Məhkəmə qərarları › İş №2-1(108)-41/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-41/2024

08.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-41/2024 08.04.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Qarayev Sənan Məmməd oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı “2012-2022-ci illər ərzində Cavabdeh-də işlədiyi, lakin istifadə etmədiyi məzuniyyət günlərinin pulunun hesablanaraq ona ödənilməsi tələbi”nə dair Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-853/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qərardadı üzrə İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması məsələsinə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh-yə qarşı Naxçıvan MR İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2012-2022-ci illər ərzində Cavabdeh-də işlədiyi, lakin istifadə etmədiyi məzuniyyət günlərinin pulunun hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 26 fevral 2024-cü ildə məhkəmənin icraatına daxil olmuş,iddiaçı 26 fevral 2024-cü il tarixli ərizə ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-853/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilərək onun Cavabdeh-yə qarşı “2012-2022-ci illər ərzində Cavabdehdə işlədiyi, lakin istifadə etmədiyi məzuniyyət günlərinin pulunun hesablanaraq ödənilməsi tələbi”nə dair iddiasının geri götürü lmüş hesab edilməsi və bu əsasla da iş üzrə icraata xitam verilməsi, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçı 12 mart 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək 2012-2022-ci illər ərzində Cavabdehdə işlədiyi lakin istifadə etmədiyi məzuniyyət günlərinin pulunun hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin mümkünlüyünün yoxlanılması üzrə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı şikayətinin təmin olunaraq iddia tələbinə baxılmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində icraat zamanı apellyasiya instansiyası mə hkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Məcəllənin 81.3-ci maddəsində göstərilmişdir ki, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin ap ellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin şikayətin verilməsinə dair tələbləri müəyyən edən 85.3-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.Həmçinin həmin Məcəllənin 86.1.3-cü maddəsinin məzmununa əsasən apellyasiya şikayətində barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatları göstərilməlidir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əməl olunmamışdır.Belə ki,iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində məhkəmənin hansı aktından şik ayət verməsi,onun tələbinin konkret nədən ibarət olması müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 86.2-ci maddəsinə əsasən, göstərilən tələbə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə apellyasiya şikayəti verən şəxsə yardım etməlidir. İddiaçı ünvanlanmış inzibati işin materiallarına əlavə edilən Naxçıvan MR İnzibati Məhkəməsinin 13 mart 2024-cü il tarixli məktubu ilə, eyni zamanda Naxçıvan MR Ali Məhkəməsinin məhkəmə bildirişi ilə apellyasiya şikayəti verilərkən yol verilmiş formal xətaların aradan qaldırılması təklif olunmuş,lakin iddiaçı 01 aprel 2024-cü il tarixdə ərizə ilə kollegiyaya müraciət edərək “2022-ci illər ərzində Cavabdeh-də işlədiyi lakin istifadə etmədiyi məzuniyyət günlərinin pulunun hesablanaraq ona ödənilməs i” barədə qətnamə qəbul edilməsini xahiş edərək, apellyasiya şikayəti verilərkən yuxarıda göstərilən formal xətaları aradan qaldırmamışdır. Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin: 87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4-cü maddəsinə görə, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Kollegiya yuxarıda göstərilən hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş prosessual əsaslar olmadığından İddiaçı verdiyi şikayət üzrə apellyasiya mümkün sayılmamalı və şika yətin qəbulundan imtina edilməlidir. Həmçinin kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.(3.2-ci bənd). İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslə r arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir.(5.1-ci bənd). Kollegiya qeyd edir ki, hazırki iddia mülki-hüquqi tələb olmaqla inzibati orqan hesab edilməyən “Cavabdeh”-yə qarşı yönəldiyindən qanunvericiliyin tələbinə əsasən həmin mübahisə inzibati mübahisə hesab edilmədiyinə görə İddiaçı Cavabdeh-yə qarşı “20122022-ci illər ərzində Cavabdeh-də işlədiyi, lakin istifadə etmədiyi məzuniyyət günlərinin pulunun hesablanaraq ona ödənilməsi” tələbinə inzibati məhkəmələr tərəfindən baxıla bilməz.Ona görə də iddiaçıya mülki məhkəmə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah o lunmalıdır. Kollegiya göstərilənlərə əsaslanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 81.3, 87.2, 87.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci, 366-cı maddələrini rəhbər tutub q ə r a r a a l ı r: İddiaçı Cavabdeh-yə qarşı “2012-2022-ci illər ərzində Cavabdeh-də işlədiyi, lakin istifadə etmədiyi məzuniyyət günlərinin pulunun hesablanaraq ona ödənilməsi” tələbinə dair Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-853/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. İddiaçı mülki məhkəmə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslər ə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar