Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-43/2022 15.12.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlu (sədirlik edən və məruzəçi), Abbasov Fərman Məmməd oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X3 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 21(122)-83/2022 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Rzayev X5 Muxtar Respublikası İnzi bati Məhkəməsinə müraciət edərək cavabdeh Naxçıvan Muxtar Respublikası “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli 10 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 29 mart 2022-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı İddiaçı 01 iyun 2019-cu il tarixdən “əmək pensiyaları haqqında”Azərbaycan respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair Naxçıvan Muxtar Respublikası “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin inzibati aktının (04 fevral 2022-ci il tarixli,01/R-24 saylı məktub) ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci il yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi dəqiqləşdirilərək Naxçıvan Muxtar Respublikası “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli 10 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin əsl cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi ilə əvəz edil məsinə heç bir etirazının olmadığını bildirərək 29 mart 2022-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-1(122)-83/2022 nömrəli qərardadı ilə İddiaçı ərizəsi təmin edilərək iddia tələbi dəqiqləşdirilmiş və iş üzrə cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin əsl cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi ilə əvəz edilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 21(122)-83/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı Naxçıvan Muxtar Re spublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 21(122)-83/2022 nömrəli qərarından narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa rayon şöbəsi 05 noyabr 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(122)-83/2022 nö mrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi şikayətində göstərmişdir ki, İddiaçı iddiasının heç bir hüquqi əsası yoxdur. Belə ki, X9 şöbəsi tərəfindən Culfa rayon şöbəsində pensiya təyinatının qanunvericiliyə uyğunluğunun yoxlanılması zamanı məlum olmuşdur ki, xx xxxx 1962-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 30 sentyabr 2020-ci il tarixli, 263-nömrəli qərarına əsasən 01 iyun 2019-cu il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəşt li şərtlərlə 180,15 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi 20 avqust 1985-ci il tarixli, BT-11 seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək (10 ay 16 gün) Bakı Texniki peşə məktəbində avtomobil təmiri çilingəri peşəsi üzrə kurs keçmiş, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək (2 il 13 gün) SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək (1 il 10 ay 22 gün) Ukrayna Respublikasının Xarkov Vilayətində Texniki peşə məktəbində lokomotiv maşinisti və lokomotiv təmirçisi peşəsi üzrə tam kurs keşmiş, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək (2 il 22 gün) Ukrayna Respublika sının Cənub dəmir yolu, Kremençuq lokomotiv deposunda maşinist köməkçisi, xx.xx.1987-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Dəmir Yolları X6 maşinist köməkçi işləmişdir. Beləliklə, İddiaçı əmək kitabçasının təsdiq edilmiş surətində qeyd olunmuş məlumatlara əsasən 01 yanvar 2006-cı il tarixədək hərbi xidmət dövrü də daxil olmaqla 25 il 2 ay 17 gün sığorta stajı vardır. X13 Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 25 sentyabr 2020-ci il tarixli, 13/714 nömrəli əmək haqqı cədvəllərində, İddiaçı 1996-cı və 1999-cu illər X19 Lokomotiv Deposunda işləməsi faktı aylar üzrə tam olaraq öz əksini tapmamış və arayışın qeyd hissəsində 1998-ci ilə dair əməkhaqqı cədvəllərinin X8 təhvil verilmədiyi qeyd olunmuşdur. Arxiv arayışında iddiaçının X19 Lokomotiv Deposunda işləd iyi illərə aid əmək haqqı cədvəllərində 1996-cı ildə 6 ay; 1998-ci ildə 12 ay; 1999-cu ildə 4 ay əmək haqqı almadığı göstərilmişdir. Cəmi çatışmayan ayların sayı 22 ay təşkil edir ki, bu da 1 il 10 ay deməkdir. Həmin aylar üzrə iddiaçı əməkhaqqı almamışdırsa, deməli həmin aylar işləməmiş və müvafiq sığorta haqlarını da ödəməmişdir. Bu səbəbdən də iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı (23 il 4 ay 7 gün) tələb olunan 25 il sığorta stajına çatmamış və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğu üçün, pensiya işi Fondun Culfa rayon şöbəsinin 8 fevral 2022-ci il tarixli, 10 nömrəli qərarına əsasən ləğv edilmişdir. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixədək olan 23 il 4 ay 7 gün sığorta stajına əsasə n 16858,85 manat, 01 yanvar 2006-cı il tarixdən 01 iyun 2019-cu il tarixədək isə 14334,37 manat pensiya kapitalı olmaqla, cəmi 31193,22 manat pensiya kapitalı olmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının hesablaması aşağıdakı qaydada aparılmışdır: 64 yaş (2019-cu ilin iyun ayı üçün qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) - 57 yaş (güzəştli şərtlərlə yaş həddi) = 84 ay (yaşlar arasındakı ay fərqi) + 144 ay (gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı) = 228 ay (gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı); pensiya kapitalı 31193,22: 228 - 136,81 < 160,0 (2019-cu il iyun ayı üçün minimum pensiya məbləği). Daha sonra, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 22 fevral 2022-ci il tarixli, 13/252 nömrəli əmə khaqqı cədvəllərində, iddiaçının X19 Lokomotiv Deposunda işlədiyi və aylar üzrə əmək haqqı almasına dair arayışda, onun 1996- cı ildə 6 ay, 1998-ci ildə isə 7 ay əməkhaqqı almadığı göstərilmişdir. Beləliklə mübahisələndirilən dövrlər ümumi iş stajından çıxıldıqda iddiaçının ümumi iş stajının aşağı düşdüyü, bununla da qanunvericiliklə tələb olunan minimum 25 il ümumi staj tələbinin ödənilmədiyi, həmçinin 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" müddəasının iddiaçıya tətbiq edilməli olduğunu nəzərə alaraq, ona qanunvericiliyin tələblərinə zidd olaraq güzəştli şərtlərlə yaşa görə pensiya təyinatının aparılması müəyyənləşdirilmişdir. Məhkəmə qər ar qəbul edərkən, hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23 sentyabr 1992-ci il tarixli "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddisinə istinad etmişdir. Məhkəmə yalnız bu müddəaya əsaslanaraq iddiaçının işlədiyi dövrdə sosial sığorta haqqı ödəməməsinə baxmayaraq, işlədiyi illərin ümumi iş stajına daxil edildiyini bildirmişdir. Naxçıvan Muxtar Respublikası Arxivində olan arayışlar yoxlanılmış və orada iddiaçıya 1996-cı ildə ilk 6 ay, 1998-ci ildə isə ilk 7 ay əmək haqqı almadığı təsbit edilmişdir. Qeyd olunduğu kimi əgər şəxs əmək haqqı almayıbsa necə ola bilər ki, "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddisinə istinad olunsun. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikasının 6 mart 2007- ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 8-ci hissəsinə münasibətdə qeyd edilməlidir ki, həmin qanunun 3-cü maddəsinin a) bəndində mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan şəxslərin əmək pensiyası almaq hüququnun olduğu göstərilmişdir. Eyni zamanda, hazırda qüvvədə olan " Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin iş müddətləri iş stajına daxil edilir. Göründüyü kimi istər əvvəl qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununda, istərsə də 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan "Əmək pensiyalan haqqında" Azərbaycan Respublikası Qanununda işçinin iş stajının məcburi dövlət sosial sığorta haqları ödənilməsi şərtilə sığorta stajı kimi hesablanıb əmək pensiyası təyinatı zamanı nəzərə alınması müəyyənləşdirilmişdir. Bu müddəalar göstərir ki, iddiaçının həmin illərdə fəaliyyət dövrü onun iş stajına daxil edilsə belə, əgər o, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirməmişdirsə, onun pensiya hüququ yaranmır.Sosial sığorta stajının əmək kitabçası əsasında hesablanması ilə bağlı məhkəmənin yanaşmasına münasibətdə bildirir ki, inzibati orqanının hüququ vardır ki, əmək kitabçasında olan qeydlərin qarşılıqlı yoxlamasını həyata keçirsin. Bu yoxlama iddiaçının fəaliyyət göstərdiyi dövrdə əmək haqqı almaqla Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı arayışlar vasitəsi ilə mümkündür. "Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin qanunun 1.0.2,-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin qanunun 31.2-1-ci maddəsinə əsasən sığorta olunanın əmək kitabçası üzrə 2006- cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu qanunun 31.2-ci maddəsind ə göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" Qərarında qeyd olunur ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığorta olunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələr in əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alma bilməz. Eyni zamanda, "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə müvafiq olaraq, əmək pensiyalarının hesablanması zamanı nəzərə alınan sığorta olunanın sığorta stajı sığorta olunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Qeyd edək ki, pensiyanın təyin olunması və hesablanması üçün vacib şərtlərdən biri şəxsin işlədiyi dövr ərzində aldığı məvacibdən məcburi sosial sığorta haqqını ödəməsidir və məhz məcburi dövlət sosial, sığorta haqları şəxsin gələcək pensiya təminatının məbləğini formalaşdırır.Bu baxımdan Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında düzgün qərar qəbul etməmişdir. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinə, 129-cu maddəsinin 3-cü hissəsinə, 149-cu maddəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə istinad edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasındakı izahatında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respubl ikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi Şifahi məhkəmə baxışı iclasındakı izahatında iş üzrə İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 sentyabr 2022ci il tarixli, 2-1(122)-83/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlil lərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlamaqla şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətə ndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Pposessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 12.2-ci m addəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsi ndə onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər İş materiallarında olan; AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1962-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatdadır. 20 avqust 1985-ci il tarixli, ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək texniki kollecdə təhsil almış, xx.xx.1981ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək texniki kollecdə təhsil almış, xx.xx.1985-ci il tarixdən xx.xx.1987ci il tarixədək Cənub dəmir yolu Kremençuq lokomotiv deposunda teplovoz maşınist kömə kçisi, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Azərbaycan dəmir yolu X6 teplovoz maşınist köməkçisi, xx.xx.1988-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan dəmir yolu X6 teplovoz maşınisti, xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinin Culfa lokomotiv briqadaları İran yük vurma sahəsi üzrə maşınisti vəzifəsində işləmişdir. -“Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən qəbul edilmiş 08 fevral 2022-ci il tarixli, 10 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2006-cı il tarixədək 25 il sığorta stajı olmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğu üçün xx xxxx 1962-ci il tarixdə anadan olmuş ünvan 4 ünvanında yaşayan İddiaçı 30 sentyabr 2020-ci il tarixdə 263 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsi və 30 sentyabr 2020-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək ödənilmiş 7297 manat 74 qəpik məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması qərara alınmışdır. -Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 25 sentyabr 2020-ci il tarixli, 13/714 nömrəli arayışdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan X19 Lokomotiv Deposunun sənədlərinə baxdıqda İddiaçı xx.xx.1987-ci il tarixli, 349 nömrəli əmrlə maşınist olaraq işə qəbul edilməsi əmr kitablarında göstərilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 25 sentyabr 2020-ci il tarixli, 13/714 nömrəli arayışdan görünür ki, İddiaçı 1991-2006-cı illər ərzində X17 X19 Lokomotiv Deposunda işləmiş və aylar üzrə müvafiq əməkhaqqı almışdır. Arayışın qeyd hissəsində 1998-ci ilə dair əməkhaqqı cədvəllərinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsi tərəfindən verilmiş 24 sentyabr 2020-ci il tarixli, 555 nömrəli arayışdan görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəx sin Culfa rayon şöbəsi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli, 06/133 nömrəli arayışdan görünür ki, İddiaçı ssn **********313 DSMF Culfa rayon şöbəsində xx.xx.2006-cı ildən xx.xx.2019-cu il tarixədək 12 il 11 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 14334,37 manat pensiya kapitalı vardır. -İddiaçı işləməsi haqqında 05 may 2022-ci il tarixli, 13/636 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixli, 349 №-li əmrlə maşınist olaraq işə qəbul edilməsi əmr kitablarında göstərilmişdir. 05 may 2022-ci il tarixli, 13/636 nömrəli digər arayışdan görünür ki, İddiaçı 1991-2006-cı illər ərzində X17 Hissəsi - X19 Lokomotiv Deposunda işləmiş və aylar üzrə müvafiq əmək haqqı almışdır. -Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası “X12” Məhdud Məs uliyyətli Cəmiyyətinin 19 iyul 2022-ci il tarixli, D/180 nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının İİ əlavəsinin 23001000-14241 bəndinə əsasən xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Cənub dəmir yolu Kremençuq lokomotiv deposunda teplovoz maşınist köməkçisi, həmin qərarın 23001000-14241 bəndinə əsasən xx.xx.1987ci il tarixdən xx.xx.1988-ci il tarixədək Azərbaycan dəmir yolu X6 teplovoz maşınist köməkçisi, 23001000-14241 bəndinə əsasən xx.xx.1988-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan dəmir yolu X6 teplovoz maşınisti, 23001000-14241 bəndinə əsasən xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəs inin Culfa lokomotiv briqadaları İran yük vurma sahəsi üzrə maşınisti vəzifəsində işləyərək, ümumilikdə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verən 36 il staja sahibdir. Bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli, 12 nömrəli qərarının 21.4-cü bəndinə uyğundur. -Naxçıvan Muxtar Respublikası “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 avqust 2022-ci il tarixli, D/197 nömrəli məktubundan görünür ki, İddiaçı X6 işləmiş olduğu 19961998-ci illərin hesablaşma əməkhaqqı kartları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmişdir. Bu səbəbdən də həmin illərin müəyyən ayları üzrə İddiaçı əməhaqqı almaması barədə cəmiyyətin cari arxivində heç bir sənəd mövcud deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra– sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə görə bu qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlər də, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi günədək bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə ol muş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: -13-cü maddəsinə əsasən: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər- istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siy ahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. İş materiallarından görünür ki, inzibati orqan tərəfindən aparılmış audit yoxlaması zamanı iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajının olmadığı və xx.xx.2006-cı ilədək s ığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının cəminin əmək pensiyasının minimum məbləğindən az olması səbəbindən ona təyin olunmuş pensiya 08 fevral 2022-ci il tarixli, 10 nömrəli qərarla ləğv edilmiş, iddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin müvafiq qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Kollegiya mübahisənin həllində 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş qanunvericilik normalarının dispozisiya şərtlərinin həmin tarixədək iddiaçıya münasibətdə mövcudluğu baxımından tətbiq olunması qənaətinə gəlməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, yuxarıda istinad olunan normaların tələbinə görə, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün zəruri şərt qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixədək şəxsin əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün tələb olunan azı 25 il ümumi iş stajı və həmin tarixədək azı 12 il 6 ay xüsusi güzəştli iş stajı qazanmış olmasıdır. İddiaçının 01 yanvar 2006-cı ilədək güzəştli iş stajının olması cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayətində mübahisələndirilməmiş, yalnız onun 1996-cı ilin ilk 6 ayında və 1998-ci ilin ilk 7 ayında əmək haqqı almadığı üçün məcburi dövlət sosial sığorta haqqı ödəmədiyindən həmin dövrlər sığorta stajına daxil olmadığından onun ümumi əmək stajının 25 ildən az olmasını, həmçinin 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" müddəasının iddiaçıya tətbiq edilməli olduğunu göstərmişdir. Kollegiya hesab edir ki, "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyas ının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" müddəası barədə mövcud qanunvericiliyin tələbi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Cavabdehin bu barədə göstərdiyi dəlil əsassızdır. Belə ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə müvafiq olaraq 01 iyun 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olmuş, həmin qanunda isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələb nəzərdə tutulmamışdır. Cavabdehin istinad etdiyi həmin tələblə bağlı müddəalar “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə “Əmək pen siyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2017-ci il tarixli, 543VQD nömrəli Qanunla əlavə edilmişdir. Belə ki, 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsindəki “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Qanunun 2-ci maddəsinə əsasən bu qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Apellyasi ya şikayətində göstərilən İddiaçı əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən 01 yanvar 2006-cı il tarixədək hərbi xidmət dövrü də daxil olmaqla 25 il 2 ay 17 gün sığorta stajı olduğunu, lakin iddiaçının 1996-cı ilin ilk 6 ayı və 1998-ci ilin ilk 7 ayında əmək haqqı almadığı üçün məcburi dövlət sosial sığorta haqqı ödəmədiyindən həmin dövrlərin sığorta stajına daxil olmaması barədə cavabdehin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin dəlillər də əsassızdır. Belə ki, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin birinci hissəsində göstərilirdi ki, mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya ü zvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajı müəyyən edilmiş qaydada idarə,müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Az ərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 217 nömrəli qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndində göstərilmişdi ki, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda,yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə görə işçnin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.İşçinin ə mək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsində göstərilmişdi ki, əmək(sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir.1 yanvar 2002-ci ilədək əmək fəaliyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli arxiv arayışında iddiaçının 1996-cı ilin ilk 6 ayında əmək haqqı almadığı, 1998-ci ilə dair əmək haqqı cədvəllərinin arxivə təhvil verilmədiyi göstərilmiş, xx.xx.2022-ci il tarixli digər arxiv arayışında isə iddiaçının 1996-cı ilin 6 ayı üzrə və 1998-ci ilin ilk 7 ayı üzrə “sənəd var adı yoxdur yazılmaqla” əmək haqqı almaması barədə məlumat verilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 və X18 ifadələrində 1996-1998-ci illərdə İddiaçı maşinist işlədiyini, onların isə onun köməkçisi işlədiklərini və həmin illər ərzində iddiaçının da onlarla birlikdə əmək haqqı almasını göstərmişlər. Hər iki şahidin Naxçıvan Dəmir X1 işləməklə 1996 və 1999-cu illərdə əmək haqqı almaları işə əlavə edilmiş arxiv arayışı ilə təsdiq edilmişdir. Cavabdeh həmin dövrlərə aid məcburi dövlət sosial sığorta haqlarının ödən ilməməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Kollegiya qeyd edir ki, qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3-cü hissəsinin 3.1ci bəndində göstərilirdi ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-qanun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qanunun qüvvəyə nindiyi günə dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.(bənd 3.1.1).Qanun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanların fərdi uçot məlumatları əsasında müəyyən olunur.(bənd 3.1.2) Kollegiya qeyd edir ki, iddiaçının həmin dövrlərdəki əmək fəaliyyəti işə əlavə edilmiş əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında aparılmış qeydlərin həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmiş və işə baxılarkən də belə hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iş stajını təsdiq edən əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir. Belə k i, “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icrat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyincə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qanunvericiliyin tələbinə əsasən maliyyə sənədlərini qoruyub saxlamaq, onları dövlət arxiv idarələrinə təhvil vermək, məcburi dövlər sosial sığorta ödənişlərini ödəmək işçinin deyil, işəgötürənin vəzifəsi hesab olunduğundan sosial sığorta ödənişlərinin aparılmaması belə iddiaçının konstitusion hüququ olan sosial təminat almaq hüququnun pozulmasına səb əb ola bilməz. Bununla yanaşı Kollegiya qeyd edir ki, ”Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli qanununa əsasən 2006-cı ilin 01 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmişdir. Kollegiya qeyd edir ki, iddiaçıya 30 sentyabr 2020-ci il tarixli, 263 nömrəli qərar əsasında yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilərkən onun əmək kitabçasındakı qeydlərə əsasən təhsil və hərbi xidmət dövrü də nəzərə alınmaqla 01 yanvar 2006-cı il tarixədək 25 il 2 ay 7 gün ümumi, 12 il 6 aydan artıq xüsusi iş stajı olmaqla güzəştli şərtlərlə yaşa görə pensiya hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şəhr edilməsinə dair” 27 mart 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minm əsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Beləliklə, vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının cavabdeh inzibati orqan tərəfindən ləğv edilməsi qanuna zidd olmaqla iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə, kollegiya inzibati işin araşdırılmış hallarına əsaslanmaqla hesab edir ki, birinci insta nsiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutlar və mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmışdır. Cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsas təşkil etmir. Kollegiya belə nəticəyə gəlir ki cavabdeh Naxçıvan Muxtar Respublikası “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(122)-83/2020 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 8 7.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Cavabdeh Naxçıvan Muxtar Respublikası “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 21(122)-83/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-43/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-43/2022
15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver