaq zəbti hallarının qarşısının alınması üçün bələdiyyə qanunsuz istifadə edilən torpaq sahələri üçün zəruri tədbirlər görməyə borcludur. Əsas məqsəd dövlət, bələdiyyə və özəl mülkiyyətə münasibətdə hüquqların və mənafelərin daha səmərəli təmin olunmasıdır. Bələdiyyə qanunvericiliyinin tələbinə əsasən diskresion səlahiyyətə malikdir. İnzibati orqana verilən bu səlahiyyətlərə görə onun torpaq sahəsinin ayrılması məqsədə uyğun olmadığı təqdirdə həmin torpaq sahəsinin ayrılmasından imtina etmək hüququ vardır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən bələdiyyə mülkiyyətinə aid olan torpa qlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Sözügedən torpaq sahəsi barədə Naxışnərgiz Bələdiyyəsinin qiymətləndirmə azadlığı olduğundan işlə bağlı inzibati orqanın diskresion səlahiyyəti mövcuddur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası qanununun 2.0.7-ci maddəsinə əsasən qanunla inzibati orqan və ya vəzifəli şəxsə mümkün qanuna uyğun qərarlardan birini seçmək hüququnun verilməsi diskresion səlahiyyətlərdir. 14.1 -ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Azərbaycan Respublikası İnzibatı Prosessual Məcəlləsinin 73.3, 73.3.2, 73.3.3-cü maddələri nə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə inzibati aktın qəbulu zamanı inzibati orqanın qəbul etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda məhkəmə, bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Bu səbəbdən iddianın təmin olunması qanunvericiliyin normalarına tamamilə ziddir. İnzibati orqan torpaq zəbti hallarının qarşısının alınması üçün bələdiyyələr qanu nsuz istifadə edilən torpaq sahələrinin geri qaytarılması üçün zəruri tədbirlər görməsi bələdiyyənin əsas vəzifələrindən biridir. Qanunvericiliyin tələblərinə əsasən ümumi istifadədə olan 198 kvadrat metr bələdiyyəyə aid torpaq sahəsinin azad edilib ümumi istifadəyə qaytarılması üçün Naxışnərgiz Bələdiyyəsi tərəfindən Babək Rayon Məhkəməsində iddia qaldırılmışdır. İş xx.xx.2020-ci il tarixli, 2-1(122)126/2020 nömrə ilə icraata alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(122)-6/2021 qərarının təsviri hissəsində də qeyd edilir ki, Naxçıvan Muxtar Respublikası Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili H.N.Kərimova ünvanlanmış 17 yanvar 2014-cü il tarixli 14 saylı məktubdan görünür ki, Naxışnərgiz kən dində müəyyən həyətyanı torpaq sahələrinin sərhədləri torpaq islahatı zamanı tərtib olunmuş yerquruluşu planında düzgün əks olunmadığından elektron avadanlıqlarla dəqiqləşmə aparılmış və İddiaçı, X7, X1 faktiki istifadəsində olan həyətyanı torpaq sahələrinin yeni planı hazırlanmışdır. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsünə dair reyestrdə öz əksini tapmır. Burdan da görünür ki, sözügedən 198 kvadrat metr ümumi istifadəyə aid olan torpaq sahəsi islahat aparılandan sonra zəbt edilmişdir. İşi aparan məhkəmə E.Hüseynov həmin ərazi haqda belə məlumatı da yoxdur, çünki həmin binaların yarısı köməkçi binalar kimi tikilib həmçinin iddiaçının heç evinə də bitişik deyil. Həmin ərazinin tələm tələsik zəbt olunmasının obyektiv səbəbləri də vardır. Belə ki, həmin ərazi keçmiş dövrlərə aid ev yaxud qəbir yeridir. İddiaçı ailə tərəfindən orada qazıntı işləri aparırdılar oradan bir sıra əşyalar çıxmışdır. Bu əşyalardan bir neçəsini Babək rayon arxivinə də veriblər. Həmin sahələrin açılması qazıntı işlərinin dayandırılması üçün aidiyyəti orqanlar tərəfindən ona göstərişlər də verilibdir. Bu səbəblərdən də həmin sahəni bilərəkdən qeyri-qanuni zəbt etmişdir. Mövcud qanunvericiliyə görə bələdiyyələrin fəaliyyəti bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının qanunu, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikası Torpaq Məcəlləsi, "Torpaq islahatı haqqında" qanunu, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanunlarl a tənzimlənir. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanunu: Maddə

2. Hissə

1. Müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanunu: Maddə. 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Maddə.6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanun una və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə. 13.4. Yaşayış məntəqələrinin ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən ticarət, ictimaiiaşə, məişət və digər obyektlər istisna olmaqla, başqa məqsədlər daşıyan obyektlərin tikintisinə yol verilmir. Maddə. 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə. 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Qeyd edim ki, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin bu günədək hər hansi bir formada vergi ödəməsi haqda sənəd yoxdursa və həmin özbaşına zəbt edilmiş sahənin geri alınması mümkün olmayan tikinti kimi hallara dair sənəd yoxdursa həmin artıq istifadə olan torpaq sahəsinə dair qəbul olunmuş qərar qanunçuluğun tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə. 180.2. Öz başına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Qanunvericilikdə Bələdiyyənin torpaq sahələrini istifadəyə vermək hüququ var. Bələdiyyələr torpaq sahələrini tikinti aparmaq üçün sənəd şəkilində verə bilməzlər. Bu, qanunda nəzərdə tutulmayıb. O baxımdan da tikinti aparılması qanuna ziddir. Çünki, bələdiyyələrin tikinti aparmaq haqqında verdiyi sənəd belə əsassızdır. İddiaçının tikinti kimi istifadə etdiyi torpaq bələdiyyə mülkiyyətindədir. İddiaçı icra hakimiyyətinə müraciət etsə belə, tikinti işlərinin aparılması ilə bağlı gərək torpaq sahəsi onun mülkiyyətində olmasını təsdiq edən sənədi olmalıdır. Çünki, icra hakimiyyətinin bələdiyyənin iradəsinə zidd olaraq sonuncunun mülkiyyətində olan torpaq sahəsinə sərəncam verməsi hüquq pozuntusudur və qanunçuluğa ziddir. Maddə 153.3. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Maddə 156.1. Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahi bliyindən əmlakını geri tələb edə bilər. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Bildirmək istəyirəm ki, Naxışnərgiz kənd sakini İddiaçı mübahisələndirdiyi və qeyri qanuni istifadə etdiyi zəbt olunmuş 198 kvadrat metr torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadə üçün nəzərdə tutulan torpaq sahəsidir. O, qanunsuz və icazəsiz zəbt etdiyi sözügedən həmin torpaq sahəsinin ayrılması barədə müvafiq torpaqayırma sənədləri, eləcədə iş üzrə hüquq müəyyənedici, həmçinin torpaq sahəsinin texniki göstəricilərini əks etdirən sənədlərin (ayrıca aktı, texniki pasport, torpaqsahəsinin plan və ölçüsü, sxem və.s.) iş materiallarına torpaq sahəsi üz ərində iddiaçının hər hansı hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə hər hansı mötəbər sübut təqdim olunması yoxdur. Sənədləşmə aparmadan iddiaçı islahat aparılan dövrdən sonra tikintinin daş hasar divarını çəkmiş və tövlə kimi istifadə etməyə başlamışdır. Hüquqi şəxsin mülkü məsuliyyəti Mülkü Məcəllənin 52-ci maddəsi ilə müəyyən edilmişdir: Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir Azərbaycan Respublikasında torpaq münasibətləri isə Torpaq Məcəlləsi ilə tənzimlənir. Bu Məcəllənin XXİİ fəsli torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət öz əksini geniş tapmışdır. Maddə.

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. " Torpaq islahatı haqqında" qanunun 7-ci maddəsinə əsasən Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Məhkəmə unudur ki, bələdiyyələr qanunvericiliyinin tələblərinə əsasən diskresion səlahiyyətlərə malikdir. İnzibati orqana verilən bu səlahiyyətə görə onun bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam vermək həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetmən i həyata keçirmək bələdiyyənin müstəsna hüququdur ona görə də qəbul edilmiş qərarı qanuna müvafiq hesab etmirəm. Hörmətli məhkəmə kollegiyası! Məhkəmə yuxarıda göstərilən bütün bu halları bildiyi halda əsaslandırır ki, torpaq sahəsi və onun üzərindəki tikiliyə hüquq "superfıcies solo cedit" prinsipinə əsasən aparılmasını göstərir. Hüquq kolliziyalarının mövcudluğu istənilən qanunvericilik sisteminin mürəkkəbliyi və çoxşaxəliliyi ilə izah edilir. Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsinə görə, torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Mülki Məcəllə ilə müəyyən edilir. Lakin torpaqların qanunsuz zəbt edilməsi ilə bağlı kifayət qədər "Normativ hüquqi aktlar" mövcuddur. Mülki Məcəllənin 2.3-cü maddəsinə əsasən isə ailə, əmək münasibətləri, t əbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı 16 iyun 2023-cü il. X29 belə əsaslandırır ki, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır. ( İwaszkiewicz Polşaya qarşı, no. 30614/06, 26 iyul 201 1-ci il, § 44). “Yuxanda qeyd olunan qanunların müvafiq normalarına və şərh edilənlərə əsasən, məhkəmə hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının icarə huququnun reallaşdırılmasını istisna edən hallar müəyyən edilmir. Buna görə də torpaq sahəsi üzərində sonuncunun bu hüququnun təmin edilməsi üçün həmin ərazinin uzun illərdir iddiaçının faktiki istifadəsində olması yetərli əsas sayılmalıdır". Göstərilənlərdən belə nəticə çıxır ki, erməni vandalları Azərbaycanın Zəngəzur ərazisini qeyriqanunu işğal edərək 30 ildir qanunsuz şəkildə orda binalar, qurğular, obyektlər tikib məskən salıb yaşayır, ona görə də E. Hüseynovun dediyi kimi "ədalətli tarazlıq" yaratmaq üçün həmin torpaqların ermənilərə verilməsi öhdəliyi Azərbaycan dövlətinin üzərinə qoyulmalıdır. Baxın bu işin mahiyyətini E.Hüseynov nə qədər incədən-incəyə duymuş varlığı təcr übə faktların və dəlillərin məntiqi nəticələrin köməyi ilə deyil, özünün intusiyası və bilavasitə dərk etmə qabiliyyəti ilə həll etmişdir. Məhkəmənin gəldiyi nəticədən belə çıxır ki, əgər bir şəxs digərinin avtomaşınını oğurlayırsa o maşını sürəndə bir neçə adam təsdiq etsə ki, mən görmüşəm avtomobili o sürürdü avtomaşının sahibkarı o maşını ona icarəyə verməlidir. Hörmətli məhkəmə kollegiyası! Bu gün də hələ İddiaçı torpaq zəbti davam etməkdədir. İslahatdan sonra belə anoloji halların baş verməsi bələdiyyənin üzvünün işinin məhkəmələrdə keçməsinə səbəb olur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh Babək rayon Naxışnərgiz Bələdiyyəsinin nümayəndəsi X11 şifahi məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məz munlu izahat vermiş və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyul 2023cü il tarixli, 2-1(122)-3/2023 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətinin təmin olunmamasını və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-1(122)-3/2023 nömrəli qərarının qüvvədə saxlanılmasını kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə uyğun olaraq Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddə aları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyərək, Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qərarında ona istinad etmişdir ki, torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun reallaşdırılmasını istisna edən hallar müəyyən edilmir. Buna görə də torpaq sahəsi üzərində sonuncun un bu hüququnun təmin edilməsi üçün həmin ərazinin uzun illərdir iddiaçının faktiki istifadəsində olması yetərli əsas sayılmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə şəxsin daşınmaz əmlaka icarə hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alacaqdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk olaraq onu qeyd edir ki, işin müəyyən edilmiş hallarından və məhkəməyə təqdim edilmiş Babək rayon Naxışnərgiz Bələdiyyəsinin ümumi yığıncağın 18 may 2022-ci il tarixli, 05 nömrəli (İ cild, vər.159), 27 sentyabr 2022-ci il tarixli, 09 nömrəli (İİ cild. Vər.33), 12dekabr 2022-ci il tarixli, 12 nömrəli (İİ cild, vər.91) protokollarından aydın olur ki, cavabde h inzibati orqan tərəfindən İddiaçı mülkiyyətində olan yaşayış evinə bitişik tövlənin yerləşdiyi 198 kvadrat metr ərazinin onun icarəsinə verilməsi barədə müraciəti üzrə “İnzibati icraat haqqında” Qanunun tələblərinə müvafiq olaraq inzibati icraat aparılmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-ci maddəsinə əsasən inzibati icraat dedikdə fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət başa düşülür. Həmin maddənin məzmunundan aydın olur ki, inzibati orqanlar fiziki və ya hüquqi şəxslərin mü raciəti əsasında və ya öz təşəbbüsləri ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı inzibati akt qəbul edərkən həmin Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində inzibati icraat aparmalıdırlar. Lakin cavabdeh mübahisələndirilən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi barədə müraciəti üzrə inzibati icraat aparmamış və bununla əlaqədar olaraq inzibati akt qəbul etməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydal ar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. “İnzibati icraat” haqqında Qanunun 67.1-ci maddəsinin tələbinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, dəfələrlə vətəndaş tərəfindən müraciət olunduğuna, hətta məhkəmə tərəfindən sərə ncamlar qəbul olunaraq məsələnin bələdiyyə üzvlərinin iştirakı ilə müzakirə olunması və qanunvericiliyə müvafiq qərar qəbul edilməsi məqsədilə ayrı-ayrı vaxtlarda dəfələrlə bələdiyyəyə müraciət edilməsinə və müddət təyin edilməsinə (İ cild. vər116, İİ cild. vər.26, İİ cild. vər41) baxmayaraq heç bir nəticəsi olmamış, məsələnin mahiyyəti ilə əlaqəsi olmayan, qanunvericiliyin tələblərinin pozulması ilə müşayət olunun qeyri-müəyyən qərarlar qəbul edilmişdir. Yəni, torpaq məsələləri ilə əlaqədar müraciətlərin qanunvericiliyə uyğun olaraq bələdiyyənin ümumi yığıncağında üzvlərin iştirakı ilə müzakirə olunaraq həll edilməli olmasna baxmayaraq ümumi izahedici, qeyri-müəyyən, iş materialları ilə təsdiq edilmiş hallara görə bələdiyyə üzvlərinin iştirakı təmin edilmədən qərarlar qəbul edilməsi halla rına yol verilmişdir. Belə ki, kənd sakinləri olan bələdiyyə üzvləri X15,X3, X24, X8, X18, X16 birinci instansiya baxışı zamanı məhkəmə iclasında verdikləri izahatlarında və eləcə də təqdim etdikləri notarial təsdiq edilmiş ərizələrində İddiaçı həmin torpaq sahəsinin ona icarəyə verilməsi barədə bələdiyyəyə müraciət etdiyindən və bələdiyyənin imtina cavabından xəbərlərinin olmadığını, kənd sakinləri kimi İddiaçı həmin tövlədən 30 (otuz) ildən artıqdır istifadə etdiyinin şahidi olduqlarını qeyd etməklə yanaşı, bələdiyə üzvləri kimi həmin torpağın ona icarəyə verilməsinə etirazlarının olmadığını bildirmişlər. Apelyasiya şikayətində həmin tövlənin son dövrdə tikilməsi dəlilinə münasibətdə qeyd edilməlidir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin qüvvəyə minmiş 27 may 2021-ci il tarixli, 2-1(122)-6/2021 nömrəli qərarı ilə mübahisə obyekti tövlənin 2008-ci ildən daha əvvəl orada mövcudluğu və İddiaçı sahiblik və istifadəsində olması təsdiq edilir. Eyni hal yuxarıda da qeyd edildiyi kimi kənd sakinləri olan bələdiyyə üzvləri tərəfindən də həmin tövlənin otuz il əvvəl İddiaçı tərəfindən inşa olunaraq istifadə olunması təsdiq edilmişdir. Eyni zamanda məhkəmə prosesinə mütəxəssis kimi cəlb olunmuş, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yerquruluşu şöbəsinin rəisi X2 məhkəməyə təqdim etdiyi 2001-ci ilə aid peyk görüntülərindən də İddiaçı inşa etdiyi tövlənin, qismən kiçik ölçülərdə həmin yerdə 2001-ci ildən əvvəl tikilmiş olduğu təsdiq edilir. Qeyd olunanlardan belə nəticə çıxır ki, həmin tövlə 20 ildən artıqdır ki, İddiaçı tərəfindən tikilib istifadə olunmasına baxmayaraq aidiyyatı inzibati orqan tərəfindən buna susmaqla reaksiya verilməməsi öz növbəsində vətəndaşda qanuni gözlənti yaranmasına səbəb olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Öner YıldızTürkiyəyə qarşı” iş üzrə 2002ci il 18 iyun tarixli Qərarında da deyildiyi kimi, “Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və həmçinin əmlakı, o cümlədən ərizəçinin onun mülkiyyət hüququnun səmərəli surətdə həyata keçirilməsinə nail olmaq üçün heç olmazsa ağlabatan və “qanuni ümid”lərə malik olduğunu iddia edə bildiyi tələbləri əhatə edir.” “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun un 16.4 maddəsinə uyğun olaraq “Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.” Məhkəmə tərəfindən apellyasiya şikayətində qeyd edilən dəlillərə münasibətdə işin daha obyektiv araşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinə, Naxçıvan Muxtar Respublikası Gigiyena və X6 rayon şöbəsinə, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq sorğular göndərilməsi və müvafiq cavabların alınması təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 oktyabr 23/1328 nömrəli cavab məktubunda Babək ra yon Naxışnərgiz kənd sakini İddiaçı həyətyanı sahəsinə 11 oktyabr 2023-cü il tarixdə keçirilən baxış zamanı ona məxsus yaşayış evindən 7.60 m məsafədə 198 kvm sahədə yerləşən tövlənin Babək rayon Naxışnərgiz bələdiyyəsinin 04 oktyabr 2023-cü il tarixli 20 nömrəli arayışına əsasən bələdiyyə mülkiyyətində yerləşdiyi, tövləyə keçirilən baxış zamanı iki baş iribuynuzlu və altı baş xırdabuynuzlu mal-qaranın saxlanıldığı, tövlənin ətrafında yaş və quru halda üzvi tullantıların atılmadığı, ətraf mühitə və insan sağlamlığına hər hansı zərərli təsirin olmadığının müşahidə olunduğu qeyd edilmişdir. Babək rayon Gigiyena və Epidemiologiya şöbəsinin 05 oktyabr 2023-cü il tarixli 41/d nömrəli məktubunda əraziyə baxış zamanı həmin tövlədə 200 baş xırdabuynuzlu heyvan saxlanılması deyilməsinə baxmayaraq h eyvan izləri aşkar edilmədiyi, əraziyə baxış zamanı tövlədən kənar yol ərazisində və ətraf hissədə heyvanların quru və ya yaş halda olan bioloji tullantılarına rast gəlinmədiyi, tövlə və ətrafının təmizləndiyinin hiss olunduğu, baxış zamanı tövlədə heyvan saxlanılmadığı, əgər həmin tövlədə heyvan saxlanılarsa ətraf qonşular, ümumi yol məktəbə yaxın olduğu üçün yol verilməzliyi, əgər heyvanlarda hər hansı bir zoonoz xəstəlik olarsa əhali və məktəblilər üçün təhlükə mənbəyi ola biləcəyi qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyəti 09 oktyabr 2023-cü il tarixli 522/2-1001/2023-cü il tarixli məktubunda Babək rayon Gigiyena və Epidemiologiya şöbəsinin 05 oktyabr 2023-cü il tarixli 41/d nömrəli məktubuna istinad edərək eyni məzmunu qeyd etməklə yanaşı, Babək Rayon İ cra Hakimiyyəti başçısının Naxışnərgiz kənd inzibati Ərazi dairəsi üzrə nümayəndəsinin 02 oktyabr 2023-cü il tarixli 262 nömrəli məktubuna əsasən İddiaçı mülkiyyətinə bitişik olan tövlə haqqında nümayəndəliyə 01 yanvar 2023-cü il tarixdən 02 oktyabr 2023-cü il tarixədək heç bir şifahi və yazılı şikayətin daxil olmamasını bildirmişdir. Kollegiya, Babək rayon Gigiyena və Epidemiologiya şöbəsinin 05 oktyabr 2023-cü il tarixli 41/d nömrəli məktubunda qeyd olunanlara münasibətdə qeyd etməyi zəruri hesabedir ki, 31 oktyabr 2023-cü il tarixdə mübahisə obyekti olan torpaq sahəsinə və üzərində inşa olunmuş tövlə binasına mütəxəssisin iştirakı ilə yerində baxış keçirilmişdir. Yerində baxışın nəricəsində mütəxəssis tərəfindən verilmiş rəyə əsasən müəyyən olunur ki, Babək rayonu Naxışnərgiz kəndində yerləşən, İddiaçı mülkiyyətində və istifadəsində olan torpaq sahəsində ölçmə-dəqiqiləşdirmə işləri aparılmış, ölçmə-dəqiqləşdirmə zamanı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 02 fevral 2014-cü il tarixli, 2-1(122) nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 2754 m2 torpaq sahəsinə bitişik, bələdiyyə mülkiyyətinə aid 235 m2 torpaq sahəsində İddiaçı istifadəsində olan yardımçı tikililər olduğu müəyyən edilmişdir. Həmin ərazinin 179 m2 hissəsində tövlə, 25 m2 hissəsində yardımçı tikili, 31 m2 hisssəsinin boş ərazi olduğu aşkar edilmişdir. Torpaq islahatı aparılan zaman həmin ərazi bələdiyyə mülkiyəti kimi uçota alınmışdır. Yerində baxış zamanı aparılan müşahidələrlə həmçinin müəyyən olunmuşdur ki, dolanışığını aqrar sahədən, əsasən heyvandarlıqdan təmin edən ərazi olaraq həmin ə trafda, hətta mübahisə obyekti olan tövlə ilə eyni sırada, hər kəsin, hətta bitişik qonşuların yola yaxın ərazidə və çıxışı yola olan tövlələri mövcuddur. Eyni zamanda həmin tövlələrdən bəziləri isə məktəb binasına İddiaçı mülkiyyətinə bitişik olan tövlə binasından daha yaxın ərazidə yerləşir və hər hansı bir xəstəliyin baş verəcəyi halda məktəb üçün daha yaxın təhlükə törədə biləcəyi aşkardır. Bu nöqteyi nəzərdən Babək rayon Gigiyena və Epidemiologiya şöbəsinin 05 oktyabr 2023cü il tarixli 41/d nömrəli məktubunda qeyd olunanlar, yəni məhz həmin tövlədə heyvan saxlanılması ətraf qonşular, ümumi yol məktəbə yaxın olduğu üçün yol verilməzliyi, əgər heyvanlarda hər hansı bir zoonoz xəstəlik olarsa əhali və məktəblilər üçün təhlükə mənbəyi ola biləcəyinin qeyd edilməsi tam olaraq başa düşülən deyildir. Kollegiya eyni zamanda cavabdehin nümayəndəsinin apelyasıya şikayətində qeyd etdiyi bələdiyyənin qanunvericiliyinin tələbinə əsasən diskresion səlahiyyətə malik olması dəlilinə münasibətdə qeyd edilməlidir ki, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məsqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Bu halda aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, cavabdeh iddiaçının müraciətinə bələdiyyə üzvlərinin iştirakı ilə müzakirə aparmadan, inzibati icraat aparmadan rədd cavabı verməklə özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdirmi? “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinə görə inzibati orqa n diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsində də təsbit edilmişdir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hə dlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından kollegiya hesab edir ki, işin faktiki halları nəzərə alındığında hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilməmişdir. Belə ki, iş materialları ilə, iddiaçı və cavabdehin nümayəndəsinin həm birinci instansiya məhkəməsi, həm dı apellyasiya baxışı zamanı verdikləri izahatları ilə müəyyən olunur ki, mövcud mübahisənin yaranmasının səbəbi, iddiaçının öz torpaq ərazisindən bələdiyyə sədrinin qardaşına avtomobil yolunun verməməsi ilə əlaqədar baş vermiş məhkəmə çəkişmələri ilə əlaqədar olmuşdur. Yən i, vəzifə səlahiyyətlərindən şəxsi məqsədlər üçün sui-istifadə halları ilə əlaqədardır. Tərəflər arasında çoxlu sayda məhkəmə çəkişməsi olması bu halın publik maraqlar çərçivəsindən çıxaraq şəxsi mənafeylərin toqquşmasının təzahürü olması açıq şəkildə sübut olunur. Bu halın mövcudluğu bələdiyyə sədinə münasibətdə “İnzibati icraat haqqında” Qanunun 42-ci maddəsinə uyğun davranılmalı olmasını tələb edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 42-ci maddəsinin tələbinə görə İnzibati orqanın mənafeyini təmsil edən vəzifəli şəxsi: həmin işin nəticəsində şəxsən maraqlı olduqda,.... onun obyektivliyinə və ya qərəzsizliyinə şübhə doğuran yetərli başqa əsaslar olduqda inzibati icraatda iştirak edə bilməz və bu əsaslar mövcud olduqda vəzifəli şəxs özü-özünə etiraz etməyə borcludur. Kollegiya b ununla yanaşı qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətində cavabdeh inzibati orqanın nümayəndəsi tərəfindən, ayrı-ayrı keçmiş vəzifəli şəxslərin barəsində qeyd edilənlər və eyni zamanda işin Azərbaycan torpaqlarının işğal faktı ilə müqayisə olunması etik olmamaqla yanaşı müzakirə olunaraq qiymətləndirilə bilməsi də mümkün hesab oluna bilməz. Kollegiya şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə uyğun olaraq bələdiyyə torpaqlarının idarə edilm əsinin əsas prinsiplərindən biri də torpaqların xüsusi mülkiyyətə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsidir. Bu nəticəyə gələrkən kollegiya onu da nəzərə alır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox Qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli Qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli Qərarı, “X27rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli Qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası İPM-in 87.6-cı mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, cavabdeh Babək rayon Naxışnərgiz Bələdiyyəsinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-1(122)-3/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l d ı: İddiaçı cavabdeh Babək rayon Naxışnərgiz Bələdiyyəsinə qarşı “Babək rayonun un Naxışnərgiz kəndində yerləşən, mülkiyyətində olan yaşayış evinə bitişik tövlənin yerləşdiyi 198 kvadrat metr ərazinin 15 (on beş) il müddətinə onun icarəsinə verilməsi öhdəliyinin cavabdeh Babək rayon Naxışnərgiz Bələdiyyəsinin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-1(122)-3/2023 nömrəli qərarından cavabdeh Babək rayon Naxışnərgiz Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-1(122)3/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respu blikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar