Məhkəmə qərarları › İş №2-1(108)-42/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-42/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-42/2024 16.05.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə qarşı "onun barəsində verilmiş Naxçıvan MR Ədliyyə Nazirliyinin 13 mart 2023-cü il tarixli, 08ş/h saylı əmrinin ləğv edilməsi, onun Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli X5-nəzarət şöbəsinin böyük inspektoru vəzifəsinə bərpa olunmağı, işəgötürənin təqsiri üzündən (əmək kitabçası qanunla müəyyən olunmuş vaxtda verilmədiyinə görə) iş ə düzələ bilmədiyi müddət üçün, yəni 9 aylıq müddət üçün orta aylıq əmək haqqının (bu müddət ərzində əmək haqqına əlavələr, mükafatlar nəzərə alınmaqla) kompensasiya olaraq ona ödənilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(122)-546/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə qarşı 13 dekabr 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək onun barəsində verilmiş Naxçıvan MR Ədliyyə Nazirliyinin 13 mart 2023-cü il tarixli, 08ş/h saylı əmrinin ləğv edilməsi, onun Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xi dmətinin Qarışıq Rejimli X5-nəzarət şöbəsinin böyük inspektoru vəzifəsinə bərpa olunmağı, işəgötürənin təqsiri üzündən (əmək kitabçası qanunla müəyyən olunmuş vaxtda verilmədiyinə görə) işə düzələ bilmədiyi müddət üçün, yəni 9 aylıq müddət üçün orta aylıq əmək haqqının (bu müddət ərzində əmək haqqına əlavələr, mükafatlar nəzərə alınmaqla) kompensasiya olaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 21(122)-546/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə qarşı "onun barəsində verilmiş Naxçıvan MR Ədliyyə Nazirliyinin 13 mart 2023-cü il tarixli, 08ş/h saylı əmrin ləğv edilməsi, onun Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin in Qarışıq Rejimli X5-nəzarət şöbəsinin böyük inspektoru vəzifəsinə bərpa olunmağı, işəgötürənin təqsiri üzündən (əmək kitabçası qanunla müəyyən olunmuş vaxtda verilmədiyinə görə) işə düzələ bilmədiyi müddət üçün, yəni 9 aylıq müddət üçün orta aylıq əmək haqqının (bu müddət ərzində əmək haqqına əlavələr, mükafatlar nəzərə alınmaqla) kompensasiya olaraq ona ödənilməsi tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 21(122)-546/2024 nömrəli qərardadından narazı qalan İddiaçı 18 mart 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(122)-546/2024 nömrəli q ərardadının ləğv olunması, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə qarşı "onun barəsində verilmiş Naxçıvan MR Ədliyyə Nazirliyinin 13 mart 2023-cü il tarixli, 08ş/h saylı əmrin ləğv edilməsi, onun Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli X5-nəzarət şöbəsinin böyük inspektoru vəzifəsinə bərpa olunmağı, işəgötürənin təqsiri üzündən (əmək kitabçası qanunla müəyyən olunmuş vaxtda verilmədiyinə görə) işə düzələ bilmədiyi müddət üçün, yəni 9 aylıq müddət üçün orta aylıq əmək haqqının (bu müddət ərzində əmək haqqına əlavələr, mükafatlar nəzərə alınmaqla) kompensasiya olaraq ona ödənilməsi tələbi”nə dair iddiasının mümkün sayılaraq işin yenidən baxılması üçün Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbu l edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2007-ci ildən Naxçıvan MR Ədliyyə Nazirliyində işə başlamış, 13 iyun 2023-cü il tarixinə kimi bu qurumda müxtəlif vəzifələrdə xidmət etmişdir. xx.xx.2023-cü il tarixli əmrlə o “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən orqandan xaric edilmişdir. Verilmiş olan 13 mart 2023-cü il tarixli əmrdə onun konkret olaraq hansı pozuntunu törətməyi qeyd olunmamışdır. Bu qeyd oluna da bilməzdi. Məlum olduğu kimi istinad olunan “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi 11 hissədən ibarətdir və onun hansı vəzifəni pozmağı qeyd olunmamışdır. Əlavə olaraq onu qeyd etmək istəyir ki, o işdən çıxarılan za man məlumatı olmamış, sadəcə ona işə gəlməməyi barədə şifahi deyilmiş, ona əmrin sürəti və eyni zamanda əmək kitabçası da verilməmişdir. Halbuki qanuna müvafiq olaraq işçi işdən çıxarılan gün ona əmək kitabçası, son haqq-hesab və eyni zamanda əmək kitabçası da verilməli idi. O yazılı ərizə ilə müraciət edərək, barəsində olan əmrin sürətini və eyni zamanda əmək kitabçasını 14 noyabr 2023-cü ildə Naxçıvan MR Ədliyyə Nazirliyindən rəsmi qaydada alıb. Eyni zamanda ərizə ilə qeyd edilən inzibati orqana müraciət edərək, onun barəsində olan əmrin ləğv edilməsini, bunun qanunsuz və əsassız olduğunu bildirmiş, onu işə bərpa etmələrini xahiş etsə də, müvafiq qurumdan ona imtina cavabı verilmişdir. Məhkəmə qeyd edilən mübahisəyə baxaraq iddianın müddətin keçməsi ilə bağlı mümkün sayılmaması barədə qə rara gəlmiş və buna dair xx.xx.2024-cü il tarixli qərardad qəbul edilmişdir. O bu qərardadla qəti şəkildə razılaşmır. Belə ki, işə baxan birinci instansiya məhkəməsi hesab edirlər ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38ci maddəsinə fikir verməmiş, daha doğrusu qeyd edilən normanı düzgün tətbiq etməmişdir. Belə ki, inzibati iddia üzrə iş materiallarından da aydın olduğu kimi o rəsmi qayada müraciət edərək əmək kitabçası və müvafiq işdən çıxma barədə əmrin sürətin aldıqdan sonra müddəti buraxmadan məhkəməyə müraciət edib və barəsində verilmiş əmri mübahisələndirib. Lakin işə baxan birinci instansiya məhkəməsi onun müddəti buraxaraq iddia tələbi ilə məhkəməyə müraciət etdiyini qeyd etmiş, məhkəmə qərardadının 5-ci səhifəsində qeyd edilir ki, “işin faktiki hallarından g öürünür ki, mübahisələndirilən əmrin rəsmi daşıyıcı vasitəsilə iddiaçıya hansı tarixdə təqdim olunmasının müəyyən etmək mümkün olmamışdır, lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı əmrdən qəbul edildiyi vaxtdan xəbərdar olmuşdur”. O bu iki ziddiyyətli, absurd fikirlə qəti şəkildə razılaşmıram. Belə ki, məhkəmə araşdırması zamanı heç nə müəyyən edilməmiş, hakimin işə şablon yanaşmasından başqa heç bir məhkəmə prosesindən söhbət belə gedə bilməzdi. Məhkəmə bu əmrdən xəbərdar olma ilə bağlı heç bir araşdırma aparmamış, hətta inzibati orqan olan Naxçıvan MR Ədliyyə Nazirliyinin nümayəndəsinə tərəf çıxmış, vəkili tərəfindən nümayəndəyə verilən sulların cavablandırlması zamanı ona hakim köməklik etmiş, vəkili buna etiraz etmişdir. Belə ki, inzibati orqanın nümayəndəsi ona i ddiaçının əmrdən xəbəri var idimi və necə xəbərdar olunmuşdu? sualına o “elə hamının içində bildi ki, o artıq işdən azad olunubdur” deyə qeyd etmişdir. Vəkili də bu cavabın, eyni zamanda hakimin ona köməklik göstərilməsinə olan etirazın protokola yazılmasını tələb etmişdir. Məhz məhkəmə həmin nümayəndənin həmin cavabı əsasında “məhkəmə araşdırması” zamanı iddiaçının əmrdən xəbərdar olunduğunu qeyd etmişdir. Halbuki məhkəmə xəbərdar olunma və ya elan olunmanın, sənədləşdiriliməsini tələb etməli olduğu halda bunu etmədi, belə bir sənədləşmə də mövcud deyildi. İkinci bir hal ondan ibarətdir ki, o xidməti vəsiqəsi onda olduğu üçün hələ də işdə olduğunu bilmiş, eyni zamanda AR DTX İstintaq şöbəsində aparılan cinayət işinə görə onu bu iş bitdikdən sonra işə çağıracaqlarını, bu müddət ərzində d ə sərəncama götürüldüyünü bilib. Yəni onun qeyd edilən maddə ilə işdən azad olunmağı rəsmi qaydada əmək kitabçasını aldığı vaxt olmuşdur. Halbuki məhkəmə də qeyd edir ki, əmrin rəsmi daşıyıcı vasitəsilə nə vaxt verilməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmənin onun bu əmrdən məlumatı olmağına dair gəldiyi hüquqi nəticə onun fikrincə kifayət qədər şübhəli və obyektivlikdən kənar olan bir məsələdir. Əlavə olaraq onu qeyd etmək lazımdır ki, məhkəmə onun pul mükafatları, maddi təminatın alınmamasını onun əmrdən xəbərdar olmasını təsdiqləyən bir hal kimi qiymətləndirir. O bununla qəti şəkildə razılaşmır. Birincisi ona görə də onun əmək haqqını almamağı və ya hər hansı başqa bir pul mükafatı almamağı onun rəsmi qaydada qeyd edilən bu əmrdən xəbrədar olmağı anlamına gəlmir və hesab edir ki, bu çox ciddi məsələdir. Yəni iş materiallarında onun əmrdən xəbərdar olmağını təsdiqləyən heç bir mötəbər sübut olmadığı halda, inzibati orqanın nümayəndəsinin məhkəməyə əmrdən xəbərdar olmağı barədə heç bir sübut (sənəd) təqdim etmədiyi halda, məhkəmənin özünün öz təşəbbüsü və ağlabatanlığı əsasında belə bir qənaətə gəlməsi onun fikrincə “məhkəmə sübutlar əsasında işə qiymət verir” prinsipinə ziddir. Onun əmək hüquqları çox kobud şəkildə pozulmuş, əmək haqqından o mərhum olmuşdur. Əmək haqqı isə şəxsin mülkiyyəti deməkdir. Məhkəmə müddət məsələsinə çox səthi yanaşmış, qanunun norması onun fikrincə obyektiv və düzgün araşdırmamış, heç bir sübut olmadığı halda onun iddia müddətini buraxmağı qənaətinə və xüsusən heç bir sübut olmadığı halda onun müvafiq əmrdən xəbərdar olmağı qənatinə gəlin mişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-16-33-1/2-805/2024 nömrəli məktubda qeyd olunur ki, İddiaçı xidməti vəzifələrinin icrası zamanı Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 10.3-cü maddəsinin tələblərini pozaraq məhkumlara qarşı qəddar və insan ləyaqətini alçaldan hərəkətlərə yol verdiyindən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10; 31.1.8 və 32.1-ci maddələrinə əsasən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 13 mart 2023-cü il tarixli, 08 ş/h saylı əmri ilə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçı barəsində verilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 13 mart 2023-cü il tarixli, 08 ş/h say lı əmri Penitensiar xidmətin rəhbərliyi tərəfindən imzalanaraq icra olunması ilə bağlı aidiyyəti üzrə İddiaçı əsas iş yeri olan Penitensiar xidmətin Qarışıq rejimli cəzaçəkmə müəssisəsinə göndərilmişdir. İddiaçı işdən azad olunduğu tarixdə Penitensiar xidmətdə olmuş və tutduğu vəzifədən azad olunması barədə Kadrlar bölməsi tərəfindən özünə məlumat verilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən daxil olan əmrin məzmunu şəxsi heyətə elan olunmuş, əmrin surətini almasını təsdiq etmək üçün imza etməkdən imtina etmişdir. Bildirilir ki, İddiaçı ədliyyə orqanlarında qulluq keçməsinə xitam verildiyi tarixdən əmək kitabçasında qeydlər aparılaraq, əmək kitabçası imzalanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 saylı Qərarı ilə təsdi q edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” qaydaların 6-cı bəndinə əsasən “Əmək kitabçasının poçt vasitəsilə göndərilməsi yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir”. Lakin İddiaçı tərəfindən razılıq ərizəsi daxil olmadığından ona məxsus olan ******* saylı əmək kitabçası yaşadığı ünvana göndərilməmişdir. Penitensiar xidmətin Kadrlar bölməsi tərəfindən İddiaçı mobil telefonuna zəng olunaraq əmək kitabçasının şəxsən özünün gəlib götürməsi diqqətinə çatdırılmış, lakin cavab olaraq şəhərdən uzaq yerdə olduğunu və şəhərə qayıdan zaman əmək kitabçasının gəlib götürəcəyini bildirmişdir. İddiaçı Penitensiar xidmətə gələrək müraciəti əsasında ona məxsus olan ******* nömrəli əmək kitabçası 14 noyabr 2023-cü il tarixdə özünə verilmişdi r. Eləcə də, 14 noyabr 2023-cü il tarixdə İddiaçı ərizəsinə əsasən ədliyyə orqanlarından xaric olunması barədə əmrdən çıxarış yaşadığı ünvana göndərilmişdir. İddiaçı məxsus **********0104 kart hesab nömrəsinə 01 fevral 2023-cü il tarixdə 4232.67 manat (məzuniyyət, müavinət, xəstəlik müavinəti), 17 fevral 2023-cü il tarixdə 860.81 manat, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 13 mart 2023-cü il tarixli 08 ş/h nömrəli əmrinə əsasən 17 mart 2023-cü il tarixdə isə 343.92 manat son haqq hesab ödənilmişdir. İşçiyə tutduğu vəzifədən azad olunması barədə xx.xx.2023-cü il tarixli əmr həmin gün elan edilmiş, həmçinin son haqq hesabının xx.xx.2023-cü il tarixdə ödənildiyindən, həmin tarixdən sonra İddiaçı Penitensiar Xidmətdə hər hansı bir iş yerinə yetirmədiyindən və vəzifədən azad olun duğunu bildiyi üçün işə çıxmadığından və əmək haqqı almadığından həmin tarixdən işdən azad olunduğunu bilmişdir. İşə bərpa barədə iddia müddətinin axımı həmin tarixdən hesablanır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə İddiaçı şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(122)-546/2024 nömrəli qərardadının ləğv edilməsini və iddiasının mümkün sayılaraq işin yenidən baxılması üçün Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi X6 verdiyi izahatında Naxçıvan Muxtar Respublikası İnziba ti Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(122)-546/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edi lmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və inzibati məhkəmə icraatı iştirakçılarının izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq aşağıdakıları qey d edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya ilk olaraq qeyd edir ki, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı ol mayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Buna görə də məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Kollegiya iddiaçının iddia tələbinə münasibətdə qeyd edir ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə ki, hazırkı iş üzrə iddia tələbinin məzmunundan aydın olur ki, iddiaçının əsas hüquqi marağı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin onun barəsində verilmiş 13 mart 2023-cü il tarixli, 08ş/h saylı əmrinin ləğv edilməsi, onun Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli X5-nəzarət şöbəsinin böyük inspektoru vəzifəsinə bərpa olunmağı, işəgötürənin təqsiri üzündən (əmək kitabçası qanunla müəyyən olunmuş vaxtda verilmədiyinə görə) işə düzələ bilmədiyi müddət üçün, yəni 9 aylıq müddət üçün orta aylıq əmək haqqının (bu müddət ərzində əmək haqqına əlavələr, mükafatlar nəzərə alınmaqla) kompensasiya olaraq ona ödənilməsindən ibarətdir. Qeyd edilməlidir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəs inə uyğun olaraq Ədliyyə orqanlarında qulluq keçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi, “İcra haqqında”, “İcra məmurları haqqında”, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Notariat haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci madd əsi ədliyyə orqanlarında qulluğa qəbul edilən şəxslərə şamil edilir. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının 15-ci səhifəsində 13 mart 2023-cü il tarixli, 08ş/h nömrəli əmrlə həmin tarixdən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Qarışıq Rejimli X5nəzarət şöbəsinin böyük inspektoru ədliyyə mayoru İddiaçı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10, 31.1.8 və 32.1-ci maddələrinə əsas ən ədliyyə orqanlarından xaric ediməsi barədə qeyd aparılmışdır. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İddiaçının apellyasiya şikayətinin əsas dəlili həmin əmrlərdən və əmrə əsas olmuş rəydən xəbərinin olmaması və surətlərinin ona verilməməsi ilə əlaqədardır. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa s özlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Belə ki, uzun müddət ərzində iddiaçının iş yerinə getməməsinə, heç bir əmək funksiyası yerinə yetirməməsinə, eyni zamanda əmək haqqı almamasına və əmək kitabçasında xidmətinə xitam verilməsi barədə qeyd aparılmasına baxmayaraq əmrdən xəbərinin olmaması dəlili qətiyyən inandırıcı deyil, bu iddiaçının subyektiv mülahizəsidir və heç bir hüquqi əsası yoxdur. Belə ki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,...... 30 gün müddətində qal dırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Qanunvericiliyin s adalanan müddəalarından da göründüyü kimi müddət şəxsin təqsiri olmadan buraxıldığı hallarda məhkəmə tərəfindən təmin edilir. Lakin birinci instansiya məhkəməsində müdafiəçi ilə birlikdə iştirak etməsinə baxmayaraq iddiaçı müddətin üzrlü hesab edilərək bərpa edilməsi ilə əlaqədar ümumiyyətlə məhkəməyə hər hansı sübut və vəsatət təqdim etməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında olan tövsiyələri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşın maz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilmə si baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmiş, lakin iddiaçı qanunla müəyyən edilmiş iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qa nunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Eyni zamanda iş materiallarınd an, iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlarından və şikayətində qeyd etdiklərindən aydın olduğu kimi iddiaçı Əsgərov X8 Muxtar Respublikası Ədliyyə Nazirliyinin 13 mart 2023-cü il tarixli, 08ş/h nömrəli əmrindən vaxtında xəbərdar olmuş, lakin ötən 10 ay müddətidə hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmiş və müraciət etməməsinin üzrlü səbəbdən baş verməsinə dair hər hansı sübutu təqdim etməmişdir. Bu halın mövcudluğu isə iddianın mümkünlük şərtlərini istisna edir. Həmçinin qeyd edilməlidir ki, İddiaçı apelyasiya baxışı zamanı məhkəmədə dindirilərkən işdən azad olunması barədə əmrdən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sabiq rəisi X7 barəsində olan cinayət işi üzrə dindirilən zaman xəbərinin olmasını bildirmişdir. İddiaçının bu dəli linin yoxlanılması məqsədilə müvafiq sorğu göndərilmiş və Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2-22/2024 nömrəli cavabı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sabiq rəisi X7 barəsində olan cinayət işinin 13 noyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə daxil olduğu, cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarın 31 oktyabr 2023-cü il tarixdə tərtib olunduğu, ittiham aktının isə 07 noyabr 2023-cü ildə təsdiq edildiyi, cinayət işinin materiallarında İddiaçı dindirilməsi ilə bağlı heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Apellyasiya şikayətində göstərilən digər dəlillərə münasibətdə qeyd edilməlidir ki, irəli sürülən dəlillər birinci instansiya məhk əməsinə təqdim edilmiş iddia ərizəsində qeyd edilənlərlə eyniyyət təşkil edir və ümumiyyətlə iddianın əsaslılığı ilə əlaqədar dəlillərdən ibarətdir və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında da qeyd olunduğu kimi “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir”. Yəni, mümkün hesab edilməyən iddiaların əsaslılığının yoxlanılması qanunvericiliklə yolverilməzdir. İddiaçı tərəfindən qeyd edilən bu dəlillər iddianın əsaslılığı ilə əlaqədar olduğundan hazırki baxışın predmetinə daxil deyil və buna g örə də müzakirə olunaraq qiymətləndirilməsi kollegiyanın səlahiyyətləri xaricindədir. Kollegiya şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında da qeyd edildiyi kimi iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıx armaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli 2-1(122)-546/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l d ı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə qarşı "onun barəsində verilmiş Naxçıvan MR Ədliyyə Nazirliyinin 13 mart 2023-cü il tarixli, 08ş/h saylı əmrinin ləğv edilməsi, onun Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli X5-nəzarət şöbəsinin böyük inspektoru vəzifəsinə bərpa olunmağı, işəgötürənin təqsiri üzündən (əmək kitabçası qanunla müəyyən olunmuş vaxtda verilmədiyinə görə) işə düzələ bilmədiyi müddət üçün, yəni 9 aylıq müddət üçün orta aylıq əmək haqqının (bu müddət ərzində əmək haqqına əlavələr, mükafatlar nəzərə alınmaqla) kompensasiya olaraq ona ödənilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(122)-546/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli 21(122)-546/2024 nömrəli qərarda dı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, onun inzibati məhkəmə icraatının iştirakçılarına təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar