Məhkəmə qərarları › İş №2-1(108)-41/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-41/2023

05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-41/2023 05.09.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə Allahverdiyev Əli Kərim oğlu və X1 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 24 may 2019-cu il tarixli, 1010/090Ş nömrəli əmrinin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(122)-702/2023 nömr əli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə 25 iyun 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 24 may 2019-cu il tarixli, 1010/090Ş nömrəli əmrinin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunması öhdəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə buraxılmış prosessual müddətin bərpa olunması barədə 23 iyun 2023-cü il ta rixli ərizə ilə müraciət edərək ərizəsində göstərmişdir ki, öz iradəsindən asılı olmayaraq vaxtında barəsində verilmiş qanunsuz əmrin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunmağı üçün məhkəməyə müraciət olunma müddətini buraxmışdır. Hal-hazırda ölkə rəhbərinin Naxçıvan Muxtar Respublikasında apardığı islahatlar nəticəsində yaradılmış şəffaf mühitdən istifadə edərək müraciət edərək pozulmuş hüququnun bərpa olunmasını istəyir. Bu məqsədlə Naxçıvan Baş Gömrük İdarəsinə müraciət etmiş, lakin müraciətinə düzgün baxılmamışdır. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddia tələbi üzrə buraxılmış prosessual müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 21(122)-702/2023 nömrəli qərardadı ilə İddiaçı prosessual müddətin bərpa olunması barədə 23 iyun 2023-cü il tarixli ərizəsi təmin edilməmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 24 may 2019-cu il tarixli, 1010/090Ş nömrəli əmrinin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(122)702/2023 nömrəli qərardadından narazı qalan İddiaçı 10 avq ust 2023-cü il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə qarşı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 24 may 2019-cu il tarixli 1010/090Ş nömrəli əmrinin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunması öhdəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin üzərinə qoyulması tələbinə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan MR İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixdə baxmış, iddianı mümkün saymamışdır. Məhkəmə hesab etmişdir ki, iddianın mümkünlüyü b axımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndiirlməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İşin hallarından məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktın, yəni əmrin ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı mübahisələndirilən əmrdən xəbərdar olmuşdur. Belə ki, həmin əmr barədə məlumatlı olmuş, iddiaçı bu əmrlə işdən azad edildiyini bilmişdir. Lakin mübahisələndirdiyi inzibati aktın ona məlum olduğu vax tdan 4 ildən artıq müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmış, bununla da qanunla müəyyən edilmiş prosessual müddəti üzrsüz səbəbdən ötürmüşdür. İddiaçı tərəfin istər məhkəməyə verdiyi izahatında, istərsə də prosessual müddətin bərpa edilməsi barədə ərizəsində istinad etdiyi əsaslar müddətin buraxılmasına haqq qazandıra və mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatına keçirilməsi üçün yetərli sayıla bilməz. İddiaçı qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və müvafiq qurumlara çoxsaylı müraciətlər ünvanlandırmış və buna baxmayaraq ünvanlandığı müraciətlər nəticəsiz qalmışdır. Hətta dəfələrlə Naxçıvan avikassasına Bakı şəhərinə bilet almaq üçün müraciət etsə də, sabiq Daxili İşlər nazirinin göstərişi və DTX-nın bir sıra əməkdaşları tərəfindən onun Bakı şəhərinə g etməyinin qarşısı alınmışdır. Hər kəsə məlum olduğu kimi o zamankı rəhbərlik dövründə Naxçıvan Muxtar Respublikasındakı qanun özbaşınaçılıqları və keyfi qərarlar ucbatından bu məsələyə hüquqi qiymət verilməmişdir. Daha sonra Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sabiq sədri gömrük xidməti general-leytenantı Səhət Həbibbəyliyə dəfələrlə müraciət etmiş və müraciətlərinə baxılmamışdır. Ona edilən basqılar və qanunsuz istintaq təqiblərinə məruz qalaraq məhkəmə orqanlarına və aidiyyatı qurumlara müraciət etməyinin qarşısı dəfələrlə alınmış və bu səbəbdən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində ona Səhət Həbibbəyli tərəfindən Naxçıvan Muxtar Respublikasının sabiq Daxili İşlər naziri Fazil Ələkbərovun da bu məsələdən xəbərinin olduğu və bilavasitə onun göstəriş və tapşırığı əsasında gömrük orqanlarında xidmətdən xaric edilməyi barədə ona bildirilmiş və bu məsələnin açıqlanmaması ondan tələb olunmuşdur. Beləliklə də öz iradəsindən asılı olmayaraq vaxtında barəsində verilmiş qanunsuz əmrin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunması üçün məhkəməyə müraciət olunma müddətini buraxmışdır. Hal-hazırda ölkə rəhbərinin Naxçıvan Muxtar Respublikasında apardığı islahatlar nəticəsində yaradılmış şəffaf mühitdən istifadə edib müraciət edərək pozulmuş hüququnun bərpa olunmasını istəyir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxs in ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən kollegiyaya göndərilmiş şikayətə etirazda göstərilmişdir ki, İddiaçı Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 24 may 2019-cu il tarixli 1010/090Ş nömrəli əmrinin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə iddia müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə m üraciət edə bilər. Qanunvericiliyin qeyd olunan müddəasının məzmunundan belə müəyyən olunur ki, iddia müddətinin axını İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 24 may 2019-cu il tarixli 1010/090Ş nömrəli əmri ilə tanış olduğu gündən, yəni 24 may 2019-cu il tarixindən başlanılmış hesab olunur və iddiaçı mövcud tələbə dair həmin gündən etibarən 1 ay ərzində məhkəməyə müraciət etməli idi. Lakin, İddiaçı iddia müddətinə dair qanunvericiliyin tələblərinə düzgün əməl etməyərək 23 iyun 2023-cü il tarixində məhkəməyə müraciət etmişdir. Buradan da müəyyən olunur ki, İddiaçı mövcud tələbə dair iddia müddətini ötürmüşdür. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qa nunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Əmək Məcəlləsinin 296.6-cı maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etməmiş, həmçinin iddia ərizəsində müddətin buraxılmasına səbəb olmuş h alları əsaslandırmamış və şikayətində qeyd etdiyi hallara dair fakt və ya sübut təqdim etməmişdir. Nəzərli X4 Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində baş müfəttiş vəzifəsində xidmət etmişdir. Bu vəzifə isə gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifə hesab olunur. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) isə əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü bəndinə əsasən dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. Göründüyü kimi, hazırki iddia üzrə iddia müddəti ötürüldüyündən mövcud qanunvericiliyin tələblərinə əsasən iddia mümkün sayılmamalıdır.Yuxarıda göstərilənlər nəzərə alınaraq, İddiaçı iddia müddətini ötürdüyü nəzərə alınmaqla onun Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2-1(122)-702/2023 nömrəli qərardadından verdiyi şikayətin mümkünsüz hesab edilməsinə dair qərar verilməsi kollegiyadan xahiş olunmuşdur. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(122)-702/2023 nömrəli qərardadının ləğv edilməsini kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya iddiaçının izahatını dinləyib inzibati işin materiallarını araşdıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlamaqla şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qan unla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndır. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlm əsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehi n həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMnin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Kollegiya qeyd edir ki, inzibati icraat qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yo xlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisləndirmə haqqında id dia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın la zımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İnzibati Prosessual Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. Kollegiya iddiaçının iddia tələbinə münasibətdə qeyd edir ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində... qaldırıla bilər. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 24 may 2019-cu il tarixli, 1010/090Ş nömrəli əmrin surətindən aydın olur ki, müvafiq əmrlə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük İdarəsinin Sədərək gömrük postunda baş müfəttiş vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 24 may 2019-cu il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarından məlum olur ki, iddiaçı Nəzərli X4 Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 24 may 2019-cı il tarixli, 1010/090Ş nömrəli əmrindən vəzifədən azad olunduğu həmin vaxtdan, əmrlə tanış olub imzalamaqla xəbərdar olmuş, lakin inzibati aktın (əmrin) mübahisələndirilməsinin xüsusi mümkünlük şərtinə, yəni qanunla müəyyən olunmuş müddət daxilində iddia qaldırmaq şərtinə əməl etməməklə ötən 4 ildən artıq müddət ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmiş və müraciət etməməsinin üzrlü səbəbdən baş verməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarından göründüyü kimi mübahisələndirilən inzibati akt 24 may 2019-cu il tarixdə qəbul edilsə də, iddiaçı hazırkı tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İddiaçı iddia ərizəsində və buraxılmış prosessual müddətin bərpa olunması barədə olan ərizəsində, şikayətində bununla əlaqədar dəfələrlə Naxçıvan MR Ali Məclisinə, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə müraciət etməsini bildirmişdir. Kollegiya qeyd edir ki, iddiaçının müxtəlif orqanlara müraciət etməsi belə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətinin buraxılmasının üzrlü səbəbi kimi qəbul edilə bilməz. Kollegiya iddiaçının şikayətində göstərdiyi “ona edilən basqılar və qanunsuz istintaq təqiblərinə məruz qalaraq məhkəmə orqanlarına və aidiyyatı qurumlara müraciət etməyinin qarşısının dəfələrlə alınması və öz iradəsindən asılı olmayaraq vaxtında məhkəməyə müraciət olunma müddətini buraxması” barədə dəlilini əsaslı hesab etmir, belə ki, id diaçı qeyd etdiyi hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmiş, lakin iddiaçı qanunla müəyyən edilmiş iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məh dudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kollegiya belə nəticəyə gəlir ki, iddiaçı hazırda mübahisələndirdiyi qərarın (əmrin) ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. Bu halın mövcudluğu isə iddianın mümkünlük şərtlərini istisna edir. İddiaçı qanunla müəyyən olunmuş iddia müddətini üzrsüz səbəbdən buraxdığından birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının müddətin bərpası barədə 23 iyun 2023-cü il tarixli ərizəsini təmin etməyərək bu əsasla da iddiasını mümkün saymamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tər əflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası İPM-in 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İPM-in 87.6-cı mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İ nzibati Məhkəməsinin 27 iyul 2023cü il tarixli, 2-1(122)-702/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 24 may 2019-cu il tarixli, 1010/090Ş nömrəli əmrinin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(122)-702/2023 nömrəl i qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(122)702/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar