Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-45/2023 18.09.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X3 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə Mirzəyev İlqar Məhərrəm oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “cavabdehin xx.xx.1997-ci il tarixli, 31-k nömrəli əmrinin İddiaçı aid hissədə ləğv edilməsi, cavabdeh Naxçıvan Baş Gömrük İdarəsinin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən işə bərpa olunması və məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqı, məzuniyyət pulu və digər ödənişlərin (əmək ha qqına əlavələrin) ona ödənilməsi öhdəliyinin qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-1(122)-820/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə 27 iyul 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.1997-ci il tarixli, 31-k nömrəli əmrinin İddiaçı aid hissədə ləğv edilməsi, cavabdeh Naxçıvan Baş Gömrük İdarəsinin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən işə bərpa olunması və məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqı, məzuniyyət pulu və digər ödənişlərin (əmək haqqına əlavələrin) ona ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə buraxılmış prosessual müddətin bərpa olunması barədə 11 avqust 2023-cü il tarixli ərizə ilə müraciət edərək, buraxılmış müddətin üzrlü olduğunu, inzibati orqandan 27 aprel 2023-cü il tarixdə pretenziyaya cavab alındığını, iddia ərizəsinin 25 may 2023-cü il tarixdə məhkəməyə verildiyini, 24 iyun 2023-cü il tarixə məhkəmə prosesinin təyin olunduğunu, məhkəmənin cavabdehin doğru olmadığını bildirərək yenidən cavabdehi dəyişdirərək məhkəməyə müraciət etməyi təklif etdiyini, qərardadı alan kimi dərhal 19 iyulda iddia ərizəsi ilə məhkəməyə mür aciət etdiyini, sonrakı məhkəmə prosesinin 11 avqusta təyin edildiyini, üzrsüz səbəbdən məhkəmə prosesini buraxmadığını, əksinə məhkəmə prosesi getdiyinə görə müddətin axımının davam etdiyini, prosessual müddətin buraxılmasının səbəbi üzrlü olduğundan məhkəmə tərəfindən İPM-nin 24.1-ci maddəsinə müvafiq olaraq bərpa edilməli olduğunu bildirib, iddia tələbi üzrə müddətin buraxılmasının üzrlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 21(122)-820/2023 nömrəli qərardadı ilə İddiaçı prosessual müddətin bərpa olunması barədə 11 avqust 2023-cü il tarixli ərizəsi təmin edilməmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “ca vabdehin xx.xx.1997-ci il tarixli, 31-k nömrəli əmrinin İddiaçı aid hissədə ləğv edilməsi, cavabdeh Naxçıvan Baş Gömrük İdarəsinin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən işə bərpa olunması və məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqı, məzuniyyət pulu və digər ödənişlərin (əmək haqqına əlavələrin) ona ödənilməsi öhdəliyinin qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 21(122)-820/2023 nömrəli qərardadından narazı qalan İddiaçı 24 avqust 2023-cü il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh Naxçıvan Baş Gömrük İdarəsinin xx.xx.1997-ci il tarixli, 31-k nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi, cavabdeh Naxçıvan Baş Gömrük İdarəsinin üzərinə onun xx.xx.2023-cü il tarixdən işə bərpa olunması və məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqı, məzuniyyət pulu və digər ödənişlərin (əmək haqqına əlavələrin) ona ödənilməsi öhdəliyinin qoyulması məsələsinə baxılmış, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-1(122)-820/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardadla razı olmadığını bildirib aşağıdakılara əsaslanaraq həmin qərardadın maddi hüquq normalarının prosessual pozuntularla qəbul edilməsi qənaətindədir. İddiaçı hesab edir ki, qeyd olunan qərardad ləğv edilməli, iddiası mümkün hesab edilərək icraata götürülməli və əsaslı olduğu üçün təmin edilməsi barədə qərar qəbul ed ilməlidir. İlk öncə nəzərə alınmalıdır ki, hazırki qərardad vətəndaşın vəziyyətini pisləşdirir, onun gözlənilən mülkiyyət hüququna əngəl yaradır. Belə ki, yuxarıda qeyd olunan iddia tələbini təşkil edən pul Avropa Məhkəməsi presedent hüququna əsasən mülkiyyət təşkil edir ona görə də iddiaçı uzun müddət ərzində qanunsuz olaraq işdən azad olunduğuna görə Avropa İnsan hüquqları Haqqında Konvensiyanın 1 saylı protokolunun 1 -ci maddəsində qeyd olunan mülkiyyətin tərkibini təşkil edən puldan ( Əmək haqqı, məzuniyyət pulu və s.) uzun müddət məhrum olunmuşdur. İkinci olaraq qeyd olunmalıdır ki, hakim iddianın qeyri-mümkün sayılması barədə qərardad qəbul edərkən, iddiaçının uzun müddət effektiv olaraq məhkəmədə müdafiə hüququndan məhrum olunduğu nəzərə alınmamışdır. İddiaçı iddia tələbində də qeyd etdiyi kimi uzun illər Naxçıvanda mövcud olan despot rejim nəticəsində hər bir kəs kimi onun da hüquqları tapdalanmış və məhkəməyə müraciətlə bağlı hərəkətləri nəticəsiz qalmışdır. Türkiyə Anayasasında qeyd olunan hamıya bəlli olan faktları Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimlərinə agah olmasına baxmayaraq onlar bu faktları nəzərə almamışlar. Halbuki, burada Çıraqovun Ermənistana qarşı işini xatırlatmaq yerinə düşər. Qeyd olunan işə əsasən Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci il iyunun 16-da "Çıraqov və başqaları Ermənistana qarşı" işi ilə bağlı qəbul etdiyi qərarında Ermənistanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarda "effektiv nəzarətə" malik olduğunu vurğulayır. Yəni oxşar ssenari NMR-də də baş vermişdir, məhkəmə və digər dövlət orqanları Vasif Talıbo vun əlində olduğuna görə hər hansı dövlət orqanında pozulmuş hüquqlarının bərpa olunması ilə bağlı müraciət etmək əhəmiyyətsiz vəziyyətə çevrilmişdir. Üçüncü olaraq onu işdən çıxarandan sonra tutduğu vəzifədən azad olunması barədə xx.xx.1997-ci il tarixli, 31-k nömrəli əmr və barəsində onun da xəbəri olmadan tətbiq edilmiş intizam tənbehlərinə dair sənədlərin surəti ona göndərilməmişdir. 15 iyul 2023-cü il tarixində həmin sənədlərin sürətlərini əldə etdiyini ona görə də müddət axımının bu gündən hesablanmalı olduğunu qeyd edərək Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 2-1(122)-820/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinin hüquqi əsası kimi, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81, 82-ci maddələrinə və Dövlət rüsumu haqqında Qanunun 9.1.12ci maddəsinə istinad edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən kollegiyaya göndərilmiş şikayətə etirazda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinə qarşı "cavabdehin xx.xx.1997-ci il tarixli, 31-k nömrəli əmrinin İddiaçı aid hissədə ləğv edilməsi, cavabdeh Naxçıvan Baş Gömrük İdarəsinin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən işə bərpa olunması və məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqı, məzuniyyət pulu və digər ödənişlərin (əmək haqqına əlavələrin) ona ödənilməsi öhdəliyinin qoyulması tələbi” üzrə iddia müddəti keçmişdir və bu səbəbdən iddi a mümkünsüz hesab olunmalıdır. Belə ki, İddiaçı tələbində mübahisələndirnə haqqında iddia tələbinin əlamətləri mövcuddur. İnzibati qanunvericiliyə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azarbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd etmək lazımdır ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 02 oktyabr 1997-ci il tarixli 91K nömrəli əmri ilə üzrsüz səbəbdən işə çıxmadığı və üzərində ikinci intizam cəzası olduğu üçün Azərbaycan Respublikası ƏQM-nin 38-ci və GƏİN-nin 15-ci maddələrinə əsasən tutduğu vəzifələrdən azad edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 02 oktyabr 1997-ci il tarixli 91K saylı əmrinin icrası ilə əlaqədar olaraq İddiaçı haqqında 02 oktyabr 1997-ci il tarixdə Culfa gömrükxanasının rəisi S.Ə.Əliyev tərəfindən həmin tarixdən etibarən Yük şöbəsinin inspektoru İddiaçı Azərbaycan Respublikası ƏQM-nin 38-ci ve GƏİN-nin 15-ci maddələrinə əsasən tutduğu vəzifədən azad edilməsinə dair 31-k saylı əmr qəbul edilmişdir. Qanunvericiliyin qeyd olunan müddəalarından müəyyən olunur ki, mövcud tələb üzrə iddia 02 oktyabr 1997-ci il tarixli 31-k nömrəli əmr ona təqdim və ya elan olunduğu vaxtdan 30 gün müddətində qaldırılmalı idi. Lakin, iddiaçı qanunvericiliyin qeyd olunan tələblərinə düzgün əməl etməmiş, iddia tələbi 26 il sonra qaldırılmış və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etməmiş, həmçinin iddia ərizəsində müddətin buraxılmasına səbəb olmuş halları əsaslandırmamış, habelə şikayətində qeyd etdiyi hallara dair fakt və ya sübut təqdim etməmişdir. Buradan da müəyyən olunur ki, iddiaçının tələbi üz rə iddia müddəti buraxılmışdır. Vurğulamaq lazımdır ki, iddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxt ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Əlavə olaraq vurğulamaq lazımdır ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi vəzifəyə təyin etmə və ya vəzifədən azad etmə səlahiyyətlərinə malik idi. Lakin Naxçıvan Baş Gömrük İdarəsində bu səlahiyyət yoxdur və işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyətinə "Azərbaycan Respu blikasının Dövlət Gömrük Komitəsi haqqında" Əsasnamənin 5.6.6-cı yarımbəndinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri malikdir. Göründüyü kimi mövcud iddia ona cavab verməli olmayan orqana qarşı qaldırıldığına görə inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Qanunvericiliyə əsasən inzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması mümkünlük və əsaslılıq olmaqla iki hissəyə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun inzibati prosessual qanunvericilikdə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmaması araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. İddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılması aparılmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğu məhkəmə tərəflərinin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddianın həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Yuxarıda göstərilənlər nəzərə alınaraq, İddiaçı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 avqust 2023-c ü il tarixli 2-1(122)-820/2023 nömrəli qərardadından verdiyi şikayətin mümkünsüz hesab edilməsi barədə qərar verilməsi kollegiyadan xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-1(122)-820/2023 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin nümayəndəsi X6 şikayətin təmin edilməyərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-1(122)-820/2023 nömrəli qərardadının də yişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci ins tansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya iddiaçının izahatını dinləyib inzibati işin materiallarını araşdıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlamaqla şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inziba ti qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolverilənd ir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 apr el 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMnin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Kollegiya qeyd edir ki, inzibati icraat qaydasında baxılan iddianın hüquqi cəhətdə n yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32. 1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisləndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edi lməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İnzibati Prosessual Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mü mkündür. Kollegiya iddiaçının iddia tələbinə münasibətdə qeyd edir ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində... qaldırıla bilər. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 07 oktyabr 1997-ci il tarixli, 31-k nömrəli əmrin surətindən aydın olur ki, Culfa Gömrükxanasının rəisi S.Ə.Əliyev tərəfindən həmin tarixdən etibarən Yük şöbəsinin inspekt oru İddiaçı Azərbaycan Respublikası ƏQM-nin 38-ci ve GƏİN-nin 15-ci maddələrinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarından məlum olur ki, iddiaçı Hüseynov X5 Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.1997-ci il tarixli, 31-k nömrəli əmrindən vəzifədən azad olunduğu, yəni qanunla müəyyən olunmuş müddət daxilində iddia qaldırmaq şərtinə əməl etməməklə ötən 26 ildən artıq müddət ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmiş və müraciət etməməsinin üzrlü səbəbdən baş verməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarından göründüyü kimi mübahisələndirilən inzibati akt 07 oktyabr 1997-ci il tarixdə qəbul edilsə də, iddiaçı hazırkı tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İddiaçı iddia ərizəsində və burax ılmış prosessual müddətin bərpa olunması barədə olan ərizəsində, inzibati orqandan 27 aprel 2023-cü il tarixində pretenziyaya cavab alındığını, iddia ərizəsinin 25 may 2023-cü il tarixində məhkəməyə verildiyini, 24 iyun 2023-cü il tarixə məhkəmə prosesinin təyin olunduğunu, məhkəmənin cavabdehin doğru olmadığını bildirərək yenidən cavabdehi dəyişdirərək məhkəməyə müraciət etməyi təklif etdiyini, qərardadı alan kimi dərhal 19 iyulda iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, sonrakı məhkəmə prosesinin 11 avqusta təyin edildiyini, üzrsüz səbəbdən məhkəmə prosesini buraxmadığını, əksinə məhkəmə prosesi getdiyinə görə müddətin axımının davam etdiyini, prosessual müddətin buraxılmasının səbəbi üzrlü olduğundan məhkəmə tərəfindən İPM-nin 24.1-ci maddəsinə müvafiq olaraq bərpa edilməli olduğu nu bildirmişdir. Kollegiya qeyd edir ki, iddiaçının sadaladığı hallar məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətinin buraxılmasının üzrlü səbəbi kimi qəbul edilə bilməz. Kollegiya iddiaçının şikayətində göstərdiyi “uzun illər Naxçıvanda mövcud olan despot rejim nəticəsində hərbir kəs kimi onun da hüquqları tapdalanmış və məhkəməyə müraciətlə bağlı hərəkətləri nəticəsiz qalmışdır. Türkiyə Anayasasında qeyd olunan hamıya bəlli olan faktları Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimlərinə agah olmasına baxmayaraq onlar bu faktları nəzərə almamışlar. Halbuki, burada Çıraqovun Ermənistana qarşı işini xatırlatmaq yerinə düşər. Qeyd olunan işə əsasən Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci il iyunun 16-da "Çıraqov və başqaları Ermənistana qarşı" işi ilə bağ lı qəbul etdiyi qərarında Ermənistanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarda "effektiv nəzarətə" malik olduğunu vurğulayır. Yəni oxşar ssenari NMR-də də baş vermişdi, məhkəmə və digər dövlət orqanları Vasif Talıbovun əlində olduğuna görə hər hansı dövlət orqanında pozulmuş hüquqlarının bərpa olunması ilə bağlı müraciət etmək əhəmiyyətsiz vəziyyətə çevrilməsi” barədə dəlilini əsaslı hesab etmir, belə ki, iddiaçı qeyd etdiyi hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Kollegiya hesab edir ki, iddiaçının qeyd olunan mübahisəyə dair hüquqi rejimi ilə 26 il müddətində maraqlanmaması ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.1997-ci il tarixli, 31-k nömrəli əmrindən vəz ifədən azad olunduğu bildiyi halda aidiyatı üzrə hesab etdiyi pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyərək üzrlü səbəb kimi göstərməsi qəbul edilməməlidir. Belə ki, iddiaçıya xx.xx.1997-ci il tarixdə Culfa gömrükxanasının rəisi S.Ə.Əliyev tərəfindən həmin tarixdən etibarən Yük şöbəsinin inspektoru İddiaçı Azərbaycan Respublikası ƏQM-nin 38-ci ve GƏİN-nin 15-ci maddələrinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Belə olan təqdirdə iddiaçının mübahisəli inzibati aktla bağlı 26 il ərzində məhkəməyə müraciət etməməsi ağlabatan deyildir. İnzibati orqanın mübahisələndirilən hərəkəti 1997-ci il tarixdə baş vermişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları 10 iyun 2011-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə tənzimlənirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyristabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Azərbaycan Respubl ikası Ali Məhkəməsinin “İcra hakimiyyəti orqanları və bələdiyyələrin cavabdeh olduğu işlərə baxılmasının bəzi məsələləri barədə” 18 iyul 2018-ci il tarixli, 2-411 nömrəli icmal məktubunda məhkəmələrə tövsiyə edilir ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialara baxılarkən həmin aktların və hərəkətlərin mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni inzibati orqanın mübahisələndirilən hərəkətinin baş verdiyi vaxtda qüvvədə olan, 10 iyun 2011-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 27-ci fəslində (Müvafiq icra h akimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: (10 iyun 2011-ci il tarixə qədər qüvvədə olan redaksiyada) - 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. - 299.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə tərəfindən 1 ay müddətində şəxsin qərar və hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müvafiq icra hakimiyyəti və ya yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların vəzifəli şəxslərinin iştirakı ilə baxılır. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla qeyd edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmək müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və hərəkətlərə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bununla da, inzibati orqanların qan unsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İnzibati Prosessual Məcəllədən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində iddiaçı hazırkı tələb barədə məhkəmədə iddia qaldırmamışdır. Yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün qısaldılmış 1 ay iddia müddəti müəyyən etmişdir. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından istifadə etmədiyindən yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı iş” üzrə 23 iyul 2015-ci il tarixli Qərarı nda müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır. Hazırki mübahisə ilə bağlı oxşar hüquqi mövqe Azərbay can Respublikası Ali Məhkəməsinin 2-1(102)-551/2022 nömrəli iş üzrə qəbul etdiyi 05 aprel 2022-ci il tarixli qərarında da öz əksini tapmışdır. Kollegiya qeyd etməyi xüsusilə zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları qətidir və aşağı instansiya məhkəmələri üçün tövsiyə xarakteri daşıyır. Beləliklə, sadalanan normaların tələblərindən və işin yuxarıda qeyd edilən hallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün mübahisə üzrə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləş dirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmiş, lakin iddiaçı qanunla müəyyən edilmiş iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 16 avqu st 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Azərb aycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kollegiya belə nəticəyə gəlir ki, iddiaçı hazırda mübahisələndirdiyi qərarın (əmrin) ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. Bu halın mövcudluğu isə iddianın mümkünlük şərtlərini istisna edir. İddiaçı qanunla müəyyən olunmuş iddia müddətini üzrsüz səbəbdən buraxdığından birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının müddətin bərpası barədə 11 avqust 2023-cü il tarixli ərizəsini təmin etməyərək bu əsasla da iddiasını mümkün saymamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə mü əyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə i ddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası İPM-in 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxar ı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İPM-in 87.6-cı mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-1(122)-820/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə qarşı cavabdehin xx.xx.1997-ci il tarixli, 31-k nömrəli əmrinin İddiaçı aid hissədə ləğv edilməsi, cavabdeh Naxçıvan Baş Gömrük İdarəsinin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən işə bərpa olunması və məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqı, məzuniyyət pulu və digər ödınişlərin (əmək haqqına əlavələrin) ona ödənilməsi öhdəliyinin qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-1(122)-820/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 21(122)-820/2023 nömrəli qərardadı dəyişdirilmədən sax lanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-45/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-45/2023
18.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver