Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-48/2023 03.10.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X4 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli Kərim oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı X13, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 və tərcüməçi X1 iştirakları ilə, İddiaçı X6 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "onun mülkiyyətində olan Azərbaycan məhəlləsində (dəmir yolu parkı) yerləşmiş ümumi sahəsi 1120.5 m2 olan "Tural" kiçik müəssisəsində yerləşən motelin və həyətyanı sahəsində yerləşən çayxananın ona geri qaytarılması və ya həmin motelin və həyətyanı sahəsində yerləşən çayxananın dəyəri olan ******* (bir milyon) manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2-1(122)-355/2023 nömrəli qərardadından iddiaçı X13 tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X13 iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək onun mülkiyyətində olan Azərbaycan məhəlləsində (dəmir yolu parkı) yerləşmiş ümumi sahəsi 1120.5 m2 olan "Tural" kiçik müəssisəsində yerləşən motelin və həyətyanı sahəsində yerləşən çayxananın ona geri qaytarılması və ya həmin motelin və həyətyanı sahəsində yerləşən çayxananın dəyəri olan ******* (bir milyon) manat kompensasiyanın Naxçıvan Şəhər İc ra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2-1(122)-355/2023 nömrəli qərardadı ilə iddiaçı X6 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "onun mülkiyyətində olan Azərbaycan məhəlləsində (dəmir yolu parkı) yerləşmiş ümumi sahəsi 1120.5 m2 olan "Tural" kiçik müəssisəsində yerləşən motelin və həyətyanı sahəsində yerləşən çayxananın ona geri qaytarılması və ya həmin motelin və həyətyanı sahəsində yerləşən çayxananın dəyəri olan ******* (bir milyon) manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mü mkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 21(122)-355/2023 nömrəli qərardadından narazı qalan iddiaçı X13 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. İddiaçı X13 şikayətini aşağıdakı kimi əsaslandırmışdır. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi 16 avqust 2023-cü il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "onun mülkiyyətində olan Azərbaycan məhəlləsində yerləşən, ümumi sahəsi 1120.5 m2 olan "Tural" kiçik müəssisəsində yerləşən motelin və həyətyanı sahəsində yerləşən çayxananın ona geri qaytarılması və ya həmin motelin və həyətyanı sahəsində yerləşən çayxananın dəyəri olan ******* (bir milyon) manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyə tindən alınıb ona verilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə baxmış, iddianın mümkün sayılmaması barədə qərar qəbul etmişdir. Qərardadla razılaşmayaraq, Naxçıvan Muxtar Respublikasının İnzibati məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan Azərbaycan məhəlləsində (dəmir yolu parkı) yerləşmiş ümumi sahəsi 1120.5 m2 olan "Tural" kiçik müəssisəsində yerləşən motelin və həyətyanı sahəsində yerləşən çayxananın ona geri qaytarılması və ya həmin motelin və həyətyanı sahəsində yerləşən çayxananın dəyəri olan ******* (bir milyon) manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmi ş, məhkəmə tərəfindən ona yardım məktubları ünvanlanaraq "Tural" kiçik müəssisəsinin X7 məxsus olmasını, həmin müəssisənin təsisçisi (rəhbəri) olmasını təsdiq edən müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Qeyd edir ki, “Tural” kiçik müəssisəsinin ona məxsus olmasını təsdiq edən kifayət qədər sübutları məhkəməyə təqdim etməsinə baxmayaraq məhkəmə həmin sənədləri hüquq müəyyənedici sənədlər hesab etməmişdir. Belə ki, 1997-ci ildə tikilmiş Azərbaycan küçəsi 25 ünvanında tikinti altı sahəsi 532 kvadratmetr, ümumi sahəsi 1120.05, əsas sahəsi 719.3, köməkçi sahəsi 401.2 kvadratmetr olan “Tural” kiçik müəssisəsinə məxsus motel texniki inventarlaşdırma şöbəsi tərəfindən pasportlaşdırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYTİ Dövlət Yanğın nəzarəti İdarəsi nin 03 avqust 2002-ci il tarixli göstərişinə əsasən obyekt texniki müayinədən keçirilmiş və sahibinin Saleh Polat olması müəyyən edilmişdir. Motelə Naxçıvan şəhər İcra hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsi tərəfindən layihə smeta sənədləri tərtib olunmuş və bu əsasda onun tərəfindən tikinti aparılmışdır. Müxtəlif vaxtlarda kanalizasiya, su və işıq idarələri ilə “Tural” kiçik müəssisəsinin sədri olaraq müqavilələr bağlamışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 31 yanvar 1996-cı il tarixli 544 nömrəli dövlət qeydiyyatına əsasən “Tural” kiçik müəssisəsinə mehmanxana xidməti, motellərin təşkili, komissiyon kommersiya ticarəti və avtomaşınların təmiri olmaqla Dövlət qeydiyyatı haqqında Şəhadətnamə verilmiş, şəhadətnamənin səhifəsində sədr olaraq onun adı göstərilməklə, həmin şəhadətnamənin apostil olmaqla həqiqiliyi Naxçıvan şəhəri birinci Dövlət Notariat Kontorunda 04 mart 2006-cı il tarixdə 6L-214 nömrə reyestrlə qeydə alınmışdır. Naxçıvan Muxtar Respublikası Statistika Komitəsi tərəfindən müəssisəyə uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi barədə Şəhadətnamə verilmişdir. Naxçıvan şəhər Bələdiyyəsinin 17 mart 2005-ci il tarixli 28 nömrəli məktubunda otelin rəhbərinin onun olması bilavasitə qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 000106 nömrəli dərəcə sertifikatına əsasən “Tural” kiçik müəssisəsinə ikinci dərəcəli sertifikat verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 24 oktyabr 2005-ci il tarixli qərarında deyilir: “Bu məhkəmə sənədlərinə görə müəssisənin ilkin sədri Ə.K ərimov olsa da, sonradan Saleh Polad sədr seçilmiş, Saleh Polad müəssisənin təyinatını dəyişdirməklə, onu yenidən qeydiyyatdan keçirmişdir. Azərbaycan Respublikası MPM-in 82-ci maddəsinin tələbinə görə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar həmin tərəflərin iştirak etdiyi işdə yenidən sübut edilmir. Naxçıvan Şəhər İcra hakimiyyətinin 29 dekabr 1999-cu il tarixli, 658 nömrəli sərəncamına əsasən mehmanxana binasının istismara qəbul edilməsi məqsədilə komissiya yaradılmışdır. Həmin komissiyanın üzvü həmçinin müəssisənin müdiri olaraq onun adı göstərilmiş, dekabr 1999-cu il tarixdə dövlət Komissiyasının aktı ilə obyektin istismara verilməsi qəbul edilmişdir. Əldə olunan əmlaklar 2000-ci ilin 01 sentyabr ayına qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məc əlləsinin normalarına əsasən məhkəmə tərəfindən istinad olunmalı olduğu halda bu edilməmişdir. 2000-ci ilin 01 sentyabr ayına qədər qüvvədə olmuş Azərbavcan SSR Mülki Məcəlləsinin 148-ci maddəsinə əsasən bu məcəllənin 142-147-ci maddələrində nəzərdə tutulmuş hüquqlar həmçinin mülkiyyətçi olmasa da, qanuna və ya müqaviləyə əsasən, əmlaka sahiblik edənə də məxsusdur. Yəni mülkiyyət hüququnun qeydə alınmasının mütləqliyi qanuna görə istisna edilir ondan ötəri ki, əmlaka sahiblik ona məxsus olmuşdur. Bundan başqa iddianın mümkün sayılmaması həmin əmlaka çəkdiyi xərclərin, yəni pul vəsaitlərinin əlindən çıxmasına səbəb olacaqdır. İddiaçı Saleh Polat şikayətinin davamında qeyd edir ki, məhkəmənin yardım etmək vəzifəsi hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasınd a yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarı tövsiyə xarakterli olmaqla maddi hüquq norması hesab edilə bilməz. İddia ərizəsində qeyd olunan “motelin və həyətyanı sahəsində yerləşən çayxananın mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmasını təsdiq edən hər hansı bir sənədin məhkəməyə təqdim edilməməsi hazırkı iddia üzrə iddiaçıya dəymiş zərərin ödənilməsini cavabdehdən tələb etmək imkanını istisna edir” fikri isə yanlış olmuşdur. Motelin ona məxsus olmasının varlığını təsdiq edən sənədlər iddianın mümkün sayılması üçün əsas təşkil edir. Sonda qeyd olunanlara əsasən, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 avqust 2023-cü il tari xli 2-1(122)355/2023 nömrəli qərardadının ləğv olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinin hüquqi əsası kimi, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarına istinad olunmuşdur. Apellyasiya şikayətinə qarşı Naxçıvan şəhər İcra Hakimiyyətindən etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X13 şikayəti müdafiə edərək izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2-1(122)-355/2023 nömrəli qərardadının ləğv edilməsi və iddiasının mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X6 vəkili və nümayəndəsi Vəkil izahatında şikayətin təmin edilməklə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2-1(122)-355/2023 nömrəli qərardadının ləğv edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Şəhər İcra hakimiyyətinin nümayəndəsi X5 verilmiş şikayətin təmin edilməməklə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2-1(122)-355/2023 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respubli kası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iş üzrə sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Kollegiya ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissədə aparılır: birinci növbədə iddianın mümkünlüyü, daha sonra iddianın əsaslılığı yoxlanılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin əsaslı olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması nəticəsinə gələrkən iddiaçı tərəfindən iddia q aldırmaq üçün subyektiv hüquqa malik olmaması; belə ki, “Tural” kiçik müəssisəsinin rəhbəri (təsisçisi) kimi onun əmlak hüquqlarına dair iddia qaldırmaq hüququnun mövcudluğunun heç bir rəsmi sənədlə öz təsdiqini tapmadığını, iş materiallarından iddiaçının həmin müəssisənin rəhbəri kimi, yaxud müəssisənin adından onu təmsil etmək səlahiyyətlərinin mövcudluğunu təsdiq edən heç bir rəsmi sənəd aşkar edilməməsinə əsaslanmışdır. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab ve rməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəməl ər bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqla rının təminat altına alınıbalınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsə dinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə kollegiyasında şikayətə baxılması zamanı verilmiş sorğuya cavab olaraq X12 Xidməti tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli, **********733000 nömrəli məktubda qeyd edilmişdir ki, “Tural” kiçik müəssisəsi (VÖEN:**********) Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 31 yanvar 1996-cı il tarixdə 544 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış və 01 fevral 2005-ci il tarixdə Naxçıvan şəhər Vergi idarəsində vergi uçotuna alınmışdır. Kollegiyanın növbəti sor ğusuna cavab olaraq X12 Xidməti tərəfindən verilmiş 03 oktyabr 2023-cü il tarixli, **********921300 nömrəli məktubda qeyd edilmişdir ki, “Tural” kiçik müəssisəsinin (VÖEN: **********) təsisçiləri Türkiyə Respublikasının vətəndaşı X14, Azərbaycan Respublikasının vətəndaşı X9, Azərbaycan Respublikasının vətəndaşı X10r. Müəssisənin fəaliyyət növü mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi kimi qeydiyyata alınmışdır. İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. İşə baxan məhkəmə İnzibati Prosessual Məcəllədə öz əksini tapmış iddia növünün şərtlərinin mövcud olub-olmamasından çıxış edərək konkret iddianın mümkünlüyünün yoxlanılmasını həyata keçirir. Bu baxımdan məhkəmənin baxdığı iddia növünün düzgün müəyyənləşdirilməsi mü hüm əhəmiyyət kəsb edir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddianın növü məsələsi aydınlaşdırıldıqdan sonra, ilk növbədə ayrı-ayrı iddia növlərindən asılı olaraq, iddianın mümkünlüyü məsələsinə toxunulur. Belə məsələlər həmişə iddianın əsaslılığından əvvəl yoxlanılır. Bu ondan irəli gəlir ki, iddianın mümkün olmadığı halda qəbul edilən qərarın forması (İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad) iddianın əsassız olduğuna görə rədd edildiyi zaman qəbul edilən qərarın formasından fərqli olur... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, iddianın mümkünlüyü məsələsi məhkəmələr tərəfindən işin hər hansı mərhələsində iddianın əsaslılığına hüquqi qiymət verilmədən yoxlanıla bilər. İddianın mümkünlüyünün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün seçilməsi, məhkəmə icraatını aparmaq qabiliyyətinə malik olma kimi formal şərtləri araşdırır. İddianın mümkünlüyünün yoxlanılması mübahisə predmetinə aid olan məsələlərə toxunmamalı və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olub-olmadığını müəyyən etməlidir. Əks yanaşma məhkəmə tərəfindən iddianın mümkün sayılmadığı halda iddiaçının yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq hüququnu məhdudlaşdıra bilər. Belə mövqe, həmçinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respubli kası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 8.1, 8.2 və 8.3-cü bəndlərində də öz əksini tapmışdır. Belə ki, həmin bəndlərdə qeyd edilmişdir ki, iddia mümkün sayılmadıqda məhkəmə İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.2-ci maddəsinin tələbinə görə, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Həmçinin həmin Məcəllənin 13-cü maddəsinə əsasən, Məhkəmə qaldırılan iddialarda yol verilən formal x ətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin yuxarıda göstərilən maddələrinin tələbləri apellyasiya məhkəmələrinə də aid olduğu üçün zərurət yarandığından verilmiş sorğuya əsasən X12 Xidməti tərəfindən verilmiş 03 oktyabr 2023-cü il tarixli, **********921300 nömrəli cavab məktubunda “Tural” kiçik müəssisəsinin (VÖEN: **********) təsisçilərindən birinin Türkiyə Respublikasının vətəndaşı X14 olduğu aydın olur və beləliklə də onun “Tural” kiçik müəssisəsinin adından maraqlarına toxunan hər hansı iddianı qaldırmaq üçün subyektiv hüququ yaranır, lakin işə birinci instansiya qaydasında baxmış məhkəmə bu halı nəzərə almadan iddiaçının tələbinin inzibati məhkəmə icraatında mümkün olmadığı qənaətinə gəlmiş, iddianın mümkünlüyü ilə bağlı sonadək zəruri araşdırmanı aparmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qey d olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 16 avqust 2023-cü il tarixli, 2-1(122)-355/2023 nömrəli qərardad Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini r əhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l ı r: İddiaçı X6 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "onun mülkiyyətində olan Azərbaycan məhəlləsində (dəmir yolu parkı) yerləşmiş ümumi sahəsi 1120.5 m2 olan "Tural" kiçik müəssisəsində yerləşən motelin və həyətyanı sahəsində yerləşən çayxananın ona geri qaytarılması və ya həmin motelin və həyətyanı sahəsində yerləşən çayxananın dəyəri olan ******* (bir milyon) manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2-1(122)-355/2023 nömrəli qərardadından iddiaçı X13 tərəfindən verilmiş şikayət təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkə məsinin 16 avqust 2023-cü il tarixli, 2-1(122)-355/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı X6 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "onun mülkiyyətində olan Azərbaycan məhəlləsində (dəmir yolu parkı) yerləşmiş ümumi sahəsi 1120.5 m2 olan "Tural" kiçik müəssisəsində yerləşən motelin və həyətyanı sahəsində yerləşən çayxananın ona geri qaytarılması və ya həmin motelin və həyətyanı sahəsində yerləşən çayxananın dəyəri olan ******* (bir milyon) manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilsin. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(108)-48/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-48/2023
03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver