Məhkəmə qərarları › İş №2-1(108)-40/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-40/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-40/2022 05.10.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X8 Dünyamalı oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X9 məhkəmə iclas katibliyi, İddiaçı2 nümayəndəsi X1 və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “ünvan 1 ünvanında 0.2317m2 torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 5 otaqlı, 85.66 m2 yaşayış, 65.12 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri ü zrə Dövlət Xidmətində X10 adına 25 may 2009-cu il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın fərdi yaşayış evinə dair ½ hissədə etibarsız hesab edilməsi tələbi”nə dair inzibati iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 vəkili və nümayəndəsi Vəkil Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 avqust 2022ci il tarixli, 2-1(122)-140/2022 nömrəli qərardadından verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 vəkil və nümayəndələri vasitəsilə cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında 0.2317m2 torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 5 otaqlı, 85.66 m2 yaşayış, 65. 12 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində X10 adına 25 may 2009-cu il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın fərdi yaşayış evinə dair ½ hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 21(122)-140/2022 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “ünvan 1 ünvanında 0.2317m2 torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 5 otaqlı, 85.66 m2 yaşayış, 65.12 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində X10 adına 25 may 2009-cu il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın fərdi yaşayış evinə dair ½ hissədə etibarsız hesab edilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin həmin qərardadı ilə razılaşmayan iddiaçıların vəkil və nümayəndəsi Vəkil 12 sentyabr 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 vəkili və nümayəndələri Vəkil vasitəsilə verdikləri apellyasiya şikayətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarına əsasən məhkəmələrin ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüqüqunun olub-olm amasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalı olduğunu qeyd etmişdirlər. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bu zaman məhkəmələr müdafiə edilmək hüququnun təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, vardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilm əsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Mübahisə edilən əmlak iddiaçıların valideynlərinə birgə nikah dövründə verildiyindən və onların ataları vəfat edərkən bütün vərəsələr həmin evdə yaşayaraq atalarına aid mirası qəbul etdiklərindən onların hazırki iddia ilə məhkəməyə müraciət etmək hüquqları əsaslıdır. 2009-cu ildə anaları tərəfindən həmin əmlakın (fərdi yaşayış evinin) bütövlükdə adına qeydiyyata aldırması nəticəsində iddiaçıların mülkiyyət hüquqlarının aşkar şəkildə pozulması aydın görünür. Məhkəmənin iddianın mümkün sayılmaması barədə gəldiyi bu qənaət Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü madd əsinin tələblərinə ziddir. Belə ki, MM-nin 384.0.4-cü maddısində mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə bu hallara iddia müddəti şamil edilmir. İnzibati Məhkəmədə qaldırdıqları iddia bilavasitə iddiaçıların mülkiyyət hüquqlarının pozuntularının aradan qaldırılması ilə əlaqədar olmuşdur. İddiaçıların vəkili və nümayəndəsi Vəkil sonda Naxçıvan MR İnzibati Məhkəməsinin 30 avqust 2022-ci il tarixli iddianın mümkün sayılmaması barədə 2-1(122)-140/2022 nömrəli qərardadının ləğv edilib, iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının ye ri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 vəkili və nümayəndəsi Vəkil məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı2 nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 30 avqust 2022- ci il tarixli iddianın mümkün sayılmaması barədə 2-1(122)-140/2022 nömrəli qərardadının ləğv edilib, iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək Naxçıvan MR İnzibati Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2-1(122)-140/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzi bati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbi q olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iş üzrə sədrlik edənin məruzəsini, inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. Belə ki, şikayətə baxılması ilə bağlı iş materialları tədqiq olunarkən verilmiş şikayətin məzmunundan aydın olmuşdur ki, iddiaçılar Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2-1(122)-140/2022 nömrəli qərardadının ləğv olunmasına və iddianın mümkün sayılmasına əsas kimi dəlillərində “...mübahisə edilən əmlakın iddiaçıların valideyinlərinə birgə nikah dövründə verildiyini, onların ataları vəfat edərkən bütün vərəsələrin həmin evdə yaşayaraq atalarına aid mirası qəbul etdik lərindən onların hazırki iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının əsaslı olduğunu, 2009-cu ildə anaları tərəfindən həmin əmlakın (fərdi yaşayış evinin) bütövlükdə adına qeydiyyata aldırması nəticəsində iddiaçıların mülkiyyət hüquqlarının aşkar şəkildə pozulmasını, məhkəmənin iddianın mümkün sayılmaması barədə gəldiyi bu qənaətin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsinin tələblərinə zidd olduğunu, belə ki, MM-nin 384.0.4-cü maddəsində mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə bu hallara iddia müddətinin şamil edilmədiyini, İnzibati Məhkəmədə qaldırdıqları iddianın da bilavasitə iddiaçıların mülkiyyət hüquqlarının pozun tularının aradan qaldırılması ilə əlaqədar olduğunu” göstərmiş və məhz bu sadalanan əsaslara görə Naxçıvan MR İnzibati Məhkəməsinin 30 avqust 2022-ci il tarixli iddianın mümkün sayılmaması barədə 2-1(122)-140/2022 nömrəli qərardadının ləğv edilərək, iddianın mümkün sayılması barədə qərar qəbul olunmasını kollegiyadan xahiş etmişdirlər. Kollegiya iddiaçıların apellyasiya şikayətində qeyd etdikləri bu dəlilləri işin tədqiq olunmuş halları ilə əlaqəli şəkildə araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edil ərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Kollegiya qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri i lkin şərt onun mümkün hesab edilməsidir, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessu al həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman i ddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsasla rından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra hakimiyyəti orqanları və bələdiyyələrin cavabdeh olduğu işlərə baxılmasının bəzi məsələləri barədə” 18 iyul 2018ci il tarixli, 2-411 nömrəli icmal məktubunda məhkəmələrə tövsiyə edilir ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialara baxılarkən həmin aktların və hərəkətlərin mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İş materiallarından göründüyü kimi, hazırki iddia tələbi üzrə iddiaçılar 1971-ci ildə ailəliklə hazırki Babək rayonu, Babək şəhərinə köç ürülməklə orda fərdi yaşayış evi, köməkçi tikililər və istifadə üçün torpaq sahəsi ilə təmin edildiklərini, həmin evin valideynlərinin birgə nikah dövründə əldə etdikləri əmlak olduğunu, atalarının vəfatından sonra 11 nəfər birinci növbəli vərəsə kimi fərdi yaşayış evinin ½ hissəsini miras payı kimi faktiki olaraq qəbul etdiklərini, buna baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən 20 may 2009-cu ildə ********** nömrəli qeydiyyat aparılmaqla evin qanunsuz olaraq mərhum X10 adına qeydiyyata alındığını, onların ataları vəfat edərkən bütün vərəsələrin həmin evdə yaşayaraq atalarına aid mirası qəbul etdiklərindən onların hazırki iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının əsaslı olduğunu göstərərək ünvan 1 ünvanında 0.2317 m2 torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 5 otaqlı, 85.66 m2 yaş ayış, 65.12 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində X10 adına 25 may 2009-cu il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın fərdi yaşayış evinə dair ½ hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdirlər. İş materiallarından eyni zamanda o, da məlum olmuşdur ki, Babək şəhəri, Q.Əkbərov küçəsi 45 ünvanında yerləşən fərdi yaşayış evi 25 may 2009-cu il tarixdə JN047A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə əsasında mərhum X10 adına qeydiyyata alınmış və ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, 17 iyun 2009-cu il tarixdə Babək rayon DNK-da qeydiyyata alınan 4ə/-153 nömrəli bağışlama müqaviləsi əsasında mərhum X10 adına qeydiyyat a alınan 2317 m2 torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 150,78 m2 olan 5 otaqlı fərdi yaşayış evinin 2 otağı 773 m2 torpaq sahəsi ilə birlikdə X3, 1 otağı 772 m2 torpaq sahəsi ilə birlikdə X4 və 2 otağı 772 m2 torpaq sahəsi ilə birlikdə X5 bağışlanmış, Təyyubə Fərəcova öz adında olan əmlakı bütövlüklə övladlarına bəxşiş etdiyindən hazırda əmlakın heç bir hissəsi onun adında qalmamışdır. Birinci instansiya məhkəməsi iddiaçıların qeyd olunan fərdi yaşayış evinin hüquqi rejimi ilə 13 il müddətində maraqlanmamalarını ağlabatan hesab etməmişdir. Kollegiya qeyd edir ki, iddiaçılar iddia ərizəsində və şikayətlərində uzun müddət fərdi yaşayış evinin analarının adına qeydiyyata alınması ilə bağlı məlumatsız olduğunu bildirsələr də, iş materiallarından aydın olur ki, id diaçıların atası 1977-ci ildə vəfat etmiş və artıq 25 may 2009-cu il tarixdə JN-047A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə əsasında həmin əmlak mərhum X10 adına qeydiyyata alınmış, ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 17 iyun 2009-cu il tarixdə Babək rayon DNK-da qeydiyyata alınan 4ə/-153 nömrəli bağışlama müqaviləsi əsasında mərhum X10 adına qeydiyyata alınan 2317 m2 torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 150,78 m2 olan 5 otaqlı fərdi yaşayış evinin 2 otağı 773 m2 torpaq sahəsi ilə birlikdə X3, 1 otağı 772 m2 torpaq sahəsi ilə birlikdə X4 və 2 otağı 772 m2 torpaq sahəsi ilə birlikdə X5 bağışlanmışdır. Şikayətə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclası zamanı iş üzrə İddiaçı2 nümayəndəsi X6 da verilən suall arı cavablandırarkən mübahisəli əmlakın 2009-cu ildə tam mülkiyyət hüququ əsasında mərhum anaları X10 adına qeydiyyata alındığını bildiklərini, belə ki, həmin vaxt dam örtüklərinin bərpası ilə bağlı sığorta idarəsinə müraciət etdikləri zaman evin analarının adına qeydiyyata alındığından xəbər tutduqlarını, lakin ailə üzvləri arasında hər hansı bir mübahisə olmadığından bunu önəmsəmədiklərini buna görə də hər hansı orqana müraciət etmədiklərini bildirmişdir. Kollegiya belə hesab edir ki, iddiaçının nümayəndəsinin izahatında göstərdiyi bu faktlar da nəzərə alındıqda iddiaçıların bu müddət ərzində baş verən bu proseslərdən xəbərdar olmamaları ağlabatan görünmür və hər bir halda maraqlı olduqları bu əmlaka dair proseslərdən 2009-cu ildə xəbərdar olubdurlar. Artıq formalaşmış məhkəmə təcrübəsin ə və qanunvericiliyə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanların, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 1 sentyabr 2000-ci ilə qədər Azərbaycan SSR Mülki Məcəlləsi ilə, MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, inzibati akt yeni qanuna gö rə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: (10 iyun 2011-ci il tarixə qədər qüvvədə olan redaksiyada) - 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. - 299.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə tərəfindən 1 ay müddətində şəxsin qərar və hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müvafiq icra hakimiyyəti və ya yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların vəzifəli şəxslərinin iştirakı ilə baxılır. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla qeyd edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yan var 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmək müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İş materiallarından da aydın olur ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İnzibati Prosessual Məcəllədən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində iddiaçılar hazırkı tələb barədə məhkəmədə iddia qaldırmamışdırlar. Yuxarıda da qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün qısaldılmış 1 ay iddia müddəti müəyyən etmişdir. İddiaçılar qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından istifadə etmədiklərindən yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli qərarının 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə icl asında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. İş materiallarından da aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin faktiki və hüquqi halları ilə əlaqədar iddia tərəfinə zəruri hüquqi yardım göstərilmişdir. Beləliklə kollegiya yuxarıda sadalanan xüsusatları nəzərə alaraq hesab edir ki, birinci instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, eyni zamanda şikayətin dəlilləri əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2-1(122)-140/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibat i Prosessual Məcəlləsinin 87, 89, 90 və 94.1-ci maddələrinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “ünvan 1 ünvanında 0.2317m2 torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 5 otaqlı, 85.66 m2 yaşayış, 65.12 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində X10 adına 25 may 2009-cu il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın fərdi yaşayış evinə dair ½ hissədə etibarsız hesab edilməsi tələbi”nə dair inzibati iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddi açı3, İddiaçı4 vəkili və nümayəndəsi Vəkil Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2-1(122)-140/2022 nömrəli qərardadından verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2-1(122)-140/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar