Məhkəmə qərarları › İş №2-1(108)-44/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-44/2024

20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-44/2024 20.05.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ona istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə ödənilməmiş 2020-ci ilin aprel ayından bugünə kimi olan dövrlər də daxil olmaqla müavinət ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2-1(122)-55/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 20 aprel 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək ona istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə ödənilməmiş 2020-ci ilin aprel ayından bugünə kimi olan dövrlər də daxil olmaqla müavinət ödənilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 21(122)-55/2024 nömrəli qərarı ilə İddiaçı iddiası təmin edilmiş, İddiaçı istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə ödənilməmiş 2020-ci ilin aprel ayından bugünə kimi olan dövrlər də daxil olmaqla müavinət ödənilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 21(122)-55/2024 nömrəli qərarından narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 19 mart 2024-cü il tarixdə apellyasiya şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnziba ti Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2-1(122)55/2024 nömrəli qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Nazirlik tərəfindən yalnız dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsi vəsaiti hesabına aylıq müavinət ödənilir. Naxçıvan Muxtar Resp ublikası İqtisadiyyat Nazirliyinin 9 fevral 2023-cü il tarixli 169/2023 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan küçəsi 13 ünvanında yerləşən X11 2000-2005-ci illərdə X3 tərəfindən 100% özəlləşdirilmişdir. Bu hal sübut edir ki, Nazirlik özəlləşdirilməsi başa çatmış müəssisənin öhdəlikləri üçün cavabdeh deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları Şərtləri və Məbləği"nin 3.10 və 3.11-ci bəndlərində qeyd olunur ki, zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkən ə zərərin əvəzini ödəyir. Zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. İddiaçı öz ərizəsində 2020ci ilin aprel ayından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müflis elan edilərək, varisi olmadan fəaliyyətini dayandırdığını qeyd etmişdir. “Şərq Qapısı” qəzetinin 1500-cü tirajının çıxarışından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini dayandıraraq ləğv olunmuşdur, müəssisənin müflisləşərək ləğv olunması faktı ortada yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1126-cı maddəsində qeyd olunur ki, həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçü n qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər. Bu hallar bir daha sübut edir ki, özəlləşdirilməsi başa çatmış və ləğv edilmiş müəssisənin öhdəliklərinə görə Nazirlik cavabdeh deyildir və müəssisənin öhdəlikləri onun üzərinə qoyulmamalıdır. Şikayətdə sadalanan qanunvericiliklərin heç birində müəssisənin ləğv olunması hallarında təqsirkar işəgötürənin məsuliyyətinə, öhdəliyinə görə zərərçəkmiş şəxsə dövlət büdcəsi vəsaiti hesabına müavinətin ödənilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən Məhkəmənin Nazirliyin üzərinə qoyduğu öhdəlik əsassızdır, qərar ləğv olunmalıdır. Yuxarıda istinad olunan normaların məzmunundan görünür ki, 19 mart 2010-cu il tarixə qədər 3.7-ci və 3. 8-ci bəndlər konkret əhatə dairəsi müəyyən edilmiş şəxslərə münasibətdə tətbiq olunurdu. Keçmişdə konkret əhatə dairəsi müəyyən olan şəxslərə dövlət büdcəsi vəsaiti hesabına zərərə görə müavinət ödənilmişdir doğrudur, lakin hazırki qüvvədə olan qanunvericilikdə elə bir hal yoxdur. Vətəndaşın xeyrinə olan hal kimi qəbul edilib geriyə qüvvə şamil edilsə belə, iddiaçının statusu buna uyğun deyildir. Həmçinin bir halıda qeyd etmək istəyirik ki, iddiaçının iddiası məhkəmə tərəfindən dəqiqləşdirilməli idi. iddiaçının tələbi ondan ibarətdir ki, ona istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə ödənilməmiş 2020-ci ilin aprel ayından bugünə kimi olan dövrlər də daxil olmaqla müavinət ödənilməsi öhdəliyi Nazirliyin üzərinə qoyulsun. “Bugünə kim olan dövr” dedikdə hansı dövr başa düşül məlidir? iddia ərizəsinin təqdim olunduğu dövr, yoxsa iddianın təmin olunduğu dövr? İddiada konkretlik yoxdur. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən müavinət ən çoxu müraciət edilməzdən əvvəlki 3 il üçün ödənilə bilər. 3 ildən artıq ödəmə qanunvericiliyin pozulması deməkdir. Məhkəmənin 5 mart 2024-cü il tarixli 2-1(122)-55/2024 nömrəli qərarı ilə razılaşmadıqlarını diqqətə çatdırırlar. Hazırki qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyində ləğv olunmuş müəssisənin öhdəliklərinə görə dövlət orqanı üzərinə öhdəlik qoyulması nəzərdə tutulmayıb. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X10 apellyasiya şikayətin i müdafiə edərək verdiyi izahatında, şikayətin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2-1(122)55/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə İddiaçı apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2-1(122)-55/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəalar ı tətbiq olunur. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apel lyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239.2-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Həmin Məcəllənin 239.3-cü maddəsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimi yyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixi, 03 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin: 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müə ssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. 1.3-ci bəndinə əsasən aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt v ə yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı);. İş materiallarında olan 10 sentyabr 1984-cü il tarixdə tərtib olunmuş 1 nömrəli aktdan aydın olur ki, ünvan 2 ünvanda yerləşən X5 İİ dərəcəli dəzgahçı işləyən İddiaçı diqqətsizliyi və Ç-6 markalı kəsici buşqunun qoruyucu hissəsinin olamaması bədbəxt hadisəyə səbəb olmuşdur. Naxçıvan MR Xəstəxanası tərəfindən verilmiş xəstə epikriz formasından məlum olur ki, İddiaçı 4 barmaq orta distal falanqanın bükücü ligamentoz kontrakturası izlənir. 5 barmaq proksimal falanqanın başından amputasiya izlənilir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X7 tərəfindən İddiaçı ünvanlanmı ş 01 noyabr 2007-ci il tarixli, 15/364 nömrəli məktubdan aydın olur ki, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və va bu səbəbdən həlak olduqda bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəymiş zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixi, 03 saylı qərarının ümumi müddəalarının 3.10-cu bəndinə müvafiq olaraq, zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquq varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Həmin Qanunun 3.5-ci bəndinin ikinci abzasına müvafiq olaraq zərərçəkənin peşəsinin adı dəyişdirildikdə va yaxud ləğv edildikdə,təqsirkar müəssisədə müvafiq peşə və yaxud peşə qurupları, müəssisə üzrə orta əmək haqq müəyyən edilərək, zərərçəkənə əmək xəsarəti nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin dərəcəsindən asılı olaraq aylıq ödənclər hesablanıb ödənilir. İddiaçı peşə əmək qabiliyyətini 25% itirilməsini nəzər alaraq ona çatası zərərə görə aylıq ödənc yuxarıda qeyd olunduğu kimi həmin təqsirkar müəssisədə işlədiyi peşə üzrə orta əmək haqqının 25% miqdarında hesablanıb ödənilməlidir. "xxxx" MMC tərəfindən verilmiş 01 may 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" MMC-dən aylıq 70 (yetmiş) manat müavinət alıb. "xxxx" ASC tərəfindən təqdim edilmiş hesab cədvəlindən görünür ki, həmin cədvəldə qeyd olunan məbləğlər xx.xx.2020-ci il tarixədək "xxxx" MMC tərəfindən İddiaçı ödənilmişdir. Kollegiya ilk olaraq onu qeyd etmək istəyir ki, "xxxx" Məhd ud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyatının mövcud olub-olmaması, hüquqi şəxsin fəaliyyət göstərib-göstərməməsi, yenidən təşkil və ya ləğv olunması bu proseslərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına uyğun aparılıb-aparılmaması, ləğvetmə komissiyasının fəaliyyətinin nəticələrinə dair sənədlərin, həmçinin hüquqi varisinin mövcudluğu barədə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu edilmiş, sorğuya cavab olaraq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən kollegiyaya ünvanlanmış 10 may 2024-cü il tarixli **********116900 nömrəli məktubun məzmunundan aydın olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi tərəfindən 7 yanva r 2009-cu il tarixdə (VÖEN:**********) şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. 10 iyun 2020-ci il tarixli təsisçinin ləğv qərarına əsasən 2 iyul 2020-ci il tarixdə ləğv edilmiş, yenidən təşkil olunması tətbiq olunmadığından hüquqi varisliyi yaranmamışdır və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Hazırkı işin hallarına əsasən müəyyən olunur ki, iddiaçı ona aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsinin təyin edilməsi ilə bağlı cavabdeh orqan olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, cavabdeh orqan isə bundan imtina etmişdir. Belə ki, cavabdehin apellyasiya şikayətində qeyd edilmişdir ki, qeyd olunanlardan aydın görünür ki, Nazirlik tərəfindən yalnız dövlət müəssisə lərinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsi vəsaiti hesabına aylıq müavinət ödənilir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 9 fevral 2023-cü il tarixli 169/2023 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan küçəsi 13 ünvanında yerləşən X11 2000-2005-ci illərdə X3 tərəfindən 100% özəlləşdirilmişdir. Bu hal sübut edir ki, Nazirlik özəlləşdirilməsi başa çatmış müəssisənin öhdəlikləri üçün cavabdeh deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 n ömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları Şərtləri və Məbləği"nin 3.10 və 3.11 -ci bəndlərində qeyd olunur ki, zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, hazırki işlə oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Belə ki, baxılmış bu tip işlərdə (2-1(102)-1937/2021 saylı, 2-1(102)-37/2022 saylı, 21(102)-348/2022 saylı, 2-1(102)-1530/2022 saylı,) qanunvericiliyin müvafiq norma və müddəalarına istinad etməklə birmənalı olaraq istehsalat qəzası nəticəsində işçiyə dəyən zərəri ödəmək vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Məhkəmə kollegiyası hazırki işin hallarını formalaşmış məhkəmə təcrübəsinə uyğun olduğu qənaətinə gəlir və öz mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həla k olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Həmin Qaydaların 5.3-cü maddəsinə əsasən bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq olunmuş “İste hsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın 3.11-ci bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. Həmin Qaydaların 3.12-ci bəndinə əsasən zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir. Həmin Qaydaların xx.xx.2010-cu il tarixinə qədər qüvvədə olmuş 3.7-ci və 3.8-ci bəndlərinə əsasən Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclər inin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Stat istika Komitəsi tərəfindən təqdim edilir. Yuxarıda istinad olunan normaların məzmunundan və onların müddəalarının təhlilindən göründüyü kimi, istehsalatda baş vermiş bədbəxt hadisə zamanı xəsarət almış işçilərə ödənclərin ödənilməsinə məsul olan və cavabdehlik daşıyan subyektlərin dairəsi və bununla bağlı hüquqi varislik məsələsi tam şəkildə tənzimlənməmişdir. Hazırkı mübahisəyə münasibətdə işəgötürən müəssisənin hüquqi şəxs kimi ləğv edildiyi nəzərə alındıqda, həmin müəssisənin xəsarət almış işçilərinə ödənilməli olan ödənclərin kim tərəfindən ödənilməsi məsələsi həllini tapmamışdır. Lakin istinad edilən Qaydaların 3.7 və 3.8-ci bəndlərinin 19 mart 2010-cu il tarixədək qüvvədə olmuş redaksiyalarında oxşar münasibətlər üzrə ödənclərin ödənilməsinin üsulu və qaydası tənzimlənirdi. Həmin nor malara əsasən, ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mübahisə predmeti ilə bağlı məsələnin natamam tənzimlənməsi iddiaçının ziyanına təfsir oluna və onun əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödəncin ödənilməsinə olan hüququnun mədudlaşdırılmasına səbəb ola bilməz. Nəzərə alınmalıdır ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvləri və himayəsində olan digər şəxslər sosial həssas qrupa aiddir və hüquqi tənzimləməni n natamamlığı həmin kateqoriyadan olan şəxslərin əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən onlara təyin olunmuş və ödənilmiş ödənclərdən məhrum edilməsinə səbəb ola bilməz. Bundan əlavə, bu məsələnin həlli zamanı həm də bərabər yanaşma prinsipi, layiqli həyat səviyyəsinin təmin olunması və sosial həssas qrupa aid olan şəxslərin sosial təminatı ilə bağlı dövlətin məsuliyyəti kimi konstitusion hüquqi dəyərlər də nəzərə alınmalıdır. Belə ki, Konstitusiyanın 12-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 25-ci maddəsinin 5-ci hissəsinə görə, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Son olaraq apelyasiya şikayətində qeyd edilən ““Bu günə kim olan dövr” dedikdə hansı dövr başa düşülməlidir? iddia ərizəsinin təqdim olunduğu dövr, yoxsa iddianın təmin olunduğu dövr? İddiada konkretlik yoxdur.” dəlilinə münasibətdə də qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin yekun qərarında “2020-ci ilin aprel ayından bugünə kimi olan dövrlər də daxil olmaqla müavinət ödənilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması” kimi qeyd edilsədə, həmin ödəncin konkret müddət üçün ödənilməli olduğunu ehtiva etmir. Belə ki, istehsalatda baş verən bədbəxt hadisə nəticəsində müavinət ödənilməsi hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıdığından, eyni zamanda İdd iaçı istehsalatda baş vermiş bədbəx hadisə nəticəsində sağlamlığının 25%-ni ömürlük itirilmiş hesab edildiyindən həmin ödənclərin konkret vaxt çərçivəsində məhdudlaşdırılması yolverilməzdir və müavinətin ödənilməsi sonrakı tarixlərdə də davam etdirilməlidir. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bir daha qeyd edir ki, mübahisə predmeti ilə bağlı məsələnin natamam tənzimlənməsi iddiaçının ziyanına təfsir oluna və onun əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödəncin ödənilməsinə olan hüququnun mədudlaşdırılmasına yol verilə bilməz. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Kollegiya belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy i tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2-1(122)55/2024 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 69, 87, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ona istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə ödənilməmiş 2020-ci ilin aprel ayından bugünə kimi olan dövrlər də daxil olmaqla müavinət ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2-1(122)-55/2024 nömrəli qərarından cavabdeh Naxç ıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 21(122)-55/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar