Məhkəmə qərarları › İş №2-1(108)-45/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-45/2022

19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-45/2022 19.12.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Daxili işlər naziri tərəfindən verilmiş daxili işlər orqanlarından "DİO-da xidmətkeçmə haqqında" Əsasnamənin 135.10-cu maddəsi ilə xaric olunmağı barədə 06 aprel 2022-ci il tarixli əmrin ləğv edilərək "DİO-da xidmətkeçmə haqqında" Əsasnamənin 135.1-ci maddəsi ilə (öz ərizəsi ilə) xaric olunmağı tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(122)-256/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qarşı 12 oktyabr 2022-ci il tarixdə mübahisələndirmə haqqında iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Daxili işlər naziri tərəfindən verilmiş daxili işlər orqanlarından "DİO-da xidmətkeçmə haqqında" Əsasnamənin 135.10-cu maddəsi ilə xaric olunmağı barədə 06 aprel 2022-ci il tarixli əmrin ləğv edilərək "DİO-da xidmətkeçmə haqqında" Əsasnamənin 135.1-ci maddəsi ilə (öz ərizəsi ilə) xaric olunmağı barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 31 o ktyabr 2022-ci il tarixli, 21(122)-256/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmənin qərardadından narazı qalan İddiaçı 11 noyabr 2022-ci il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(122)256/2022 nömrəli qərardadının (iddianın mümkün sayılmaması barədə) ləğv edilməsi, iddia ərizəsinin baxılmasının mümkün edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə xx.xx.2022-ci il tarixli şikayətini Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına təqdim etmişdir. İddiaçı 11 noyabr 2022-ci il və 15 dekabr 2022-ci il tarixli şikay ətlərinin əsas dəlilləri ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixində DİO-da xidmətkeçmə haqqında Əsasnamənin 135.10cu maddəsi ilə (intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda) xaric edildiyi barədə ona məlumat verilmiş, yalnız xx.xx.2022-ci il tarixində əmək kitabçasını alarkən orada həqiqətən mənfi motivlə xaric edildiyini görmüşdür. Naxçıvan MR DİN-in müvafiq əmri AR DİN-in xx.xx.2009-cu il tarixli, 330 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi”nin 6-cı fəslinin 39-cu bəndinə uyğun olaraq ona təqdim edilməmiş, barəsində aparılmış xidməti araşdırmalarla bağlı məlumat almaq istəyinə qəti şəkildə rədd cavabı verilmişdir. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinə istinad edərək inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bildiyini qeyd etmişdir. Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsində mübahisələndirmə haqqında iddia müddətinin başlanması konkret inzibati aktın təqdim və ya elan olunduğu vaxtdan hesablanır. Naxçıvan MR İnzibati Məhkəməsinin qərardadında göstərdiyi əmrin əmək kitabçasında qeyd olunması inzibati aktın təqdim və ya elan edilməsi ilə eynilik təşkil etmir. Müvafiq dövr ərzində məhkəməyə müraciət hüququndan istifadə etməmə səbəbi həmin dövrdə valideyninin səhhətində ciddi problemlər olmasıdır. Naxçıvan MR İnzibati Məhkəməsinin ünvanlandığı yardım məktubu qeydiyyatda olduğu ünvana göndərilmişdir. Faktiki yaşadığı ünvan fərqli olduğundan həmin məktubu əldə edə bil məmişdir. Lakin, məhkəmə iclası zamanı şifahi qaydada vəsatət verərək buraxılmış müddətin üzrlü hesab edilməsini məhkəmədən xahiş etmiş, vəsatət təmin olunmamışdır. İddiaçı 16 dekabr 2022-ci il tarixdə vəsatətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək vəsatətində səhhəti ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixə təyin edilmiş şifahi məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini qeyd edərək xx.xx.2022-ci il tarixində elektron məhkəmə sistemi vasitəsi ilə onun tərəfindən məhkəməyə ünvanlanmış şikayətin əsas şikayət kimi qəbul edilməsini və xx.xx.2022-ci il tarixinə təyin edilmiş şifahi məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən inzibati işə İddiaçı iştirakı olmadan baxmışdır. Eyni zamanda iddiaçı 16 dekabr 2022-ci il tarixdə vəsatətlə birlikdə elektron məhkəmə sistemi vasitəsi ilə əmək kitabçasının surətini Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına göndərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.2-ci maddəsinə uyğun olaraq şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual 1.2-ci maddəsinə görə bu Məcəl lə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq edir. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə şikayətlə bağlı başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və mə zmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlmişdir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın h ərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İş materiallarından da məlum olduğu kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdə xidmətdən azad edilməsi barədə İddiaçı xx.xx.2022-ci il tarixdə şifahi məlu mat verilmiş və xidmətdən azad edilməsi barədə qeyd aparılmaqla əmək kitabçası ona xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur. İddiaçı işdən çıxarılma ilə bağlı 12 oktyabr 2022ci il tarixdə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində iddia qaldırmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndinə uyğun olaraq İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Kollegiya şikayətdə qeyd olunan dəlillərə münasibətdə qeyd edir ki, iddia Naxçıvan Muxtar Respublikası Daxili İşlər nazirinin xx.xx.2022-ci il tarixli əmrinin mübahisələndirilməsi ilə əlaqədardır və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində....qaldırıla bilər. Lakin, iddiaçının iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxdığına və bununla bağlı birinci instansiya məhkəməsinin hakimi tərəfindən hüquqi yardım göstərilməsinə baxmayaraq o, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunması məqsədilə hər hansı cəhd etməmiş, məhkəməyə hər hansı bir vəsatət təqdim etməmişdir. Kollegiya həmçinin şikayətdə istinad olunan “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinə istinad edilməsi məsələsinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İnzibati Prosessual Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. Şikayətdə qeyd olunan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində göstərilən müddətin inzibati aktın təqdim və ya elan olunduğu vaxtdan hesablanması, birinci instansiya məhkəməsinin bu müddətin başlanğıcını onun əmək kitabçasını əldə etdiyi andan hesablaması dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının “Daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnaməsinin 121-ci bədinə əsasən intizam tənbehi dərhal, müstəsna hallarda isə verildiyi gündən bir aydan gec olmayan müddətdə elan edilir və qeydiyyata alınır. İş materiallarında olan əmək kitabçasının surətindən məlum olur ki, xx.xx.2022-ci il tarixdə intizam məsuliyyətinə cəlb edildikdən sonra xidməti və icra intizamını il ərzində yenidən kobudcasına pozması əsası ilə iddiaçı xidmətdən xaric edilmişdir. İddiaçı iddia ərizəsində də xx.xx.2022-ci il tarixdə Az ərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamənin 135.10-cu maddəsi ilə xaric edildiyi məlumatının ona verildiyini və xx.xx.2022-ci il tarixdə əmək kitabçasını aldığını qeyd etmişdir. Həmçinin 31 oktyabr 2022-ci il tarixdə birinci instansiya məhkəməsində keçirilən şifahi məhkəmə baxışı iclasındakı izahatında müvafiq işdən çıxarılma əmri barədə məlumatın ona 08 aprel 2022-ci il tarixdə verildiyini, həmin əmrdən məlumatının olduğunu bir daha qeyd etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə q eydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1998-ci il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq olunmuş “işçilərin əmək kitabçasının surəti və onun tərtibi qaydaları”nın 3.4-cü bəndinə uyğun olaraq əmək kitabçasında.... yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Qeyd olunanlardan da məlum olur ki, iddiaçının işdən azad olunması ilə bağlı əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin qeyd olunan normasına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan Qərarına uyğun olaraq əmək kitabçasına qeyd olunmuş, İddiaçı işdən çıxarıl ması barədə əmrlə bağlı iddiaçıya məlumat verilmiş, lakin iddiaçı həmin əmrdən şikayət vermə ilə bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində qeyd olunan müddəti buraxmışdır. Kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq müvafiq əmrlə bağlı iddiaçıya məlumat verilməsini inzibati aktın elan olunması kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətlər i etmək hüququ keçmiş olur. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlardan iddiaçının işdən çıxarılması ilə bağlı əmrdən vaxtında xəbərinin olması və buna baxmayaraq müddəti buraxmaqla məhkəməyə müraciət etməsi təsdiq edilir. Qanunvericiliyin sadalanan müddəalarından da göründüyü kimi buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatət verildikdə və müddət şəxsin təqsiri olmadan buraxıldığı hallarda məhkəmə tərəfindən təmin edilir. İş üzrə materiallardan o da məlum olur ki, birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı müddətin bərpası ilə bağlı vəsatət vermək hüququnun olması izah olunmuş, lakin iddiaçı Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinə istinad edərək prosessual müddəti buraxmadığını qeyd edərək təkidl ə inzibati işə baxılmasını məhkəmədən xahiş etmişdir. Kollegiya şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Bütün sadalananlara əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Daxili işlər naziri tərəfindən verilmiş daxili işlər orqanlarından "DİO-da xidmətkeçmə haqqında" Əsasnamənin 135.10-cu maddəsi ilə xaric olunmağı barədə 06 aprel 2022-ci il tarixli əmrin ləğv edilərək "DİO-da xidmətkeçmə haqqında" Əsasnamənin 135.1-ci maddəsi ilə (öz əri zəsi ilə) xaric olunmağı tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(122)-256/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(122)-256/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Daxili işlər naziri tərəfindən verilmiş daxili işlər orqanlarından "DİO-da xidmətkeçmə haqqında" Əsasnamənin 135.10-cu maddəsi il ə xaric olunmağı barədə 06 aprel 2022-ci il tarixli əmrin ləğv edilərək "DİO-da xidmətkeçmə haqqında" Əsasnamənin 135.1-ci maddəsi ilə (öz ərizəsi ilə) xaric olunmağı tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(122)-256/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 21(122)-256/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyasi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar