Məhkəmə qərarları › İş №2-1(108)-44/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-44/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-44/2022 30.11.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevnanın sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil və cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Dırnıs kənd XDM İK-nın 25 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarına əsasən verilmiş 0.1 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə ed ilməsi tələbi”nə dair inzibati mübahisə üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2-1(122)-237/2022 nömrəli qərardadından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Dırnıs kənd XDM İK-nın 25 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarına əsasən verilmiş 0.1 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə çıxarış verilməsi vəzifəsinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 21(122)-237/2022 nömrəli qərarı ilə (sədrlik edən: S.H.Novruzov) İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Dırnıs kənd XDM İK-nın 25 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarına əsasən verilmiş 0.1 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Məhkəmənin qərarından narazı qalan İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixi 2-1(122)237/2022 saylı qərardadının ləğv edilməsi və hazırkı inzibati icraat üzrə işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Dırnıs kənd XDM İK-nin xx.xx.1992-ci il tarixli 4-nömrəli qərarına əsasən 0.1 ha torpaq sahəsi İddiaçı verilmişdir. Elə həmin ildən-1992-ci ildən bu günədək-30-ildir ki, həmin torpaq sahəsi İddiaçı sahibliyində, istifadəsindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 8.0.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərb aycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.2 bəndinə əsasən şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı əsas hesab edilir. İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi istənilən torpaq sahəsinin qəradadda eləcə də xidmətin imtina məktubunda adı keçən X4 mülkiyyətində olmasını təsdiq edən torpaq sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi barədə hər hansı sənədə istinad edilməyib. İddia ərizəsinin məzmun və mahiyyəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin dispozisiya əlamətlərini tam olaraq əhatə etməkdədir. İddiaçı hazırkı iddia vasitəsilə təmin etmək istədiyi hüquq və maraqlarının başqa mümkün məcrada həlli nəzərdə tutulmur. İddiaçı və onun vəkili Vəkil yuxarıda qeyd olunan xüsusatlara və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85-ci və 87.6, 87.7.2-ci maddələrinə əsasən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixi 2-1(122)-237/2022 saylı qərardadının ləğv edilməsi və hazırkı inzibati icraat üzrə işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Pros essual Məcəlləsi 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbayc an Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. İddiaçı şifahi məhkəmə baxışında apellyasiya şikayətini müdafiə edərək izahatında Dırnıs kənd XDM İK-nin xx.xx.1992-ci il tarixli 4-nömrəli qərarına əsasən 0.1 ha torpaq sahəsinin ona verildiyini, elə həmin ildən bu günədək həmin torpaq sahəsinin onun sahibliyində və istifadəsində olduğunu, onun adına qeydiyyata alınaraq çı xarışın verilməsi istənilən torpaq sahəsinin qəradadda eləcə də Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin imtina məktubunda adı keçən X4 mülkiyyətində olmasını təsdiq edən torpaq sərhədlərinin yerində (naturada) müəyyən edilməsi barədə hər hansı sənədə istinad edilmədiyini, Dırnıs kənd XDM İK-nin xx.xx.1992-ci il tarixli 4-nömrəli qərarını təqdim edə bilmədiyini, iddia etdiyi torpaq sahəsinin qanunsuz olaraq X5 verildiyini, Nəzakətə verilmiş mülkiyyət sənədinin saxta olduğunu göstərərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixi 2-1(122)237/2022 saylı qərardadının ləğv edilməsi və hazırkı inzibati icraat üzrə işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mə hkəmə baxışı iclasında cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsi, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(122)-237/2022 nömrəli qərardadının qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında İddiaçı vəkili Seyidov X3 XDM İK-nin xx.xx.1992-ci il tarixli 4-nömrəli qərarına əsasən 0.1 ha torpaq sahəsinin İddiaçı verildiyini, 30-ildir ki, həmin torpaq sahəsinin İddiaçı sahibliyində, istifadəsində olduğunu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 8.0.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilm iş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər dövlət qeydiyyatı üçün əsas hesab olunduğunu, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.2-ci bəndinə əsasən şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı əsas hesab edildiyini, İddiaçı adına q eydiyyata alınaraq çıxarışın verilməsi istənilən torpaq sahəsinin qəradadda, eləcə də xidmətin imtina məktubunda adı keçən X4 mülkiyyətində olmasını təsdiq edən torpaq sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi barədə hər hansı sənədə istinad edilmədiyini, iddia ərizəsinin məzmun və mahiyyətinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin dispozisiya əlamətlərini tam olaraq əhatə etdiyini, İddiaçı hazırkı iddia vasitəsilə təmin etmək istədiyi hüquq və maraqlarının başqa mümkün məcrada həlli nəzərdə tutulmadığını bildirərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixi 2-1(122)-237/2022 saylı qərardadının ləğv edilməsi və hazırkı inzibati icraat üzrə işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanladığı imtina məktubundan aydın olur ki, iddiaçının Dırnıs kənd XDM İK-nın 25 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarı ilə ona verildiyini iddia etdiyi mübahisəli torpaq sahəsi torpaq islahatı aparılan zaman JN-007A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə həyətyanı torpaq sahəsi kimi X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Ordubad Rayon Dövlət Arxivinin 12 noyabr 2018-ci il tarixli arxiv arayışında Ordubad rayon Dırnıs kənd İƏDÜ nümayəndəliyinin Ordubad Rayon Dövlət Arxivində olan fondunda 1991-1995-ci illərə aid təsərrüfatbaşına kitabında şəxsi hesab №:226-də ailə başçısı İddiaçı olmaqla adına təsərrüfa tın xüsusi mülkiyyətində istifadə olunan torpaq sahəsi 1991-ci ilə 600 kv.m, 1992-1995-ci illərə 1000 kv.m göstərilmişdir. (qeyd: 19191995-ci illərə aid təsərrüfatbaşına kitabda əlavə məlumatlar bölməsində Dırnıs kənd XDM İKnin xx.xx.1992-ci il tarixli 4-nömrəli qərarına əsasən 0.1 ha torpaq sahəsi verilmişdir). Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, inzibati mübahisəyə dair iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini müzakirə edib və birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larına riayət edilib-edilməməsini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasının əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə, əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hər əkətləri etməkdən çəkinməyə dair iddianın mümkün sayıldığını, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası 10 aprel 2015-ci il tarixli 05 №-li qərarının 1.1,1.2,1.13,1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasının məhkəmələrin nəzərə almalı olduqlarını, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul etdiyini, mümkünlük şərtlərinin iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutduğunu, həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuş, məhkəmələrin ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalı olduqlarını, qərarın 5.1, 5.2, 6.1, 6.2, 7 və 8.5-ci bəndlərində qeyd edilmiş iddianın mümkünlüyü baxımından hüququn pozulmasının hüquqa müdaxilə aşkar şəkildə baş verdiyi və birmənalı nəzərə çarpdığı halda mövcud olduğunu, bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı həd ləri nəzərə almalı olduqlarını, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığının da nəzərə alınmalı olduğunu, bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyinin yoxlanılmalı olduğunu, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olduğunu, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail o la bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələrin iddianın mümkünlüyü məsələsinə baxa biləcəklərini, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalı olduğunu göstərmişdir. Həmçinin qeyd edilmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinin Dırnıs kənd XDM İKnın 25 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarı ilə ona verildiyini iddia etsə də, həmin qərarı, qərara əsasən ona verilmiş 0.1 ha torpaq sahəsinin təhkim aktı, torpaq sahəsinin ayrıc aktı və ya ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən digər sənədləri məhkəməyə təqdim edə b ilməmişdir. Bununla bağlı birinci instansiya məhkəməsində İddiaçı izahatında həmin sənədləri onda olmadığından təqdim edə bilmədiyini göstərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatlarının tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Birinci instansiya məhkəməsi həmin sənədlərin əldə edilməsi üçün iddiaçıya hüquqi yardım etməli olduğu halda heç bir yardım etməmişdir. Halbuki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası 10 aprel 2015-ci il tarixli 05 №-li qərarının 3.1, 3.2, 3.3, 3.4-cü bəndlərində inzibati məhkəmə icraatının əsas prinsiplərindən birinin məhkəmənin yardım etmək vəzifəsi olduğu, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəaların işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsi və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsinin tələb edildiyi, yardım etmək vəzifəsinin, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmənin bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli olduğu, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli olduğu, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı olduğu və bunun üçün ağlaba tan vaxt təyin edilməsinin tələb edildiyini, birinci instansiyası məhkəməsinin yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymaması, məhkəmənin yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə biləcəyi qeyd edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın əsaslığının yoxlanılması üçün zəruri olan şərtləri qərardadda sadalamaqla kifayətlənmiş, heç bir araşdırma aparmamış, yardım etmək vəzifəsinə riayət etmədən, iddianı mümkünsüz saymışdır. İddiaçı mübahisəli torpaq sahəsinin Dırnıs kənd XDM İK-nın 25 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarı ilə ona verildiyini iddia etdiyi torpaq sahəsinin X4 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsini araşdırmamış, eynilik təşkil etdiyi təqdirdə iddiaçıya həmin torpaq sahəsinin N.Quliyevaya verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədləri mübahisələndirmə hüququna malik olması izah edilməklə buna görə müəyyən vaxt verilməmiş və göstərilənlərin nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mübahisənin faktiki və hüquqi hallarını iddiaçı, iddiaçının vəkili ilə müzakirə etməsi və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərilməsi ilə aşağıdakıları qeyd edir. İşin 17-ci səhifəsində olan məhkəmə iclas protokolunda qeyd edilmişdir ki, sədrlik edən iddiaçının Dırnıs kənd XDM İK-nın 25 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarı ilə ona veril diyini iddia etdiyi mabfhisəli torpaq sahəsinin torpaq islahatı zamanı JN-007A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə həyətyanı torpaq sahəsi kimi X4 mülkiyyətinə verildiyini, iddiaçının əsas hüquq marağının JN-007A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə həyətyanı torpaq sahəsi kimi X4 mülkiyyətinə verilmiş torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması olduğunu, X4 hüququ müəyyənedici sənəd qüvvədə olduğu halda həmin torpaq sahəsinin iddiaçının adına dövlət qeydiyyatına alınaraq bu barədə çıxarış verilməsinin mümkün olmadığını, həmçinin torpaq islahatının Azərbaycan Respublikası Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerki aqrar islahat komissiyaları tərəfindən aparıldığını, is lahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyətinin başa çatdığını və islahat komissiyalarının hüquqi varisinin müəyyən edilmədiyini, Azərbaycan Respublikasında aparılmış aqrar islahatlar artıq başa çatdığından iddiaçının islahatların nəticələrinə dair qərarın və yaxud islahatın nəticələrinin mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddəti ötürdüyünü iddiaçıya və iddiaçının vəkilinə izah etdi. Kollegiya hesab edir ki, qeyd olunan hallar başqa iddianın predmetinə aid olduğundan, iddiaçı və onun vəkilinə onların izah edilməsi zəruri hüquqi yardım göstərilməsi kimi qiymətləndirilə bilməz. Beləliklə, kollegiya iddiaçı və onun apellyasiya şikayətində qeyd etdiyi dəlillərinə məcmu halında qiymət verərək qeyd edilən dəlilləri əsaslı hesab edir. Azərbaycan Respublika sı İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Dırnıs kənd XDM İK-nın 25 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarına əsasən verilmiş 0.1 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati mübahisə üzr ə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2-1(122)-237/2022 nömrəli qərardadı ləğv edilməli, inzibani iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Kollegiya qeyd olunan qərarı qəbul edərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə uyğun olaraq yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlara əsaslanmışdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq kollegiya qərarverdi: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 21(122)-237/2022 nömrəli qərardadından İddiaçı və onun vəkili Vəkil tərəfind ən verilmiş apelyasiya şikayəti təmin edilsin İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Dırnıs kənd XDM İK-nın 25 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarına əsasən verilmiş 0.1 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati mübahisə üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2-1(122)-237/2022 nömrəli qərardadı tamamilə ləğv edilərək, inzibati iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar