Məhkəmə qərarları › İş №2-1(108)-46/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-46/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-46/2024 09.07.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Qarayev Sənan Məmməd oğlu və X2 ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilərək dövlət vəsaiti hesabına mənzillə təmin edilməyinə dair cavabdehin üzərinə inzibati öhdəlik qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(122)-695/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 19 yanvar 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilərək dövlət vəsaiti hesabına mənzillə təmin edilməyinə dair Cavabdeh üzərinə inzibati öhdəlik qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 21(122)-695/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı "Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilərək dövlət vəsaiti hesabına mənzillə təmin edilməyinə dair cav abdehin üzərinə inzibati öhdəlik qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 21(122)-695/2024 nömrəli qərardadından narazı qalan İddiaçı 27 mart 2024-cü il tarixdə apellyasiya şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(122)-695/2024 nömrəli qərardadının ləğv olunması, iddia tələbinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməldirlər. Bu məqsədlə Komissiya yaradılmışdır. Həmin komissiyanın sədri Azərbaycan Respublikasının maliyyə naziri təyin edilmişdir. Həmin Fərmana 15 noyabr 2021-ci ildə edilmiş dəyişikliyə əsasən Komissiyanın katibliyi funksiyasının həyata keçirilməsi Maliyyə Nazirliyinə tapşırılmışdır. O bu hüququnu gerçəkləşdirmək üçün Cavabdehnə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə rəsmi müraciətlər etmişdir. Cavabdeh müraciətinə baxılması üçün Müdafiə Nazirliyinə göndərməklə kifayətlənməsi absurd və əsassızdır. Həmin Fərmanının 2-ci bən dinə əsasən, dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə yaradılmış Komissiyanın sədri Azərbaycan Respublikasının maliyyə naziridir. Yəni, siyahılar Maliyyə Nazirliyində hazırlanır və hərbi qulluqçuya mənzil verilməsinə dair Komissiya tərəfindən Qərar qəbul edilir. Deməli hər iki qurumda (Müdafə Nazirliyi və Fövqəladə Hallar Nazirliyində) ümumilkdə 28 il xidmət etdiyini nəzərə alaraq cavabdeh onu mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edərək dövlət hesabına mənzillə təmin etməlidir. O, Azərbaycanda xidmət etmişdir, hər iki qurum da Silahlı Qüvvələrin Ali Baş Komandanına tabedir, cənab Prezidentin Fərmanına əsasən də mənzillə təmin olunmaq hüququ olduğ u halda bundan əsassız şəkildə imtina olunması başa düşülən deyil. Adı çəkilən Fərmana xx.xx.2021-ci ildə edilmiş dəyişikliyin ona aidiyyəti yoxdur. Çünki həmin dəyişiklik qəbul edilərkən o, artıq Silahlı Qüvvələrdə 27 təqvim ili müddətində qüsursuz xidmət keçmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq Cavabdeh tərəfindən, katiblik funksiyasını həyata keçirən hakimiyyət orqanı kimi, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçusu kimi onun dövlət hesabına mənzillə təmin edilməsi haqqında və müvafiq yaradılmış növbə siyahısına qeydiyyata alınması üzrə Cavabdeh üzərinə inzibati öhdəlik qoyulmalıdır. İddiaçı hərbi qeydiyyatı və xidməti barədə məlumatlar və Azərbaycan Respubl ikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 118 nömrəli arayışın sürəti apellyasiya şikayətinə əlavə edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab e tmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə İddiaçı apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(122)-695/2024 nömrəli qərardadının ləğv olunmaqla iddia tələbinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmad ığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və iddiaçının izahatı ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmadan yoxlayıb, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia qaldıraraq 1998-2006-cı illər ərzində Müdafiə Nazirliyinin 216, 050, 774, N və N nömrəli hərbi hissələrində xidmət etdiyini, 2008-ci ildə xidməti zərurətlə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən xidmətini davam etdirmək üçün Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinə keçirildiyini, həmin Nazirlikdə 2022-ci ilədək xidmət edərək 16 noyabr 2022-ci ildə öz arzusu na görə ehtiyata buraxıldığını, Azərbaycan Respublikası Silahlı Qüvvələrin sıralarında ümumilikdə 28 il 3 ay qüsursuz xidmət etdiyini, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət hesabına mənzillə təmin edilməli olduğunu, bu məqsədlə Fərmanın 2-ci hissəsinə uyğun olaraq komissiyanın yaradıldığını, həmin Fərmana 15 noyabr 2021-ci ildə edilmiş dəyişikliyə əsasən Komissiyanın katibliyi funksiyasının həyata keçirilməsinin Maliyyə Nazirliyinə tapşırıldığını göstərib Azərbaycan Respublikası Sila hlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilərək dövlət vəsaiti hesabına mənzillə təmin edilməsinə dair Cavabdeh üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitus iya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır... Mümkünlük ş ərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur... Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır... İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmçinin həmin Qərarda göstərilmişdir ki, məhkəmələr ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanun vericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Həmin qərara əsasən iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqlarının pozulmasını əsaslandırmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə inzibati orqanlara münasibətdə inzibati mübahisələ rin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. İş materiallarından aydın olur ki, Cavabdeh iddiaçının müraciətini baxılması üçün aidiyyəti üzrə Müdafiə Nazirliyinə göndərmiş və Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində iddiaç ının müraciətinə baxılaraq qeyd edilmişdir ki, iddiaçı Azərbaycan ordusunda 20 (iyirmi) təqvim ilindən az xidmət etdiyi üçün Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanı ona şamil edilmir. Azərbaycan ordusu sıralarında 20 təqvim ilindən az xidmət etmiş hərbi qulluqçuların mənzil təminatı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə tənzimlənir. Həmçinin işə əlavə edilmiş İddiaçı onun ərizəsi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ünvanlanmış 30 dekabr 2023-cü il tarixli, 3-23/2-C-1280-25883/2023 nömrəli məktubda göstərilmişdir ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 deka br 2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən yalnız Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzillə təmin edilməsi təsbit olunmuşdur. Müraciətinizdən də göründüyü kimi Azərbaycan Ordusu sıralarında xidmət iliniz 1994-2006-cı illəri əhatə etdiyindən (12 il) mənzil təminatınız sözügedən Fərmanın əhatə dairəsinə düşmür. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İnzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Kollegiya tərəfindən Cavabdehnə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 02 may 2024-cü il tarixli sorğu məktubları göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq Cavabdeh tərəfindən verilmiş 30 may 2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli F ərmanı qüvvəyə mindiyi tarixdən Fərmanın 2-ci hissəsi ilə yaradılmış Komissiyanın katibliyinə Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların siyahıları təqdim edildikdən sonra Komissiyanın iclasında mənzil növbəsinə qəbul edilərək həmin hərbi qulluqçuların mənzil təminatı növbəlilik prinsipi əsasında mərhələli şəkildə Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir. Həmçinin, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına əsasən yalnız Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzillə təmin edilməsi təsbit olunduğu və sözügedən hərbi qu lluqçunun Azərbaycan Ordusu sıralarında xidmət ili 1994-2006-cı illəri əhatə etdiyindən (12 il) mənzil təminatının Fərmanın əhatə dairəsinə düşmədiyi barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq məktubları ilə İddiaçı məlumat verilmişdir. Müvafiq sorğuya cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 01 iyun 2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən yaradılmış Komissiyada Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların dövlət vəsait i hesabına mənzil təminatına baxılır. Bununla əlaqədar olaraq Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən hərbi qulluqçuların mənzil növbəsinə qoyulmasına tələb olunan sənədlər toplanılaraq növbəyə qoyulması və gələcəkdə mənzillərin verilməsi məqsədi ilə sözügedən Komissiyaya təqdim olunur. Komissiya tərəfindən məqbul sayıldığı halda namizəd növbəyə götürülərək gələcəkdə veriləcək mənzil üzrə qərar təsdiqlənir. Müvafiq sorğuya cavab olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş 11 iyun 2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Müdafiə Nazirliyindən ezam edilmiş polkovnik-leytenant İddiaçı xx.xx.2006-cı il tarixdən həqiqi hərbi xidmətini Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində davam etdirmiş, xx.xx.2022-ci il tarixdə FHN-nin 0895/ş nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin j) bəndinə görə, öz arzusu əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 10.5-ci bəndinə görə Nazirliyin hərbi qulluqçuları xidməti vəzifələrinə uyğun olaraq hərbi nizamnamələrə və digər qanunvericilik aktlarına müvafiq həqiqi hərbi xidmət keçirlər, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər. Ehtiyatda olan polkovnik-leytenant İddiaçı xx.xx.2019-cu il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı tarixədək olan xidmət dövrü “Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2019-cu il tarixli 752 nömrəli Fərmana əsasən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanında həqiqi hərbi xidmət hesab edilir. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011ci il tarixli, 569 nömrəli Fərmanında göstərilmişdir ki,

1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.

2. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hə rbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılsın: (...)

3. Komissiyaya tapşırılsın ki: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Cavabdehnə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. (...)

4. Cavabdeh Komissiyanın katibliyi funksiyalarını həyata keçirsin və bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etsin. İnzibati icraatda iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən qanun la üzərinə vəzifə qoyulan və bu baxımdan cavabdehlik daşıyan inzibati orqana qarşı verilməsi və həmin inzibati orqan tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadlıqlarının pozulmasının əsaslandırılması iddianın mümkünlüyünün zəruri şərtlərindən biridir. Kollegiya qeyd edir ki, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan Qərarında göstərilən tövsiyəyə əsasən cavabdehin ona qarşı verilmiş iddiaya cavab verməli olubolmamasını məhkəmələr yoxlamalıdır. Bu baxımdan iddiaçı tərəfindən düzgün olmayan cavabdehə qarşı iddia qaldırıldığı halda Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmələr yardım etmək vəzifəsinə uyğun olaraq iddiaya cavab verməli olan cavabdehə qarşı iddia qaldırmaqda iddiaçıya yardım etməlidirlər. Birinci instansiya məhkəməsi işin araşdırılması prinsi pinə əməl etməklə hazırki iddia tələbi üzrə qərar qəbul etmək səlahiyyəti olan inzibati orqanın müəyyən edilməsi məqsədilə müvafiq sorğular verməmiş, iddiaçıya cavabdehin düzgün müəyyənləşdirilməməsi, iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi barədə məktublar göndərməklə kifayətlənərək verilmiş iddia tələbi üzrə qərar qəbul etmək səlahiyyəti olan inzibati orqanı müəyyən etməməklə Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardımetmə vəzifəsinə əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məl umatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur Bu baxımdan kollegiya qeyd olunanlara və iş materiallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iddia tələbi üzrə qərar qəbul etmək səlahiyyəti olan inzibati orqanın müəyyən edilməsi məqsədilə müvafiq sorğular verilməli, iddiaya cavab verməli olan inzibati orqan müəyyən edildikdən sonra iddianın mümkünlük məsələsinə hüquqi qiymət verilməlidir. Ona görə də qərardad ləğv edilməli və inzibati iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Bununla yanaşı Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin digər dəlilləri iddianın əsaslılığına aid olduğundan onla ra hüquqi qiymətin verilməsi qanunvericiliyin tələbinə əsasən yolverilməzdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Kollegiya qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(122)-695/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(122)-16/2023 nömrəli qərardadı tamamilə ləğv edilməli, İddiaçı Cavabdehnə qarşı "Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilind ən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilərək dövlət vəsaiti hesabına mənzillə təmin edilməyinə dair cavabdehin üzərinə inzibati öhdəlik qoyulması tələbi”nə dair inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87 və 99.2.6-cı maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı "Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilərək dövlət vəsaiti hesabına mənzillə təmin edilməyinə dair cavabdehin üzərinə inzibati öhdəlik qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(122)-695/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 21(122)-695/2024 nömrəli qərardadı tamamilə ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı "Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilərək dövlət vəsaiti hesabına mənzillə təmin edilməyinə dair cavabdehin üzərinə inzibati öhdəlik qoyulması tələbi”nə dair inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar