Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-4/2023 17.01.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh Babək Rayon Şıxmahmud Bələdiyyəsinin sədri X2 iştirakları ilə, İddiaçı cavabdeh Babək Rayon Şıxmahmud Bələdiyyəsinə qarşı “ona Babək rayonu, Şıxmahmud kəndində yerləşən 1,83 hektar torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bələdiyyə qərarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(122)-154/2022 nömrəli qərarından İddiaçı tərəfində n verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 21(122)-154/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Babək Rayon Şıxmahmud Bələdiyyəsinə qarşı “ona Babək rayonu, Şıxmahmud kəndində yerləşən 1,83 hektar torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bələdiyyə qərarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının rədd edilməsi qərara alınmışdır. Məhkəmənin həmin qərarı ilə razılaşmayan İddiaçı 25 noyabr 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirdiyi torpaq sahəsini 1990-cı ildə icarəyə götür məklə həmin sahəni yararlı hala salmış, torpaq sahəsinin yararlı hala salınmasına kifayət qədər pul vəsaiti xərcləmiş, həmin torpaq sahəsini 2020-ci ilə qədər illik icarə müqavilələri əsasında əkib-becərmişdir. Həmin illərə dair icarə müqavilələrini məhkəməyə təqdim etmiş, həmin torpaq sahəsinin başqa bir şəxsə verilməsi ilə bağlı bələdiyyə qərarı əvvəl qaldırdığı iddia əsasında məhkəmə baxışının gedişi zamanı bələdiyyənin özü tərəfindən ləğv edilmişdir. İcarə müqaviləsinin müddəti bitən zaman birinci növbədə həmin müqavilənin bağlanması iddiaçıya təklif olunmalı olduğu halda bu edilməmişdir. Məhkəmə iddia tələbinin rədd olunmasını onunla əsaslandırmışdır ki, inzibati orqanın hərəkətləri qanunidir. Həmçinin o da qeyd edilmişdir ki, iddiaçı Babək rayonu Şıxmahmud kənd sakini olmadığından bə lədiyyə tələbinin icrasından imtina etmişdir. Şıxmahmud bələdiyyəsinin sədri izahatında qeyd edir ki, həmin sahədə bağ salınmışdır və torpaq sahəsi heç kimin istifadəsinə verilməmişdir. Həmin bağa qərarı bələdiyyə tərəfindən ləğv edilmiş, bağı salan şəxs.qulluq edir. Mübahisələndirdiyi sahədə tinginin salınması ilə əlaqədar zamanında Babək rayon İcra Hakimiyyətinə və Şıxmahmud bələdiyyəsinə müraciət etməsinə baxmayaraq ting əkininin qarşısı alınmamışdır. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi iddia tələbini rədd edən zaman onu da qeyd etmişdir ki, qanunvericiliyə əsasən bələdiyyələr diskression səlahiyyətlərə malik olduqlarından onun torpaq sahəsinin icarəyə verilməsi məqsədəuyğun olmadığı təqdirdə həmin torpaq sahəsinin icarəyə verilməsindən imtina etmək hüququ vardır. Torpa q sahəsinin icarəyə verilməsinin məqsədəuyğun olmadığını bələdiyyə əsaslandıra bilməmiş və məhkəmə baxışında qeyd etmişdir ki, torpaq sahəsi mənimdir, kimə icarəyə verməyimi özüm bilərəm. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə,"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Qeyd olunanlara əsasən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2-1(122)154/2022 nömrəli qərarının ləğv olunması və Babək rayonu Şıxmahmud kəndində yerləşən 1,83 hektar torpaq sahəsinin ica rəyə verilməsi ilə bağlı bələdiyyə qərarının verilməsi öhdəliyinin cavabdeh Babək rayonu Şıxmahmud Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş edir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2-1(122)154/2022 nömrəli qərarının ləğv olunması və Babək rayonu Şıxmahmud kəndində yerləşən 1.83 hektar torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bələdiyyə qərarının verilməsi öhdəliyinin cavabdeh Babək rayonu Şıxmahmud Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2-1(122)154/2022 nömrəli qərarının ləğv olunması və Babək Rayonu Şıxmahmud kəndində yerləşən 1,83 hektar torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bələdiyyə qərarının verilməsi öhdəliyinin cavabdeh Babək rayonu Şıxmahmud Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Cavabdeh təşkilat Babək rayonu Şıxmahmud Bələdiyyəsinin sədri X5 məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətinə qarşı izahat verərək İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2-1(122)15 4/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya insta nsiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlmişdir. Kollegiya inzibati mübahisəyə dair iş materiallarını araşdırıb apellyasiya şikayətinin təmin edilməklə iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında İddiaçı, şikayətin təmin edilməməklə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahişinə dair cavabdeh təşkilat Babək rayonu Şıxmahmud Bələdiyyəsinin sədri X2 izahat və çıxışlarını dinləyib iş üzrə toplanmış sübutları qiymətləndirib şikayətin dəlillərinə məcmu halda qiymət verərək belə hesab edir ki, şikayət əsassız olduğunda n təmin edilməməlidir. Belə ki, inzibati mübahisəyə dair iş materiallarından aydın olur ki, iddiaçı Naxçıvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 121/38 ünvanında yaşayan İddiaçı cavabdeh Babək rayonu Şıxmahmud Bələdiyyəsinin mülkiyyətində olan 1,83 hektar torpaq sahəsindən uzun müddət heç bir əsas olmadan istifadə etmiş, 2020-ci ildə şifahi olaraq həmin torpaq sahəsinin ona icarəyə verilməsi üçün müraciət etsə də icarə haqqına görə müqavilə bağlamaqdan imtina edərək həmin torpağın onun tərəfindən yararlı hala gətirilməsin bildirmişdir. Həmin vaxt iddiaçının Şıxmahmud Bələdiyyəsinə mülkiyyətində olan 1,83 hektar torpaq sahəsinin icarəyə götürülməsi üçün heç bir yazılı müraciəti olmamışdır. Həmin 1,83 hektar əkin sahəsi 11 aylığa X3 icarəyə verilmiş, həmin icarə müqaviləsi də sonradan ləğv edilmiş dir. Babək rayon Şıxmahmud Bələdiyyəsi tərəfindən Naxçıvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 121/38 ünvanında yaşayan İddiaçı ünvanlanan 17 noyabr 2021-ci il tarixli, 40 nömrəli məktubdan görünür ki, uzun müddət istifadə etdiyi 1,83 hektar torpaq sahəsinə dair Şıxmahmud Bələdiyyə idarəsində istifadə üçün bağlanmış heç bir müqavilə sənədi aşkar olunmamışdır. Babək Rayon Şıxmahmud Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanan 04 may 2022-ci il tarixli, 15 nömrəli məktubdan görünür ki, icarəyə götürmək üçün müraciət edilmiş 1,83 torpaq sahəsində meyvə ağacları əkildiyindən həmin sahəni 11 (on bir) aylığa icarəyə vermək qanuna müvafiq deyil. 1,83 ha torpaq sahəsi bələdiyyənin qərarı əsasında bələdiyyə mülkiyyətində saxlanılmışdır. İnzibati işə apellyasiya qaydasında baxılarkən cavabdeh Babək Rayon Şıx mahmud Bələdiyyəsi tərəfindən İddiaçı onun qanunsuz olaraq zəbt edib istifadə etdiyi, müxtəlif tikintilər apardığı 02 hektardan artıq torpaq sahəsinin 15 illik müddətə icarəyə verilməsi barədə müqavilə bağlanması təklif olunduqda iddiaçı bildirmişdir ki, həmin torpaq sahəsi barədə müqavilə bağlamağa onun ehtiyacı yoxdur, həmin torpağı onsuz da ondan heç kim ala bilməz. O, həmin tikintiləri apardığı torpaq sahəsinin yaxınlığında yerləşən 1,83 hektar torpaq sahəsi ilə bağlı icarə müqaviləsi bağlamaq istəyir. Halbuki, bələdiyyələ inzibati orqan kimi mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsi məqsədəuyğun hesab etmədikdə həmin torpaq sahəsinin icarəyə verilməsindən imtina etmək kimi diskression səlahiyyətləri vardır. Şıxmahmud Bələdiyyəsi isə hazırda həmin torpaq sahəsinin kənd sa kinlərinin ehtiyacı üçün saxlanılmasını zəruri hesab edir. Bələdiyyə mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olduğundan həmin torpaq sahəsinin hüquqi taleyi ilə bağlı sərəncam vermək hüququ da bələdiyyəyə məxsusdur. Bələdiyyənin bu hüququnun məhdudlaşdırılmasına yönəlmiş hər hansı hərəkət və ya hərəkətsizlik mülkiyyət hüququnun pozulması faktı kimi qiymətləndirilir. İddiaçı X6 ilə Babək Rayon Şıxmahmud Bələdiyyəsi arasında müqavilə bağlanılmaqla 1,83 hektar torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi üçün tərəflərin hər ikisinin iradə ifadəsini bildirməsi zəruri olduğu halda sonuncunun buna razılığı olmamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Həmin Qanunun 11.10-cu maddəsində qeyd edilir ki, torpağın icarəsinə dair müqavilənin qüvvədə olduğu müddət qurtardıqdan sonra icarəçinin həmin müqaviləni təzələmək üçün üstünlük hüququ vardır. İddia edilən torpaq sahəsinin icarə hüququ ilə əldə edilməsi ilə bağlı bələd iyyə tərəfindən qərar qəbul edilməmiş və icarə müqaviləsi bağlanılmamışdır. İnzibati işin materiallarından və tərəflərin kollegiyada verdikləri izahatlardan aydın olur ki, iddiaçı əvvəldən istifadə etdiyi tikintilərin aparıldığı 2 hektar torpaq sahəsi ilə bağlı bələdiyyə tərəfindən təklif edilməsinə baxmayaraq icarə müqaviləsi bağlamağı arzu etmir, həmin sahənin yanında olan 1,83 hektar torpaq sahəsi ilə bağlı icarə müqaviləsi bağlanmasını tələb edir ki, bu da Qanunda göstərilən tələblərə əsasən mümkün deyil. Həmin Qanunun 11.14-cü maddəsinə əsasən icarəyə verilən bələdiyyə torpaqlarının ölçüsü inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin əsas məşğuliyyəti, torpaq ehtiyatının miqdarı nəzərə alınmaqla müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Qe yd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı iddia tələbi tam və hərtərəfli araşdırılmış, son nəticədə düzgün qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29, 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1,153, 156, 241.2, 706.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.2, 4.0.1, 4.0.2, 4.0.9, 4.0.11, 4.0.12, 5.1, 6.1, 6.9, 11.3 və 11.9-cu maddələrinə istinad etmişdir. Ümumiyyətlə kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında şikayətdə göstərilmiş dəlilləri hərtərəfli öyrənərək şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmi ş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsində iddianı rədd edərkən mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya qeyd olunan qərarı qəbul edərkən yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlara əsaslanmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahiz ələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. İnzibati mübahisəyə dair işə kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilmədiyindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 21(122)154/202 2 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(122)154/2022 nömrəli qərarından verdiyi apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 21(122)154/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-4/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-4/2023
17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver