Məhkəmə qərarları › İş №2-1(108)-4/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-4/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-4/2022 03.03.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Məmmədov Fəxrəddin Rüstəm oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “18 dekabr 2020-ci il tarixli ərizəsinə cavab verilməsi və mülkiyyət hüququ ilə ona məxsus olan keçmiş Naxçıvan şəhəri 51 saylı MSD-nin inzibati binasında, indiki hesablama palatasının arxasında yerləşən daşınmaz əmlakın mövcud bazar qiymətinə uyğun olaraq dəyərinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxt ar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(122)-42/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ ilə ona məxsus olan keçmiş Naxçıvan şəhəri 51 saylı MSD-nin inzibati binasında, indiki hesablama palatasının arxasında yerləşən daşınmaz əmlakın mövcud bazar qiymətinə uyğun olaraq dəyərinin ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə 01 mart 2021-ci il tarixli ərizə təqdim edərək məhkəmədən ilkin olaraq mülkiyyət hüququ ilə ona məxsus olan keçmiş Naxçıvan şəhəri 51 saylı MSD-nin inzibati binasında, indiki hesablama palatasının arxasında yerləşən daşınmaz əmlakın mövcud bazar qiymətinə uyğun olaraq dəyərinin ona ödənilməsi öhdəliyinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdiyini, iddia tələbini dəqiqləşdirərək hazırki tələbinin “18 dekabr 2020-ci il tarixli ərizəsinə cavab verilməsi və mülkiyyət hüququ ilə ona məxsus olan keçmiş Naxçıvan şəhəri 51 saylı MSDnin inzibati binasında, indiki hesablama palatasının arxasında yerləşən daşınmaz əmlakın mövcud bazar qiymətinə uyğun olaraq dəyərinin ona ödənilməsi öhdəliyinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması” olduğunu bildirmişdir. İddiaçı məhkəmədən həmin tələb üzrə işin davam etdirilməsini xahiş e tmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 21(122)-42/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “18 dekabr 2020-ci il tarixli ərizəsinə cavab verilməsi və mülkiyyət hüququ ilə ona məxsus olan keçmiş Naxçıvan şəhəri 51 saylı MSD-nin inzibati binasında, indiki hesablama palatasının arxasında yerləşən daşınmaz əmlakın mövcud bazar qiymətinə uyğun olaraq dəyərinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamış, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmışdır. Məhkəmənin qərardadından narazı qalan İddiaçı 02 dekabr 2021-ci il tarixdə şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Nax çıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 21(122)-42/2021 nömrəli qərardadının ləğv olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı şikayətini onunla əsasladırmışdır ki, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə olan qənaət əsassızdır. Belə ki, Naxçıvan şəhərində həmin tikililərin sökülməsi Naxçıvan şəhər İcra Hakimiyyəti və onun struktur bölmələri tərəfindən aparılmışdır. Çünki məhkəmənin qərarı və İcra Hakimiyyətinin razılığı olmadan tikilinin sökülməsi aparıla bilməzdi. Sökülmə ilə bağlı ona rəsmi bildiriş verilməmiş, xəbərdarlıq olunmamışdır. Məhkəmə iddiaya cavab verməli olan şəxsin müəyyən olunmasını, mübahisənin faktiki və hüquqi hallarını onunla müzakirə etməsini qərardadda qeyd etsə də, bununla əlaqədar on a zəruri hüquqi yardım göstərməmişdir. Məhkəmə tövsiyə xarakteri daşıyan Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli Qərarının müvafiq bəndlərinə istinad etmişdir ki, həmin Qərar maddi hüquq norması deyildir. Şifahi məhkəmə baxışı iclasındakı izahatında İddiaçı şikayətini müdafiə edərək şikayətin təmin olunmaqla Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(122)-42/2021 nömrəli qərardadının ləğv olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasındakı izahatında Naxçıvan şəhər İcra Hakimiyyətinin nümayəndəsi X4 şikayəti qəbul etməyərək şikayətin təmin olunmamaqla Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 202 1-ci il tarixli, 2-1(122)-42/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına v ə məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, inzibati məhkəmə icraatında tərəflərin izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlmişdir: Şikayətdə qeyd olunan Naxçıvan şəhərində həmin tikililərin sökülməsinin Naxçıvan şəhər İcra Hakimiyyəti və onun struktur bölmələri tərəfindən aparılması, çünki məhkəmənin qərarı və İcra Haki miyyətinin razılığı olmadan tikilinin sökülməsinin aparıla bilməməsi, sökülmə ilə bağlı ona rəsmi bildiriş verilməməsi, xəbərdarlıq olunmaması, məhkəmə iddiaya cavab verməli olan şəxsin müəyyən olunmasını, mübahisənin faktiki və hüquqi hallarını onunla müzakirə etməsini qərardadda qeyd etsə də, bununla əlaqədar ona zəruri hüquqi yardım göstərməməsi dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 1.4-cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun ol ub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndinə uyğun olaraq İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında id dialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki inzibati işdə İddiaçı iddia ərizəsində cavabdeh qismində Naxçıvan Şəhər İcra Hakimiyyətini göstərsə də bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin birinci instansiya məhkəməsində 22 noyabr 2021-ci il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasındakı izahatında tikiş sexinin Naxçıvan Şəhər Tikinti İdarəsi tərəfindən söküldüyünü, söküntü işlərinin aparılması ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir qərar və ya sərəncam verilmədiyini qeyd etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi də həmin şifahi məhkəmə baxışı iclasındakı izahatında Naxçıvan Şəhər İcra Hakimiyyəti söküntünün aparılması ilə bağlı hər hansı sərəncam və ya qərar qəbul etmədiyini qeyd etmişdir. İddiaçı şikayətində məhkəmə tərəfindən ona zəruri hüquqi yardım göstərilmədiyini qeyd etsə də iş materiallarında olan 22 noyabr 2021-ci il tarixli şifahi məhkəmə baxı şı iclasının protokolundan məlum olur ki, sədrlik edən tərəfindən İddiaçı cavabdehin düzgün müəyyən edilmədiyi, iddianın ona cavab verməli olan təşkilata qarşı irəli sürülmədiyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının hansı formada pozulmasının müəyyən edilmədiyi izah olunmuşdur. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəs b edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hər hansı dövlət orqanına, təşkilatına qarşı iddia vermək iddiaçının hüququdur və iddiaçı nəyə əsasən həmin orqanı cavabdeh qismində göstərdiyini əsaslandırmalıdır. Məhkəmə iddiaçının əvəzinə iddia tələbinə cavab verməli olan orqanı müəyyən edə bilməz. Əks halda bu, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15-ci maddəsində nəzərdə tutulmuş çəkişmə prinsipinin pozulmasına gətirib çıxara bilər. Şikayətdə qeyd olunan iddiaçının obyektinin sökülməsi ilə bağlı qeyd olunan dəlillərə münasibətdə kollegiya qeyd edir ki, mümkün hesab edilməyən iddiaların əsaslılığının yoxlanılması qanunvericiliklə yolverilməzdir. İddiaçı tərəfindən qeyd edilən bu dəlillər iddianın əsaslılığı ilə əlaqədar olduğundan hazırki baxışın predmetinə daxil deyil və buna görə də müzakirə olunaraq qiymətləndirilməsi kollegiyanın səlahiyyətləri xaricindədir. Şikayətdə qeyd olunan məhkəmənin tövsiyə xarakteri daşıyan Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli Qərarının müvafiq bəndlərinə istinad etməsi, həmin Qərarın maddi hüquq norması olmaması dəlillərinə münasibətdə qeyd edir ki, həmin Qərar Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanına əsasən məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan Qərarı iddianın mümkünlüyü ilə bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuşu maddi hüquq normalarının tətbiqinin qaydasını müəyyən edir. Kollegiya şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “18 dekabr 2020-ci il tarixli ərizəsinə cavab verilməsi və mülkiyyət hüququ ilə ona məxsus olan keçmiş Naxçıvan şəhəri 51 saylı MSDnin inzi bati binasında, indiki hesablama palatasının arxasında yerləşən daşınmaz əmlakın mövcud bazar qiymətinə uyğun olaraq dəyərinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(122)-42/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(122)-42/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq kollegiya qərar verdi: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “18 dekabr 2020-ci il tarixli ərizəsinə cavab verilməsi və mülkiyyət hüququ ilə ona məxsus olan keçmiş Naxçıvan şəhəri 51 saylı MSD-nin inzibati binasında, indiki hesablama palatasının arxasında yerləşən daşınmaz əmlakın mövcud bazar qiymətinə uyğun olaraq dəyərinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(122)-42/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(122)-42/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən, 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kol

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar