Məhkəmə qərarları › İş №2-1(108)-44/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-44/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-44/2025 23.04.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X15 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X7 ibarət tərkibdə, X8 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X27in nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X19rşı "X9 adına olan ünvan 1 ünvanında yerləşən evə Daşınmaz Əmlakın Dövlət Reyestrində daşınmaz əmlakın dövlət qeydiyyatının ləğvi və hüquqların onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(122)-708/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək X9 adına olan ünvan 1 ünvanında yerləşən evə Daşınmaz Əmlakın Dövlət Reyestrində daşınmaz əmlakın dövlət qeydiyyatının ləğvi və hüquqların onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X27 üzərinə qoyulması barədə qərar çıx arılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(122)708/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(122)708/2025 nömrəli qərardadından narazı qalan İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(122)-708/2025 nömrəli qərardadının ləğv edilərək iddiasının icraata qəbul edilməsi xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində göstərilmişdir ki, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X19rşı "X9 adına olan ünvan 1 ünvanında yerləşən evə Daşınmaz Əmlakın Dövlət Reyestrində daşınmaz əmlakın dövlət qeydiyyatının ləğ vi və hüquqların onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələb”i barədə Naxçıvan MR İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Naxçıvan MR İnzibati Məhkəməsi tərəfindən 2-1(122)-708/2025 saylı, xx.xx.2025-ci il tarixİi qərardad çıxarılmaqla, “hazırki iddiaya mahiyyəti üzrə baxmağa imkan verən mümkünlük şərti ödənilməmişdir” müddəasına əsaslanaraq iddia mümkün sayılmamışdr. 2-1(122)-708/2025 saylı, xx.xx.2025-ci il tarixİi qərardad ləğv ediməli və iddia ərizəsi Naxçıvan MR İnzibati Məhkəməsi tərəfindən icraata qəbul edilməİidir. Belə ki, iddia ərizəsində də qeyd etdiyi kimi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1955-ci il tarixli notarius təsdiqli barışıq müqaviləsi əsasında mərhum babasının adına verilmişdir. Lakin bu faktı təsdiq edən müqaviləni və onun azərbaycan dilinə tərcüməsini məhkəməyə təqdim etməsinə baxmayaraq məhkəmə tərəfindən yalnız həmin ünvandakı fərdi yaşayış evinin 1962-ci ilin noyabr ayında X5 adına inventarlaşdırılması faktı nəzərə alınmışdır. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evinin Müzəffər Məmmədovun adına rasmiləşdirilməsi babasının imzaladığı və notariusda şahidlərin iştirakı ilə tərtib olunmuş müqavilənin imzalanmasından 7 il sonra baş vermişdir. Bu müddət ərzində, hətta 1955-ci il tarixli müqavilədən uzun illər öncəsindən bəri babası və ailə üzvlərinin həmin evdə yaşaması faktı başda Müzəffər Məmmədov olmaqla hər kəsə məlum məsələdir. Bildirir ki, onların ailəsinin yaşadığı evin qapı nömrəsi 52, X10 məxsus evin qapı nömrəsi 66 olmaqla yan divar qonşusu olmuşlar. Məhz 1962-ci ildə qarşı tərəf öz əmlakını sənədləşdirən zaman heç bir hüquqi əsas olmadan və bu gün də necə etdiyi ona məlum olmayan bir üsulla ailəsinin faktiki yaşamaqda olduğu fərdi yaşayış evini də öz adına rəsmiləşdirmiş, daha sonra ailə üzvlərini həmin sənəd əsasında öz evindən çıxarmışdır. Sonrakı dövrdə onlara həmin qonşunun 66 nömrəli fərdi yaşayış evini başqa şəxsə satması faktı məlum olsa da, satan şəxsin qardaşı onların evi barəsində özünə verilməsi ilə bağlı iddialar səsləndirmişdir. 66 nömrəli evi alan Firuddin Yaqubov və onun oğlu İbrahim Yaqubov yuxarıda qeyd etdiyi faktı təsdiq edə bilərlər. Yekunda məhkəmədən bir sıra sənədləri vaxtı ilə babası əldə etmədiyinə görə təqdim etmə imkanı olmadığını bəyan edir. Qərardaddan şikayət müddətini ötürmə ehtimalına görə ünvan 3 ünvanında yerləşən fərd i yaşayış evi üzrə o dövrdə tərtib olunmuş təsərrüfatbaşı kitabında babası və ailə üzvlərinin adlarının qeydə alınması ehtimalının mövcud olduğunu nəzərə alaraq məhkəməyə müraciət edir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(122)-708/2025 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X27in nümayəndəsi X11 izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 1 1 mart 2025-ci il tarixli, 2-1(122)-708/2025 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyy ən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin və iddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum babası X2 məxsus olduğunu, babasının həmin evi atası X4 verdiyini, atasının da həmin evi ona bağışladığını, lakin həmin evin qanunsuz şəkildə X6 adına qeydiyyata alındığını, bununla bağlı müraciətinə cavab olaraq babasının adına yaşayış evinin qeydiyyata alınmadığını, qeyd edilən yaşayış evinin 1962-ci ilin noyabr ayında X5 adına inventarlaşdırıldığını, texniki pasportda inventarlaşmanın xx.xx.1939cu il tarixli 333 nömrəli torpaq qeydi əsasında aparılmasının qeyd olunmasının bildirildiyini göstərib həmin ünvanda yerləşən evə Daşınmaz Əmlakın Dövlət Reyestrində daşınmaz əmlakın dövlət qeydiyyatının ləğvi və hüquqların onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin ta beliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X23 üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd); Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, inzibati məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünl üyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsu lunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya qeyd edir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının subyektiv hüquqa malik olmasıdır. İddianın mümkünlüyü ilə bağlı prosessual normanın tələblərinə görə iddiaçı hüquqlarının pozulduğunu əsaslandırdığı halda iddia mümkün sayıla bilər. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum babası X2 məxsus olduğunu, babasının həmin evi atası X4 verdiyini, atasının da həmin evi ona bağışladığını göstərsə də daşınmaz əmlakın dövlət qeydiyyatının ləğvini və hüquqların onun adına dövlət qeydiyyatına alınmasını tələb etdiyi həmin fərdi yaşayış evinin əvvəllər mərhum babasının və atasının mülkiyyətində olmasını və ona bağışlanmasını təsdiq edən hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Odur ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçının subyektiv hüququnun yaranması üçün ilk növbədə o, qeyd edilən daşınmaz əmlakın ona bağışlanmasına dair müvafiq sənədlər təqdim etməlidir. Müvafiq sənədlərin təqdim edilməməsi iddiaçının hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququnun mövcudluğunu istisna edir. Kollegiya hesab edir ki, hazırki iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququnun mövcudluğu müəyyən edilmədiyindən, cavabdeh inzibati o rqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmamasına hüquqi qiymətin verilməsi mümkün deyil. Kollegiya qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin 19 yanvar 2024-cü il tarixli, 06/H-01 nömrəli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində X1 adına fər di yaşayış evi qeydiyyata alınmamışdır. İddiaçı iddia etdiyi ünvan 4 ünvanında yerləşən 834 invertar nömrəli fərdi yaşayış evi 1962-ci ilin noyabr ayında X5 adına inventarlaşdırılmışdır. Texniki pasportda inventarlaşdırmanın xx.xx.1939-cu il tarixli 333 nömrəli torpaq qeydi sənədi əsasında aparıldığı qeyd olunmuşdur. Ordubad rayon notariat ofisinin 20 fevral 2025-ci il tarixli, 08 nömrəli və məktubundan görünür ki, elektron notariat informasiya sistemində edilmiş axtarış nəticəsində etdiyi ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinə dair X14 ilə İddiaçı arasında bağışlama müqaviləsinin rəsmiləşdirilməsinə dair məlumat aşkar edilməmişdir. Ordubad rayon Dövlət Arxivinin 21 fevral 2025-ci il tarixli, 06 nömrəli məktubundan görünür ki, 1980-1987-ci illərdə ünvan 4 ünvanında yerləşən yaşayış sa həsinin X14 tərəfindən İddiaçı bağışlanmasına dair müqavilə rayon dövlət arxivində yoxdur. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı qeyd edilən daşınmaz əmlakın əvvəllər mərhum babasına məxsus olmasının sübutu kimi birinci instansiya məhkəməsinə təqdim etdiyi fars dilində yazılmış “sənəd” daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilə bilməz və qanunvericiliyə əsasən bunun heç bir hüquqi əsası yoxdur. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlük şərtləri yerinə yetirildiyi halda yolveriləndir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inziba ti aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunm asında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmiş apellyasiya instansiyası məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməli olması tövsiyyəsinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmiş, lakin iddiaçı subyektiv hü ququnu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya hesab edir ki, iddiaçının şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas təşkil etmir, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(122)-708/2025 qərar dadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.6, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(122)708/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(122)-708/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 10 gün müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar