Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(108)-46/2025 29.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, iddiaçının nümayəndəsi vəkil Vəkil və iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *- *(***)-*/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 28A ünvanında 0,004 ha torpaq sahəsinin üzərində 40 kv.m sahəsi olan təmirli qeyri-yaşayış sahəsinin verilməsi, 374046 (üç yüz yetmiş dörd min qırx altı) manat əldən çıxmış fayda əvəzinin və 15000 (on beş min) manat mənəvi ziyanın ödənilməsi və ya 400000 (dörd yüz min) manat maddi ziyanın, 374046 (üç yüz yetmiş dörd min qırx altı) manat əldən çıxmış fayda əvəzinin və 15000 (on beş min) manat mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdeh Cavabdeh üzərinə qoyulması tələbinə dair inzibati işə Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinə müraciət edərək, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 28A ünvanında 0,004 ha torpaq sahəsinin üzərində 40 kv.m sahəsi olan ayrıca təmirli qeyri-yaşayış sahəsinin verilməsi, 374046 manat əldən çıxmış fayda əvəzinin və 15000 manat mənəvi ziyanın ödənilməsi və ya Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 28A ünvanında qeyriyaşayış sahəsinin yerində tikilmiş binanın birinci mərtəbəsində yerləşən, 40 kv.m sahəsi olan, təmirli qeyri-yaşayış sahəsinin verilməsi, 374046 manat əldən çıxmış fayda əvəzinin və 15000 manat mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin (Hakim Elnur Hüseynov) ## ###### 2025-ci il tarixli, *-*(***)-*/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, təxminən 2014-cü ilin avqust ayının sonlarında Cavabdeh nümayəndəsi onun mülkiyyətində olan mağazanın söküləcəyini bildirmişdir. O, etiraz etsə də, Naxçıvan MR Ali Məclisinə getsə də onun şikayətinə baxmamışlar. Cavabdeh qanunsuz olaraq mülkiyyətində olan mağazanı heç bir kompensasiya vermədən sökmüşdür. ## ###### 2023-cü il tarixində Cavabdeh ərizə yazaraq ona dəymiş zərərin qarşılanmasını xahiş etmişdir. Cavabdeh ## ###### 2023-cü il tarixində cavab olaraq Cavabdeh tərəfindən söküntünün həyata keçirilmədiyini bildirmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan məsuliyyətdən yaxa qurtarmaq üçün iddiaçının yazılı müraciətinə ## ###### 2023-cü il tarixli, **/Ə-** saylı cavabında həmin ünvanda Icra hakimiyyəti tərəfindən söküntü və tikinti aparılmasına dair qərar və göstərişin aşkar olunmadığını bildirməklə, müraciəti mahiyyəti üzrə cavablandırmaqdan yayınmış, həmin ünvanda söküntü aparılmasına dair sərəncamla söküntünün və yeni çoxmərtəbəli binanın tikintisinin kimə həvalə olunmasını göstərməmişdir. Lakin bu Icra hakimiyyəti tərəfindən söküntü aparılması və yeni binanın inşa olunması haqqında sərəncam verilməməsi anlamına gəlmir. Cavabdeh Icra hakimiyyəti tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsi heç bir hüquqi əsas olmadan və üzərində olan qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olduğu halda həmin sahəni üçüncü şəxsə ayırmaqla ciddi hüquq pozuntusuna yol verdiyindən, iddiaçıya vurulan ziyanı aradan qaldırmaq, həmin qeyri-yaşayış sahəsinin yerində və ya ona yaxın ərazidə həmin sahə ilə eyni təyinatlı və sahəli başqa sahə vermək, vurulmuş maddi və mənəvi ziyanı ödəmək vəzifəsi daşıyır. Həmin sahənin söküntüsünün cavabdeh inzibati orqan tərəfindən aparılması cavabdehin və məhkəmənin məhz inzibati məhkəmə icraatı gedişində iddiaçıya mübahisəli torpaq sahəsindən çox uzaqda da olsa digər torpaq sahəsinin təklif edilməsi və həmin sahənin qəbul etdirilməsinə yönələn cəhdlər ilə sübut olunur. Cavabdeh tərəfindən iddiaçıya sadəcə maddi ziyan deyil, əhəmiyyətli şəkildə mənəvi ziyan da vurulmuşdur. Prosessual məsələlər Iddiaçının nümayəndəsi vəkil Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Işdə olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış ## ###### 2023-cü il tarixli, **/Ə-** nömrəli məktubla bildirilmişdir ki, müraciətdə qeyd olunan Heydər Əliyev prospekti 28A ünvanında yerləşən mağazanın icra hakimiyyəti tərəfindən sökülməsinə dair qərar və ya göstəriş aşkar olunmamışdır. Mağazanın əvəzinə ona dəyən ziyanla bağlı müvafiq məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Işdə olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv Idarəsi tərəfindən Cavabdeh sorğusuna cavab olaraq göndərilmiş ## ###### 2023-cü il tarixli, **/** nömrəli məktubda qeyd edilmişdir ki, Naxçıvan şəhəri, H.Əliyev prospektində yerləşən mağazanın 2014-cü ildə sökülməsinə, İddiaçı kompensasiya ödənilməsinə və ya əvəzinin verilməsinə dair sərəncam, maliyyə sənədləri olması barədə hər hansı bir məlumat Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mövcud deyildir. Işdə olan Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ## #### 2025-ci il tarixli, *-**-*/*-***/**** nömrəli məktubunda bildirilmişdir ki, Naxçıvan şəhəri ərazisində qeyd olunan dövrdə həmin ərazidə qeyri-yaşayış obyektlərinin sökülməsi və ya dövlət ehtiyacları üçün alınması barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində hər hansı zəruri sənəd və ya məlumatın olması müəyyən edilməmişdir. Işdə olan Naxçıvan MR Dövlət Arxiv Idarəsinin ## ###### 2026-cı il tarixli, *-**-NDA/*- *-**/**** nömrəli arayışında bildirilmişdir ki, Naxçıvan Dövlət Baş Sığorta Agentliyinə aid daimi saxlanılan sənədlər 1989-cu ildən sonra Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməyib. 2017ci ilədək Dövlət Arxivində mühafizə olunan arayış xüsusiyyətli sənədlərdə isə İddiaçı adına hər hansı bir sığorta ödənişinin olması haqda məlumata rast gəlinmədi. Işdə olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## ###### 2023-cü il tarixli, **/*** nömrəli məktubda qeyd edilmişdir ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 28A ünvanında 0,004 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 30 kv.m olan qeyri-yaşayış binası mart 2000-ci il tarixli, 197 inventar, 07/*** reyestr nömrəli lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin texniki pasportu və ## #### 2000-ci il tarixli, *** reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında ## ###### 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Işdə olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin ## ###### 2024-cü il tarixli, **/** nömrəli məktubunda qeyd edilmişdir ki, Naxçıvan MR-nın daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına ## ###### 2012-ci il tarixdə Texniki Inventarlaşdırma Bürosu tərəfindən mart 2000-ci il tarixdə tərtib olunmuş 197 inventar nömrəli lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin texniki pasportu və qeydiyyat vəsiqəsi əsasında Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 28A ünvanında yerləşən, ümumi sahəsi 30 kv.m olan qeyri-yaşayış binası (mağaza) qeydiyyata alınmışdır. Hazırda həmin ərazidə mövcud olan çoxmərtəbəli yaşayış binası “xxxx” MMC-yə məxsusdur. Işdə olan Cavabdeh ## ###### 2018-ci il tarixli, ** nömrəli “Naxçıvan şəhər H.Əliyev prospektində yeni tikiləcək yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” sərəncamına (surət) əsasən “Gəmiqaya Holdinq” Şirkətlər Ittifaqının ## ###### 2018-ci il tarixli, ** saylı məktubunu və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan şəhər idarəsinin ## ###### 2018-ci il tarixli rəyini nəzərə alaraq Naxçıvan şəhər H.Əliyev prospektində yeni tikiləcək yaşayış binasının tikintisi üçün dövlət mülkiyyətində olan torpaq sahəsinin ayrılması məqsədilə “Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.3 və 4.16.3-cü yarımbəndlərinə müvafiq olaraq Naxçıvan şəhər H.Əliyev prospektində yeni tikiləcək 6 mərtəbəli 44 mənzilli binanın tikintisi üçün 4264,62 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Işdə olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin çıxarışının və torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Naxçıvan şəhəri, H.Əliyev prospekti 30 ünvanında yerləşən mülkiyyət növü dövlət olan 0,4264 ha torpaq sahəsinə “xxxx” MMC-nin istifadə hüququ qeydə alınmış və torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Işdə olan ## ### 2023-cü il tarixli, ** nömrəli tikinti obeyktinin istismarına icazə sənədinin surətindən görünür ki, “xxxx” MMC-yə məxsus Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 30 ünvanında yerləşən tikinti obeyktinin istismarına icazə verilmişdir. Işdə olan “xxxx” MMC-nin təsisçilərinin ##.##.2023-cü il tarixli qərarının surətindən görünür ki, cəmiyyətin adı dəyişdirilərək “xxxx” MMC müəyyən edilmişdir. Işdə olan Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ## ###### 2026-cı il tarixli, **/*** nömrəli “Daşınmaz əmlakın dövlət reyestrindən məlumatın verilməsi barədə” məktubunda qeyd edilmişdir ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 30 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası “xxxx” MMC-yə məxsusdur. Binanın tərkibində olan 60 mənzil və 69 qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində “xxxx” MMC-nin adına qeydiyyata alınmışdır. Binada yerləşən 41 mənzil və 25 qeyri-yaşayış sahəsi “xxxx” MMC tərəfindən müxtəlif şəxslərə satılmışdır. Hazırda 19 mənzil və 44 qeyri-yaşayış sahəsi (30 mağaza və 14 qaraj) “xxxx” MMC-nin mülkiyyətindədir. Işdə olan Cavabdeh ## ######## 2025-ci il tarixli, *-*/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Naxçıvan MR Dövlət Arxiv Idarəsinin məktubunda Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 28A ünvanında 0,004 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 30 kv.m olan qeyri-yaşayış binasının 2014-cü ildə sökülməsinə, dövlət ehtiyacları üçün alınmasına, əvəzində İddiaçı kompensasiya ödənilməsinə dair heç bir məlumata rast gəlinmədiyi bildirilmişdir. Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilmiş sorğuya Xidmətin ## #### 2025-ci il tarixli **/**** nömrəli məktubunda daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına ## ###### 2012-ci il tarixdə Texniki Inventarlaşdırma Bürosu tərəfindən mart 2000-ci il tarixdə tərtib olunmuş 197 inventar nömrəli lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin texniki pasportu və qeydiyyat vəsiqəsi əsasında Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 28A ünvanında yerləşən, ümumi sahəsi 30 m² olan qeyri-yaşayış binasının (mağaza) qeydiyyata alındığı, həmin əmlakın sökülməsinə və ya dövlət ehtiyacları üçün alınmasına, əvəzinin ödənilib-ödənilməməsi ilə bağlı məlumatın mövcud olmadığı qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmiş sorğuya cavab olaraq Naxçıvan şəhəri ərazisində qeyd olunan dövrdə həmin ərazidə qeyri-yaşayış obyektinin sökülməsi və ya dövlət ehtiyacları üçün alınması barədə hər hansı zəruri sənəd və ya məlumatın olmasının müəyyən edilmədiyi qeyd edilmişdir. Naxçıvan MR Dövlət Arxiv Idarəsindən, Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən və Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən daxil olan arayışlardan məlum olur ki, vətəndaş İddiaçı məxsus Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 28A ünvanında yerləşən, ümumi sahəsi 30 m² olan qeyri-yaşayış binasının dövlət ehtiyacları üçün alınması və ya hər hansı əsaslarla sökülməsi Icra hakimiyyəti tərəfindən həyata keçirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. ## ###### 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid X2 ifadə verərək bildirmişdir ki, 2001-2018-ci illərdə Naxçıvan şəhər icra başçısının birinci müavini olmuşdur və İddiaçı tanıyır. Təxminən 2014-2015-ci illərdə icra başçısı ona İddiaçı yerinin abadlaşdırma ilə əlaqədar sökülməsi nəzərdə tutulan əraziyə düşdüyünü bildirmişdir. O, bu halı İddiaçı diqqətinə çatdırmış, lakin o, razılaşmadığını bildirmişdir. İddiaçı şəhərin mərkəzində “Tema” adlanan yerin arxasından mağaza təklif edilsədə, o, bu təklifi qəbul etməmişdir. Bir müddətdən sonra icra başçısı məsələnin həll olunduğunu, İddiaçı razılaşdığını, Naxçıvan Dövlət Sığorta Agentliyinin baş direktoru Hikmət müəllim tərəfindən İddiaçı 30000 manat veriləcəyini bildirmişdi. Qeyri-yaşayış sahəsi sökülməmişdən əvvəl Cavabdeh sabiq başçısı şahid2 ona bildirmişdir ki, “İddiaçı de ki, kompensasiya formasında gedib Naxçıvan Dövlət Baş Sığorta Agentliyinin rəhbəri Hikmət müəllimdən 30000 (otuz min) manatı götürsün”. O, icra başçısının yanında olarkən o, Naxçıvan Dövlət Sığorta Agentliyinin baş direktoru Hikmət müəllimlə danışırmış və o, pulun İddiaçı ayrıldığını bildirmişdi. O, qeyd edilənləri, Naxçıvan Dövlət Sığorta Agentliyinin baş direktoru Hikmət müəllim tərəfindən pul veriləcəyini İddiaçı diqqətinə çatdırmışdır. Sonra isə həmin tikili İddiaçı tərəfindən sökülmüşdür. Həmin tikilinin sökülməsində Icra Hakimiyyətinin vəzifəli şəxsləri, icra hakimiyyətinin göstərişi əsasında dövlətə məxsus texnikalar iştirak etməmişdir. O, işlədiyi dövrlərdə 2014-2018-ci illərdə İddiaçı tərəfindən hər hansı bir şikayət, hər hansı bir etiraz daxil olmamışdır. O, söküntüdən sonra İddiaçı ilə rastlaşmış, lakin o, bu mövzuda şikayətini bildirməmişdir. İddiaçı yerinin sökülməsinə Cavabdeh tərəfindən tapşırıq verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə iddiaçının qeyri-yaşayış sahəsinin cavabdeh inzibati orqan tərəfindən sökülməsi halları müəyyən olunmur. Həmçinin iddiaçı ona məxsus qeyri-yaşayış sahəsinin cavabdeh inzibati orqan, o cümlədən başqa bir inzibati orqan və ya şəxs tərəfindən sökülməsi ilə bağlı sübutlar təqdim edə bilmir. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində aparılan məhkəmə araşdırmaları ilə, müvafiq qurumlara göndərilən sorğulara cavab məktubları ilə, həmçinin şahid ifadəsi ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin cavabdeh inzibati orqan və ya başqa bir inzibati orqan tərəfindən sökülməsi halları müəyyən olunmamışdır. Cavabdeh inzibati orqan qeyd edir ki, sözügedən tikili Cavabdeh tərəfindən sökülməmiş, həmin tikili Cavabdeh tərəfindən sökülməsi ilə bağlı hər hansı bir sübut mövcud deyildir. Iddiaçı mağazanın 2014-cü ildə cavabdeh Cavabdeh tərəfindən söküldüyünü bildirir. Lakin həmin qeyri-yaşayış sahəsi həmin ildə cavabdeh inzibati orqan tərəfindən sökülmüşdürsə, iddiaçının uzun müddət bu hallara etiraz, fikir bildirməməsi, bu halları mübahisələndirməməsi şübhə doğurur. Həmçinin həmin qeyri-yaşayış sahəsi cavabdeh inzibati orqan tərəfindən sökülmüşdürsə, iddiaçı uzun illər bu halı mübahisələndirməməsinin səbəblərini əsaslandırmamışdır. Hazırda isə uzun müddət keçmiş, həmin qeyri-yaşayış sahəsinin kimin tərəfindən və hansı qaydada sökülməsi halları müəyyən edilmir. Iddiaçı qeyd edir ki, ona məxsus mağazanın sökülməsinin cavabdeh inzibati orqan tərəfindən həyata keçirilməsi halı cavabdehin məhkəmə icraatı gedişində iddiaçıya mübahisəli torpaq sahəsindən çox uzaqda da olsa digər torpaq sahəsinin təklif edilməsi halı ilə sübut olunur. Cavabdeh qeyd edir ki, iddiaçıya təklif etdikləri torpaq sahəsi hüquq pozuntusu etdiklərinə görə yox, vətəndaşa köməklik etmək məqsədi ilə olmuşdur. Iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsinin Cavabdeh heç bir aidiyyəti yoxdur. Yeni çoxmərtəbəli binanın tikintisi üçün torpaq sahəsi 2018-ci ildə ayrılarkən həmin torpaq sahəsi üzərində hər hansı tikili mövcud olmamışdır. Iddiaçıya ayrılmış torpaq sahəsinin başqa şəxsə ayrılması ilə əlaqədar apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mağazanın 2014-cü ildə cavabdeh Cavabdeh tərəfindən söküldüyünü bildirir. Naxçıvan şəhər H.Əliyev prospektində yeni tikiləcək 6 mərtəbəli 44 mənzilli binanın tikintisi üçün 4264,62 kv.m torpaq sahəsinin “xxxx” MMC-yə ayrılması barədə Cavabdeh sərəncamı isə ## ###### 2018-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi iddiaçıya məxsus mağaza 2014-cü ildə sökülmüş, yeni binanın tikintisi üçün torpaq sahəsi 2018-ci ildə ayrılmışdır. Yəni mağazanın sökülməsindən sonra 4 ilə yaxın müddət keçdikdən sonra binanın tikintisi üçün torpaq sahəsi ayrılmış və mağazanın sökülməsinin yeni binanın tikintisinə heç bir aidiyyəti olmamışdır. Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 28A ünvanında 0,004 ha torpaq sahəsinin üzərində 40 kv.m sahəsi olan təmirli qeyri-yaşayış sahəsinin verilməsi tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, artıq həmin ərazidə iddiaçıya məxsus qeyri-yaşayış sahəsi mövcud deyildir. Hazırda həmin ərazidə mövcud olan çoxmərtəbəli yaşayış binası “xxxx” MMCyə məxsusdur. Iddiaçı Heydər Əliyev prospekti 28A ünvanında 0,004 ha torpaq sahəsinin üzərində 40 kv.m sahəsi olan təmirli qeyri-yaşayış sahəsinin verilməsi mümkün olmadığı təqdirdə həmin əmlakın dəyəri olaraq dəymiş maddi zərəri 400000 (dörd yüz min) manat qiymətləndirmişdir. Iddiaçının maddi ziyan, əldən çıxmış fayda əvəzinin və mənəvi ziyanın ödənilməsi tələbinə münasibətdə qeyd edilməlidir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin cavabdeh inzibati orqan tərəfindən sökülməsi halları müəyyən olunmamışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-*/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(108)-46/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-46/2025
29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver