Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-4/2025 17.02.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X28 və X4 ibarət tərkibdə, X13 məhkəmə iclas katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı1 vəkili Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətin nümayəndəsi X5 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “2006-cı ildə X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN 083C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin qismən dəyişdirilməsi, onların istifadəsində olmuş yeganə yolun açılması üçün texniki səhvliklərin düzəldilməklə yolun ərazisinin qonşunun mülkiyyət şəhadətnaməsindən (JN 083C) və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan, hüquqların dövlət qeydiyyatı reyestrindən çıxarılmaqla ümumi istifadələrinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(122)-03/2024 nömrəli qərarından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək 2006-cı ildə X3 və onun ailə üzvlərinin mülk iyyətinə JN 83C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə verilərkən hüquqların dövlət qeydiyyatı aparılan zaman buraxılmış texniki səhvin düzəldilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(122)-3/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia tələbinə dair inzibati iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti əsl cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidm əti ilə əvəz edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2- 1(122)-16/2023 nömrəli qərardadı ilə iş üzrə inzibati məhkəmə icraatına X19, X14 və X23 üçüncü şəxs qismində cəlb edilmişlər (zəruri cəlbetmə). Naxçıvan MR İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2- 1(122)-16/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2-1(122)-16/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia tələblərinə baxılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişlər. Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2023-cü il t arixli, 2-1(108)-55/2023 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Naxçıvan MR İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2- 1(122)-16/2023 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş Naxçıvan MR İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi Naxçıvan MR İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli protokol qərardadı ilə təmin edilərək, iddiaçıların cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “2006-cı ildə X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN 083C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin qismən dəyişdirilməsi, onların istifadəsində olmuş yeganə yolun açılması üçün texniki səhvliklərin düzəldilməklə yolun ərazisinin qonşunun m ülkiyyət şəhadətnaməsindən (JN 083C) və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan, hüquqların dövlət qeydiyyatı reyestrindən çıxarılmaqla ümumi istifadələrinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi çərçivəsində icraata qəbul edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(122)-03/2024 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “2006-cı ildə X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN 083C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamənin qismən dəyişdirilməsi, onların istifadəsində olmuş yeganə yolun açılması üçün texniki səhvliklərin düzəldilm əklə yolun ərazisinin qonşunun mülkiyyət şəhadətnaməsindən (JN 083C) və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan, hüquqların dövlət qeydiyyatı reyestrindən çıxarılmaqla ümumi istifadələrinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiaları təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(122)-03/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişlər. İddiaçılar şikayətlərində göstərmişlər ki, 2021-2022-ci illərdə 83C nömr əli torpağın mülkiyyətçiləri sərhəddə mövcud olan çəpərlərin yerini dəyişərək yolun onların olduğunu iddia etmişlər. Bundan sonra mübahisəyə məhkəmə tərəfindən baxılması üçün sənəd yığılan zaman onlara məlum olmuşdur ki, yol kimi uzun illər istifadədə olan torpaq sahəsi qanunsuz olaraq Daşınmaz Əmlak Xidməti tərəfindən Teymur və onun ailəsinin adına işlənmişdir. Onlar məhkəməyə müraciət edənədək yoldan maneəsiz istifadə etmişlər və həmin torpaq sahəsinin üçüncü şəxslərin adına verilmiş şəhadətnaməyə yazılmasından məlumatsız olmuşlar. Bu barədə onlara nə Daşınmaz əmlak Xidməti tərəfindən nə də üçüncü şəxslər tərəfindən heç bir məlumat verilməmişdir. Bu səbəbdən də qanunsuz hərəkətlər nəticəsində verilmiş qərar tərəflərindən mübahisələndirilməmişdir. Bütün kənd əhli, elə Teymur və ailəsi də bilir ki, ora əzəldən yol olmuş və insanlar daimi oradan istifadə etmiş, yüklərini avtomobillə o yoldan daşımişlar. Hazırda həmin torpaq sahəsi boşdur, üzərində heç bir tikili və ya sökülməsi, kənarlaşdırılması çətinlik yaradan heç bir qurğu mövcud deyil, yalnız üçüncü şəxslər çəpərlərinin istiqamətini dəyişib, sözlü olaraq onlara maneəllər yaradırlar. Həmçinin bu yol sənəd üzərində də öz təsdiqini tapmış,hər kəs üçün açıq bir ərazidir. Hər bir halda qanunla yolun kiminsə mülkiyyətinə verilməsi qanunsuzdur. Hətta məhkəmə tərəfindən sübut kimi qəbul edilməz sayılan 14 may 2024-cü il tarixli Bist kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin, Bist kənd Bələdiyyə sədrinin və 9 nəfər kənd sakinin imzaları, icra nümayəndəsi və Bələdiyyənin möhürləri ilə təsdiq edilmiş aktda bir daha sübut olu nur ki, mübahisəli yol, avtomobil və gediş-gəliş yolu kimi hər bir zaman (aqrar islahatdan öncə və sonra da) istifadələrində olmuş və başqa gediş-gəliş yolları yoxdur. Mübahisəyə aydınlıq gətirmək üçün məhkəmə mübahisəli əraziyə baxış keçirməmiş, eləcə də, dəfələrlə məhkəməyə adları aktda göstərilən şəxslərin və digər şəxslərin şahid qismində dəvət olunaraq məhkəmədə dinlənilməsini xahiş etsələr də, məhkəmə bunlara heç bir münasibət bildirməmişdir. 29 aprel 2024-cü il mütəxəssis rəyi məhkəməyə göndərilməmişdən öncə, keçirilmiş məhkəmə prosesi bitən zaman hələ hakim məhkəmə iclas zalından çıxmamış, Daşınmaz əmlak nümayəndəsi Rəfael Məmmədov hakimin yanında, hakim eşidə-eşidə “görün rəyə necə müdaxilə edəcəm, görün rəydə nə dəyişikliklər edəcəm, adam məhkəməni uduzanda belə edər?” deyə söy ləmişdir. Hələ məhkəmə prosesi yekunlaşmamış, nümayəndə hardan bilirdi ki, biz məhkəməni uduzacayıq? Daşınmaz əmlakın nümayəndəsi X42 rəylərə tamam zidd olan 29 aprel 2024-cü il tarixində mütəxəssis rəyini hazırlayaraq məhkəməyə təqdim etmişdir. Məhkəmə də həmin mütəxəssis rəyinə söykənərək qanunsuz və ədalətsiz bir qərar qəbul etmişdir. Xidmətin verdiyi yeni sənədlə X3 və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi yolun onlara yazılması hesabına 3 ha-dan çox artmışdır. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti iddiaya dair birinci instansiya məhkəməsinə ünvanladığı 24 noyabr 2023-cü il tarixli, 04/675 nömrəli yazılı etirazını onunla əsaslandırmışdır ki, Xidmətin Ordubad Rayon İdarəsinin mütəxəssislərinin və Ordubad Rayon İc ra Hakimiyyəti başçısının Bist kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin iştirakı ilə naturada araşdırılmış və məlum olmuşdur ki, iddiaçıların iddia etdikləri torpaq sahəsi JN-83C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə qonşu torpaq mülkiyyətçisi X3 mülkiyyətinə verilmiş 1729,5 k.vm torpaq sahəsinin sərhədləri daxilində yerləşir. 16 sentyabr 2024-cü il tarixli məhkəmə baxış iclasında iştirak edən üçüncü şəxs X19 izahatında 1970-ci ildən kənddə yaşadığını, iddia edilən yolun onların həyəti olduğunu, əvvəldən yolun mövcud olmadığını, iddiaçıların həmin ərazidə yaşamadığını, həmin torpağı ermənilərdən özlərinin aldığını, 2006-cı ildə Aqrar İslahat Komissiyası tərəfindən dəqiqləşdirmə aparıldığı vaxt iddiaçıların orada yaşamadığını, iddiaçıların ata evinin Xurs kən dində olduğunu, daha sonra şəhərə köçdüklərini, bacı-qardaş olduqlarına görə torpağı qardaşına istifadə üçün verdiyini, pislik etmədiyini, onların həyətinə gedən yolun həm də tövləyə getdiyini, bütöv torpağın onların mülkiyyətində olduğunu, həyətini bölüb yol verə bilməyəcəyini, ermənidən evi və torpağı özlərinin aldığını, necə qardaşının adına sənədləşdirildiyini bilmədiyini, əvvəllər aralarının yaxşı olduğu üçün icazə verdiyini, indi isə buna razı olmadığını, iddia edilən torpağa bitişik evin Həsənov Ələkbərə məxsus olduğunu, mərhum həyat yoldaşının icazə verərək 90-cı illərdə qardaşının gəlib 2-3 il yaşadığını, onlara sərhəd göstərildiyini, həmin sərhədlər çərçivəsində əvvəldən setka çəkildiyini, islahatdan əvvəl də bu sərhədlərin müəyyən edildiyini, həmin torpaq sahəsinin əvvəldən onla rın mülkiyyətində olduğunu, həmin evin yolunun da Ələkbərin evinə getdiyini, mərhum həyat yoldaşının yeni ev tikdikdən sonra köhnə evi tövləyə çevirdiyini, hər iki tərəfdə torpaq sahələri olduğuna görə setka çəkdiklərini, kənddə üç fərqli yerdə torpaq sahələrinin olduğunu, ölçülərini dəqiq bilmədiyini, iddiaçıların torpaq sahəsinə gedən başqa yollarının olduğunu göstərmişdir. 16 sentyabr 2024-cü il tarixli məhkəmə baxış iclasında iştirak edən üçüncü şəxs X23 izahatında həmin evin atası tərəfindən ermənidən alındığını, həmin il Zəngəzur mahalından çoxlu məcburi köçkünün gəldiyini, sahibsiz evlərə yerləşdiklərini, lakin bu evin atası tərəfindən alındığını bildikləri üçün heç kimin ora girmədiyini, bir il sonra atasının evi ucqar kənddə yaşadığı üçün dayısına verdiyini, dayısının 3-4 il orada yaşadığını, sonra Naxçıvan şəhərinə köçərək evin açarını gətirib onlara verdiyini, həmin açarın bu günə qədər evlərində asılı olduğunu, torpaq sahəsinin pulunun atası tərəfindən ödənildiyini, onların aldığı torpağın da özlərinə aid olduğunu, torpağın kommunal xərclərinin də atası tərəfindən ödənildiyini, iddia edilən torpağa bitişik evin Həsənov Ələkbərə məxsus olduğunu, həmin evi də atasının aldığını, həmin evin yolunun da Həsənov Ələkbərin evinə getdiyini, bacısının hazırda 49-50 yaşı olduğunu, onun da birinci sinfə həmin evdən getdiyini, mərhum atasının yeni ev tikdikdən sonra köhnə evi tövləyə çevirdiyini, hər iki tərəfdə torpaq sahələri olduğu üçün, mal-heyvanın əkin sahələrinə ziyan verməməsindən ötrü setka çəkdiklərini, iddia edilən yolun əslində onların evinə gedən yol olduğunu, 1974- 75-ci ildən bu yolun mövcud olduğunu, onların həyəti ilə iddiaçıların həyətini ayıran setkanın olduğunu, mübahisəli torpaq sahəsinə alt tərəfdən yolun mövcud olduğunu, maşınların həmin yoldan istifadə etdiyini, özü də ot gətirərkən maşınla həmin yoldan keçdiyini, torpaq sahəsinə 2006-cı ildə şəhadətnamə verildiyini, ondan əvvəl verilibverilmədiyini bilmədiyini, iddiaçıların əvvəllər həyətdən gedib-gəldiyini, mehriban olduqları üçün buna icazə verdiklərini, əvvəl torpağa onların baxdığını, həyətə qapı qoyaraq gedibgəlmək üçün imkan yaratdıqlarını, qapının bələdiyyə torpağına açıldığını, iddiaçıların əsas kəndinin Xurs kəndi olduğunu, ora gedib-gəlməyin çətin olduğu üçün atasının dayısına həmin ərazidə yaşamağı təklif etdiyini, iddiaçıların atasının aldığı erməni evində yaşadıqlarını göstərmişdir. İddiaçı və iddiaçılar İddiaçı4 və İddiaçı5 nümayəndəsi İddiaçı1 izahatında Daşınmaz Əmlakın özü tərəfindən texniki səhvə yol verildiyinin etiraf edildiyini, ona heç bir yerdən alternativ yolun olmadığını, nümayəndənin gedib orada baxış keçirdiyini, alternativ yol kimi göstərilən yolun uzunluğunun 150 metr olduğunu, həmin yol ilə evinə getməyin mümkün olmadığını, bütün kənd camaatının da imza ataraq təsdiq etdiyini, onların da dədəbabadan yalnız bir yolunun olduğunu, başqa alternativ yollarının olmadığını, yolun açılmasını xahiş etdiyini, artıq iki ildir ki, həyətinə suyun getmədiyini, evlərindən birinin uçduğunu, digərinin də uçmaq üzrə olduğunu, yol tapa bilmədiyi üçün evinə gedə bilmədiyini, nümayəndənin də gələndə şahid olduğunu, başqasının həyətindən öz həyətinə keçdiyin i, yolunun ola-ola niyə bağlanmalı olduğunu, 1989-cu ildən həmin əraziyə gəldiyini, 1989-cu ildən 1994-cü ilə kimi orada yaşadığını və yoldan istifadə etdiyini, sonra köçdüyünü, lakin yolun yerində qaldığını, kəndə gedəndə həmin yoldan istifadə etdiyini, 2022-ci ildə balaca oğlunun kəndə gedərkən ona zəng edib bibisinin və bibisinin ərinin setkaları sökərək yolu həyətlərinə qatdıqlarını, yolun onların olduğunu iddia edərək istifadə etməyə icazə vermədiklərini dediyini, həmin ildən sonra yoldan istifadə edə bilmədiyini, həmin sahənin 2006-cı ildə Teymurun mülkiyyətinə verildiyini,həmin yoldan avtomobil yolu kimi istifadə etmədiklərini, maşının Teymurgilin evinin yanında dayandığını, 15 metrə yaxın məsafəni piyada getdiklərini, lakin əvvəllər həmin yoldan avtomobil yolu kimi istifadə edildi yini, araşdırılsa 8 metrlik torpaq sahəsində yolun nəzərdə tutulduğunun məlum olacağını,1998-ci ildə onlara verilən şəhadətnamədə yolun nəzərdə tutulduğunu, islahat dövründə ona verilən torpaq sahəsinin 2700 kv.m olduğunu, bacısına isə islahat dövründə onun torpağının yanında 1400 kv.m torpaq sahəsi verildiyini, 2006-cı ildə dəqiqləşdirmə aparılan zaman bu sahənin 1700 kv.m-ə çatdırıldığını, bacısına islahat dövründə kənddə iki yerdə torpaq sahəsi verildiyini, birinin onların qonşuluğunda, digərinin isə xəstəxananın yanında yerləşdiyini, kəndin ümumi xəritəsində həmin yolun kənd yolu kimi nəzərdə tutulduğunu, təkcə onların deyil, qonşuların da həmin yoldan istifadə etdiyini, kənddə ümumiyyətlə asfalt yolun olmadığını, alternativ yol kimi göstərilən yoldan evinə getməyin mümkün olmadığını, 2006-cı ildə dəqiqləşdirmə aparılan zaman Daşınmaz Əmlakın hansısa əsasla yolu bağlayaraq bacısına verdiyini, lakin 1998-ci ildə islahat zamanı yolun müəyyən edildiyini, özünə aid torpaq sahəsinə çıxarış aldığını, lakin torpağın üzərində yerləşən evə dair çıxarış almadığını,həmin yolun ümumi yol olduğunu, onların evindən başqa erməni qəbiristanlığına da həmin yoldan gedildiyini, oradan çölə çıxıldığını, evlərinin ərazidə sonuncu ev olduğunu, əvvəllər orada 8 metr 10 sm enində yolun olduğunu, cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində bunu sübut edən sənədləri təqdim etdiyini, 2006-cı ildə torpaq sahələrinin dəqiqləşdirilməsi aparıldıqdan sonra onlara heç bir sənəd verilmədiyini göstərmişdir. İddiaçı2 izahatında yolun bibisinin yoldaşının adına qeyd olunmasının texniki səhv o lduğunu, mütəxəssis rəyində də bu səhvin qeyd edildiyini, 1998-ci ildə islahat dövründə onlara şəhadətnamə verildiyini, lakin 2006-cı ildə yenidən şəhadətnamə təqdim edilmədiyini, həmin dövrdə aparılan dəqiqləşdirmədən və torpaq sahəsinin bibisinin yoldaşının adına qeydiyyata alınmasından xəbərdar olmadıqlarını göstərmişdir. İddiaçı3 izahatında digər iddiaçıların göstərdiklərinə əlavə olaraq yolun sol tərəfinin Ələkbər adlı şəxsə məxsus olduğunu, həmin torpağı bibisinin ailəsinə satdığını, Daşınmaz Əmlakın isə həmin torpaq sahəsi ilə birlikdə yolun da bibisinin yoldaşının adına qeydiyyata aldığını göstərmişdir. Cavabdehin nümayəndəsi X15 izahatında, məhkəmə müddətində araşdırma apardıqlarını, 2006-cı ildə dəqiqləşdirmə aparıldığını, həmin dövrdə şəhadətnamələrin tərtib olunduğunu, islaha t zamanı ölçülərdə səhvlər olduğuna görə dəqiqləşdirmənin dövlət layihəsi əsasında həyata keçirildiyini, torpaq sahələrinin ölçüldüyünü və faktiki vəziyyətə uyğun yenidən şəhadətnamələrin verildiyini, 83C nömrəli torpaq sahəsinə 2006-cı ildə yenidən şəhadətnamə verilərkən sahədə heç bir artma və ya azalma olmadığını, 83C-nin konvertasiyada 1730 kv.m olduğunu və həmin ölçülərin hazırda da yerində olduğunu, icra nümayəndəsi, bələdiyyə və iddiaçı tərəfin iştirakı ilə yerində baxış keçirdiklərini, verilən məlumatlarda həmin torpaq sahəsinin əvvəllər yol kimi istifadə edildiyini bildirdiklərini, bu məlumatların şəffaflıq naminə qeydə alındığını, xəritələrin çıxarıldığını, 2006-cı ildən əvvəlki və sonrakı xəritələrin məhkəməyə təqdim edildiyini, 2006-cı ildə tərtib edilən xəritə ilə faktiki vəzi yyətin eyni olduğunu, lakin 1998-ci il xəritəsi ilə fərqlər yarandığını, birinci instansiya məhkəməsində də kvartalın qarışdığını bildirdiyini, qarşı tərəfə dəfələrlə yol verməklə bağlı təklif etdiklərini, lakin razılaşma əldə edilmədiyini, mülkiyyət hüquqlarının poza bilməyəcəklərini, iddiaçının torpaq sahəsinin yanında yeni qeydiyyatdan keçmiş 200 kv.m torpaq sahəsinin olduğunu və ora da yolun aşağıdan getdiyini, əvvəl yolun mövcud olub-olmaması ilə bağlı mübahisələrin olduğunu, lakin hazırda Teymur adlı şəxsin mülkiyyətində olduğunu, mütəxəssisin ölçdüyü torpaq sahəsi ilə hüquqi statusunun üstüstə düşdüyünü, səhv məlumatın isə iddiaçının torpaq sahəsinə gedən yolun qeyd olunmamasından ibarət olduğunu, hazırda üç fərqli yerdən yol olduğunu, bir ərazinin yol hesab edilməsi üçün xəritədə y ol kimi qeyd edilməsi və bələdiyyənin mülkiyyətində olmasının lazım gəldiyini, 2006-cı ildə həmin hissənin başqasının mülkiyyətinə verilərkən xəritədə yol kimi qeyd edilmədiyini, şikayət əsasında yenidən ölçmələr apardıqlarını, hər iki tərəfdə torpaq sahəsinin ölçüsünün islahat dövründə verilənlə eyni olduğunu, heç kimin sərhədinin pozulmadığını, iddiaçı tərəfə yolun başqasının mülkiyyətində olduğunu və verilə bilməyəcəyini izah etdiklərini, arxivdə 1998-ci ildən əvvəl verilən şəhadətnamələrin mövcud olmadığını, islahat dövründə verilən torpaq sahələrinin dəqiqləşdirilməsində əvvəlki ölçülərlə eyni sahələrin qeyd edildiyini, ölçülər arasında fərq yarandıqda artıq hissənin ödənişli sahə kimi bələdiyyənin mülkiyyətinə keçdiyini, dəfələrlə qarşı tərəfə barışıqla yolun verilməsi təklifini etdi klərini, lakin razılığın əldə olunmadığını, 1998-ci ildə təsdiq olunan Ordubad rayonunun ümumi yerquruluşu xəritəsinin mövcud olmadığını, arxivdə 1998-ci ildə verilən şəhadətnamələrin tapılmadığını, həmin ildə heç bir kənd sakininə şəhadətnamə təqdim edilmədiyini, mübahisəli ərazinin 83C nömrəli torpaq sahəsinə aid olduğunu, üçüncü şəxsə məxsus əlavə olaraq 83B və 83A nömrəli torpaq sahələrinin də mövcud olduğunu göstərmişdir. 17 fevral 2025-ci il tarixə təyin edilmiş şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar İddiaçı4 və İddiaçı5, üçüncü şəxslər X23, X14 və X19 məhkəmə iclasında iştirak etməmişlər. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçılar və üçüncü şəxslərin iştirakları ol madan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçı və iddiaçıların nümayəndəsi İddiaçı1, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 vəkili Vəkil izahatlarında apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, 14 iyun 2024-cü il tarixli, 2-1(122)-03/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətin nümayəndəsi X16 izahatında şikayəti qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(122)-03/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq pros essual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və inzibati icraatın iştirakçılarının izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şika yətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan: - JN-083B nömrəli 20 aprel 2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə”nin surətindən görünür ki, Ordubad rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə 0.14 hektar həyətyanı torpaq sahəsi X20, X9, X6 və X17 birgə mülkiyyətinə verilmişdir. - JN-083C nömrəli 20 aprel 2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Ordubad rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə 0.17 hektar həyətyanı torpaq sahəsi X20, X7, X6 və X17 birgə mülkiyyətinə verilmişdir. - JN-099A nömrəli 20 aprel 2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadət namənin surətindən görünür ki, Ordubad rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə 0.26 hektar həyətyanı torpaq sahəsi İddiaçı1, İddiaçı4, X18, İddiaçı3 və İddiaçı2 birgə mülkiyyətinə verilmişdir. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, Naxçıvan MR, Ordubad rayonu, Bist kəndində yerləşən 0.2567 hektar torpaq sahəsi İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı3 və İddiaçı2 birgə mülkiyyətləri kimi dövlət qeydiyyatına alınmışdır. - Ordubad rayon Bist Bələdiyyəsinin 03 mart 2023-cü il tarixli aktından məlum olur ki, məhkəmədə üçüncü şə xslərin izahatlarından yaranan bəzi nüansların (alternativ yolların) araşdırılması məqsədi ilə iddiaçının ərazisinə gedən yollara baxış keçirilmişdir. Baxış zamanı 3 alternativ yol müəyyən olunmuşdur. İ. alternativ yol əraziyə 100-150 m. aralı olmaq şərtilə maşın yolu kimi yararlıdır, qalan hissəsini isə yerdə qalxmaq olar. 2. alternativ yol yarıya qədər aşağı hissədən qalxdıqda yararlıdır, lakin tam yolu qalxmaq mümkün deyil. 3. alternativ yol.Bələdiyyə binasının qabağından keçir. Yük maşını ilə əraziyə getmək həmin yolla mümkündür, lakin qayıtmaq 1-ci alternativ yolla mümkündür. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən məhkəməyə göndərilmiş 13 dekabr 2023-cü il tarixli mütəxəssis rəyindən məlum olur ki, inzibati işlə əlaqədar Ordubad rayon Bist kəndində yerləşən, iddiaçının torp aq sahəsində ölçmə-dəqiqləşdirmə işləri aparılmış və məlum olmuşdur ki, islahat aparılan zaman tərtib olunmuş ilkin “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 2006-cı ildə dəqiqləşmə vaxtı verilən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən ölçülərlə ciddi fərqlər mövcuddur. Həmin fərqin əmələ gəlməsi mütəxəssisin dəqiqləşmə vaxtı 83C nömrəli torpaq sahəsinin sahibinin faktiki istifadə vəziyyətini nəzərə alaraq ölçüləri aparması ilə bağlıdır. İddiaçının gediş-gəliş yolu ilkin “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilsə də, dəqiqləşmə vaxtı nəzərə alınmamışdır. Yerində tərtib olunmuş aktla da akt iştirakçıları mövcud problemin 83C nömrəli torpaq sahəsinin sahibinin mütəxəssisə verdiyi səhv məlumatlardan ibarət olduğunu bildirmişlər. - Na xçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələri üzrə Dövlət Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 01 mart 2024-cü il tarixli mütəxəssis rəyindən məlum olur ki, Bist kəndində islahat aparılan zaman tərtib olunmuş ilkin “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 2006-cı ildə dəqiqləşmə vaxtı verilən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən ölçülərdə ciddi fərqlər mövcuddur. Həmin fərqin əmələ gəlməsi mütəxəssisin dəqiqləşmə vaxtı 83C nömrəli torpaq sahəsinin sahibinin faktiki istifadə vəziyyətini nəzərə alaraq ölçüləri aparması ilə bağlıdır. İddiaçının gediş- gəliş yolu ilkin “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilsə də, dəqiqləşmə vaxtı nəzərə alınmamışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin tabeliyində Kadastr və Yerquruluşu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 29 aprel 2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, araşdırma zamanı islahat materiallarına nəzər yetirərkən həmin ərazidə islahat dövründə tərtib olunmuş xəritələrin faktiki vəziyyətə uyğun olmadığı ortaya çıxmışdır. Sonra mülkiyyət sənədlərindəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədi ilə qanuna uyğun olaraq 2006-cı ildə Ordubad rayonunda, o cümlədən Bist kəndində torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsinin aparıldığı müəyyən olundu. Bu da onu göstərir ki, ilkin tərtib olunmuş xəritələrdə texniki səhvliklər olub. Dəqiqləşdirilmədən sonra həmin kənddə heç bir şəhadətnamənin mübahisələndirilmədiyini nəzərə alsaq, 2006-cı ildə aparılmış dəqiqləşmənin uğurlu olduğunu demək olar. 2023-cü ildə İddiaçı1 məhkəməyə şikayətindən sonra aparılan icraat zamanı üçüncü şəxsin, icra nümayəndəsinin və bələdiyyənin iştirakı ilə həmin əraziyə baxış keçirilmiş, baxış zamanı iddiaçının ərazisinə iddia etdiyi yoldan əlavə 3 gediş-gəliş yolunun olduğu müəyyən olunmuşdur. Bütün icraat materiallarını nəzərə alsaq texniki səhvlik 2006-cı ildə tərtib olunan şəhadətnamədə iddiaçının həyətyanı sahəsinə iddia etdiyi yolla birlikdə 4 yerdən yol olduğu halda qeyd olunmamasından ibarətdir. İddiaçının iddia etdiyi gediş-gəliş yolunun texniki səhvlik kimi qəbul olunması zamanı 24 noyabr 1 997-ci il 41 nomrəli qərar əsasında 2006-cı ildə tərtib olunan 83C nomrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyət hüququ yaranan digər üçüncü şəxslərin (X10, X19, X14, X23) hüquq və mənafelərinə toxunur. İddia olunan gediş-gəliş yolu islahat dövründə tərtib olunan kəndin yerquruluşu planında boş sahə kimi görünsə də, 2006-cı ilin kəndin yerquruluşu planında yolun ərazisi müəyyən olmadığı üçün yol kimi qeydə alınmamışdır. - Bist Bələdiyyəsinin 14 may 2024-cü il tarixli aktından məlum olur ki, Bist kəndində həyətyanı torpaq sahəsi olan İddiaçı1 uzun illər ərzində X3 və onun ailə üzvlərinin aqrar islahat zamanı mülkiyyətlərinə verilmiş torpaq sahəsinin avtomobil və gediş-gəliş yolu hissəsi İddiaçı1 aqrar islahat aparılana qədər və aqrar islahatdan sonra istifadəsində o lmuş, başqa gediş-gəliş yolu olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. - 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. -140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. -16.3-cü maddəsinə əsasən əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. -16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. - 19-cu maddəsinin 2-ci bəndinə əsasən yaşayış məntəqələrinin hüdudları təsdiq olunmuş şəhərsalma və yerquruluşu sənədləri əsasında müəyyənləşdirilir. Yaşayış məntəqəsinin hüdudu vətəndaşların və hüquqi şəxslərin torpaq sahələrinin sərhədləri üzrə müəyyən edilir. - 49-cu maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. - 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr... və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. - 83-cü maddəsinin 1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericilik lə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinə kollegiyada baxılan zaman iddiaçı və iddiaçılar İddiaçı4 və İddiaçı5 nümayəndəsi İddiaçı1 və İddiaçı2 işdə olan ziddiyyətli halların aydınlaşdırılması üçün məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə vəsatətlərinə əsasən kollegiyanın 05 dekabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş,ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, 15 yanvar 2025-ci il tarixli,1483 saylı ekspert rəyi ona əlavə olunmuş sənədlərlə birlikdə koll egiyaya təqdim edilmişdir. Müvafiq ekspert rəyində ekspert qarşısında qoyulmuş suallar üzrə aparılmış tədqiqatın nəticəsi olaraq aşağıdakılar qeyd edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, məhkəmə tərəfindən ekspertiza tədqiqatına təqdim edilmiş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Nurlan Fətəliyevin şəxsi imzası ilə təsdiq edilmiş 09 yanvar 2025-ci il tarixli mütəxəssis məktubuna əsasən:
1. Baxış zamanı eləcə də iş materiallarında olan məlumatlara əsasən JN-83C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X10 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,17 hektar torpaq sahəsinin naturada yeri, koordinatları, sərhədləri və qonşuları müəyyən edilmişdir. Bəhs edilən torpaq sah əsinin şimal istiqamətində JN-97A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X24 və ailə üzvlərinin, JN61B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X1 və ailə üzvlərinin, qərb istiqamətində JN-99A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı1 və ailə üzvlərinin, cənub istiqamətində JN-100A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X11 və ailə üzvlərinin mülkiyyətinə verilmiş, cənub və şərq istiqamətlərində bələdiyyə mülkiyyətinə aid torpaq sahələri yerləşdiyi müəyyən edilmişdir.
2. JN-83B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X10 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,14 hektar torpaq sahəsinin naturada yeri, koordinatları, sərhədləri və qonşuları müəyyən edilmişdir. Bəhs edilən torpaq sahəsinin şimal istiqamətində JN-65D nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X25 və ailə üzvlərinin, şərq istiqamətində JN-70C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X2, cənub istiqamətində JN-82A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X8 və ailə üzvlərinin mülkiyyətinə verilmiş, şimal-şərq və qərb hissəsində bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin yerləşdiyi müəyyən edilmişdir.
3. JN-99A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,26 hektar torpaq sahəsinin naturada yeri, koordinatları, sərhədləri və qonşuları müəyyən edilmişdir. Bəhs edilən torpaq sahəsinin şimal-qərb və şərq istiqamətlərində müvafiq olaraq JN-83A və JN-83C nöm rəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X10 və ailə üzvlərinin, şərq istiqamətində JN-61B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X1 və ailə üzvlərinin, cənub və cənub-qərb istiqamətlərində JN-100A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X11 və ailə üzvlərinin mülkiyyətinə verilmiş, şimal-şərq və qərb istiqamətlərində bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin yerləşdiyi müəyyən edilmişdir.
4. X10 və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-83A (JN-99A nömrəli torpaq sahəsinin şimal-qərbində) və JN-83C (JN-99A nömrəli torpaq sahəsinin cənub-şərqində) nömrəli torpaq sahələri İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-99A nömrəli torpaq sahəsi ilə qonşuluqda yerləşdiyi müəyyən edilmişdir.
5. Ordubad rayon Bist kən dində torpaq islahatı aparılan zaman tərtib olunmuş yerquruluşu planında göstərilən ölçülərlə 2006-cı ildə aparılmış dəqiqləşmə işləri nəticəsində tərtib olunan yerquruluşu planına əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 20 aprel 2006-cı il tarixli JN-99A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən ölçülər uyğunsuzluq təşkil edir. Bəhs edilən uyğunsuzluq torpaq sahəsinin sahə, sərhəd, yerləşmə və konfiqurasiya fərqlərindən ibarət olduğu müəyyən edilmişdir.
6. Ordubad rayon Bist kəndində torpaq islahatı aparılan zaman tərtib olunmuş yerquruluşu planında göstərilən ölçülərlə 2006-cı ildə aparılmış dəqiqləşmə işləri nəticəsində tərtib olunan yerquruluşu planına əsasən X10 və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-83C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.17 hektar və JN 83B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.14 hektar torpaq sahəsinin ölçüləri uyğunsuzluq təşkil edir. Bəhs edilən uyğunsuzluq torpaq sahəsinin sahə, sərhəd, yerləşmə və konfiqurasiya fərqlərindən ibarət olduğu müəyyən edilmişdir.
7. JN-99A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,26 hektar torpaq sahəsi JN-83B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X10 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,14 hektar torpaq sahəsinin qonşuluğunda yerləşmir. JN-99A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,26 hektar torpaq sahəsi ilə JN- 8 3C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X10 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,17 hektar torpaq sahəsi arasındakı sərhədlər torpaq islahatı aparılan zaman tərtib olunmuş yerquruluşu planında göstərilən ölçülərlə qismən uyğunluq təşkil edir. Lakin, JN-83C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X10 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,17 hektar torpaq sahəsinin JN-99A nömrəli torpaq sahəsi ilə qonşuluqda yerləşən 120 m2-ə qədər hissəsi torpaq islahatı aparılan zaman tərtib olunmuş yerquruluşu planında bələdiyyə mülkiyyətində, ümumi istifadədə olan torpaq sahəsi kimi uçota alınmışdır.JN99A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,26 hektar torpaq sahəsi dig ər istifadəçilərin və mülkiyyətçilərin torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir.
8. Qeyd edilən sənədlərdə (2006-cı ildə tərtib olunmuş mülkiyyət sənədləri) göstərilən torpaq sahələrinin sərhədləri və koordinatları tərəflərin faktiki istifadə etdikləri torpaq sahələrinin sərhədləri və koordinatlarına uyğun olduğu müəyyən edilmişdir.
9. Ordubad rayon Bist kəndində torpaq islahatı aparılan zaman tərtib olunmuş yerquruluşu planında ümumi istifadədə olan torpaq sahəsi kimi uçota alınmış ərazi ağaclarla örtülü olduğundan Xidmətin məlumat bazasında saxlanılan 2001 -ci ilə dair ortofotoplanlar və sonrakı illərə aid kosmik şəkillər əsasında ərazidə gediş-gəliş yolunun olub-olmamasının müəyyən edilməsinin mümkün olunmadığı müəyyən edilmişdir.
10. Ordubad rayon Bist bələdiyyəsinin xəritəsi Bist kəndində torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi zamanı hazırlanmış yerquruluşu planı əsasında tərtib edildiyindən mübahisə predmeti olan ərazi yol kimi nəzərdə tutulmadığı müəyyən edilmişdir. Kollegiya həmin ekspert rəyini tədqiq edərək işin faktiki hallarına uyğun olduğundan sübut qismində qəbul edir. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, işin araşdırılmış hallarından və ekspert rəyindən aydın olur ki, JN-99A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,26 hektar torpaq sahəsi ilə JN- 83C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X10 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,17 hektar torpaq sahəsi arasındakı sərh ədlər torpaq islahatı aparılan zaman tərtib olunmuş yerquruluşu planında göstərilən ölçülərlə qismən uyğunluq təşkil edir. JN-83C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X10 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,17 hektar torpaq sahəsinin JN-99A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,26 hektar torpaq sahəsi ilə qonşuluqda yerləşən 120 m2-ə qədər hissəsi torpaq islahatı aparılan zaman tərtib olunmuş yerquruluşu planında bələdiyyə mülkiyyətində, ümumi istifadədə olan torpaq sahəsi kimi uçota alınmış, Ordubad rayon Bist kəndində torpaq islahatı aparılan zaman tərtib olunmuş yerquruluşu planında ümumi istifadədə olan torpaq sahəsi kimi uçota alınmış ərazi ağaclarla örtülü olduğundan Xidmətin məlumat bazasında saxlanılan 2001 -ci ilə dair ortofotoplanlar və sonrakı illərə aid kosmik şəkillər əsasında ərazidə gediş-gəliş yolunun olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin JN-99A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,26 hektar torpaq sahəsinin digər istifadəçilərin və mülkiyyətçilərin torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Qeyd edilən sənədlərdə (2006-cı ildə tərtib olunmuş mülkiyyət sənədləri) göstərilən torpaq sahələrinin sərhədləri və koordinatları tərəflərin faktiki istifadə etdikləri torpaq sahələrinin sərhədləri və koordinatlarına uyğundur. Mübahisə predmeti olan ərazi yol kimi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, iddiaçıların i ddia etdikləri üçüncü şəxslərin adına verilmiş şəhadətnamədə texniki səhvliyin olması, müvafiq ərazidə ümumi istifadədə olan yolun olması mötəbər sübutlarla öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi düzgün olaraq iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Kollegiya keçirilmiş ekspertiza ilə bağlı çəkilmiş xərclərə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiyası hesab edir ki, iddia təmin edilmədiyindən apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza təhqiqatının aparılması ilə bağlı xərclər iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, şikayətin təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş şikayət təmin edilməməli, Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tari xli, 2-1(122)-03/2024 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “2006-cı ildə X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN 083C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin qismən dəyişdirilməsi, onların istifadəsində olmuş yeganə yolun açılması üçün texniki səhvliklərin düzəldilməklə yolun ərazisinin qonşunun mülkiyyət şəhadətnaməsindən (JN 083C) və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan, hüquqların dövlət qeydiyyatı reyest rindən çıxarılmaqla ümumi istifadələrinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(122)-03/2024 nömrəli qərarından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 21(122)-03/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. İnzibati iş üzrə aparılmış məhkəmə tikinti texniki və torpaqşünaslıq ekspertizası üzrə ekspertiza tədqiqatının dəyəri olan 20 (iyirmi) manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 müştərək qaydada alınaraq Büdcə təsnifatı kodu 142330, X34 MR İdarəsi Kodu 502906, Müxbir hesab AZ88NABZ **** ****************, hesab nömrəsi AZ21NABZ******************** saylı hesaba keçirilsin. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.