Məhkəmə qərarları › İş №2-1(108)-40/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-40/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-40/2025 16.04.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X9 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, X10 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi ilə, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "ona bu hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 fevral 2025-ci il t arixli, 2-1(122)-454/2025 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ona əmək pensiyası təyin olunması öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 15 noyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “İddiaçı əmək pens iyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia qaldırdıqlarını, iddia tələbini “İddiaçı bu hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(122)-1435/2024 nömrəli protokol qərardadı ilə iddiaçının nümayəndəsi Nümayəndə cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2-1(122)454/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2-1(122)454/2025 nömrəli qərarından narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 21(122)-454/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edi lməsini xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi şikayətində göstərmişdir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "ona bu hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nin heç bir hüquqi əsası yoxdur. Belə ki, xx xxxxxx 1960-cı il tarixdə anadan olmuş, Naxçıvan Muxtar Respublikasının, Babək rayonu, Cəhri kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 20 sentyabr 2024-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət etmişdir. Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin 25 sentyabr 2024-cü il tarixli, 40 nömrəli qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Qərarda imtinanın səbəbi kimi iddiaçının 25 il sığorta stajına və ya fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi, həmçinin “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinin tələblərinə əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensi ya kapitalına malik olmaması göstərilmişdir. Bununla razılaşmayan iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona əmək pensiyasının təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı hazırki iddia tələbini onunla əsaslandırmışdır ki, 10 iyul 1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 1978-ci ildən 1993-cü ilədək müvafiq olaraq Hidrometeorologiya İdarəsində, X16 İdarəsində, Cəhri kənd Tütünçülük sovxozunda fəhlə vəzifələrində xidmət etmiş, həm də işlədiyi müddət ərzində 1981-1982-ci tədris ilində "üzüm ustası”, 1984-1985-ci tədris ilində "heyvandarlıq fermalarının mexanizatoru və elektrik mant yoru", 1985-1986-cı tədris ilində isə "menecer motorçu” ixtisasları üzrə peşə məktəbi təhsilini başa vurmuşdur. İddiaçı Babək rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 15 dekabr tarixli, 99 saylı qərarı ilə verilmiş öz şəxsi təsərrüfatında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yanaşı, 2010-cu il tarixindən 2020-ci il tarixədək "Sosial sığorta haqqında”' Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq məcburi dövlət sosial sığorta haqqını tam şəkildə ödəmişdir. İddiaçı ərizəsində qeyd edir ki, xx.xx.2024-cü il tarixdə yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin sonuncunun xx.xx.2024-cü il tarixli, 3-17-9-1/2-N-9446/2024 nöm rəli məktubu ilə ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunmuş və bildirilmişdir ki, təqdim olunan müvafiq sənədlərə əsasən onun qanunvericiliklə tələb olunan 25 il sığorta stajı mövcud deyil, eyni zamanda fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin qeyd edilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1981-ci il tarixli, 688077 nömrəli diplomun surətinə əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək "üzüm ustası" (9 ay 21 gün), xx.xx.1984-cü il tarixli, 756996 nömrəli diplomun surətinə əsasən xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək "heyvandarlıq fermalarının mexanizatoru və elektrik mantyoru" (9 ay 19 gün), xx.xx.1986-cı il tarixli, 686118 nömrəli diplomun surətinə əsasən xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək "menecer motorçu” (9 ay 18 gün) ixtisasları üzrə peşə təhsili almışdır. İddiaçı tərəfindən təqdim edilmiş 02 avqust 1979-cu il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1978-ci il tarixdə əmək fəaliyyətinə başlamış və xx.xx.1993-cü il tarixdə işdən azad edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2024-cü il tarixli, 13/979 nömrəli arayışda Naxçıvan şəhər Hidrometeorologiya İdarəsinin sənədləri 1990-cı il tarixdən başlandığından və əvvəlki illərə dair əməkhaqqı kitabları Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyində n İddiaçı işə qəbul edilməsi haqqında məlumatın olmaması, lakin xx.xx.1993-cü il tarixli, 39 nömrəli əmrlə İddiaçı Naxçıvan şəhər Hidrometeorologiya İdarəsindən işdən azad edilməsinin əmr kitablarında göstərildiyi qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2024-cü il tarixli, 13/979 nömrəli digər arayışda İddiaçı Naxçıvan şəhər Hidrometeorologiya İdarəsində işlədiyi, 1990-ci il üzrə 8 ay, 1991-ci il üzrə 12 ay, 1992-ci il üzrə 12 ay və 1993-cü il üzrə 7 ay əmək haqqı aldığı qeyd edilmişdir. Beləliklə, iddiaçının 1978-ci ildən 1993-cü ilədək işləməsi əmək kitabçası ilə təsdiqini tapmamışdır. Göründüyü kimi, iddiaçının tələb olunan 25 il sığorta stajı və ya 40.320 manat pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının tə yin edilməsi mümkün hesab edilməmişdir. İddiaçı təqdim etdiyi JN-074 nömrəli, (KOD ********) Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1999-cu il tarixli, 99 nömrəli qərarına əsasən 0,59 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi Babək rayon, Cəhri kənd sakini İddiaçı və onun ailə üzvləri Nümayəndə, X2 və X3 mülkiyyətinə verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş "Naxçıvan Poçt” MMC-nin 001764 nömrəli ödəniş qəbzinin surətinə əsasən o, xx.xx.2018-ci il tarixində 7.60 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2016-ci il tarixində 9.50 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2018-ci il tarixində 7.40 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2018-ci il tarixində 7.60 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2017-ci il tarixində 7.60 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2017-ci il tarixində 7.40 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2017-ci il tarixində 8.60 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2017-ci il tarixində 7.80 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2016-ci il tarixində 9.50 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2017-ci il tarixində 8.50 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2017-ci il tarixində 7.60 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2017-ci il tarixində 7.60 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2017 -ci il tarixində 7.60 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2016-ci il tarixində 8.50 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2017-ci il tarixində 7.60 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən 28.012016-ci il tarixində 9.50 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2017-ci il tarixində 7.60 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2016-ci il tarixində 8.50 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2016-ci il tarixində 9.50 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2016-ci il tarixində 9.50 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2015-ci il tarixində 7.60 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2015-ci il tarixində 7.60 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2016-ci il tarixində 8.70 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2014-ci il tarixində 7.60 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2015-ci il tarixində 9.50 manat məbləğində olmaqla, ümumillikdə öz adına 206 manat məbləğində məcburi dövlət sığorta haqqı ödəmişdir. Lakin ödənilmiş həmin vəsaitlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində (MEİS) öz əksini tapmamışdır. Qanunvericilikdə fiziki şəxslər tərəfindən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlara görə sosial sığorta haqqının ödənilməsi həmin torpaqlardan istifadə ilə şərtləndirilib. Bu maddəyə əsasən, fiziki şəxslər öz mülkiyyətlərində olan pay torpaqlarından istifadə etmədikləri halda, həmin torpaqlara görə onların sosial sığorta haqqı ödənilməsi ilə bağlı öhdəliyi yaranmır. Bu məqsədlə torpaqların istifadə edilməməsinə görə bələdiyyə orqanından, yerli icra orqanlarından təsdiqedici arayış əldə edilməli və müvafiq orqana təqdim olunmalıdır. Beləliklə, iddiaçının fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmadığından, həmçinin iddiaçının tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçıya 11 iyun 2022-ci il tarixdən "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.02-ci maddəsinə (yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə) əsasən yaşa görə 220 manat məbləğində sosial müavinət təyin edilmiş və adına rəsmiləşdirilmiş plastik kart vasitəsilə ödənilməkdədir. Apellyator şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının,“Əmək pensiyaları haqqında” Azərbaycan Pespublikası Qanununun, “Sosial sığorta haqqında’’ Azərbaycan Respublikasının Qanununun, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarının və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müvafi q maddələrinə istinad edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2-1(122)-454/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla ba ğlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad ed ə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlamaqla şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə h üququ İnsan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliy ə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İş materiallarında olan; Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Babək rayonu, Cəhri qəsəbəsində yaşayan İddiaçı ünvanlanmış 09 iyul 2024-cü il tarixli, 3-17-91/2-N-6259/2024 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş Elektron informasiya Sistemi”nin (bundan sonra - MEİS) “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsindən əldə edilən məlumatlara əsasən o, xx.xx.2006-cı il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində “Mülkiyyə tində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs" (özü-özünü sığortaedən) kimi uçota düşməmiş, tərəfindən rüblük Forma B2 və illik Forma B3 təqdim edilməmişdir. Nəticədə ödənişlər fərdi şəxsi hesabda öz əksini tapmamışdır. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinin Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 25 sentyabr 2024-cü il tarixli, 40 nömrəli qərarından məlum olur ki, İddiaçı 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından və ümumi siğorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğundan ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Babək rayonu, Cəhri qəsəbəsində yaşayan İddiaçı ünvanlanmış 26 sentyabr 2024-cü il tarixli, 317-9-1/2-N-9446/2024 nömrəli məktubdan məlum olur ki, İddiaçı 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından və ümumi siğorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğundan ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Həmçinin ona 2022-ci il 11 iyun tarixindən "Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə (yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikə) əsasən yaşa görə 220 manat sosial müavinət ödənilməsi bildirilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 04 iyul 2024-cü il tarixli, 13/979 nömrəli arxiv arayışından məlum olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan şəhər Hidrometeorologiya İdarəsinin sənədləri 1990-cı ildən başladığından və əvvəlki illərə dair əmr, əməkhaqqı kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyinə görə İddiaçı işə qəbul edilməsi haqqında məlumat yoxdur. Lakin, xx.xx.1993-cü il tarixli 39 №-li əmrlə işdən azad olunması əmr kitabında göstərilmişdir. Cəhri kənd X16 idarəsinin, Cəhri kənd Tütünçülük sovxozunun sənədlərinin Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. Həmçinin, İddiaçı Naxçıvan şəhər Hidrome teorologiya İdarəsinin 1990-1993-cü illərin müvafiq aylarında əməkhaqqı alması göstərilmişdir. 27.06.1982-ci il tarixli, 688077 nömrəli diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək "üzüm ustası”; xx.xx.1984-cü il tarixli, 756996 nömrəli diplomun surətinə əsasən xx.xx.1984-ci il tarixdən xx.xx.1985-ci il tarixədək “heyvandarlıq fermalarının mexanizatoru və elektrik mantyoru”; xx.xx.1986-ci il tarixli, 686118 nömrəli diplomun surətinə əsasən xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək “menecer motorçu" ixtisasları üzrə pəşə təhsili almışdır. JN-0074, KOD 10305018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, həmin dövlət aktı ilə Babək Rayon Aqrar İslahat Komissiyasının 15dekabr 1999-cu il tarixli, 99 nö mrəli qərarına əsasən Nümayəndə və ailə üzvləri İddiaçı, X6 və X1 təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.56 hektar torpaq sahəsi verilmişdir. Babək Rayon İcra Hakimiyyəti Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 08 oktyabr 2024-cü il tarixli, 1428 nömrəli arayışdan məlum olur ki, İddiaçı Babək rayon Cəhri qəsəbəsində yaşayır. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1960-cı il tarixdə doğulmuşdur. 27.04.2015-ci il tarixli, ******* nömrəli ödəniş qəbzindən məlum olur ki, İddiaçı tərəfindən 7 manat, 80 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. xx.xx.2015-ci il tarixli, ******* nömrəli ödəniş qəbzindən məlum olur ki, İddiaçı tərəfindən 9 manat, 70 qəpik məcburi dövlət sosial sığorta ha qqı ödənilmişdir. 28.01.2016-cı il tarixli, ******* nömrəli ödəniş qəbzindən məlum olur ki, İddiaçı tərəfindən 9 manat, 70 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. xx.xx.2016-cı il tarixli, ******* nömrəli ödəniş qəbzindən məlum olur ki, İddiaçı tərəfindən 9 manat, 70 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. xx.xx.2016-cı il tarixli, ******* nömrəli ödəniş qəbzindən məlum olur ki, İddiaçı tərəfindən 8 manat, 90 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. xx.xx.2016-cı il tarixli, ******* nömrəli ödəniş qəbzindən məlum olur ki, İddiaçı tərəfindən 8 manat, 70 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. xx.xx.2016-cı il tarixli, ******* nömrəli ödəniş qəbzindən məlum olur ki, İddiaçı tərəfindən 9 manat, 70 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. xx.xx.2017-ci il tarixli, ******* nömrəli ödəniş qəbzindən məlum olur ki, İddiaçı tərəfindən 7 manat, 80 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. xx.xx.2017-ci il tarixli, ******* nömrəli ödəniş qəbzindən məlum olur ki, İddiaçı tərəfindən 8 manat, 70 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. xx.xx.2017-ci il tarixli, ******* nömrəli ödəniş qəbzindən məlum olur ki, İddiaçı tərəfindən 8 manat, 80 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. xx.xx.2017-ci il tarixli, ******* nömrəli ödəniş qəbzindən məlum olur ki, İddiaçı tərəfindən 7 manat, 80 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. xx.xx.2017-ci il tarixli, ******* nömrəli ödəniş qəbzindən məlum olur ki, İddiaçı tərəfindən 7 manat, 80 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. xx.xx.2017-ci il tarixli, ******* nömrəli ödəniş qəbzindən məlum olur ki, İddiaçı tərəfindən 7 manat, 80 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. xx.xx.2017-ci il tarixli, ******* nömrəli ödəniş qəbzindən məlum olur ki, İddiaçı tərəfindən 7 manat, 60 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. xx.xx.2017-ci il tarixli, ******* nömrəli ödəniş qəbzindən məlum olur ki, İddiaçı tərəfindən 7 manat, 80 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. 14.03.2018-ci il tarixli, ******* nömrəli ödəniş qəbzindən məlum olur ki, İddiaçı tərəfindən 7 manat, 80 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. 23.04.2018-ci il tarixli, ******* nömrəli ödəniş qəbzindən məlum olur ki, İddiaçı tərəfindən 7 manat, 80 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. 23.05.2018-ci il tarixli, ******* nömrəli ödəniş qəbzindən məlum olur ki, İddiaçı tərəfindən 7 manat, 60 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. 16.06.2018-ci il tarixli, ******* nömrəli ödəniş qəbzindən məlum olur ki, İddiaçı tərəfindən 7 manat, 60 qəpik məcburi dö vlət sosial sığorta haqqı ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hə r il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.10-cu maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyy ən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0 və 2.0.2-ci maddələrinə görə əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlum atların dəqiqliyinin təmin edilməsi fərdi uçotun məqsədləridir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə görə sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. 9-cu maddəsinə əsasən sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək, məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq, məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq, məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti o rqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq, sığortaçının vəzifələrinə aid edilmişdir. 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 13.1-ci maddə sinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. 13.2-ci maddəsinə əsasən ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizəni n forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 18-ci maddəsində qeyd olunur ki, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir, bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir, sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir, sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirir, qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 634 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin: 2.3 və 2.3.6-cı bəndlərinə görə “Sığorta” altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində f ərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılması təmin edilir. 2.3 və 2.3.8-ci bəndlərinə görə “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması təmin edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx xxxxxx 1960-cı il təvəllüdlüdür və onun 25 ildən az ümumi iş stajı vardır. İddiaçı yaşa görə əmək pensiy ası hüququnun olmasını, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə məcburi dövlət sosial sığorta haqqları ödədiyini bildirərək cavabdehdən ona yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin etməsini tələb edir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmadığından, həmçinin iddiaçının tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamı şdır. Kollegiya apellyasiya şikayətinin mahiyyətcə imtinada göstərilən əsaslarla eyni olan dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. İlk öncə, qeyd olunmalıdır ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: 1) iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; 2) Qanunun 22-1.1ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; 3) fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ yaranmışdır. İddiaçıya münasibətdə ikinci şərt də mövcud olmuş, yəni “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Kollegiya iddiaçının fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixinədək qeydə alınmaması, iddiaçının tələb olunan 25 il sosial sığorta stajının və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması barədə cavabdehin dəlilləri əsaslı saymır. Kollegiya qeyd edir ki, iş materiallarında iddiaçıya məxsus ödəniş qəbzlərindən aydın olur ki, iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ümumilikdə 184,40 (bir yüz səksən dörd manat 40 q əpik) manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İş materiallarında faktiki olaraq iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödəməsi barədə sənədlər mövcuddur. İddiaçı yuxarıda qeyd olunan vəsaiti təyinatı üzrə ödədiyindən, o, inzibati orqana həyata keçirdiyi fəaliyyət sahəsi üzrə etimad göstərmişdir və yaranmış etimad hüququ qanunla qorunur. Eyni zamanda, iddiaçının həmin ödənişlərin onun fərdi hesabının sığorta hissəsinə köçürülməsində hüquqi marağı da aydın görünür. Belə ki, həmin ödənişlər onun gözlənilən əmək pensiyası hüququnun təmin olunmasına xidmət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu süb ut etməlidir. Cavabdeh orqanın mübahisələndirdiyi məsələlərlə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmiş və işə baxılarkən də belə hallar müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onlar ın mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İddiaçı məcburi dövlət sosial sığorta haqqını ödəməsini qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə məcburi dövlət sosial sığorta haqqı ödəməməsinə, həmçinin iddiaçının təqdim etdiyi ödəniş qəbzlərinin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının ümumilikdə ümumilikdə 184,40 (bir yüz səksən dörd manat 40 qəpik) manat məcburi dövlət sosial sığorta haqqı ödəməsi müəyyən edilir ki, bu da iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Kollegiya həmçinin iddiaçı tərəfindən təqdim edilmiş "Naxçıvan Poçt” MMC-nin müvafiq nömrəli ödəniş qəbzlərindən aydın olur ki, iddiaçı ümumillikdə öz adına 206 manat məbləğində məcburi dövlət sığorta haqqı ödəmişdir. Lakin ödənilmiş həmin vəsaitlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində (MEİS) öz əksini tapmaması barədə cavabdehin dəlillərini əsaslı saymır. Həmçinin kollegiya qeyd etməyi zəruri hesab edir ki iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqqını ödəməsi barədə sübutu birinci instansiya məhkəməsinə təqdim etdiyindən ödənişlərin elektron sistemdə öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu hal özü-özlüyündə vətəndaşın sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan ə sas kimi qiymətləndirilə bilməz və iddiaçının konstitusion hüququ olan sosial təminat almaq hüququnun pozulmasına səbəb ola bilməz. Kollegiya bir daha vurğulayır ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçının iddia etdiyi illər üzrə torpaq sahəsi ilə bağlı məcburi dövlət sosial sığorta haqqı ödənilməsi barədə sənəd mövcud olsa da cavabdeh inzibati orqan inzibati icraat qaydasında işin bu halını araşdırmamış, ona hüquqi qiymət verməmiş və vətəndaşa pensiya təyin edilməsindən imtina olunması barədə qərar qəbul etmişdir. İddiaçı tərəfindən ödənilən məbləğin qəbul edilməməsi, geri qaytarılması, iddiaçının məcburi dövl ət sosial sığortasının məqsədləri üçün uçota alınmasından imtina edilməsi, həmin dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi və s. hallar iş üzrə aşkar edilməmişdir. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina barədə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərar qanuna zidd olmaqla iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur, cavabdeh inzibati orqanın mübahisələndirilən qərarında istinad edilən hallar və apellyasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Beləliklə, kollegiya inzibati işin araşdırılmış hallarına əsaslanmaqla he sab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutlar və mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmışdır. Cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsas təşkil etmir. Kollegiya belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2-1(122)-454/2025 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstə rilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2-1(122)454/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar