Məhkəmə qərarları › İş №2-1(108)-48/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-48/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-48/2025 08.05.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X5 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X2 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “01 iyul 2023-cü il tarixdən dayandırılmış əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2-1(122 )243/2025 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 iyul 2023-cü il tarixdən dayandırılmış əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2-1(122)243/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 01 iyul 2023-cü il tarixdən dayandırılmış əmək pensiyasının bərpa olunması öhdə liyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2-1(122)243/2025 nömrəli qərarından narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 21(122)-243/2025 nömrəli qərarının ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasını n Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "01 iyul 2023-cü il tarixdən dayandırılmış əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nin heç bir hüquqi əsası yoxdur. Belə ki, xx xxxx 1964-cü ildə anadan olmuş, ünvan 1 ünvanında yaşayan İddiaçı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən, "Təqdimat" vərəqəsində və iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasında qeyd edilən xx.xx.1983-cü il tarixdən xx.xx.2003-cü il tarixə dək (20 il 5 ay 14 gün) M.Seyidov adına Naxçıvan 39 saylı dəmir yolu tam orta məktəbində müəllim vəzifəsində işləməyi ilə əlaqədar xidmət illərinə görə əmək pensiyası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş arayışda İddiaçı xx.xx.1983-cü il tarixli, 38 nömrəli əmrlə M.Seyidov adına Naxçıvan 39 saylı dəmir yolu tam orta məktəbinə "makinaçı-katibə" vəzifəsinə qəbul edilməsi, lakin müəllim vəzifəsinə keçməsi barədə məlumata rast gəlinmədiyi, 2003-cü ilin əmr kitablarının Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən işdən azad olunmasına dair malumatların yoxlanılması mümkün olmadığı qeyd edilmişdir. Bu səbəbdən də, Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən iddiaçıya təyin edilmiş xidmət illərinə görə əmək pensiyası ləğv edilmiş v ə Fondun Pensiya təyinatı şöbəsi tərəfindən vətəndaşın ünvanına xx.xx.2023-cü il tarixli, 14 nömrəli bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Saatlı rayon Dövlət Arxivinin 17 iyul 2023-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1983-cü il tarixdən 1992-ci il tarixədək Naxçıvan 39 saylı dəmir yolu tam orta məktəbində işləmiş və əməkhaqqı almışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 31 may 2024-cü il tarixli, 13/816 nömrəli arxiv arayışında İddiaçı Naxçıvan şəhər 15 nömrəli orta məktəbində işlədiyi (vəzifə göstərilməyib) və xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (7 ay), xx.xx.2001-ci il tarixdən, həmin ilin iyun ayı istisna olmaqla, xx.xx.2001-ci il tarixədək (11 ay), xx.xx.2002-ci il tarixdən, həmin ilin iyun ayı istisna olmaqla, xx.xx.2002-ci il tarixədək (11 ay) və xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək (5 ay) ümumilikdə, 34 ay (2 il 10 ay) əmək haqqı aldığı göstərilmişdir. Həmin arayışda 2003-cü ilin iyul ayından 2006-cı ilədək əmək haqqı cədvəllərində İddiaçı adına rast gəlinmədiyi qeyd edilmişdir. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə istinad edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyin də Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X4 izahatında apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2-1(122)-243/2025 nömrəli qərarının ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 21(122)-243/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya sı məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəs i ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hər əkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında q ərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarı nı dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İş materiallarında olan; Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Naxçıvan şəhəri, 6-cı məhəllə, ev 16 ünvanında yaşayan İddiaçı ünvanlanmış 01 mart 2024-cü il tarixli, 3-17-9-1/2-R-1835/2024 nömrəli məktubdan aydın olur ki, Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən 2003-cü il 19 sentyabr tarixdə 2006-cı il 1 yanvar tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə (Təhsil və uşaq tərbiyə müəssisələrində pedaqoji fəaliyyət göstərənlərin pensiya hüququnun müəyyən edilməsi şərtləri) müvafiq olaraq 070835 nömrəli pensiya işind ə mövcud olan “Təqdimat” vərəqəsində və ******* nömrəli “Əmək kitabçanda” qeydiyyatı aparılmış 1983-cü il 1 aprel tarixdən 2003-cü il 15 sentyabr tarixədək M.Seyidov adına Naxçıvan 39 saylı Dəmir yolu orta məktəbində müəllim işləməyi əsasında xidmət illərinə görə əmək pensiyası təyin olunmuşdur. Lakin, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində araşdırma zamanı məlum olmuşdur ki, o, 1983-cü il 01 mart tarixli, 38 nömrəli əmrlə M.Seyidov adına Naxçıvan 39 saylı Dəmir yolu orta məktəbinə “makinaçı-katibə” vəzifəsinə qəbul edilmiş və daha sonra müəllim keçirilməyi barədə hər hansı bir əmrə rast gəlinməmişdir. Həmçinin, 2003-cü ilin əmr kitabları Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən işdən azad olmağına dair məlumatları yoxlamaq mümkün olmamışdır. Fondun Naxç ıvan şəhər şöbəsi tərəfindən 2003-cü il 16 sentyabr tarixdə təyin olunmuş xidmət illərinə görə əmək pensiyası ləğv edilmiş və 2003-cü il 16 sentyabr tarixdən 2023-cü il 30 iyun tarixədək 28621.04 manat əsassız ödəniş edildiyi məlum olmuşdur. Eyni zamanda 2023-cü il 8 dekabr tarixdə təqdim edilən 2023-cü il 17 iyul tarixli Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Saatlı rayon Dövlət Arxivi və 2023-cü il 7 dekabr tarixli, 13/2107 nömrəli Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin arayışlarına əsasən mövcud olan ümumilikdə 10 il 11 ay sığorta stajına uyğun olaraq da əvvəlki dövr üçün xidmət ilinə görə əmək pensiyası hüququ yoxdur. Məlumat üçün bildirilir ki, ona qanunvericiliyə zidd olaraq ödənilmiş pul vəsaiti qısa müddətdə Fondun hesabına geri qaytarılmalıdır. Əks təqdirdə “Əmək pe nsiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.4-cü maddəsinə (Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır) müvafiq olaraq məhkəmə qarşısında iddia qaldıralacaqdır. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiyaların təyinatı şöbəsi tərəfindən Naxçıvan şəhəri, 6-cı məhəllə, ev 16 ünvanında yaşayan İddiaçı ünvanlanmış 16 noyabr 2023-cü il tarixli, 14 nömrəli əsassız ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması barədə bildirişdən aydın olur ki, xx.xx.2003-cü il tarixdə Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən təyin olunmuş yaşa görə əmək pensiy ası əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə zidd olaraq aparılmışdır. Nəticədə onun pensiya ödənişi xx.xx.2023-cü il tarixdən Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən dayandırılmışdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi Qanunla müəyyən edilmiş hallarda dayandırılsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd olunanlara əsasən, ona xx.xx.2003-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 28621.04 manat (iyirmi səkkiz min altı yüz iyirmi bir manat dörd qəpik) artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Bununla əlaqədar olaraq ona artıq ödənilmiş pu l vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı tələb olunur. Artıq ödənilmiş vəsaitin könüllü şəkildə büdcəyə qaytarılması təmin olunmadığı halda müvafiq məhkəməyə müraciət olunacağı bildirilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli arayışdan aydın olur ki, X9 39 saylı orta məktəbin 1993-1999-cü illərə dair əmək haqqları cədvəlləri Cəmiyyətin arxiv bölməsinə təhvil verilməmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Saatlı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 17 iyul 2023-cü il tarixli arayışdan məlum olur ki, İddiaçı Naxçıvan 39 №-li məktəbdə işləməsi və 1983-1992-ci illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiq əsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxx 1964-cü il tarixdə doğulmuşdur. 0005635 nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixli, 38 №-li əmrlə M.Seyidov adına Naxçıvan 39 saylı Dəmir yolu orta məktəbinə əmək müəllimi təyin edilmiş, xx.xx.2003-cü il tarixli, 43 №-li əmrlə müəllimlər sırasından azad edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Saatlı Rayon Dövlət Arxivinin 30 may 2024-cü il tarixli, 3-48-33.R A/20 nömrəli məktubu ilə Saatlı rayon Dövlət Arxiv idarəsində qorunan Fond №78 Saatlı rayon Dəmiryolu uşaq bağçası fondundan Naxçıvan 39 №-li məktəb kitablarından İddiaçı aid əmək haqqı cədvəlləri birinci instansiya məhkəməsinə göndərilmişdir. Məktubun qeyd hissəsində İddiaçı 1983-2003-cü illər ərzində Naxçıvan 39 №-li dəmiryolu orta məktəbində işlədiyi dövrə aid işə qəbul edilməsi və işdən azad olunması barədə əmrlərin Saatlı Rayon Dövlət Arxiv İdarəsində qorunmadığından təqdim edə bilmədikləri göstərilmişdir. Naxçıvan səhər Təhsil şöbəsi Naxçıvan şəhər 15 saylı orta məktəb tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı, həqiqətən, xx.xx.1983-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Naxçıvan şəhər Azərbaycan Respublikasının Milli Qəhrəmanı M.Seyidov adına 15 №-li tam orta məktəbində əmək müəllimi işləmişdir. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi İdarəsinin 31 may 2024-cü il tarixli, 13/816 nömrəli arxiv arayışlarından məlum olur ki, İddiaçı Azərbaycan Dəmir yolu Naxçıvan hissəsi-Dəmir yolu 39 №-li orta məktəbinə xx.xx.1983-cü il tarixli, 38 №-li əmrlə “makinaçıkatibə” təyin olunması, xx.xx.1985-ci il tarixli, 86 №-li əmrlə məzuniyyətdən qayıtması əmr kitablarında göstərilmişdir. Arayışın qeyd hissəsində 1986-cı il aprel ayından sonrakı dövrlərə dair əmr kitablarının, 1983-cü il və sonrakı dövrlərə dair əməkhaqqı kitablarının Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi, Naxçıvan səhər Təhsil şöbəsi Naxçıvan şəhər 15 saylı orta məktəbin əməkhaqqı kitabları 2000-ci ilin iyun ayından başladığı və həmin kitablarda 2000-ci ilin iyun ayından 2003-cü ilin may ayına qədər əməkhaqqı almasının göstərildiyi, Naxçıvan Şəhər Təhsil şöbəsinin 2003-cü ilə dair əmr kitablarında işdən azad olunması haqqında məlumata rast gəlinmədiyi, arayışın qeyd hissəsində 2003-cü ilin iyun ayından 2006-cı ilə qədər əmək haqqı cədvəllərində adına rast gəlinmədiyi qeyd ed ilmişdir. İddiaçı 070835 nömrəli pensiya işinin materiallarında olan Babək rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin xx.xx.2003-cü il tarixli, 482 nömrəli qərarından məlum olur ki, İddiaçı “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 60-61-ci maddələrinə əsasən xx.xx.2003-cü il tarixdən ömürlük pensiya təyin edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun (01 yanvar 2006-cı ilədək qüvvədə olmuşdur) 60-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar 20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra– sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun o lmayan hallar yarandıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” yə görə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitab çası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmilə şdirilməsi, baxılması və saxlanılması” Qaydalarının: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarından aydın olur ki, Babək rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin xx.xx.2003-cü il tarixli, 482 nömrəli qərarı ilə İddia çı “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 60-61-ci maddələrinə əsasən xx.xx.2003-cü il tarixdən ömürlük xidməti pensiya təyin edilmişdir. İddiaçıya təyin olunmuş pensiya ödənişi xx.xx.2023-cü il tarixdən Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən dayandırılmış və bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli, 14 nömrəli bildiriş ünvanlanaraq xx.xx.2003-cü il tarixdə pensiya təyinatının “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 60-cı maddəsinə zidd olaraq təyin edildiyi və əsassız ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılmalı olması barədə məlumat vermiş, pensiya ödənişinin dayandırılmasının əsası kimi isə sonradan aparılmış araşdırma zamanı iddiaçının 1983-cü il 01 mart tarixli, 38 nömrəli əmrlə M.Seyidov adına Naxçıvan 39 saylı Dəmir yolu orta məktəbinə “makinaçı-katibə” vəzifəsinə qəbul edilməsi və daha sonra müəllim keçirilməyi barədə hər hansı bir əmrə rast gəlinməməsi, həmçinin, 2003-cü ilin əmr kitablarının Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən işdən azad olmağına dair məlumatların düzgünlüyünü yoxlamağın mümkün olmaması, Dövlət Arxivinin arayışlarına əsasən mövcud olan ümumilikdə 10 il 11 ay sığorta stajı olmaqla əvvəlki dövr üçün xidmət illərinə görə əmək pensiyası hüququnun olmaması göstərilmişdir. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqandan dəfələrlə İddiaçı “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 60-61-ci maddələrinə əsasən xx.xx.2003-cü il tarixdən ömürlük xidməti pensiya təyin edilməsi bar ədə xx.xx.2003-cü il tarixli, 482 nömrəli qərarın ləğv edilməsi barədə qəbul edilmiş qərarın məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən İddiaçı təyin olunmuş pensiya işi barəsində yenidən araşdırılma aparılmasına səbəb olan hallar, araşdırılmanın inzibati icraat başlanılmaqla aparılması barədə sübutlar və pensiya təyin edilməsi barədə qərarın ləğv edilməsi barədə qəbul edilmiş qərar məhkəməyə təqdim olunmamışdır. Kollegiya bu hallarla bağlı qeyd edir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi İddiaçı inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin e tmədən M.Seyidov adına Naxçıvan 39 saylı Dəmir yolu orta məktəbinə “makinaçı-katibə” vəzifəsinə qəbul edildikdən sonra hansı əmrlə müəllim keçirilməyinin məlum olmaması və 2003-cü ilin əmr kitabları Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən işdən azad olmağına dair məlumatları yoxlamağın mümkün olmaması əsasları ilə pensiya ödənişini dayandırmışdır. Həmçinin iş materiallarına əlavə olunmuş İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixli, 38 №-li əmrlə M.Seyidov adına Naxçıvan 39 saylı Dəmir yolu orta məktəbinə əmək müəllimi təyin edilmiş, xx.xx.2003-cü il tarixli, 43 №-li əmrlə müəllimlər sırasından azad edilmişdir. İddiaçının M.Seyidov adına Naxçıvan 39 saylı Dəmir yolu orta məktəbində 20 i ldən artıq əmək müəllimi işləməsi faktı əmək kitabçası, arxiv arayışları və şahid ifadələri ilə öz təsdiqini tapır. Belə ki, arxiv arayışlarında 1983-1992-ci illərə və 2000-2003-cü illərə dair əmək haqqı cədvəllərində iddiaçının əmək haqqı alması göstərilmişdir. 1993-1999-cü illərə dair əmək haqqları cədvəllərinin arxivə təhvil verilməməsi iddiaçının məsuliyyət dairəsinə aid edilməklə, onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Başqa sözlə adıçəkilən müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrlərə aid qeydlərin mötəbərliyini şübhə altına almağa əsas ola bilməz. Kollegiya qeyd edir ki, iddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirir. Cavabdeh inzibati orqanın nümayəndəsi izahatında bildirdi ki, iş materiallarında olan İddiaçı aid əmək haqqı cədvəllərində iddiaçıya əksər dövrlərdə 75 manat məbləğində əmək haqqı, bəzi dövrlərdə isə 100 manat məbləğində əmək haqqı ardıcılllıq gözlənilmədən ödənilmişdir. Belə ki, 75 manat iddiaçıya makinaçı-katibə vəzifəsində işləyərkən verilmiş, 100 manat isə iddiaçının digər müəllimlərin dərslərini əvəz etdiyi dövrdə ödənilmişdir. Beləliklə, iddiaçı Naxçıvan 39 saylı Dəmir yolu orta məktəbin də makinaçı-katibə olaraq işləmiş, sadəcə bəzi vaxtlarda müəllimlərin dərslərin əvəz etmişdir. Məhkəmə araşdırması zamanı istər sənədlər əsasında, istərsə də şahid ifadəsindən və İddiaçı izahatından belə müəyyən olunmuşdur ki, iddiaçı ilk dəfə Naxçıvan 39 saylı Dəmir yolu orta məktəbində makinaçı-katibə olaraq işə başlamış, 1 ay bu vəzifədə çalışmış, 1 ay sonra məktəbin əmək müəlliməsi vəzifəsinə keçirilmiş, işdən azad olunduğu vaxtadək əmək müəlliməsi olaraq iş fəaliyyətini davam etdirmişdir. İşə ilk dəfə daxil olarkən ona yarım aklat, yəni 8 saat dərs yazılmaqla əmək haqqı ödənilmiş, daha sonra 16 saat və son olaraq 27 saatadək dərsləri artırılmış və işdən azad olunduğu vaxtadək 27 saat dərs demişdir. Həmiçinin, iddiaçının 75 manat əmək haqqına münasibətdə iddiaçının əvvəl məktəbdə işləd iyi makinaçıkatibə vəzifəsinin əmək haqqının tam aklat olmaqla, yüz manatdan çox maaş aldığı, ona yarım aklat, yəni 8 saat dərs yazıldığı müddətdə isə 75 manat əmək haqqı aldığı, digər müəllimlərin də dərslərini əvəz etdiyi, bu zaman əmək haqqına əlavələr aldığı, 30 manat məbləğində premiyalarının olduğu, məktəbdə ilk vaxtlar ümumiyyətlə müəllimlərin sayının az olduğu, 3 nəfər əmək müəlliminin olduğu, bir-birlərini əvəz etdikləri, məktəb rəhbərliyi tərəfindən sənədləşmə işinin, işçilərin işə daxil olması, azad olması və digər əmrləşdirmə işinin məsuliyyətlə və obyektiv şəkildə aparılmadığı, bu səbəbdən iddaçı İddiaçı əmək müəlliməsi vəzifəsinə keçirilməsi barədə əmrin əmək kitabçasında qeyd olunmadığı, onun kimi məktəbin digər müəllimlərinin də sənədləri (əmrləri) ilə bağlı çətinliklərinin olduğu, məktəbin arxiv sənədlərinin 2010-cu ilə qədər, yəni orada yenidənqurma bərpa işləri aparılana qədər məktəbdə saxlanıldığı, həmin dövrdən sonra yandırıldığı müəyyən olunmuşdur. Kollegiya bu nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən qeyd olunan əsaslarla pensiya ödənişinin ləğv edilərək dayandırılması və artıq ödənilmiş məbləğ kimi geri qaytarılmasının tələb edilməsi əsassızdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qan unda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsu lu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 64-cü maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu ba rədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv e dilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13-cü maddəsinə əsasən qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. K ollegiya bildirir ki, işin müəyyən edilmiş hallarından aydın olur ki, cavabdeh inzibati orqanın təyin edilmiş pensiyanı ləğv edərək pensiya məbləğini dayandırarkən “İnzibati icraat haqqında” Qanunun tələblərinə müvafiq olaraq inzibati icraat aparmamışdır. “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən əmək pensiyası cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh özünün əvvəlki təyinatla bağlı qərarında həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində həmin qərarı ləğv edə bilər. Cavabdeh inzibati orqan tərəfindən İddiaçı pensiya təyin edilməsi barədə sözügedən inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı sübut təqdim edilməmişdir. Beləliklə, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, idd iaçıya pensiya təyin edilməsi barədə cavabdehin xx.xx.2003-cü il tarixli, 482 nömrəli qərarı qüvvədə olmuşdur. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən qanunsuz hesab edilən xx.xx.2003-cü il tarixli, 482 nömrəli qərarı həmin qərarın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilərdi. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-ci maddəsinə əsasən inzibati icraat dedikdə fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliy yət başa düşülür. Həmin maddənin məzmunundan aydın olur ki, inzibati orqanlar fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya öz təşəbbüsləri ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı inzibati akt qəbul edərkən həmin Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində inzibati icraat aparmalıdırlar. Lakin cavabdeh inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozmaqla müvafiq qərara gəlmişdir, eynilə cavabdeh orqan mübahisələndirilən məsələ ilə bağlı inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozmaqla yanaşı inzibati icraata başlamamış və heç bir inzibati akt qəbul etməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbu l etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. “İnzibati icraat” haqqında Qanunun 67.1-ci maddəsinin tələbinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, pensiya ödənişini dayandırması inzibati icraat aparılmadan həyata keçirilməklə cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması ilə nəticələndiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı kollegiya qeyd edir ki, cavabdehin hüquqi qüvvəsini saxlayan qərarı inzibati icraatı aparmadan ləğv etməsi və pensiya ödənişini dayandırması “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən hüquqi baxımdan qanunsuzdur. Beləliklə, kollegiya nəticəyə gəlir ki, cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2-1(122)-243/2025 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “01 iyul 2023-cü il tarixdən dayandırılmış əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2-1(122)243/2025 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2-1(122)243/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar