Məhkəmə qərarları › İş №2-1(108)-43/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-43/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-43/2024 08.05.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X10 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X6 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “01 yanvar 2022-ci il tarixli, 19 nömrəli qərarın ləğv edilməsi və pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2-1(122)-4/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 yanvar 2022-ci il tarixli, 19 nömrəli qərarın ləğv edilməsi və pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 21(122)-4/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Naxçıvan Mu xtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “01 yanvar 2022-ci il tarixli, 19 nömrəli qərarın ləğv edilməsi və pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 21(122)-4/2024 nömrəli qərarından narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, məhkəmənin qərarı ilə razı olmayaraq hesab edirlər ki, iddiaçının iddiası əsassız olduğu üçün iş üzrə iddianın təmin edilməsi barədə çıxarılmış qərar ləğv olunmalıdır. Belə ki, İddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “01 yanvar 2022-ci il tarixli, 19 nömrəli qərarın ləğv edilməsi və pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nin heç bir hüquqi əsası yoxdur. xx xxx 1960-ci il tarixdə anadan olmuş, Babək rayon, Zeynəddin kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon Şöbəsinin əmək pensiya sı təyin edən komissiyanın 02 iyun 2017-ci il tarixli, 185 nömrəli qərarına əsasən 57 yaşı tamam olduğu 10 may 2017-ci il tarixdən etibarən əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 1 nömrəli siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon idarəsinin xx.xx.2017-ci il tarixli, 235 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1979-cı il tarixdənxx.xx.1981-ci il tarixədək (2 il 1 ay) keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur, iddiaçı tərəfindən Fondun Babək Rayon İdarəsinə təqdim edilmiş 01 mart 1982-ci il tari xli, HT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1982-ci il tarixdən - xx.xx.2003-cü il tarixədək (21 il 2 gün) Naxçıvan Şüşə-qablar Zavodunda maşinist, xx.xx.2003-cü il tarixdən 01.01,2006-cı il tarixədək (2 il 9 ay 29 gün) X5 Bölməsində gözətçi, 01,08.2008-ci il tarixdən - pensiya hüququ yarandığı xx.xx.2017-ci il tarixədək (8 il 9 ay) "xxxx" İstehsalat Birliyində təmirçi çilingər vəzifələrində işləmişdir. Beləliklə, iddiaçı əmək kitabçasındakı qeydlərə və təqdim edilmiş arayışlara əsasən, onun 01 yanvar 2006-cı il tarixədək 25 il 10 ay 29 gün, 01 yanvar 2006-cı il tarixdən- 01 may 2017-ci il tarixədək isə 8 il 9 ay olmaqla cəmi 34 il 1 ay ümumi iş stajı vardır, iddiaçının 2006-cı il yanvar ayının 1dək, 25 il 10 ay 29 gün ümumi; 2 i l 2 gün xüsusi iş stajı vardır. Cavabdeh təşkilat şikayətinin davamında qeyd edir ki, fondun Aparatının Audit şöbəsi tərəfindən Babək Rayon Şöbəsində pensiya təyinatının qanunvericiliyə uyğunluğunun yoxlanılması zamanı məlum olmuşdur ki, İddiaçı 57 yaşının tamam olduğu 10 may 2017-ci il tarixdən əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 1 nömrəli siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Həmin Qanunun 13-cü maddəsinin “a" bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər- istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbay can Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə, kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışdıqda axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq - 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Araşdırma zamanı iddiaçının əmək stajını təsdiq edən sənədlərə baxıldıqda məlum olmuşdur ki, Naxçıvan Şüşə-qablar Zavodunda işləməsi faktı 18 may 2017-ci il tarixli 03/742 nömrəli arxiv arayışında tam olaraq öz əksini tapmamışdır. Nəticədə iddiaçının əmək kitabçasında göstərilən ümumi əmək stajı 25 il 10 ay 29 gündən 10 il 6 ay azalaraq 15 il 4 ay 29 gün, xüsusi əmək stajı 13 il 4 aydan 4 il 6 ay azalaraq 8 il 10 ay təşkil etmişdir. Beləliklə də, iddiaçının qanunvericiliklə tələb olunan ümumi iş staj 25 il, xüsusi iş stajı isə 12 il 6 aydan az olduğundan və Naxçıvan Şüşə-qablar Zavodunda 1991- ildə (növbə ustası), 1992-ci ildə (sahə rəisi), 1993-cü ildə (sahə rəisi), 1995-ci ildə (vəzifəsi qeyd olunmayıb), 1996-cı illərdə (vəzifəsi qeyd edilməyib) işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsal atların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən peşə sahələri ilə uyğunluq təşkil etmədiyi üçün onun pensiya işi “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 01 yanvar 2022-ci il tarixli, 19 nömrəli qərarına əsasən ləğv edilmişdir. Qeyd edir ki, İddiaçı 01.01 2006-cı ildən pensiya hüququnun yarandığı tarixədək 10 il 2 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 5724.10 manat pensiya kapitalı vardır. X12 Respublikası Dövlət Arxiv İdarəsinin 10 aprel 2023-cü il tarixli, 13/677 nömrəli arayışında İddiaçı 1982-1987-ci və 1988-1996-cı illərdə Naxçıvan Şüşə-Qablar Zavodunda işlədiyi göstərilmişdir. Onun 1982-1987-ci illərə dair əmək haqqı cədvəllərində soyad ı Bayramov, 1988-1996-cı illərə dair əmək haqqı cədvəllərində soyadı Bayraməliyev olaraq yazıldığı qeyd olunmuşdur. Hesab edir ki, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında düzgün qərar qəbul etməmişdir. Qanunun aliliyini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin qəbul etdiyi qərar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1 maddəsinə ziddir və qanunvericiliklə əmək pensiyası hüququ olmayan şəxsə əsassız olaraq əmək pensiyası hüququ yaradır. İnzibati Orqan həmçinin, qeyd etdiyi qanunvericilik aktlarına əsasən hesab edir ki, Naxçıvan Muxtar Respublikasının inzibati Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2 -1(122) -4/2024 saylı qərarı ləğv olunmalı, iddia tələbi rədd edilməlidir. Sonda, cavabdeh orqan göstərilən xüsusatlar nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası inzibati Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2-1(122)-4/2024 saylı qərarının ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Konstitusiyasının 127, 129, 149-cu maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 58.7, 81 və 87-ci maddələrinə istinad edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy inin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X7 izahatında apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 21(122)-4/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin d əlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən m übahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçıl arının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İş materiallarında olan; - “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial M üdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 01 yanvar 2022-ci il tarixli, 19 nömrəli qərarından görünür ki, xx.xx.1960-cı il tarixdə anadan olmuş, Babək rayon, Zeynəddin kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 02 iyun 2017-ci il tarixli, 185 nömrəli qərara əsasən 10 may 2017-ci il tarixdən 01 mart 2022-ci il tarixədək olan dövrlər ərzində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ümumi əmək stajı (25 il) və xüsusi əmək stajı (12 il 6 ay) tələb olunan əmək stajından az olduğundan və X16 zavodunda 1991-ci ildə (növbə ustası), 1992-ci ildə (sahə rəisi), 1993-cü ildə (sahə rəisi), 1995-ci ildə (vəzifəsi qeyd olunmayıb) 1996-cı illlərdə (vəzifəsi qeyd olunmayıb) işlədiyi dövrün peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetin in 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə göstərilən peşə sahələri ilə uyğunluq təşkil etmədiyi üçün pensiya işinin ləğv edilməsi və artıq ödənilmiş pul məbləğinin geri qaytarılması qərara alınmışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 15 mart 2022-ci il tarixli, 13/382 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixli 36k №-li əmrlə 3-cü dərəcəli maşınist vəzifəsinə qəbul olunmuş və xx.xx.1996-cı il tarixli 121 №-li əmrlə işdən azad olunmuş, 1988-1996-cı illərdə X16 zavodunda işləmiş, 1994-cü illərə dair əmək haqqı cədvəllərində adına rast gəlinməmişdir. - Azərbaycan Milli Elmlər X3 05 mart 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixli, № 86 31/01 nömrəli əmrlə AMEA Bioresurslar İnstitutunun genefond şöbəsinə gö zətçi vəzifəsinə qəbul olunmuş və xx.xx.2007-ci il tarixli, 01/59 nömrəli əmrlə öz ərizəsi ilə işdən azad olunmuşdur. - ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01 mart 1982-ci il tarixdən - xx.xx.2003-cü il tarixədək Naxçıvan Şüşə-qablar Zavodunda maşinist, xx.xx.2003-cü il tarixdən - xx.xx.2006-cı il tarixədək (X5 Bölməsində gözətçi, xx.xx.2008-ci il tarixdən - xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-in Tikinti şöbəsində çilingər, xx.xx.2020-ci il tarixdən- xx.xx.2022-ci il tarixədək "xxxx" Servis MMC-də müddətli əmək müqaviləsi əsasında usta vəzifəsində işləmişdir. - Babək Rayon İcra Hakimiyyətinin Zeynəddin Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli, 1392 nömrəli arayışdan görünür ki, İddiaçı Ba bək rayonu, Zeynəddin kəndində yaşayır. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxx 1960-cı ildə Naxçıvan rayonu, Zeynəddin kəndində doğulmuşdur. - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 02 iyun 2017-ci il tarixli, 185 nömrəli qərarının surətindən görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə X4 10 may 2017-ci il tarixdən 197 manat 40 qəpik məbləğində yaşa görə ömürlük pensiya təyin edilmişdir. -Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin 16 may 2017-ci il tarixli, 235 nömrəli arayışından görünür ki, 1960-cı il təvəllüdlü X8 18 oktyabr 1979-cu il tarixdən - 17 noy abr 1981-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsi tərəfindən verilmiş 15 may 2017-ci il tarixli sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışdan görünür ki, X2 xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilədək pensiya hüququnun yarandığı tarixədək 10 il 2 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 5724.10 manat pensiya kapitalı vardır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 10 aprel 2023-cü il tarixli, 13/677 nömrəli arayışından görünür ki, (Bayramov) İddiaçı 1982-1987-ci illərdə və 1988-1996-cı illərdə X16 zavodunda işləmişdir. 1982-1987-ci illərə dair əmək haqqı cədvəllərində soyadı Bayramov, 1988-1996-cı illər ə dair əmək haqqı cədvəllərində soyadı Bayraməliyev olaraq yazılmışdır - Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xİdmətinin 22 may 2023-cü il tarixli, **********170000 nömrəli məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 15 avqust 1994cü il tarixdə 978 nömrəli şəhadətnamə ilə “X16 Zavodu” adı ilə Dövlət qeydiyyatına alınmış, lakin Naxçıvan Muxtar Respublikası iqtisadi inkişaf Nazirliyinin 17 may 2006- cı il tarixli 78 nömrəli sərəncamı ilə X16 Zavodu ləğv edilərək onun bazasında Naxçıvan "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN:**********) təsis edilmişdir. Cəmiyyət 08 avqust 2022-ci il tarixdə ləğv edilmiş və həmin tarixdən Azərbaycan Respublikasının kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 23 may 2023-cü il tarixli, 987/2023 nömrəli məktubundan görünür ki, X16 Zavodu 1980-ci ildə istismara verilmiş, 1992-ci ildən fəaliyyətini dayandırmış və 2006-cı ilədək qismən fəaliyyət göstərmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 17 may 2006-cı il tarixli, 78 saylı sərəncamına əsasən X16 Zavodu ləğv olunaraq onun bazasında “X16” Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir. Ötən müddət ərzində cəmiyyətin səhmləri pullu hərracda satışa çıxarılaraq X14 tərəfindən 2014-cü ildə 100 faiz özəlləşdirilmişdir. Kollegiya tərəfindən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə ünvanlanmış sorğuya cavab olaraq Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 17 may 2006-cı il tarixli 78 saylı Sərəncamına əsasən X16 Zavodu ləğv edilərək onun bazasında “X16” Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir. Cəmiyyətin səhmləri 21-25 aprel və 30 iyun 2014-cü il tarixli ixtisaslaşdırılmış pul hərracında satışa çıxarılmış və hərrac qalibi X14 tərəfindən 100 faiz özəlləşdirilmişdir. İddiaçı 1982-1996-cı illərdə X16 Zavodunda çalışdığı maşinist və növbə rəisi vəzifələrinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrin, vəzifələrin siyahısına daxil olub-olmamasının müəyyən edilməsi Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin səlahiyyətləri xaricində olması qeyd olunmuşdur. Kollegiya tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə ünvanlanmış sorğuya cavab olaraq İddiaçı X16 Zavodundakı iş fəaliyyəti ilə bağlı (işə daxil olma, işdən çıxma, məzuniyyətə buraxılma və.s) 1982- 1992-ci il və 1995-1996-ci illərə aid əmrlərin təsdiq edilmiş surətlərini, 1993-cü ildə əməkhaqqı alması barədə 03 may 2024-cü il tarixli 13/680 nömrəli arayışı və ona əlavə edilmiş müvafiq sənədlər təqdim edilmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin təqdim etdiyi yuxarıda göstərilmiş sənədlərdən, həmçinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X1 08 may 2024-cü il tarixdə keçirilən şifahi məhkəmə baxış iclasında verdiyi izahatda İddiaçı X16 Zavodundakı çalışdığı vəzifələrin onun xüsusi və ümumi əmək stajina daxil olduğunu və iddiaçının pensiya hüququn un yarandığı faktını təsdiq edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra– sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə görə bu qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pe nsiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güz əştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi günədək bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: -13-cü maddəsinə əsasən: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər- istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsi nə 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsindəki “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Kollegiya qeyd edir ki, cavabde h “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi-iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9 və 31.2-1-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilməsi barədə 07 aprel 2023-cü il tarixli, 76 nömrəli qərarı qəbul etmişdir. “İnzibati icraat haqqında” Qanunun: 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsin ə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdı rmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-ci maddəsinə əsasən inzibati icraat dedikdə fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət başa düşülür. Həmin maddənin məzmunundan aydın olur ki, inzibati orqanlar fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya öz təşəbbüsləri ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı inzibati akt qəbul edərkən həmin Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində inzibati icraat aparmalıdırlar. Lakin cavabdeh mübahisələndirilən inzibati aktı inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozma qla qəbul etmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat apa rmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. “İnzibati icraat” haqqında Qanunun 67.1-ci maddəsinin tələbinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz s ayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ləğv edilməsi və artıq ödənilmiş 26400.25 manat pul məbləğinin qanunvericiliyin tələblərinə uyğun geri qaytarılması barədə cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması ilə nəticələndiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı kollegiya qeyd edir ki, cavabdehin mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsas ən hüquqi baxımdan qanunsuz olduğundan işin faktiki halları ilə əlaqədar cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Beləliklə, kollegiya nəticəyə gəlir ki, cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2-1(122)-4/2024 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeli yində Dövlət Sosial Müdafiə Fonduna qarşı “01 yanvar 2022-ci il tarixli, 19 nömrəli qərarın ləğv edilməsi və pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2-1(122)-4/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 21(122)-4/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Re spublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar