Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-45/2025 25.06.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X9 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X6 ibarət tərkibdə, X7 məhkəmə iclas katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2-1(122)259/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İ ddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək ona “müharibə veteranı” statusunun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 14 oktyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək “ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi oxunmasını xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. 12 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia tələbini dəqiqləşdirirərək iddia tələbinə "on a “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbi” kimi baxılaraq qərar qəbul edilməsini xahiş edərək bu barədə yazdığı 12 dekabr 2024-cü il tarixli ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmənin 12 dekabr 2024-cü il tarixli, 2-1(122)-965/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2-1(122)259/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin Azərbaycan Respub likasının Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2-1(122)259/2025 nömrəli qərarından narazı qalan cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2-1(122)-259/2025 nömrəli qərarının ləğv olunması, İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş şikay ətdə göstərilmişdir ki, qərar əsassız olduğundan ləğv olunmalıdır. Məhkəmə tərəfindən "Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnaməsi nəzərə alınmamışdır. Müdafiə Nazirliyinin veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının xx.xx.2024-cü il tarixli 2/2-1777 nömrəli məktubunda qeyd olunmuşdur ki, təqdim olunmuş arayışlardan görünür ki, 44 günlük Vətən Müharibəsi dövründə Cabrayıl rayonunun Daşkəsən, Dağ-tumas, Dağ-veysəlli, Havıslı kəndlərində, Qubadlı rayonunun Balasoltanlı, Xanlıq, Padar, Aşağı Mollu kəndlərində, Füzuli rayonunun Kənd Horadiz, Seyidəhmədli, Aşağı Əbdürəhmanlı, Füzuli şəhəri, Laçın rayonunun Güləbürt, Başarat kəndlərində, Xocalı rayonunun Çanaqçı, Daşaltı, Sığnaq kəndlərində, Xocavənd rayonunun Tuğ, Tağlar kəndlərində və Şuşa şəhərində olan sıradan çıxmış mühəndis texnikalarının təmir və bərpa olunmasında iştirak etmişdir. N və N nömrəli hərbi hissələrə ezamiyyətə gəlmələri və ezamiyyətdən qayıtmaları barədə müvafiq əmrlərdən çıxarışlar təqdim edilməmişdir. Əsasnamənin 10-cu və N-ci abzaslarında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsində iştirakı müvafiq əmrlərlə təsdiqlənmədiyinə görə, ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə, sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilm əsindən imtina olunmuşdur. Birinci instasiya məhkəməsi qərar çıxararkən arayışlara və iddiaçının hərbi biletində olan qeydlərə əsaslanmışdır, lakin nəzərə almamışdır ki, bunları təsdiq edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ezamiyyə vəsiqələri yoxdur. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnaməsinin 1-ci hissəsinin 10-cu abzasına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə istinad edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxma yaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 21(122)-259/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəa larının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məh kəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlə rin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər g östərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə rək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: N.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. N.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. N.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn h allarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İş materiallarında olan; Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 12 fevral 2024-cü il tarixli, 2/2-1777 nömrəli məktubdan məlum olur ki, ona “müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Məlumat üçün bildirilir ki, təqdim edilmiş arayışlardan görünür ki, “Vətən müharibəsi” zamanı döyüş əməliyyatlarının aparıldığı dövrdə N nömrəli hərbi hissənin balansında olan mühənd is texnikalarının yerində təmiri, bərpası və daim saz vəziyyətdə saxlanmasını təmin edərək texniki xidmət göstərmişdir. N nömrəli hərbi hissənin N avqust 2022-ci il tarixli, 17/1204 nömrəli arayışdan görünür ki, “Vətən müharibəsi” zamanı döyüş bölgələrinə cəlb olunaraq həmin ərazilərdə mühəndis texnikalarının yerində təmirini, bərpasını icra etmiş və texnikaların döyüşə hazır vəziyyətdə saxlanmasını təmin etmiş, N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş N yanvar 2023-cü il tarixli 22 nömrəli arayışdan görünür ki, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək “Vətən müharibəsi”ndə Cəbrayıl rayonunun Daşkəsən, Dağ-tumas, Dağ veysəlli, Havıslı kəndlərində, Qubadlı rayonunun Balasoltanlı, Xanlıq, Padar, Aşağı Mollu kəndlərində, Füzuli rayonunun Kənd Horadiz, Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Füzuli şəhəri, Laçın rayonunun Güləbürt, Başarat kəndlərində, Xocalı rayonunun Çanaqçı, Daşaltı, Sığnaq kəndlərində, Xocavənd rayonunun Tuğ, Tağlar kəndlərində və Şuşa şəhərində olan sıradan çıxmış mühəndis texnikalarının təmir və bərpa olunmasında iştirak etmişdir. N və N nömrəli hərbi hissələrə ezamiyyətə gəlmələri və ezamiyyətdən qayıtmaları barədə müvafiq əmrlərdən çıxarışlar təqdim edilməmişdir. Sadalananlar nəzərə alaraq, habelə təqdim edilmiş sənədlərdə həmin şəxslərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə və döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirməsində iştirakı müvafiq əmrlərlə (əmrlərdən çıxarışlar) təsdiqlənməmişdir. Bu Əsasnamənin tələblərinə uyğun olaraq, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. xx.xx.2020-ci il tarixli, 18 nömrəli satınalma müqaviləsinə əsasən (Əsas: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və İstehlakçılarının Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin N fevral 2020-ci il tarixli, 08/52m nömrəli məktubu) bu müqaviləni Müdaiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi (sifarişçi) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (icraçı) bağlamışdırlar. Müqa vilənin predmetini Müdafiə Nazirliyinin hərbi hissələrin balansında olan mühəndis texnikasına texniki baxışın keçirilməsi, onlara servis xidmətinin göstərilməsi və təmir işlərinin aparılması (bundan sonra “servis xidməti” adlandırılacaq) təşkil edir. Tərəflər təsdiq edirlər ki, sifarişçi servis xidmətinin göstərilməsi üçün icraçının 500 000.0 (büş yüz min) manat məbləğində təklifini qəbul etmişdir. "xxxx" MMC tərəfindən verilmiş 283/1 və 398 nömrəli ezamiyyət vəsiqələrinin surətindən görünür ki, (Texniki xidmət şöbəsinin: Hidravlik mexaniki) İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Grand Motor company QSC-nin arasında bağlanmış 18 saylı müqavilə əsasında texniki xidm ətin göstərilməsi məqsədilə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Beyləqan, Ağcabədi bölgələrinə ezam olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 23 sentyabr 2022-ci il tarixli, 0654 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Texniki Xidmət Şöbəsində hidravlik köməkçisi vəzifəsində çalışmış İddiaçı xx.xx.2020-xx.xx.2020, xx.xx.2020xx.xx.2020, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə döyüş bölgələrinə ezam olunaraq həmin ərazilərdə Mühəndis Qoşunları İdarəsinin balansında ki texnikalarının yerində servisi yerinə yetirmiş və texnikaların saz vəziyyətə saxlanılmasını təmin etmişdir. SX seriyalı, ******* nömrəli hərbi biletin 21-ci səhifəsinin təsdiq edilmiş surətindən görünür ki, İddia çı Vətən müharibəsi dövründə (xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək) döyüş əməliyyatları gedən ərazilərdə xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin balansında olan mühəndis texnikalarının yerində təmiri, bərpası və daim saz vəziyyətdə saxlanılmasını təmin edərək texniki xidmət göstərmişdir (Əsas: N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli, 315 nömrəli arayışı). Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş fəxri fərmanlardan məlum olur ki, İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpası, “Dəmir Yumruq” əməliyyatı və Vətən Müharibəsində “Ordu Xalq, Xalq Ordu” birliyi devizi altında hərbi hissənin ictimai və həyati fəaliyy ətlərində yaxından iştirak etdiyinə görə təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N iyun 2022-ci il tarixli, 315 nömrəli, 22 dekabr 2022-ci il tarixli, 655 nömrəli arayışların təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı geniş miqyaslı əks hücum əməliyyatlarının həyata keçirilməsi zamanı, 44 günlük “Vətən Müharibəsi” dövründə xx.xx.2020-ci ildən xx.xx.2020 tarixinədək döyüş gedən bölgələrə ezam olunaraq N nömrəli hərbi hissənin balansında olan mühəndis texnikaların yerində təmiri, bərpası və daim saz vəziyyətdə saxlanmasını təmin edərək texniki xidmət göstərmişdir. Arayışın qeyd hissəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Grand Motor company QSC-nin arasında bağlanmış 18 saylı müqaviləyə əsasən N nömrəli hərbi hissənin balansında olan ekskovator, buldozer və təkərli yükləyicilərin daim saz vəziyyət saxlanması və yerində (döyüş əməliyyatları gedən ərazilərdə) təmirinin texniki xidmətinin göstərilməsini təmin edildiyi göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N yanvar 2023-cü il tarixli, 23 nömrəli arayışın təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "Vətən” müharibəsində Cəbrayıl rayonunun Daşkəsən, Dağ-tumas, Daş veysəlli, Havıslı kəndlərində, Qubadlı rayonunun Balasoltanlı, Xanlıq, Padar, Aşağı mollu kəndlərində, Fizuli rayonunun Kənd horadiz, Seyidəhmədli, Aşağı Əbdürəhmanlı, Fizuli şəhəri, Laçın rayonunun Güləbürt, Başarat kəndlərində, Xocalı rayonunun Çanaqçı, Daşal tı, Sığnaq kəndlərində, Xocavənd rayonun Tuğ, Tağlar kəndlərində və Şuşa şəhərində olan sıradan çıxmış mühəndis texnikalarının təmir və bərpa olunmasında iştirak etmişdir. N nömrəli hərbi hissənin komandiri tərəfindən tərtib edilmiş “X15” QSC-nin əməkdaşlarının Vətən Müharibəsi zamanı döyüş bölgələrinə cəlb olunaraq həmin ərazilərdə mühəndis texnikalarının yerində təmirini, bərpasının təmin etmələri haqqında xx.xx.2022-ci il tarixli, 1484 nömrəli aktın və N avqust 2022-ci il tarixli, 17/1206 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, “X15” QSC-nin əməkdaşları, baş mexanik X8, böyük elektrik X10, mexanik-hidravlik İddiaçı, mexanik çilingər Qarayev Arzu ilyas oğlu, 44 gün davam edən Vətən Müharibəsi zamanı (27.09-xx.xx.2020-ci il) döyüş bölgələrinə cəlb olunaraq həmin ərazilərdə mühəndis texnikalarının yerində təmirini, bərpasını icra etmiş və texnikaların döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmişdirlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N iyun 2024-cü il tarixli, 3-25-N/2970/2024 nömrəli məktubundan aydın olur ki, vətəndaş İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirliyi ilə "xxxx" arasında bağlanmış xx.xx.2020-ci il tarixli 18 nömrəli satınalma müqaviləsinə əsasən 44 günlük Vətən müharibəsi zamanı döyüş bölgələrində sıradan çıxmış və təmirə ehtiyacı olan mühəndis texnikalarının yerində təmir işlərini görmüş və bu haqda N nömrəli hərbi hissədə akt tərtib olunaraq vətəndaş İddiaçı təqdim olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N iyun 2024-cü il tarixli, 242 nömrəli məktubu ilə göndərilmiş 07 iyun 2 024-cü il tarixli, 990 nömrəli ("xxxx" QSC-nin əməkdaşlarının Vətən Müharibəsi zamanı döyüş bölgələrinə cəlb olunaraq həmin ərazilərdə mühəndis texnikalarının yerində təmirini, bərpasını təmin etmələri haqqında) aktdan məlum olur ki, “X15” QSC-nin əməkdaşı hidravlik-mexanik İddiaçı 44 gün davam edən Vətən Müharibəsi zamanı (27.09-xx.xx.2020-ci il) Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa, Qubadlı və Zəngilan istiqamətlərində gedən döyüşlərə cəlb olunaraq həmin ərazilərdə mühəndis texnikalarının yerində təmirini, bərpasını icra etmiş və texnikaların döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmişdir. Təqdim olunan sənədlərə əsasən və aktda qeyd olunan hərbi qulluqçuların şahidliyi təsdiq edir ki, yuxarıda adı qeyd olunan vətəndaş 44 gün davam edən Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa, Qubadlı və Zəngilan istiqamətlərində mühəndis texnikalarının yerində təmirini, bərpasını təmin etmiş və vəzifə borcunu tam şəkildə yerinə yetirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 09 sentyabr 2024-cü il tarixli, 3-254/2-5551/24 nömrəli məktubundan aydın olur ki, Azərbaycan Ordusunun "Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. 0087314 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-də hidravlik köməkçisi vəzifəsində işləyib. “Veteranlar haqqında” Azərbayc an Respublikası Qanununun: 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 7-ci maddəsinə əsasən Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq ed ilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci hissəsinin onuncu abzasına əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatları nın aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 1-ci hissəsinin on birinci abzasına əsasən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və a rtilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüy ü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 1-ci hissəsinin ikinci bəndinin birinci abzasına əsasən bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təmina tı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. 1-ci hissəsinin ikinci bəndinin dördüncü abzasına əsasən Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasın ın Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının strateji X5 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Resp ublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Göründüyü kimi, qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməli yyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər. Hazırkı mübahisədə iddiaçının xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatları gedən ərazilər - Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Beyləqan, Ağcabədi istiqamətində gedən döyüş əməliyyatları zamanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Grand Motor company QSC-nin arasında bağlanmış 18 saylı müqavilə əsasında texniki xidmətin göstərilməsi məqsədilə ezam olunmuş şəxs kimi hərbi hissələrin balansında olan mühəndis texnikalarının yerində təmiri, bərpası və daim saz vəziyyətdə saxlanılmasını təmin edərək texniki xidmət göstərməsi işin hallarından müəyyən olunur, belə ki, bu faktlar iş mate riallarında olan hərbi hissələrin arayışları, ezamiyyət vəsiqələri və hərbi biletdə aparılan qeydlərlə təsdiq olunur. İddiaçının döyüş zonasına ezam edilməsi, N nömrəli hərbi hissənin balansında olan ekskovator, buldozer və təkərli yükləyicilərin daim saz vəziyyət saxlanması və yerində (döyüş əməliyyatları gedən ərazilərdə) təmirinin, texniki xidmətinin göstərilməsi, N nömrəli hərbi hissənin balansında olan mühəndis texnikalarının yerində təmirini, bərpasını icra etməsi və texnikaların döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etməsi, nailiyyətlərinə görə N və N nömrəli hərbi hissə tərəfindən Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpası, “Dəmir Yumruq” əməliyyatı və Vətən Müharibəsində “Ordu Xalq, Xalq Ordu” birliyi devizi altında hərbi hissənin ictimai və həyati fəaliyyətlərində yaxından iştirak etdiyinə görə fəxri fərmanlarla təltif edilməsi iş materialları ilə öz təsdiqini tapır. Cavabdeh inzibati orqan apellyasiya şikayətində məhkəmə tərəfindən "Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnaməsinin nəzərə alınmaması, iddiaçının N və N nömrəli hərbi hissələrə ezamiyyətə gəlməsi və ezamiyyətdən qayıtması barədə müvafiq əmrlərdən çıxarışların təqdim edilməməsi, birinci instasiya məhkəməsi qərar çıxararkən arayışlara və iddiaçının hərbi biletində olan qeydlərə əsaslanması, lakin bunları təsdiq edən hərbi hissələrin nizami hissə üzrə əm rləri və ezamiyyə vəsiqələrinin olmamasının nəzərə alınmaması barədə dəlillər irəli sürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, Əsasnamənin tələbinə əsasən şəxsə müharibə veteranı adı verilməsi üçün şəxs aktiv döyüş əməliyyatlarında bilavasitə iştirak etməli və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməli, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı, bu hallar isə öz növbəsində hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir. İddiaçının həm döyüş əməliyyatları gedən əraziyə göndərilməsi, həm də döyüş əməliyyatları gedən ərazidən qayıtması barədə hərbi hissə komandirinin əmri aşkar olunmasa da, Konstitusiya Məhkəməsi X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 09 iyul 2007ci il tarixli qərarında ifadə olunmuş mövqeyə əsasən, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı ş əxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qərarda əks edilmiş hüquqi mövqeyə istinad etməklə bildirir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İş materiallarına əlavə edilmiş SX seriyalı, ******* nömrəli hərbi biletin 21-ci səhifəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Vətən müharibəsi dövründə (xx.x x.2020-ci ildən xx.xx.2020-ci il tarixədək) döyüş əməliyyatları gedən ərazilərdə xx.xx.2020-ci ildən xx.xx.2020ci il tarixədək N nömrəli hərbi hissənin balansında olan mühəndis texnikalarının yerində təmiri, bərpası və daim saz vəziyyətdə saxlanılmasını təmin edərək texniki xidmət göstərmişdir (Əsas: N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli, 315 nömrəli arayışı) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli 3-25-166/2264/2025 nömrəli məktubu ilə xx.xx.2025-ci il tarixli 3-25-166/2-264/2025 nömrəli arayış, xx.xx.2022-ci il tarixli 655 nömrəli arayış-məlumatın əsli, xx.xx.2022-ci il tarixli, 315 nömrəli arayışın təsdiq edilmiş surəti, 07 iyun 2024-cü il tarixli 990 nö mrəli aktın təsdiq edilmiş surəti, 283/1 və 398 nömrəli ezamiyyət vəsiqələri məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2025-ci il tarixli 3-25-166/2-264/2025 nömrəli arayışına əsasən "xxxx" QSC-nin hidravlik-mexaniki İddiaçı 44 günlük Vətən Müharibəsi dövründə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına və təminatına daxil edilməməsi, nizami hissə üzrə əmrlər kitabında haqqında heç bir qeydin aparılmaması, lakin N nömrəli hərbi hissənin hərbi qulluqçularının iştirakı ilə tərtib olunmuş 07 iyun 2024-cü il 990 nömrəli aktla vətəndaş İddiaçı 44 günlük Vətən Müharibəsində iştirakının təsdiqləndiyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin in Naxçıvan MR üzrə Baş İdarəsinin Babək rayon şöbəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2025-ci il tarixli 3-43-67/2-874/25 nömrəli məktuba əsasən xx.xx.1994-cü il təvəllüdlü Babək rayon Payız kənd sakini İddiaçı məxsus SX № ******* nömrəli hərbi biletin 21-ci səhifəsində olan qeydlərin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2021-ci il tarixli 324 nömrəli göstərişi və N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 315 nömrəli arayışı əsasında yazıldığı bildirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2025-ci il tarixli 151/GM/25 nömrəli məktuba əsasən müvafiq məktubla tələb olunan sənədlərin birinci instansiya məhkəməsinə təqdim edilmiş o lduğunu, İddiaçı döyüş əməliyyatları aparılan ərazilərə ezam olunması və həmin dövrdəki fəaliyyəti ilə bağlı bütün zəruri məlumatların müvafiq sənədlərdə öz əksini tapdığını, müvafiq ezamiyyət vərəqələrinin və digər sənədlərin İddiaçı müharibə bölgəsinə ezam olunmasını və həmin bölgələrdə fəaliyyət göstərməsini bir daha təsdiq etdiyini bildirmiş, xx.xx.2020 – xx.xx.2020-ci il tarixli, xx.xx.2020 – xx.xx.2020-ci il tarixli 283/1 nömrəli, xx.xx.2020 – xx.xx.2020-ci il tarixli 398 nömrəli ezamiyyət vəsiqələrinin və xx.xx.2020-ci il tarixli 842/20 nömrəli, xx.xx.2020-ci il tarixli 897/20 nömrəli, xx.xx.2020-ci il tarixli 904/20 nömrəli avans hesabatı adlı mühasibatlıq sənədlərinin təsdiq edilmiş surətlərini, 23 sentyabr 2022-ci il tarixli 0654 nömrəli arayışı, N avqust 2022-ci il tarixli 17/12 08 nömrəli məktubu, xx.xx.2022-ci il tarixli 1484 nömrəli aktın əslini, xx.xx.2022-ci il tarixli 17/1206 nömrəli arayışın əslini, xx.xx.2022-ci il tarixli 315 nömrəli arayışın əslini məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “X15” QSC-nə ünvanladığı N avqust 2022ci il tarixli 17/1208 nömrəli məktuba əsasən “X15” QSC-nin əməkdaşlarının Vətən Müharibəsi zamanı döyüş bölgələrinə cəlb olunaraq həmin ərazilərdə mühəndis texnikalarının yerində təmirini, bərpasını təmin etmələri haqqında Mühəndis Qoşunları Baş İdarəsində tərtib olunmuş aktın nüsxəsi və hər əməkdaş üçün fərdi hazırlanmış arayışlar QSC-nin ünvanına göndərilmişdir. Yuxarıda da qeyd edildiyi kimi iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı işin faktiki hal ları, konkret sübutlarla, o cümlədən iş materiallarında olan hərbi hissələrin arayışları, arayış-məlumatı, aktları, ezamiyyət vəsiqələri və hərbi biletdə aparılan qeydlərlə təsdiq edilir. “Müharibə veteranı” adının verilə bilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi və döyüş əməliyyatları gedən ərazilərdə və döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməlidir ki, bu halda iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N yanvar 2023-cü il tarixli, 23 nömrəli arayış və ezamiyyət vərəqələri ilə öz təsdiqini tapır. Belə ki, hərbi hissənin arayışına əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "Vətən” müharibəsində Cəbrayıl rayonunun Daşkəsən, D ağ-tumas, Daş veysəlli, Havıslı kəndlərində, Qubadlı rayonunun Balasoltanlı, Xanlıq, Padar, Aşağı mollu kəndlərində, Fizuli rayonunun Kənd horadiz, Seyidəhmədli, Aşağı Əbdürəhmanlı, Fizuli şəhəri, Laçın rayonunun Güləbürt, Başarat kəndlərində, Xocalı rayonunun Çanaqçı, Daşaltı, Sığnaq kəndlərində, Xocavənd rayonun Tuğ, Tağlar kəndlərində və Şuşa şəhərində olan sıradan çıxmış mühəndis texnikalarının təmir və bərpa olunmasında iştirak etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 09 sentyabr 2024-cü il tarixli, 3-25-4/2-5551/24 nömrəli məktubundan aydın olur ki, Azərbaycan Ordusunun "Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müva fiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. Yuxarıda qeyd edilmiş Əsasnaməyə görə, müharibə veteranı adı həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə də verilməlidir. Bu zaman tələb olunan sənəd kimi ezam olunmuş şəxslərə münasibətdə ezamiyyət vəsiqələri çıxış edir. Hazırkı işin hallarından da müəyyən olunur ki, iddiaçı N nömrəli hərbi hissəyə göndərilmiş, həmin hərbi hissənin balansında olan mühəndis texnikalarının yerində təmiri, bərpası və daim saz vəziyyətdə saxlanılmasını təmin etmiş, "xxxx" MMC tərəfindən və N nömrəli hərbi hssə tərəfində n imzalanaraq möhürlənmiş 283/1 və 398 nömrəli ezamiyyət vəsiqələrinin surətindən görünür ki, (Texniki xidmət şöbəsinin: Hidravlik mexaniki) İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Grand Motor company QSC-nin arasında bağlanmış 18 saylı müqavilə əsasında texniki xidmətin göstərilməsi məqsədilə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Beyləqan, Ağcabədi bölgələrinə ezam olunmuşdur. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Grand Motor company QSC-nin arasında bağlanmış 18 saylı müqavilə əsasında texniki xidmətin göstərilməsi məqsədilə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Beyləqan, Ağcabədi bölgələrinə ezam olunmuşdur. Bu baxımdan iddiaçının ez am olunduğu hərbi hissədə icra etməli olduğu vəzifə bilavasitə döyüş əməliyyatları aparan N nömrəli hərbi hissənin balansında olan mühəndis texnikalarının yerində təmiri, bərpası və daim saz vəziyyətdə saxlanılmasını təmin etmək olmuşdur. Belə olan halda, iddiaçının döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların maddi texniki təminatı üzrə tapşırıqların yerinə yetirilməsində iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar məhkəmə tərəfindən müəyyən edilərək tədqiq olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq bildirir ki, iş materiallarında iddiaçının həmin dövrdə qeyd edilən ərazilərdə olmasına və maddi-texniki təminatla məşğul olduğuna dair kifayət qədər sübutlar mövcuddur. Beləliklə, kollegiya nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2-1(122)-259/2025 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2-1(122)259/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2-1(122)259/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-45/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-45/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver