Məhkəmə qərarları › İş №2-1(108)-4/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-4/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-4/2024 25.01.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, cavabdeh Naxçıvan Bələdiyyəsinin nümayəndəsi X6 və cavabdeh Naxçıvan Bələdiyyəsinin vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh Naxçıvan Bələdiyyəsinə qarşı "cavabdehin 31 iyul 2017-ci il tarixli, 44/01 nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, e-2-1(122)-683/2023 nömrəli qərardadından İddiaçı vəkili-nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyy ənetdi: İddiaçı cavabdeh Naxçıvan Bələdiyyəsinə qarşı 23 iyun 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan Bələdiyyəsinin 31 iyul 2017-ci il tarixli, 44/01 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, e-21(122)-683/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Bələdiyyəsinə qarşı "cavabdehin 31 iyul 2017-ci il tarixli, 44/01 nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin qərardadından narazı qalan İddiaçı vəkili-nümayəndəsi Vəkil1 vasitəsilə 21 noyabr 2023-cü il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Mə hkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, e-2-1(122)683/2023 nömrəli qərardadının ləğv edilməsini və İddiaçı cavabdeh Naxçıvan Bələdiyyəsinə qarşı "cavabdehin 31 iyul 2017-ci il tarixli, 44/01 nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair iddiasının mümkün sayılaraq icraata götürülməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil1 şikayəti onunla əsaslandırmışdır ki, “iddiaçı Əhmədov X10 Bələdiyyəsinə ərizə ilə müraciət edərək şəhərin K.Talıblı küçəsində fərdi mənzil tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Naxçıvan şəhər Torpaq və Xəritəçəkmə şöbəsinin 24 iyul 2014-cü il tarixli, № 53/02 saylı qərarı ilə iddiaçıya Naxçıvan şəhəri, K.Talıblı küçəsində yerləşən 1860 kv.metr torpaq sahəsi fərdi mənzil tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 №-li fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 may tarixli 89 №-li Qərarı ilə təsdiq edilmiş “Torpaqların normativ qiymətləri haqqında” Əsasnaməyə uyğun olaraq Torpaq Məcəlləsinin 59-cu maddəsinin 1-ci bəndinə, “X4 Edilməsi haqqında” Qanunun 7-ci maddəsinin 7.3 və 7.3.1 yarımbəndinə əsasən 2050 manat dəyərində qiymətləndirdiyi üçün müəyyən olunmuş məbləğ iddiaçı tərəfindən Naxçıvan Bələdiyyəsinin “Kapital” Bankdakı hesabına həmin gün 10 №-li qəbzlə ödənildiyindən sözügedən torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. “İnzibati icraat haqqın da” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanların qanunun tələblərinə riayət etməyə borclu olduğunu, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bildiyini qeyd etmişdir. 2017-ci il tarixdə Naxçıvan MR Ali Məclisinin birinci müavini Azər Zeynalov vəzifə səlahiyyətlərindən istifadə edərək qeyri-qanuni olaraq həmin yeri zorla iddiaçının əlindən alaraq həmin yerdən uzaqlaşdırılmışdır. O, bu illər ərzində əmlakının zorla əlindən alındığını düşünmüş, bu səbəblə də müvafiq dövlət orqanlarına şikayətlər ünvanlamışdır. X14 hədəqorxusu səbəbi ilə şikayətlərə baxılmamış, o, əmlakından qanunsuz olaraq məhrum edilmişdir. X13 Respublikasında məlum hadisələr baş verdikdən sonra ona Azər Zeynalovun öz səlahiyyətlərindən istifadə etm əklə onun mülkiyyətində olan yeri öz oğlunun adına rəsmiləşdirdiyi və çıxarış aldığı məlum olmuşdur. Bələdiyyəyə rəsmi müraciət etdikdən sonra 06 iyun 2023-cü il tarixli məktub təqdim edilmiş və Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri Naxçıvan Bələdiyyəsinin 31 iyul 2017-ci il tarixli, 44/01 nömrəli qərarının qəbul edildiyi iddiaçıya məlum olmuşdur. Bundan dərhal sonra iddiaçı tərəfindən inzibati prosessual qanunvericiliklə nəzərə tutulmuş müddət ötürülmədən məhkəməyə müraciət edilmişdir. X15 Respublikasının İnzibati Məhkəməsi tərəfindən qeyd olunan hallar və faktlar araşdırılmadan iddianın mümkün sayılmaması qərara alınmışdır. Yəni iddiaçının məhkəməyə müraciət etməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin başlanğıcı 06 iyun 2023-cü il tarixi təşkil edir.”. Məhkəm ə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı heç bir üzrlü səbəb göstərmədən şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iş üzrə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili- nümayəndəsi Vəkil1 şikayəti müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahat verərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, e-2-1(122)-683/2023 nömrəli qərardadının ləğv edilməsi və idda tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Bələdiyyəsinin nümayəndəsi X8 izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, e-2-1(122)-683/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Bələdiyyəsinin vəkili Vəkil2 izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, e-2-1(122)-683/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Həmçinin Azərbaycan Resp ublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Apellyasiya şikayəti üzrə işə yenidən baxılmasının hədlərini nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həc mdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyərək, Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məh kəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Hazırki iş üzrə iddia tələbinin məzmunundan aydın olur ki, iddiaçının əsas hüquqi marağı İddiaçı verilmiş, Naxçıvan şəhəri K.Talıblı küçəsində yerləşən 1860 kv.metr torpaq sahəsinin təkrarən bələdiyyənin mülkiyyətinə qaytarılması barədə Naxçıvan Bələdiyyəsinə 31 iyul 2017-ci il tarixli, 44/01 nömrəli qərarının ləğv olunmasıdır. Kollegiya iddiaçının iddia tələbinə münasibətdə qeyd edir ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. İş materiallarında o lan sənədlər araşdırılarkən müəyyən olunur ki, Naxçıvan Şəhər Bələdiyyəsinin 24 iyul 2014-cü il tarixli, 53/02 nömrəli Qərarı ilə Naxçıvan şəhəri K.Talıblı küçəsində yerləşən 1860 kv.metr torpaq sahəsi 2050 manat qiymətləndirilmiş və dəyəri ödənildiyindən İddiaçı mülkiyyətinə verilməsi barədə qərar qəbul edilmişdir. Naxçıvan Bələdiyyəsinin 24 iyul 2014-cü il tarixli, 53/02 nömrəli Qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş, Naxçıvan şəhəri K.Talıblı küçəsində yerləşən 1860 kv.metr torpaq sahəsi, Naxçıvan Bələdiyyəsinin 31 iyul 2017-ci il tarixli, 44/01 nömrəli Qərarı ilə təkrarən bələdiyyənin mülkiyyətinə qaytarılmışdr. Eyni zamanda iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 10 avqust 2023-cü il tarixli, 04/503 nömrəli məkt ubu ilə Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına K.Talıblı küçəsində yerləşən torpaq sahəsinin qeydiyyata alınmadığı müəyyən edilir. İş materiallarına əlavə edilmiş, Naxçıvan Bələdiyyəsinin 04 aprel 2019-cu il tarixli, 11/02 nömrəli Qərarının surətindən müəyyən olunur ki, Naxçıvan şəhəri K.Talıblı küçəsində yerləşən 1000 kv.metr torpaq sahəsi, fərdi mənzil tikintisi üçün X5 mülkiyyətinə verilmişdir. Həmçinin, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 10 oktyabr 2023-cü il tarixli, 04/803 nömrəli məktubu ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 1000 kv.metr torpaq sahəsi Naxçıvan Bələdiyyəsinin 04 aprel 2019-cu il tarixli, 11/02 nömrəli Qərarı əsasında 05 aprel 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydiyyata alınmışdır. Kollegiyanın 19 dekabr 2023-cü il tarixli 2-1(108)-68/2023 nömrəli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən göndərilmiş 29 dekabr 2023-cü il tarixli, 04/1100 nömrəli məktubunda da bu hal təsdiq edilməklə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına Naxçıvan şəhəri, Kazım Talıblı küçəsində torpaq sahəsi qeydiyyata alınmamışdır. Naxçıvan Bələdiyyəsinin 24 iyul 2014-cü il tarixli, 53/02 nömrəli qərarı ilə İddiaçı Naxçıvan şəhəri, Kazım Talıblı küçəsində 1860 m2 torpaq sahəsi verilmişdir. Naxçıvan Bələdiyyəsinin 31 iyul 2017-ci il tarixli, 44/01 nömrəli qərarı ilə 1860 m2 torpaq sahəsi bə lədiyyə mülkiyyətinə qaytarılmışdır. Qeyd olunan torpaq sahəsinin 1000 m2 hissəsi Naxçıvan Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 11/02 nömrəli qərarı əsasında xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X5, 661.88 m2 hissəsi isə Naxçıvan Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 11/01 nömrəli qərarı əsasında xx.xx.2019-cu il tarixdə X3 adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə Naxçıvan şəhər 2 saylı notariat ofisində qeydiyyata alınan 4Ə-430 nömrəli bağışlanma müqaviləsi əsasında Əsədulla Zeynalov torpaq sahəsini X7 bağışlamışdır. Eyni zamanda, kollegiyanın 19 dekabr 2023-cü il tarixli 2-1(108)-68/2023 nömrəli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən gön dərilmiş 30 dekabr 2023-cü il tarixli 3-13-43-6/2-20801/23 nömrəli məktubun məzmunundan aydın olur ki, Naxçıvan şəhəri K.Talıblı küçəsində yerləşən 1860 m2 torpaq sahəsi ilə bağlı X5 Naxçıvan ŞPİ-nə ünvanladığı ərizəsinə baxılmış və həmin ərizə əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Qeyd edilən məktubun məzmunundan, həmçinin iş materiallarında olan sənədlərdən qərar qəbul edildikdən sonra qısa müddət ərzində İddiaçı qəbul edilmiş qərardan tam məlumatlı olduğu da mübahisəsiz şəkildə müəyyən olunur. Kollegiya bu halda onu qeyd etməyi zəruri hesab edir ki, mübahisə obyekti olan torpaq sahəsinin X5 adına dövlət reyestirində qeydiyyata alınması iş matertialları ilə sübut olunan mübahisəsiz haldır. Azərbaycan Respublikası M ülki Məcəllənin 140-cı və eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-c i maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestr i haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Qərarında qeyd olunduğu kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9 -cu bəndinə uyğun olaraq İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın 6.1 və 6.2-ci bəndlərinə uyğun olaraq iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cü mlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Həmin Qərarın 7-ci bəndinə görə iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Kollegiya şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məh kəməsi iddianı mümkün saymamaqla haqlı olmuş və düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bununla yanaşı həmin Məcəllənin 24.4-cü maddəsində qeyd edilir ki, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər birinci instansiya məhkəməsinə təqdim edilmiş iddia ərizəsində qeyd edilənlərlə eyniyyət təşkil edir və ümumiyyətlə iddianın əsaslılığı ilə əlaqədar dəlillərdən ibarətdir. Buna görə də həmin dəlillərin hər birinin ayrılıqda müzakirə olunaraq qiymətləndirilməsi zərurəti mövcud deyil. Eyni zamanda o da qeyd edilməlidir ki, mümkün hesab edilməyən iddiaların əsaslılığının yoxlanılması qanunvericiliklə yolverilməzdir. İddiaçı tərəfindən qeyd edilən bu dəlillər iddianın əsaslılığı ilə əlaqədar olduğundan hazırki baxışın predmetinə daxil deyil və buna görə də müzakirə olunaraq qiymətləndirilməsi kollegiyanın səlahiyyətləri xaricindədir. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı vəkili-nü mayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, e-2-1(122)-683/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l d ı: İddiaçı cavabdeh Naxçıvan Bələdiyyəsinə qarşı "cavabdehin 31 iyul 2017-ci il tarixli, 44/01 nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, e-2-1(122)-683/2023 nömrəli qərardadından İddiaçı vəkili-nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 no yabr 2023-cü il tarixli, e-21(122)-683/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar