Məhkəmə qərarları › İş №2-1(108)-48/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-48/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-48/2024 07.05.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X7 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli Rayon Şöbəsinin 23 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarını ləğv edərək, ona gü zəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi 12 il 6 aydan artıq olan əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2-1(122)-12/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 25 ildən artıq olan iş stajını təsdiq etməklə bu hüquq unun yarandığı gündən pensiya hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul etmək öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 21(122)-12/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli Rayon Şöbəsinin 23 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarını ləğv edərək, ona güzəştli şərtlərlə yaşa gör ə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi 12 il 6 aydan artıq olan əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2-1(122)12/2024 nömrəli qərarından narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində D övlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş şikayətdə, məhkəmənin qərarı ilə razı olmadıqlarını, iddiaçının iddiası əsassız olduğu üçün iş üzrə iddianın təmin edilməsi barədə çıxarılmış qərarın ləğv olunmasını xahiş etmişdirlər. Həmçinin şikayətdə göstərmişlər ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli Rayon Şöbəsinin 23 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarını ləğv edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi 12 il 6 aydan artıq olan əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı g ündən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nin heç bir hüquqi əsası yoxdur. 01 avqust 1960-cl il tarixdə anadan olmuş, Kəngərli rayonu, Şahtaxtı kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 18 yanvar 2023-cü il tarixdə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə ərizə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Fondun Kəngərli rayon şöbəsinin pensiya təyin edən komissiyasının 23 yanvar 2023-cü il tarixli 01 nömrəli qərarı ilə ona pensiya təyin olunmasından imtina edilmişdir. İmtinanın səbəbi iddiaçının 25 il ümumi sığorta stajına malik olmamasıdır. İddiaçı tərəfindən Fondun Kəngərli rayon şöbəsinə təqdim edilmiş sənədlərə baxıldıqda məlum olmuşdur ki, İddiaçı tələb olunan 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajı mövcud deyil. Belə ki, İddiaçı təqdim etdiyi 20 may 1971-ci il tarixli əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən o, xx.xx.1975-ci il tarixdən xx.xx.1976cı il tarixədək (11 ay 29 gün) Naxçıvan Muxtar Respublikasının İliç rayon 121 nömrəli Texniki peşə məktəbində ekskovator maşinisti peşəsi üzrə təhsil almış, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək (8 ay 17 gün) İliç rayon H.Cavid adına sovxozda traktorçu, xx.xx.1977ci il tarixdən xx.xx.1978-ci il tarixədək (1 il 4 ay 7 gün) Naxçıvan Tikinti Kombinatının Şahtaxtı travertin bloklar karyerində ikinci dərəcəli fəhlə işləmiş, 03 01.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək (1 il 10 ay 15 gün) SSRİ Sila hlı Qüvvələrində həqiqi hərbi xidmət keçdikdən sonra, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək (2 il 7 ay 27 gün) Naxçıvan Tikinti Kombinatının Şahtaxtı travertin bloklar karyerində ikinci dərəcəli fəhlə olaraq işinə davam etmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək (1 il) Rusiya Federasiyasında Tikinti zavodunda sürücü, xx.xx.1985-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (14 il 8 ay 18 gün) İliç Tikinti materialları zavodunda ikinci dərəcəli sürücü işləmişdir. Beləliklə iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu və işlədiyi müddətləri cəmlədikdə onun 23 il 3 ay 24 gün sığorta stajı yaranmış olur. Kəngərli rayon Dövlət Arxivi tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli, 68 nömrəli arayışda İddiaçı Şahtaxtı Tikinti Materialları Zavodunda işlədiyi 1993- 1997-ci illərin əmək haqqı kitablarına baxıldıqda adına rast gəlinmədiyi, 1998-2000-ci illərin isə əmək haqqı kitablarının X9 təhvil verilmədiyi qeyd olunmuşdur. Beləliklə iddiaçının əmək kitabçasına əsasən 23 il 3 ay 24 gün iş stajı 5 il (1993-1997-ci illər) azalaraq 18 il 3 ay müəyyən olunmuşdur ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini mümkünsüz edir. İddiaçı pensiya hüququnun yarandığını və 2010, 2011, 2012 və 2013-cü illərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödədiyini bildirərək hesab edir ki, həmin illər onun ümumi stajına əlavə edilməlidir. Təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı 2010-cu il üzrə 28 manat, 2011-ci il üzrə 27 manat, 2012-ci il üzrə 28 manat və 2 013-cü il üzrə 35 manat olmaqla, cəmi 118 manat məbləğində mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Xatırlatmaq istərdik ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı qərarının 4.1.14-cü bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət - 2006-cı il yanvarın 1-dək məcburi dövlət s osial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə əsasən, 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə isə fərdi uçot məlumatlarına əsasən sosial sığorta stajı nəzərə alınır. İddiaçı tərəfindən 2010-2013-cü illərə dair ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlar onun fərdi şəxsi hesabında əks olunmamışdır. Mübahisələndirilən məhkəmə qərarının “əmək haqqı cədvəllərinin dövlət arxivinə təhvil verilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından həmin illərlə bağlı təhvil verilməyən əmr kitabları və əmək haqqı cədvəllərinə görə iddiaçının stajının hesablanmamasına” dair hissəsinə münasibətdə qeyd edilməlidir ki, hazırki iş üzrə mübahisəli məsələ iddiaçının yalnız Şahtaxtı Tikinti Materialları Zavodunda işləyərkən 19931997-ci i llərdə əmək haqqı kitablarında adına rast gəlinməməsi ilə bağlıdır. Bu səbəbdən də iddiaçının əmək kitabçasına əsasən 23 il 3 ay 24 gün iş stajı 5 il (1993-1997-ci illər) azalaraq 18 il 3 ay müəyyən olunmuşdur ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini mümkünsüz edir. Belə ki, iddiaçının işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt onun işlədiyi dövr üçün dövlət sosial sığorta haqqının ödənilməsidir. Eyni zamanda arxiv arayışlarına əsasən, iddiaçının əmək haqqının alınmadığı illər işçinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. Şikayətin davamında qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanm ası, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarının Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi üçün müraciət etmiş şəxslər bu Qaydanın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınır. Bununla bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış 28 noyabr 2020-ci il tarixli icmal məktubda da məhkəmələrə i zah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İddiaçı tərəfindən məhkəməyə iş yerindən arayış təqdim edilməmişdir. Məhkəmə isə iddiaçının mülahizədən ibarət izahatını işin sübuta yetirilmiş halı kimi qəbul edərək ona istinad etmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən ist ehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısının, 1-ci yarımbölməsinin 20101000, 2010100a - 11442 koduna uyğun iddiaçının 12 il 6 aydan çox xüsusi sığorta stajı yaranmış olduğunu öz qərarında qeyd etmişdir. Beləliklə, hesab edirik ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün kifayət qədər ümumi iş stajı və iş yerindən güzəştli arayışı olmadığı üçün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd edir ki, vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərd ə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddənin məzmunundan göründüyü kimi, əmək pensiyası sığortaolunanın pensiya təyin edilməzdən əvvəl aldığı əmək haqqı və digər gəlirlərinin kompensasiyası məqsədi ilə verilən pul ödənişidir. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Hesab edir ki, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi mübahisə ilə bağlı ış üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında düzgün qərar qəbul etməmişdir. Qanunun a liliyini nəzərə alaraq, belə qeyd edir ki, Naxçıvan Muxtar Respublikasının inzibati Məhkəməsinin qəbul etdiyi qərar “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə ziddir və qanunvericiliklə əmək pensiyası hüququ olmayan şəxsə əsassız olaraq əmək pensiyası hüququ yaradır. Sonda, cavabdeh orqan göstərilən xüsusatlar nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası inzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2-1(122)-12/2024 saylı qərarının ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Konstitusiyasının 127, 129, 149-cu maddələrinə, Azərbaycan Respublikası İnz ibati Prosessual Məcəlləsinin 2, 35, 81, 87-ci maddələrinə istinad edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X6 izahatında apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 21(122)-12/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apell yasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki h üquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağl ı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticə sində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası m əhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İş materiallarında olan; - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 23 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarından məlum olur ki, vətəndaş İddiaçı əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - İddiaçı məxsus əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən o, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Naxçıvan MR İliç rayon 121 nömrəli Texniki peşə məktəbində ekskovator maşinisti peşəsi üzrə təhsil almış, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək İliç rayon H. Cavid adına sovxozda traktorçu, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Naxçıvan Tikinti Kombinatının Şahtaxtı travertin bloklar karyerində ikinci dərəcəli fəhlə işləmiş, 03 01.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçdikdən sonra, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Naxçıvan Tikinti Kombinatının Şahtaxtı travertin bloklar karyerində ikinci dərəcəli fəhlə olaraq işinə davam etmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Rusiya Federasiyasında Tikinti zavodunda sürücü, xx.xx.1985-ci il tarixdən xx.xx.2000-ci il tarixədək İliç Tikinti materialları zavodunda ikinci dərəcəli sürücü işləmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 06 dekabr 2022-ci il tarixli, xx/xx-2017 nömrəli məktubdan aydın olur ki, Naxçıvan Muxtar Respublikası Şərur rayonunda 1960-cı ildə doğulmuş Əsədov X2 MSSR, Şahbuz rayon Xalq Məhkəməsinin xx.xx.1983-cü il tarixli hökmünə əsasən Azərbaycan SSR-nin Cinayət Məcəlləsinin 127-ci, 120ci və 38-ci maddələri ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon Xalq Məhkəməsinin xx.xx.1984-cü il tarixli qərarı ilə Azərbaycan SSR-nin Cinayət Məcəlləsinin 50-2-ci maddəsinə əsasən cəzasının çəkilməmiş qalan 1 il 22 gün hissəsindən şərti olaraq azad olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsi tərəfindən verilmiş 27 yanvar 2023-cü il tarixli, 3-43-73/3 243/2023 nömrəli arayışdan görünür ki, Kəngərli rayon Şahtaxtı kənd s akini 1960-cı il təvəllüdlü İddiaçı, həqiqətən 03 yanvar 1979-cu il tarixdən 18 noyabr 1980-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etmişdir. - Kəngərli Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 68 nömrəli arayışda İddiaçı Şahtaxtı Tikinti Materialları Zavodunda işlədiyi və 1982-1992-ci illər ərzində aylar üzrə aldığı əməkhaqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışın qeyd hissəsində 1993, 1994, 1995, 1996, 1997-ci illərin əməkhaqqı kitablarına baxdıqda İddiaçı adına rast gəlinmədiyi, 1998, 1999¸2000-ci illərin əməkhaqqı kitabları Kəngərli Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən həmin illərin əməkhaqqı kitablarına baxmağın mümkün olmadığı qeyd edilmişdir. - Babək Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 129 nömrəli arayışda İddiaçı Babək rayon “Naxçıvan" tikinti materialları kombinatında işlədiyi və 1978-1982ci illər ərzində aylar üzrə aldığı əməkhaqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. - Kəngərli Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 68 nömrəli arayışdan məlum olur ki, Əsədov X3 Tikinti Materialları Zavodunda xx.xx.1982-ci il tarixli, 2 №-li əmrlə 2-ci dərəcəli daş düzən (vıb.ukladşik)seçici-yığıcı) kimi Naxçıvan Tikinti Kombinatından İliç Tikinti Materialları Zavoduna köçürülməsi, xx.xx.1983-cü il tarixli, 187 №-li əmrlə “Kraz 256” markalı avtomobilin sürücüsü kimi işdən azad edilməsi və xx.xx.1985-ci il tarixli, 558 №-li əmrlə müvəqqəti olaraq 2-ci dərəcəli sürücü kimi “Zil 130” markalı avtomobilə sürücü qəbul edilməsi əmr kitabların da göstərilmişdir. Əmr kitablarında işdən azad olunma barədə əmrə rast gəlinməmişdir. - Babək Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 129 nömrəli arayışdan aydın olur ki, İddiaçı xx.xx.1977-ci ildə 167 №-li əmrlə həmin ilin 12 avqustundan 7 saatlıq iş günü müddətində gündəlik əmək haqqı ödənilməklə Şahtaxtı sexinə ikinci dərəcəli fəhlə təyin edilib, xx.xx.1982-ci ildə 255 №-li əmrlə cari ilin 01 oktyabrından İliç Tikinti Materialları Zavodunun təşkili ilə əlaqədar Şahtaxtı travertin bloklar karyeri Naxçıvan kombinatının tərkibindən çıxdığından İddiaçı işdən azad edilib. - İddiaçı tərəfindən təqdim edilən qəbzlərin surətlərindən məlum olur ki, o, 2010-2013-cü illər üzrə ümumilikdə 34 ay kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə müxtəlif məbləğlərdə mə cburi dövlət sosial sığorta haqları ödəmişdir. - Kəngərli Rayon İcra Hakimiyyətinin Şahtaxtı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli, 30 nömrəli arayışdan görünür ki, Əsədov X4 rayon Şahtaxtı kəndində qeydiyyatda durur. - Kəngərli Rayon Polis Şöbəsi tərəfindən 19 aprel 2014-cü il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxxx 1960cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Şahtaxtı kəndində doğulmuş Əsədov X4 rayonu, Şahtaxtı kəndində pasport qeydiyyatındadır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 21 iyun 2023-cü il tarixli, 02/330 nömrəli məktubu ilə məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş arxiv arayışından aydın olur ki, Əsədov X3 Tikinti Materialları Zavodunda xx.xx.1986-ci il tarixli, 597K №-li əmrlə 2-ci dərəcəli işçilikdən, MMZ-555 markalı avtomobilə sürücü vəzifəsinə keçirilmişdir. Lakin əmr kitablarında işdən azad edilməsi barədə məlumata rast gəlinməmişdir. Məktuba həmçinin İddiaçı Şahtaxtı Tikinti Materialları Zavodunda əməkhaqqı alması barədə arxiv arayışları və xx.xx.1986-cı il tarixli əmrin təsdiq edilmiş surəti əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi 17 yanvar 2024-cü il tarixli, 02/86 nömrəli məktubu ilə məhkəmənin sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası X11 Tikinti Materialları Zavodunun və Şahtaxtı Tikinti Materialları Zavodunun sənəd materiallarının mühafizə edilmədiyini bildirib, Kəngərli Rayon Dövlət Arxivində mühafizə edilən Şahtaxtı Tikinti Materialları Zavodun un və ya İliç Tikinti Materialları Zavodunun sənəd materiallarında zavodun dağ-mədən sahəsində fəaliyyət göstərib-göstərməməsini təsdiq edən hər hansı bir məlumata rast gəlinməməsi barədə Kəngərli Rayon Dövlət Arxivinin 10 yanvar 2024-cü il tarixli, 01 №-li məktubunun surətini məhkəməyə göndərmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra– sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə görə bu qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, az ı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi günədək bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: -13-cü maddəsinə əsasən: a) yeraltı işlərdə, əmək şəraiti x üsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsindəki “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, hazırkı işdə iddiaçının əsas hüquqi marağı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı gündən yaşa görə əmək pensiyasının təyin olunmasından ibarətdir. İş materiallarında olan əmək kitabçasında aparılmış qeydlərə, hərbi xidmət dövrünə və əmək kitabçasında qeydin aparılmasına dair arayışlara (rusca), attestat və məcburi dövlət sosial sığorta haqqının ödənilməsinə dair qəbzlərə əsa sən aydın şəkildə görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsindən cavabdeh inzibati orqan tərəfindən imtina edilməsi qanunsuz olduğundan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Həmçinin kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən maliyyə sənədlərini qoruyub saxlamaq, onları dövlət arxiv idarələrinə təhvil vermək, məcburi dövlət sosial sığorta ödənişlərini ödəmək işçinin deyil, işəgötürənin vəzifəsi hesab olunduğundan, sosial sığorta ödənişlərinin aparılmaması belə iddiaçının konstitusion hüququ olan sosial təminat almaq hüququnun pozulmasına səbəb ola bilməz. Həmçinin ”Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanununa əsa sən 2006-cı ilin 01 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmişdir. Kollegiya göstərilən hissədə də, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Bununla yanaşı kollegiya qeyd edir ki, cavabdehin mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən hüquqi baxımdan qanunsuz olduğundan işin faktiki halları ilə əlaqədar cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Beləliklə, kollegiya nəticəyə gəlir ki, cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2-1(122)-12/2024 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli Rayon Şöbəsinin 23 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarını ləğv edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi 12 il 6 aydan artıq olan əmək stajını nəzərə alma qla, bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2-1(122)-12/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2-1(122)12/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibat i kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar