Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-42/2022 15.12.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2, üçüncü şəxslər X1, X7 və X8 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı cavabdeh inzibati orqanın 2005-ci il tarixli aparılmış dəqiqləşdirilmə hərəkətinin Babək rayon, Yarımca kəndində 0,13 ha torpaq sahəsinə münasibətdə (2000-ci il tarixli İd diaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə münasibətdə) qanunauyğun olmayan (qanunsuz) hesab edilməsi, İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin dəqiqləşmədən əvvəlki vəziyyətə qaytarılması (bərpa olunması) və torpaq sahəsinin mübahisə olunan hissəsinin İddiaçı adına olan **********30-10301 reyestr nömrəli, 15 dekabr 2009-cu il tarixli, 358 inventar nömrəli daşınmaz əmlakın texniki pasportuna işlənilməsi (qeydiyyatın aparılması) öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(122)-129/2022 nömrəli qərardadından verilmiş apellyasiya şikayətinə a çıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 21(122)-129/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “cavabdeh inzibati orqanın 2005-ci il tarixli aparılmış dəqiqləşdirilmə hərəkətinin Babək rayon, Yarımca kəndində 0.13 ha torpaq sahəsinə münasibətdə (2000-ci il tarixli İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə münasibətdə) qanunauyğun olmayan (qanunsuz) hesab edilməsi, İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin dəqiqləşmədən əvvəlki vəziyyətə qaytarılması (bərpa olunması) və torpaq sahəsinin mübahisə olunan hissəsinin İddiaçı adına olan **********3010301 reyestr nömrəli, 15 dekabr 2009-cu il tarixli, 358 inventar nömrəli daşınmaz əmlakın texniki pasportuna işlənilməsi (qeydiyyatın aparılması) öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin həmin qərardadı ilə razılaşmayan İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil 01 noyabr 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı uzun müddətdir Babək rayonu, Yarımca kəndində özünə məxsus fərdi yaşayış evində öz ailəsi ilə birlikdə yaşayır. Onun adına Babək Rayon Aqrar İslahat Komiss iyasının 25 avqust 1998-ci il tarixli qərarı ilə Babək rayon Yarımca kəndində 0,13 ha torpaq sahəsi verilmiş və həmin qərar əsasında iddiaçının adına JN-159A nömrəli torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə verilmişdir. Eyni zamanda həmin şəhadətnamə əsasında həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi tikmiş, evi tikən zaman evin arxa tərəfindən 39 metr uzunluğunda və 3 metr enində boş sahə saxlamış, həmin boş sahəni də kommunikasiya xətləri üçün saxlamış, fərdi yaşayış evi üçün həmin sahəyə baxan 4 ədəd pəncərə açmışdır. Sonradan təxminən 2005-ci ildə müvafiq inzibati orqanın əməkdaşları tərəfindən torpaq sahələrində dəqiqləşmələr aparılmış və yuxarıda qeyd edilən torpaq sah əsi hazırki iş üzrə cavabdehlərin mülkiyyətinə verilmiş, buna dair həmin şəxslərə hüquqi sənəd təqdim edilmişdir. Aparılmış dəqiqləşmələrdən iddiaçının xəbəri və məlumatı olmamış, buna dair hər hansı bir rəsmiləşmə (akt, protokol və s.) aparılmamışdır. İddiaçı buna görə də öz mülkiyyətində olan torpaq sahəsinin müəyyən hissəsindən məhrum olmuş, həmin sahədən faktiki olaraq istifadə edə bilmir. Qeyd edilən ölçüdə torpaq sahəsi hal-hazırda JN-159A nömrəli torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə ilə X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Halbuki hazırki iş üzrə cavabdehlər iddiaçıdan sonra həmin ərazidə özləri üçün fərdi yaşayış evi tikmişdirlər. Yəni iddiaçı islahat gedən vaxt və sonralar faktiki olaraq həmin torpaq sahəsinin qanuni istifadəçisi olmuş və ilk olaraq 2 000ci ildə şəhadətnamələr verilərkən də məhz həmin sahə iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçı da hər zaman həm hüquqi baxımdan, həm də faktiki olaraq həmin torpaq sahəsini özününkü bilmiş və həmin sahədən özü üçün istifadə etmişdir. Əlavə olaraq onu qeyd etmək lazımdır ki, yuxarıda qeyd edilən dəqiqləşmə işləri hazırki cavabdeh inzibati orqan olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti olmuşdur. Yəni dəqiqləşmə aparılan zaman da hazırki inzibati iddia üzrə mübahisə predmeti olan torpaq sahəsində yenidən səhvlərə yol verilmişdir. Babək Rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli Qərarı hazırki iş üzrə iddiaçı olan İddiaçı münasibətdə dəqiqləşmə zamanı düzgün icra olunmamışdır. Yəni 2000-ci ildə verilmiş şəhadətnamə düzgün tərtib olunm uşdur. 25 avqust 1998-ci il tarixli qərar ilk olaraq qəbul edilib icraya yönəldilən zaman düzgün icra olunmuş və bu düzgün icra nəticəsində 2000-ci ildə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bundan əvvəl tərəflərindən Naxçıvan MR İnzibati Məhkəməsində inzibati orqan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə aparılmış yanlışlığın düzəldilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması və müvafiq qeydin ləğv olunması tələbinə dair iddia qaldırılmış, sonradan hazırlıq icraatının gedişində məlum olmuşdur ki, inzibati iddia üzrə işə üçüncü şəxs qismində qoşulan X4 və onun ailə üzvləri müvafiq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında həmin torpaq sahəsini daşınmaz əml akın dövlət reyestrində qeydiyyata aldırmamışdır və müvafiq reyestr olmadığından bu iddia tələbinə inzibati məhkəmədə deyil, ümumi məhkəmədə baxılmalıdır. Sonradan buna görə də iddia ərizəsi tərəflərindən geri götürüldü və inzibati iddia üzrə üçüncü şəxs qismində cəlb olunan üçüncü şəxslərə qarşı Babək Rayon Məhkəməsində torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin qismən etibarsız hesab edilməsi, qanuni istifadə hüququnun tanınması və istifadəyə yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddia qaldırılmışdır. Babək Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(079)-186/2021 saylı qərardadı ilə iddia ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmış və qeyd edilmişdir ki, həmin iddia tələbi ümumi məhkəmədə deyil, məhz inzibati məhkəmədə baxılmalıdır. Belə ki, mü bahisənin torpaq mübahisəsi olması və həmin torpaq sahəsinin verilmə əsası məhz aqrar islahat komissiyası olmuşdur. Yəni mübahisənin yaranma mənbəyi məhz aqrar islahat komissiyası olduğundan bu iddia tələblərinə inzibati məhkəmədə baxılmalıdır. Yəni aqrar islahat komissiyasının qərarı inzibati akt olduğundan məhz həmin qərar və o qərardan irəli gələn bütün hüquqi münasibətlərdən yaranan mübahisələr məhz inzibati məhkəmədə baxılmalıdır. Məhz bu səbəbə görə də yenidən inzibati məhkəmədə iddia qaldırılmışdır. Həmçinin onu da qeyd edirlər ki, bundan əvvəlki iddia tələbinə Naxçıvan MR İnzibati Məhkəməsində baxılan zaman iş müəyyən qədər (kifayət qədər) araşdırılmış, mübahisəli torpaq sahəsinə yerində baxış keçirilmiş və eyni zamanda müvafiq mütəxəssis rəyi məhkəməyə təqdim olunmuşdur. Eyni zama nda iddia ərizəsinə hal-hazırda əlavə etdikləri sənədlərdə 2000-ci ilə dair iddiaçının torpaq sahəsinə aid xəritə mövcuddur. Sonradan həmin xəritə dəyişdirilmiş və eyni zamanda dəqiqləşmədən sonra da müəyyən dəyişikliklər olmuşdur. İddiaçı 2009-cu ildə özünə aid olan torpaq sahəsi və fərdi yaşayış evinə münasibətdə çıxarış və texniki pasport alsa da, mübahisə olunan torpaq sahəsinin onun texniki pasportunda göstərilmədiyini bilməmişdir. Halbuki iş materialları ilə də tam sübut olunur ki, həmin hissə dəqiqləşmədən əvvəl məhz İddiaçı məxsus olmuşdur. Bu iş materiallarında olan mütəxəssis rəyləri ilə, eyni zamanda digər sübutlarla da öz təsdiqini tapır. Həmçinin onu da qeyd etmək lazımdır ki, məhkəmə sonuncu məhkəmə iclasından əvvəlki iclasda hazırki iclasla bağlı ekspertiza təyin olunacağını qeyd etmiş, lakin sonuncu iclas isə əksinə müşavirəyə gedərək iddianı mümkün saymamışdır. Halbuki müvafiq ekspertiza ilə iddiaçının hansı tarixdən həmin mübahisə olunan hissədə yaşadığı, hətta mübahisə olunan hissənin ona məxsusluğu tam sübut oluna bilərdi. Həmin hissədə iddiaçı çəpər çəkmiş və iddiaçının faktiki sahibliyində olmuşdur. 2005-ci ilədək isə həmin hissə hüquqi baxımdan da iddiaçıya aid olmuşdur. Lakin məhkəmə işin mahiyyətinə varmadan iddianı mümkün saymamışdır. İkinci bir məsələ də ondan ibarətdir ki, bu iddiada ümumiyyətlə iddia müddətindən söhbət gedə bilməz. Çünki bu iddia vasitəsilə yeni inzibati aktın qəbul edilməsindən və ya qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən söhbət getmir. Əksinə qəbul edilmiş inzibati aktın düzgün formada yenidən icrasından söhbət gedir. Yəni burada söhbət artıq icra olunmuş müvafiq qərarın (Aqrar islahat komissiyasının qərarı) düzgün icra olunmadığından, 2005-ci ildə aparılmış dəqiqləşdirilmə ilə müvafiq qərara münasibətdə texniki səhvliklər olduğundan həmin qərarın yenidən icra olunması tələb olunur. Hesab edirlər ki, burada heç bir müddətin ötürülməsindən söhbət gedə bilməz Buna görə də Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(122)-129/2022 nömrəli qərardadının ləğv olunması, iddianın mümkün sayılaraq iddia icraatına dair inzibati işin baxılması üçün Naxçıvan MR İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şikayətə qarşı etiraz və ya izahat daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməl ərinə baxmayaraq iş üzrə üçüncü şəxslər X12, X9 və X5 məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Kollegiya Azərbaycan Respublikası İPMin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə uyğun olaraq icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayəti müdafiə edərək izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(122)-129/2022 nömrəli qərardadının ləğv olu nması, "Cavabdeh inzibati orqanın 2005-ci il tarixli aparılmış dəqiqləşdirilmə hərəkətinin Babək rayon, Yarımca kəndində 0,13 ha torpaq sahəsinə münasibətdə (2000-ci il) tarixli İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə münasibətdə) qanunauyğun olmayan (qanunsuz) hesab edilməsi, İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"nin dəqiqləşmədən əvvəlki vəziyyətə qaytarılması (bərpa olunması) və torpaq sahəsinin mübahisə olunan hissəsinin İddiaçı adına olan **********30-10301 reyestr nömrəli, 15 dekabr 2009-cu il tarixli, 358 inventar nömrəli daşınmaz əmlakın texniki pasportuna işlənilməsi (qeydiyyatın aparılması) öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması" barədə iddianın mümkün sayılaraq inzibati işin baxılması üçün Na xçıvan MR İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil şikayəti müdafiə edərək izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(122)-129/2022 nömrəli qərardadının ləğv olunması, "Cavabdeh inzibati orqanın 2005-ci il tarixli aparılmış dəqiqləşdirilmə hərəkətinin Babək rayon, Yarımca kəndində 0.13 ha torpaq sahəsinə münasibətdə (2000-ci il) tarixli İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə münasibətdə) qanunauyğun olmayan (qanunsuz) hesab edilməsi, İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"nin dəqiqləşmədən əvvəlki vəziyyətə qaytarılması (bərpa olunması) və torpaq sahəsinin mübahisə olunan hissəsinin İddiaçı adına olan **********30-10301 reyestr nömrəli, 15 dekabr 2009-cu il tarixli, 358 inventar nömrəli daşınmaz əmlakın texniki pasportuna işlənilməsi (qeydiyyatın aparılması) öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması" barədə iddianın mümkün sayılaraq inzibati işin baxılması üçün Naxçıvan MR İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X6 qanuni qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxslər X4, X13 və X14 izahatlarında apellyasiya şikayətinin təmin edilməyərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(122)-129/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdilər. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddə aları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iş üzrə sədrlik edənin məruzəsini və iş üzrə tərəflərin izahatını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayə t edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Kollegiya İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətində qeyd olunan dəlillərə ümumilkdə qiymət verərək onları əsasız hesab edir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən inzibati orqanın mübahisələndirilən dəqiqləşdirilmə hərəkəti 2005-ci il tarixdə aparılmışdır. Hazırki iş üzrə iddiaçı cavabdeh inzibati orqanın 2005-ci il tarixli aparılmış dəqiqləşdirilmə hərəkətinin Babək rayon, Yarımca kəndində 0.13 ha torpaq sahəsinə münasibətdə (2000-ci il tarixl i İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə münasibətdə) qanunauyğun olmayan (qanunsuz) hesab edilməsi, İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin dəqiqləşmədən əvvəlki vəziyyətə qaytarılması (bərpa olunması) və torpaq sahəsinin mübahisə olunan hissəsinin İddiaçı adına olan **********30-10301 reyestr nömrəli, 15 dekabr 2009-cu il tarixli, 358 inventar nömrəli daşınmaz əmlakın texniki pasportuna işlənilməsi (qeydiyyatın aparılması) öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, iddiaçının qeyd olunan mübahisəli torpaq sahəsi ilə bağlı 17 il müddətində məlumatlı olmaması inandırıcı deyil. Bundan başqa iddiaçının ərizəsi əsasında 12 dekabr 2009-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ölçmə işləri aparılaraq ona 358 inventar nömrəli daşınmaz əmlakın texniki pasportu və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Həmin Çıxarışda, eləcə də daşınmaz əmlakın texniki pasportunda dəqiqləşmə hərəkətinin nəticəsi əks olunduğundan iddiaçının mübahisəli torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətində olmasından xəbərsiz olması ağlabatan deyildir. Bununla da İddiaçı inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İnzibati Prosessual Məcəllədən əvvəl qüvvədə olan mülki prosessual qanunvericiliklə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində iddiaçı hazırkı tələb barədə məhkəmədə iddia qaldırmamış və qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra hakimiyyəti orqanları və bələdiyyələrin cavabdeh olduğu işlərə baxılmasının bəzi məsələləri barədə” 18 iyul 2018-ci il tarixli, 2-411 nömrəli icmal məktubunda məhkəmələrə tövsiyə edilir ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialara baxılarkən həmin aktların və hərəkətlərin mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni inzibati orqanın mübahisələndirilən hərəkətinin baş verdiyi vaxtda qüvvədə olan 10 iyun 2011- ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (10 iyun 2011-ci il tarixə qədər qüvvədə olan redaksiyada) 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 299.1-ci maddəsinə ə sasən ərizəyə məhkəmə tərəfindən 1 ay müddətində şəxsin qərar və hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müvafiq icra hakimiyyəti və ya yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların vəzifəli şəxslərinin iştirakı ilə baxılır. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün 1 ay müddət müəyyən etmişdir. Hazırki inzibati iş üzrə İddiaçı həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin verdiyi hüquqi müdafiə imkanlarından istifadə etmədiyi üçün 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmək müddəti 1 yanvar 2011-ci il tarixədək öt ürülmüşdür. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və hərəkətlərə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci ma ddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanun la qorunan maraqlarının pozulduğunu əsaslandİrdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 4.1-ci bəndində göstərilmişdir ki, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozuldu ğunu əsaslandırmalıdır, həmin qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə məhkəmə kollegiyası inzibati işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qəbul edilmiş qərardad kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Şikayətdə qeyd olunan dəlil birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas sayıla bilməz. Məhz bu səbəbdən də İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “cavabdeh inzibati orqanın 2005-ci il tarixli aparılmış dəqiqləşdirilmə hərəkətinin Babək rayon, Yarımca kəndində 0,13 ha torpaq sahəsinə münasibətdə (2000ci il tarixli İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə münasibətdə) qanunauyğun olmayan (qanunsuz) hesab edilməsi, İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin dəqiqləşmədən əvvəlki vəziyyətə qaytarılması (bərpa olunması) və torpaq sahəsinin mübahisə olunan hissəsinin İddiaçı adına olan **********30-10301 reyestr nömrəli, 15 dekabr 2009-cu il tarixli, 358 inventar nömrəli daşınmaz əmlakın texniki pasportuna işlənilm əsi (qeydiyyatın aparılması) öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(122)-129/2022 nömrəli qərardadından verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(122)-129/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya göstərilənlərə əsaslanıb Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.1, 90.2, 94.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.4-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l ı r: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə D övlət Xidmətinə qarşı “cavabdeh inzibati orqanın 2005-ci il tarixli aparılmış dəqiqləşdirilmə hərəkətinin Babək rayon, Yarımca kəndində 0,13 ha torpaq sahəsinə münasibətdə (2000-ci il tarixli İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə münasibətdə) qanunauyğun olmayan (qanunsuz) hesab edilməsi, İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin dəqiqləşmədən əvvəlki vəziyyətə qaytarılması (bərpa olunması) və torpaq sahəsinin mübahisə olunan hissəsinin İddiaçı adına olan **********30-10301 reyestr nömrəli, 15 dekabr 2009-cu il tarixli, 358 inventar nömrəli daşınmaz əmlakın texniki pasportuna işlənilməsi (qeydiyyatın aparılması) öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(122)-129/2022 nömrəli qərardadından verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 21(122)-129/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan məhkəmə qərardadının təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-42/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-42/2022
15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver