Məhkəmə qərarları › İş №2-1(108)-44/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-44/2023

08.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-44/2023 08.09.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X5 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasının xx.xx.2022-ci il tarixli, 4/3-12836 nömrəli imtina məktubunu əsassız hesab edərək, ona "Müharibə veteranı"nın və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(122)-46/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə 07 dekabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək "Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasının xx.xx.2022-ci il tarixli, 4/3-12836 nömrəli imtina məktubunu əsassız hesab edərək, ona "Müharibə veteranı"nın və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 21(122)-46/2023 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Azərbaycan Respublikas ı Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasının xx.xx.2022-ci il tarixli, 4/3-12836 nömrəli imtina məktubunu əsassız hesab edərək, ona "Müharibə veteranı"nın və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız hesab edilərək rədd edilmişdir. Məhkəmənin qərarından narazı qalan İddiaçı 18 avqust 2023-cü il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(122)46/2023 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətinidə göstərmişdir ki, Naxçıvan Muxtar Respublikası İnzibati məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2022-ci il tarixli 4/3-12836 nömrəli imtina məktubunu əsassız hesab edərək, ona “Müharibə veteranın” və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(122)-46/2023 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(122)-46/2023 saylı qərarı ilə razı olmadığını və aşağıdakı göstərilənlərə görə qərarı əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. Belə ki, müharibə veteranı, sil ahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il № N saylı Qərarının 1-ci bəndinin 9-cu abzasında göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində -Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan kəndləri), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gə dəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanlar ı, Azərbaycan Respublikasının dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət, (yaralanma, travma. kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, (döyüşlərdə iştirakı sübut edən sənədlər birgə təqdim edildiyi halda) əmrlərdən çıxarışlar, hə rbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında Müharibə veteranı adı verilir. Həmin əsasnamənin 1-ci bəndinin 12-ci abzasında, Qeyd 1-də göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidməti yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci ilin sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətin dən azad edilmiş şəxslərə şamil olunmur. Məhkəmə qərar çıxararkən ona əsaslanmışdır ki, 24 aprel 1994-cü il tarixli, N3 ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətində xx xxxxxxx 1975-ci il tarixdə doğulmuş İddiaçı 14 aprel 1994-cü ildə hərbi xidmətə çağırılmış, 14 aprel 1994-cü ildən 04 may 1994-cü ilədək N nömrəli hərbi hissədə, N may 1995-ci ildən isə 18 oktyabr 1997-ci ilədək N nömrəli hərbi hissədə xidmət etməsi barədə qeydlər aparılsa da, hərbi biletin 7-ci səhifəsinin 18-ci bəndində döyüşlərdə iştirak etmədiyi, 9-cu səhifəsinin 22-ci bəndində isə yaralanmadığı qeyd edilmiş, məhkəmə tərəfindən aparılmış araşdırma müsbət nəticə verməmiş, N saylı hərbi hissə tərəfindən verilmiş cavabda isə İddiaçı döyüşlərdə iştirakı haqqında məlumat qeyd edilməmişdir. Əlavə olaraq Məhkəmə yuxar ıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi döyüşlərdə iştirak etmiş şəxslərə yalnız həmin normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin ödənildiyi təqdirdə verildiyini və müharibə veteranı adını almağı iddia edən şəxs tərəfindən veteran adının verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş həmin şərtlərin ödənilmiş olmasının mütləq şərt olmaqla imperativ xarakter daşıdığını bildirmiş, onun döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hal hərbi bilet və arayışlarda əks olunmamaqla, yuxarıda istinad edilən normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri baxımından, onun döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin qanunvericiliyin tələblərinə zidd old uğunu bildirərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinasını qanunvericiliyin tələblərinə uyğun olduğunu bildirərək iddia tələbimi rədd etmişdir. Həmçinin İddiaçı şikayətində qeyd edir ki, Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il № N saylı Qərarının 1-ci bəndinin 9-cu abzasında göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan kəndləri), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə Müharibə veteranı adı verilir və onun 14 aprel 1994-cü il tarixdən 12 may 1994-cü il tarixdə atəşkəs elan olunan tarixədək 28 gün ərzində Azərbaycan Respublika sının ərazi bütövlüyü uğrunda erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) ərazisində döyüş əməliyyatları aparan hərbi hissə və ya hərbi orqanların tərkibində hərbi xidmət keçdiyini və müvafiq qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində 1 gün hərbi xidmət keçmiş şəxslərə müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi göstərilmişdir. Qeyd olunanlara əsasən 28 gün ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni millətçi dəstələrinə qarş ı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) ərazisində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməyini nəzərə alaraq ona müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin verilməsini qanunun tələblərinə uyğun hesab etdiyindən, Naxçıvan MR İnzibati Məhkəməsinin 2-1(122)-46/2023 saylı, 05 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsini və ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini istəyir. Sonda İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən məhkəmədən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(122)46/2023 saylı qərarını n ləğv edilməsi və ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanının nümayəndəsi şifahi məhkəmə baxışı iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayət ini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(122)-46/2023 nömrəli qərarının ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. İddiaçı vəkili Vəkil şifahi məhkəmə baxış iclasındakı izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(122)-46/2023 nömrəli qərarının ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə hazırki iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzi fəsini cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zi dd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiallarını iddiaçının izahatı ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansi ya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanan 23 noyabr 2022-ci il tarixli, 413-12836 nömrəli məktubdan görünür ki, İddiaçı "Müharibə Veteran" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2022-ci it tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. N nömrəli hərbi hissə tərəfindən verilən N nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən xidmət zamanı hərbi hissəni müxtəlif vaxtlarda özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci it tarixli, N №li Qərarı itə təsdiq edilmiş Əsasnaməyə əsasən ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. 24 aprel 1994-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxx 1975-ci ildə doğulmuş İddiaçı 14 aprel 1994-cü ildə hərbi xidmətə çağırılmış, 14 aprel 1994-cü ildən 04 may 1994-cü ilədək N nömrəli hərbi hissədə, N may 1995-ci ildən 18 oktyabr 1997-ci ilədək N nömrəli hərbi hissədə xidmət etməsi barədə qeydiyyat aparılmışdır. Hərbi biletin 7-ci səhifəsinin 18-ci bəndində İddiaçı döyüşlərdə iştirak etmədiyi, 9-cu səhifəsinin 22-ci bəndində isə yaralanmaması qeyd edilmişdir. Azərbaycan Respublikası Mü dafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan 06 aprel 2023-cü il tarixli, 1707 nömrəli məktubudan görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək 754, N və N nömrəli hərbi hissələrdə xidmət edib. O, N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 113 nömrəli əmri ilə Soyuq döyüş bölgəsini özbaşına tərk etdiyi üçün yemək qeydiyyatından çıxarılıb. xx.xx.1995-ci il tarixli, 118 nömrəli əmri ilə xidməti yerinə qayıtdığı üçün yemək qeydiyyatına alınıb, onun döyüşlərdə iştirakı haqqında məlumat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin birinci instansiya məhkəməsinə ünvanlanan 31 yanvar 2023-cü il tarixli, 463 nömrəli və Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil ünvanlanan 1 3 mart 2023-cü il tarixli, 1236 nömrəli məktublarından görünür ki, İddiaçı xidmət keçdiyi dövrdə “Soyuq” döyüş bölgəsini özbaşına tərk etdiyinə görə ona “Müharibə veteranı adının və müvafiq vəsiqəsi”nin verilməsindən ötrü arxiv arayışının verilməsi məqsədəuyğun hesab edilmir. İddiaçı hərbi hissəni özbaşına tərk etməsi barədə məlumat müxtəlif vaxtlarda aidiyyəti instansiyalara göndərilməsi bildirilmişdir. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil ünvanladığı 24 dekabr 2022-ci il tarixli, HP-14/2624 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə barəsində cinayət işi və ya araşdırma materialı olmamışdır. Azərba ycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi arxivi tərəfindən Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/2-234 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Arxiv işi haqqında təlimat”ın 11.28-ci maddəsinin tələblərinə uyğun olaraq ayrı-ayrı vətəndaşların sorğuları üzrə arxiv arayışları, surətləri, çıxarışları, ancaq onların hüquq və qanuni nümayəndələrinə aid (hərbi xidmət keçməsi, hərbi rütbəsi, təltif edilməsi, peşə dərəcəsi verilməsi, qohumlarının taleyinin müəyyən edilməsi, əmək haqqının miqdarı və s.) ola bilər. Bu səbəbdən də N nömrəli hərbi hissənin döyüşən hərbi hissələr siyahısına daxil olub-olmaması barədə məlumat verə bilmirlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin bi rinci instansiya məhkəməsinə ünvanlanan 21 iyun 2023-cü il tarixli, A-733 nömrəli məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 104 nömrəli əmri ( § 15, sıra nömrəsi 11) ilə şəxsi heyətin siyahısına daxil edilib və hərbi hissənin şəxsi heyətin siyahısından çıxarılması haqqında “Nizami hissə üzrə əmrlər” kitabında məlumat yoxdur. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 247 nömrəli əmri (§ 5, sıra nömrəsi 3) ilə şəxsi heyətin siyahısına daxil edilib və 21.5.1995-ci il tarixdə N nömrəli hərbi hissənin bazasında N nömrəli hərbi hissə təşkil edildiyindən həmin hərbi hissənin şəxsi heyəti tam tərkibdə xidmətini davam etmək üçün N nömrəli hərbi hissənin tərkibinə verilib. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.199 5-ci il tarixli 113 nömrəli əmri (§ 4, sıra nömrəsi 5) ilə Soyuq döyüş bölgəsini özbaşına tərk etdiyi üçün yemək qeydiyyatından çıxarılıb, xx.xx.1995-ci il tarixli 118 nömrəli əmri (§ 7, sıra nömrəsi 2) ilə xidməti yerinə qayıtdığı üçün qeydiyyata alınıb və xx.xx.1997-ci il tarixli 288 nömrəli əmri (§ 3, sıra nömrəsi 28) ilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılıb. İddiaçı döyüşlərdə iştirakı haqqında məlumat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil ünvanlandığı 12 aprel 2023cü il tarixli, 1800 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək 754, N və N nömrəli hərbi hissələrdə xidmət edib. O, N nömrəli h ərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 113 nömrəli əmri ilə Soyuq döyüş bölgəsini özbaşına tərk etdiyi üçün yemək qeydiyyatından çıxarılıb, xx.xx.1995-ci il tarixli 118 nömrəli əmri ilə xidməti yerinə qayıtdığı üçün yemək qeydiyyatına alınıb, onun döyüşlərdə iştirakı haqqında məlumat yoxdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin xx.xx.2023-cü il tarixli, 274 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci ilədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 21 oktyabr 1997-ci il tarixdən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon idarəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin xx.xx.2023-cü il tarixli, 373 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci ilədək müddətli həqiqi hərbi xidmətdə olmuş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1997-ci il tarixli 160 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia ərizəsinə etirazında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, N nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahl ı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci ıl fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxıl olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskıpara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanlar), Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respubli kası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı adı verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yarana n və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək olar ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmr i ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasa gəldikdə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, N nömrəli arayı şa əsasən İddiaçı xidmət zamanı hərbi hissəni müxtəlif vaxtlarda özbaşına tərk etdiyi qeyd edilmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Məhkəmə müdafiəsindən istifadə etmə hüq uqu İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra h akimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, N saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiy yətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, N nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərb aycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli, 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Kollegiya qeyd edir ki, əsasnaməyə edilmiş həmin dəyişikliyə uyğun olaraq şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq sənədlərdə əks edilməsi müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərt lərdən biri olmaqla şəxsin döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməsi yalnız hərbi biletlə deyil, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə də təsdiq edilməlidir. İşin təsdiq edilmiş halları ilə aydın olduğu kimi iş üzrə İddiaçı 14 aprel 1994-cü ildə hərbi xidmətə çağırılmış, 14 aprel 1994-cü ildən 04 may 1994-cü ilədək N nömrəli hərbi hissədə, N may 1995-ci ildən 18 oktyabr 1997-ci ilədək N nömrəli hərbi hissədə xidmət edib, o xidmət zamanı hərbi hissəni müxtəlif vaxtlarda özbaşına tərk etdiyinə görə N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 113 nömrəli əmri ilə yemək qeydiyyatından çıxarılıb. xx.xx.1995-ci il tarixli, 118 nömrəli əmri ilə xidməti yerinə qayıtdığı üçün yemək qeydiyyatın a alınıbdır. Həmçinin iş materialları ilə İddiaçı döyüşlərdə iştirak etməsi təsdiq edilmir. Kollegiya bildirir ki, bu barədə qeyd iddiaçının hərbi biletin 7-ci səhifəsinin 18-ci bəndində (döyüşlərdə iştirak etmədiyi) və 9-cu səhifəsinin 22-ci bəndində (yaralanmaması) göstərilmişdir. Eynilə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil ünvanladığı 23 yanvar 2023-cü il tarixli, 341 nömrəli məktubudan görünür ki, iddiaçının hərbi xidmət etdiyi N nömrəli hərbi hissə atəşkəs dövründə yaranıb, həmin dövrdə heç bir döyüş əməliyyatları aparılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə k ollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Kollegiya iddiaçının şikayətdə Müharibə veteranı, silahlı qüvvələr vete ranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il № N saylı Qərarının 1-ci bəndinin 9-cu abzasına istinad etməklə onun 14 aprel 1994-cü il tarixdən 12 may 1994-cü il tarixdə atəşkəs elan olunan tarixədək 28 gün ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) ərazisində döyüş əməliyyatları aparan hərbi hissə və ya hərbi orqanların tərkibində hərbi xidmət keçməsi və müvafiq qanunu tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci i l fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində döyüş əməliyyatları aparan hərbi və ya orqanların tərkibində 1 gün hərbi xidmət keçmiş şəxslərə müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsinin göstərilməsi, qeyd olunanlara əsasən 28 gün ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) ərazisində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməyinin nəzərə alınaraq ona müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin verilməsini qanunun tələblərinə uyğun hesab etməsi ilə bağlı qeyd edir ki, müvafiq dəlillər əs assızdır və təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş materialları ilə də müəyyən olunduğu kimi iddiaçı müvafiq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Həmçinin kollegiya qeyd edir ki, şəxsin hərbi hissədə hərbi xidmətdə olma fak tı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, hərbi xidmət keçməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Göründüyü kimi, çağırışla Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmin şəxslər ehtiyata və ya istefaya buraxılırlar. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda sadalanan hallarına əsasən kollegiya hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zi dd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış, sübutlara m addi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmiş, işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlinmişdir. Ona görə də İddiaçı şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(122)-46/2023 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87.6, 87.8, 89, 90, 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasının xx.xx.2022-ci il tarixli, 4/3-12836 nömrəli imtina məktubunu əsassız hes ab edərək, ona "Müharibə veteranı"nın və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(122)-46/2023 nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 21(122)-46/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar