Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-47/2022 08.12.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1, onun vəkili Vəkil, cavabdeh Şərur Rayon İcra Hakimiyyətinin nümayəndəsi X16 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı "Şərur Rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 04 nömrəli qərarının, həmçinin Şərur Rayon Aqrar İslahat Komissiyasına təqdim edilən Mahmudkənd kəndində torpaq almaq hüququ olan subyektlərin adlı siyahısının X10, X17 və X11 münasibətdə ləğv olunması və həmin hissədə yazı ad qeydinin İddiaçı1 və İddiaçı2 aid olmasına dair müvafiq düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı1 vəkili Vəkil tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2-1(122)-252/2022 nömrəli qərardadından verdiyi apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 04 nömrəli qərarının, həmçinin Şərur Rayon Aqrar İslahat Komissiyasına təqdim edilən Mahmudkənd kəndində torpaq almaq hüququ olan subyektlərin adlı siyahısının X10, X17 və X11 münasibətdə ləğv olunması və həmin hissədə y azı ad qeydinin İddiaçı1 və İddiaçı2 aid olmasına dair müvafiq düzəliş edilməsi öhdəliyinin cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 21(122)-252/2022 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin həmin qərardadı ilə razılaşmayan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı1 vəkili Vəkil 17 noyabr 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı1 vəkili Vəkil verdikləri apellyasiya şikayətində qeyd etmişdirlər ki, İddiaçı1 daimi yaşadığı atası X6 miras qalmış əmlak üzərində (JN283B və JN-283A Kod 10204028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr) vərəsəlik hüququ əsasında sənədləşmənin aparılması zamanı 2022-ci ilin əvvəlində müvafiq şəhadətnamələrdə mərhum atası X12 ailə təsərrüfat üzvü kimi X10 və uşaqları X17 və X13 adlarının göstərildiyini bilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquq a malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, yəni ki, iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımı əsasa söykənmir. İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. İddia müddəti axımının başlanması vaxtını müəyyən edən mülki qanunvericiliyin müvafiq normasının və Kons titusiya məhkəməsinin iddia müddətinin tətbiqi ilə bağlı hüquqi mövqeyinin təfsirindən aydın görünür ki, məhkəmə tərəfindən iddia müddətinin tətbiqi məsələsinə baxılarkən subyektin hüququnun pozulduğunu bildiyi vaxt ilə qanunla müəyyən olunan müvafiq iddia müddətinin keçməsi arasında səbəbli əlaqə müəyyən olunmalı, əsaslandırılmalıdır. Məhkəmə qərardadında iddiaçının hüququnun pozulduğunu bildiyi gün müəyyən olunmamış və bu gün ilə müvafiq iddia tələbi üzrə qanunla müəyyən edilən iddia müddətinin (İPM maddə-38) keçməsini sübut edəcək səbəbli əlaqə göstərilməmişdir. İlk olaraq qeyd olunur ki, şəxsin hüquq və maraqlarının müdafiəsi üçün ilk addımı atması onun müvafiq situasiya ilə üzləşməsi anından başlanır. Qanunvericilikdə müxtəlif hüquq münasibətləri üzrə mübahisələrin tənzimlənməsi üçün müraciət və şikayətlərin edilməsi fərqli vaxtlardan asılı edilsə də, tətbiq edilən imperativ qayda "şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün” faktorudur. Bununla yanaşı, iddia tələbinə cavab verməli olan subyektin müəyyən edilə bilinməməsinə dair məhkəmənin qənaəti təhlil edilməlidir. Belə ki, iddiaçıların iddia ərizəsində irəli sürdükləri tələblə eynilik təşkil edən müraciəti Şərur Rayon İcra Hakimiyyətinə ünvanlanmışdır. Şərur Rayon İcra Hakimiyyətinin 17 sentyabr 2022-ci il tarixli, 117-nömrəli məktubunda Şərur rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 04 nömrəli qərarının mübahisələndirilməsində səlahiyyətli olmadıqları göstərilmişdir. Dolayısı ilə Şərur Rayon İcra Hakimiyyətinin müvafiq müraciətə münasibəti iddianın mümkünsüz hesab edilm əsinə dair məhkəmə qərardadında iddianın düzgün cavabdehə yönəlmədiyi arqumenti ilə örtüşür. Apellyatorlar qeyd etmişlər ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmənin addımı iddia tələbinin qanuni əsasının müəyyən olunmasından, bununla yanaşı qanuni əsası pozan, məhdudlaşdıran halı törədən subyektin-cavabdehin faktiki hərəkətlərini göstərməklə tələbin ona yönədilməsindən ibarətdir. Sovxoz və kolxozların islahatı haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən Rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Komissiya: rayon ərazisində aqrar islahatın aparılmasını təmin edir; maddə 8: Yerli aqrar islahat komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir. Göründüyü kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 Şərur rayon Aqrar İslahat komissiyasının müvafiq inzibati aktını mübahisələndirərkən mübahisənin faktiki və maddi hüquqi əsaslarını nəzərə alaraq hazırkı iddia tələbini cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə yönəltməkdə haqlı olmuşdur. Bu mənada onu da qeyd etmək lazımdır ki, məhkəmə qərardadında X30 Komissiyasının yaradılması haqqında müvafiq Fərmanın qüvvədən düşmüş hesab edilməsi ilə həmin qurumun fəaliyyəti ilə yaranan münasibətlərə, hüquqi nəticələrə cavabdeh subyektin olmamasına qənaət gətirilməsi əsassız olmuşdur. T.İdrisovun şikayəti üzrə Azərbaycan respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014- cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında qeyd olunur ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi-mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual M əcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İddia ərizəsinin məzmun və mahiyyəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin dispozisiya əlamətlərini tam olaraq əhatə etməkdədir. Azərbaycan Respublikasının Konstitusiyasının 26.2-ci maddəsinə görə "Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir", 60.1-ci maddəsinə görə "Hər kəsi n hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir". İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı1 vəkili Vəkil sonda Naxçıvan MR İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2-1(122)-252/2022 nömrəli qərardadının ləğv edilib, hazırkı inzibati icraat üzrə işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdirlər. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2-1(122)-252/2022 nömrəli qərardadının ləğv edilib, hazırkı inzibati icraat üzrə işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini kollegiyadan x ahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 vəkili Seyidov X14 MR İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2-1(122)-252/2022 nömrəli qərardadının ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Şərur Rayon İcra Hakimiyyətinin nümayəndəsi X21 apellyasiya şikayətini qəbul etməyərək Naxçıvan MR İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2-1(122)-252/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişd ir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsi ndə icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iş üzrə sədrlik edənin məruzəsini, inzibati məhkəmə icraatı iştirak çılarının izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. Belə ki, şikayətə baxılması ilə bağlı iş materialları tədqiq olunarkən verilmiş şikayətin məzmunundan aydın olmuşdur ki, iddiaçılar Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2-1(122)-252/2022 nömrəli qərardadının ləğv olunmasına və iddianın mümkün sayılmasına əsas kimi dəlillərində “... İddiaçı1 daimi yaşadığı atası X6 miras qalmış əmlak üzərində vərəsəlik hüququ əsasında sənədləşmənin aparılması zamanı 2022-ci ilin əvvəlində müvafiq şəhadətnamələrdə mərhum atası X12 ailə təsərrüfat üzvü kimi X10 və uşaqları X17 və X13 adlarının göstərildiyi bildiklərini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlandığını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2018-ci i tarixli qərarında iddia müddətinin pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlı olduğunun qeyd olunduğunu, buna görə, məhkəmənin qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı olmadığını, iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktının daxilən ziddiyyətli və əsassız, yəni ki, iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticənin lazımı əsasa söykənmədiyini, İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsinin həlledici əhəmiyyət kəsb etdiyini, bu məqamın yanlış müəyyən edilməsinin iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasma səbəb ola biləcəyini, iddia müddəti axımının başlanması vaxtını müəyyən edən mülki qanunvericiliyin müvafiq normasının və Konstitusiya məhkəməsinin iddia müddətinin tətbiqi ilə bağlı hüquqi mövqeyinin təfsirindən məhkəmə tərəfindən iddia müddətinin tətb iqi məsələsinə baxılarkən subyektin hüququnun pozulduğunu bildiyi vaxt ilə qanunla müəyyən olunan müvafiq iddia müddətinin keçməsi arasında səbəbli əlaqənin müəyyən olunmalı və əsaslandırılmalı olduğunun aydın göründüyünü, məhkəmə qərardadında iddiaçının hüququnun pozulduğunu bildiyi günün müəyyən olunmadığını və bu gün ilə müvafiq iddia tələbi üzrə qanunla müəyyən edilən iddia müddətinin (İPM maddə-38) keçməsini sübut edəcək səbəbli əlaqənin göstərilmədiyini, bununla yanaşı, iddia tələbinə cavab verməli olan subyektin müəyyən edilə bilinməməsinə dair məhkəmənin qənaətinin təhlil edilməli olduğunu, belə ki, iddiaçıların iddia ərizəsində irəli sürdükləri tələblə eynilik təşkil edən müraciəti Şərur Rayon İcra Hakimiyyətinə ünvanladıqlarını, Şərur Rayon İcra Hakimiyyətinin isə 17 sentyabr 202 2-ci il tarixli, 117-nömrəli məktubunda Şərur rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 04 nömrəli qərarının mübahisələndirilməsində səlahiyyətli olmadıqlarının göstərildiyini, dolayısı ilə Şərur Rayon İcra Hakimiyyətinin müvafiq müraciətə münasibətinin iddianın mümkünsüz hesab edilməsinə dair məhkəmə qərardadında iddianın düzgün cavabdehə yönəlmədiyi arqumenti ilə örtüşdüyünü, sovxoz və kolxozların islahatı haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən Rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil etdiyini, komissiyanın: rayon ərazisində aqrar islahatın aparılmasını təmin etdiyini, Qanunun 8-ci maddəsinə əsasən yerli aqrar islahat komissiyasının sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edildiyini və onun tərkibinin rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edildiyini, komissiyanın islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verdiyini, iddiaçılar İddiaçı1 və İddiaçı2 Şərur rayon Aqrar İslahat komissiyasının müvafiq inzibati aktını mübahisələndirərkən, mübahisənin faktiki və maddi hüquqi əsaslarını nəzərə alaraq hazırkı iddia tələbini cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə yönəltməkdə haqlı olduqlarını, məhkəmə qərardadında X30 Komissiyasının yaradılması haqqında müvafiq Fərmanın qüvvədən düşmüş hesab edilməsi ilə həmin qurumun fəaliyyəti ilə yaranan münasibətlərə, hüquqi nəticələrə cavabdeh subyektin olmamasına qənaət gətirilməsinin əsassız olduğunu” göstərmiş və məhz bu sadalanan əsaslara görə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2-1(122)-252/2022 nömrəli qərardadının ləğv edilərək, hazırkı inzibati icraat üzrə işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərar qəbul olunmasını kollegiyadan xahiş etmişdirlər. Kollegiya iddiaçıların apellyasiya şikayətində qeyd etdikləri bu dəlilləri işin tədqiq olunmuş halları ilə əlaqəli şəkildə araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndır. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləriiddia tələbinin iddia müddətinə dair normalara riayət etmə klə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Kollegiya qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cava bdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə apar malı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olm asıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən is tifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. “Torpaq is lahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının X5 qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon X5 və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunveri ciliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra hakimiyyəti orqanları və bələdiyyələrin cavabdeh olduğu işlərə baxılmasının bəzi məsələləri barədə” 18 iyul 2018ci il tarixli, 2-411 nömrəli icmal məktubunda məhkəmələrə tövsiyə edilir ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialara baxılarkən həmin aktların və hərəkətlərin mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Şikayətlə bağlı iş materialları tədqiq olunarkən Cəlilkənd İcra Nümayəndəliyi tərəfindən verilmiş “Şərur rayonunun Mahmudkənd kəndində torpaq almaq hüququ olan subyektlərin adlı siyahısı”ndan məl um olmuşdur ki, həmin siyahıda X12 ailə-təsərrüfat üzvü kimi X2, X7 və X8 adları qeyd edilmişdir. Eyni zamanda iddiaçılar tərəfindən iddia ərizəsinə əlavə olunmuş JN-283B seriyalı, 10204028 kodlu şəhadətnamədən görünür ki, Şərur rayonu Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 04 nömrəli qərarı ilə 0.25 hektar torpaq sahəsi Şərur rayonu Mahmudkənd kəndində yaşayan X12, X4, X2, X7 və X8 mülkiyyətinə verilmişdir. Həmin şəhadətnamənin mətnindən və iş üzrə İddiaçı1 apellyasiya baxışı zamanı izahatından aydın olur ki, şəhadətnamə 2000-ci ildə tərtib olunmuş və bir nüsxəsi X15 verilmişdir. İddia ərizəsinin məzmunundan məlum olur ki, iş üzrə İddiaçı1 atası X18 2000-ci ildə, anası X9 isə 2005-ci ildə vəfat etmişdir. İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində 1990- cı ildə ailə həyatı qurduqlarını və Şərur rayon Mahmudkənd kənd sakini X12 fərdi yaşayış evində məskunlaşdıqlarını, övladlarının da həmin evdə dünyaya gəldiyini bildirmişdirlər. Kollegiya JN-283B seriyalı, 10204028 kodlu şəhadətnamənin 2000-ci ildə tərtib olunduğunu və bir nüsxəsinin həmin vaxt X15 verildiyini, iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 1990-cı ildə ailə həyatı qurduqları vaxtdan etibarən X12 fərdi yaşayış evində yaşamaqla birgə təsərrüfat idarə etdiklərini, eyni zamanda iş üzrə İddiaçı1 atası X12 2000-ci ildə, anası X1 isə 2005-ci ildə vəfat etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçıların keçən bu müddət ərzində baş verən bu prosesdən xəbərdar olmamaları ağlabatan görünmür və hər bir halda maraqlı olduqları bu əmlaka dair prosesdən 01 yanvar 2011-ci ilədək xəbərdar olmuşd urlar. Artıq formalaşmış məhkəmə təcrübəsinə və qanunvericiliyə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanların, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 1 sentyabr 2000-ci ilə qədər Azərbaycan SSR Mülki Məcəlləsi ilə, MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci iləd ək ötürülmüşsə, inzibati akt yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: (10 iyun 2011-ci il tarixə qədər qüvvədə olan redaksiyada) - 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. - 299.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə tərəfindən 1 ay müddətində şəxsin qərar və hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müvafiq icra hakimiyyəti və ya yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların vəzifəli şəxslərinin iştirakı ilə baxılır. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla qeyd edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmək müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İş materiallarından da aydın olur ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İnzibati Prosessual Məcəllədən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində iddia çılar hazırkı tələb barədə məhkəmədə iddia qaldırmamışdırlar. Yuxarıda da qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün qısaldılmış 1 ay iddia müddəti müəyyən etmişdir. İddiaçılar qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından istifadə etmədiklərindən yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməzlər. Eyni zamanda bu da qeyd olunmalıdır ki, yuxarıda da qeyd olunduğu kimi, torpaq islahatlarını Azərbaycan Respublikası X30 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmışdır. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 226 nömrəli fərmanına əsasən " X29 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli, 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X5 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli qərarının 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. İş materiall arından da aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin faktiki və hüquqi halları ilə əlaqədar iddia tərəfinə zəruri hüquqi yardım göstərilmişdir. Beləliklə kollegiya yuxarıda sadalanan xüsusatları nəzərə alaraq hesab edir ki, birinci instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, eyni zamanda şikayətin dəlilləri əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2-1(122)-252/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94.1-ci maddələrinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı "Şərur Rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 04 nömrəli qərarının, həmçinin Şərur Rayon Aqrar İslahat Komissiyasına təqdim edilən Mahmudkənd kəndində torpaq almaq hüququ olan subyektlərin adlı siyahısının X10, X17 və X11 münasibətdə ləğv olunması və həmin hissədə yazı ad qeydinin İddiaçı1 və İddiaçı2 aid olmasına dair müvafiq düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı1 vəkili Vəkil Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 21(122)-252/2022 nömrəli qərardadından verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan M uxtar Respublikası İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2-1(122)-252/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-47/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-47/2022
08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver