Məhkəmə qərarları › İş №2-1(108)-49/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-49/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-49/2023 29.09.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X7 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Quliyev Vüqar Kərim oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2023-cü il tarixli, 4/3-2404 nömrəli imtina məktubunun əsassız hesab edilməsi və ona “müharibə veteranı" vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2-1(122)-485/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş ş ikayətə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı 11 aprel 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2023-cü il tarixli, 4/3-2404 nömrəli imtina məktubunun əsassız hesab edilməsi və ona “müharibə veteranı" vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 21(122)-485/2023 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adların ın və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2023-cü il tarixli, 4/3-2404 nömrəli imtina məktubunun əsassız hesab edilməsi və ona “müharibə veteranı" vəsiqəsinin verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması tələbi”nə dair iddiası təmin edilməmişdir. Məhkəmənin qərarından narazı qalan İddiaçı 31 avqust 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2-1(122)-485/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətində göstərmişdir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(122)-485/2023 saylı qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2023cü il tarixli 4/3-2404 nömrəli imtina məktubunu əsassız hesab edərək, ona “Müharibə veteranın və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(122)-485/2023 saylı qərarı ilə razı olmadığını və aşağıdakı göstərilənlərə görə qərarı əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. Belə ki, məhkəmə qərar çıxararkən Cavabdeh N nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 14 iyun 2023-cü il tarixli, A-679 nömrəli arxiv arayışında X8 Komitəsi üzrə xx.xx.N2-ci il tarixli, 184 nömrəli əmr i (§1, sıra nömrəsi 38) ilə çağırışçı kimi qəbul edildiyini, N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 180 nömrəli əmri (§2, sıra nömrəsi 2) ilə şəxsi heyətin siyahısına daxil edildiyini və xx.xx.N2-ci il tarixli, 249 nömrəli əmri (§6, sıra nömrəsi 10) ilə “Sədərək” döyüş bölgəsinə göndərildiyi göstərilsə də xidməti, döyüşlərdə iştirakı və ehtiyata buraxılmağı haqqında məlumatın qeyd edilməməsini əsas gətirilərək iddia tələbi təmin edilməmişdir. Halbuki, AO ******* nömrəli hərbi biletin 4-cü səhifəsində xx.xx.N2-ci il tarixdə hərbi hissənin siyahısına daxil edildiyi, xx.xx.N-ci il tarixdə hərbi hissənin siyahısından çıxarıldığı qeyd olunmuş, Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsinin 22 may 2023-cü il tarixli, 376 nömrəli arayışında xx.xx.N2-ci ildən-xx.xx.N-ci ilədək müddətli həqiqi hərbi xidmətdə olmağı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N-ci i tarixli, 3-5 0309 nömrəli əmrinə əsasən ehtiyata buraxıldığı, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsində qeydiyyatda olduğu, Cavabdeh N nömrəli hərbi hissəsi tərəfindən göndərilmiş 14 iyun 2023-cü il tarixli, A-679 nömrəli arxiv arayışında X8 Komitəsi üzrə xx.xx.N2-ci il tarixli, 184 nömrəli əmri (§1, sıra nömrəsi 38) ilə çağırışçı kimi qəbul edildiyi, N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 180 nömrəli əmri (§2, sıra nömrəsi 2) ilə şəxsi heyətin siyahısına daxil edildiyi v ə xx.xx.N2-ci il tarixli, 249 nömrəli əmri (§6, sıra nömrəsi 10) ilə “Sədərək” döyüş bölgəsinə göndərildiyi qeyd edilmişdir. Əlavə olaraq qeyd edir ki, o,xx.xx.N2-ci il tarixdən 12 may N4-cü il tarixdə atəşkəs elan olunan tarixədək 1 (bir) il 4 (dörd) ay 27 (iyirmi yeddi) gün ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) ərazisində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində xidmət keçdiyini, müvafiq qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində 1 gün hərbi xidmət keçmiş şəxslərə müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi göstərilmişdir. Qeyd olunanlara əsasən 1 (bir) il 4 (dörd) ay 27 (iyirmi yeddi) gün ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) ərazisində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində xidmət keçməyi nəzərə alaraq ona müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin verilməsini qanunun tələblərinə uyğun hesab edir. Sonda iddiaçı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07.08.203-cü il tarixli 2-1(122)-485/2023 nömrəli qərarının ləğv edilməsi və ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin hüquqi əsası kimi, Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N-ci il, 216 saylı Qərarına istinad etmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə baxışı iclasında i ştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və Naxçıvan Naxçıvan MR İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2-1(122)-485/2023 nömrəli qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilməd iyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə şikayət başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Resp ublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iddiaçının izahatını dinləyərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayı b apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, 01 avqust 1973-cü ildə doğulmuşdur. İş materiallarında olan Cavabdeh N nömrəli hərbi hissəsinin N mart 2019-cu il tarixli, 670 nömrəli məktubunda X8 Komitəsi üzrə 19 iyun N2-ci il tarixli, 184 nömrəli əmrlə çağırışçı kimi hərbi xidmətə qəbul edilib və 27 avqust N2-ci il tarixli, 249 nömrəli əmrlə Sədərək döyüş bölgəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 20 avqust 2013-cü il tarixli, 5723 nömrəli məktubundan aydın olur ki, İddiaçı N2-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılaraq N saylı hərbi hissəyə göndərilmişdir. Xidmətini N saylı hərbi hissədə davam etdirmiş və N-ci ildə ordu sıralarından ehtiyata buraxılmışdır. “Müharibə veteranı” vəsiqəsi verilməsi ilə bağlı Naxçıvan MR-nın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən barəsində MN-nin Mərkəzi Arxivinə göndərilən sorğuya xx.xx.2012-ci il tarixdə cavab alınmışdır. Sənədləri hüquqi əsas vermədiyi (hərbi xidmət keçdiyiniz N saylı hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş siyahıları üzrə döyüş əməliyyatlarında iştirak etmədiyi) üçün keçmiş Respublika Hərbi Komissarlığı nəzdində fəaliyyət göstərən «müharibə veteranı» adı və vəsiqələrinin verilməsi üzrə komissiyaya göndərilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağı rış üzrə Dövlət Xidmətinin yaradılması ilə əlaqədar yuxarıda adıçəkilən komissiya ləğv edilmişdir. Bu səbəbdən məsələyə baxılması üçün Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət edilməsi tövsiyə edilmişdir. Cavabdeh N nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 14 iyun 2023-cü il tarixli, A679 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı X8 Komitəsi üzrə xx.xx.N2- ci il tarixli, 184 nömrəli əmri (§ 1, sıra nömrəsi 38) ilə çağırışçı kimi hərbi xidmətə qəbul edilmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 180 nömrəli əmri (§ 2, sıra nömrəsi 2) ilə şəxsi heyətin siyahısına daxil edilmiş və xx.xx.N2-ci il tarixli, 249 nömrəli əmri (§ 6, sıra nömrəsi 10 ) ilə “Sədərək” döyüş bölgəsinə göndərildiyi üçün hərbi hissənin yemək qeydiyyatından çıxarılmışdır. İddiaçı xidməti, döyüşlərdə iştirakı və ehtiyata buraxılması haqqında məlumat yoxdur. İşə əlavə edilmiş AO seriyalı, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətinin 4-cü səhifəsində İddiaçı xx.xx.N2-ci il tarixdə hərbi hissənin siyahısına daxil edildiyi, xx.xx.N-ci il tarixdə hərbi hissənin siyahısından çıxarıldığı qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 240 nömrəli arayışdan aydın olur ki, 1966-cı il təvəllüdlü İddiaçı xx.xx.N2-ci ildə Babək rayon Hərbi Komissarlığı tərəfindən təlim toplantısına çağrılaraq Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Kom itəsinə təhvil verilmişdir. Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin 22 may 2023-cü il tarixli, 376 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.N2-ci ildən -xx.xx.N-ci ilədək müddətli həqiqi hərbi xidmətdə olmuş, Azərbaycan Respublikası Müdafiə Nazirinin Silahlı Qüvvələrin Baş qərargah rəisinin xx.xx.N-ci il tarixli, 35 0309 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsində qeydiyyatdadır. İnzibati işin materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 25 mart 2023-cü il tarixli, 4/3-2404 nömrəli məktubdan məlum olur ki, ona "müharibə veteranı” adının və vəsiqəsinin verilm əsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2017-ci il və təkrar xx.xx.2019-cu il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissə tərəfindən verilən xx.xx.2019-cu il tarixli, 670 nömrəli arayışa əsasən xx.xx.N2-ci il tarixdən sonrakı hərbi xidməti barədə məlumat olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 422 nömrəli qərarı əsas tutularaq ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia ərizəsinə etirazı nda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azər baycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyinə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərb i döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə təsdiqini tapmasıdır. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Norma ümumiləşdirilərək qeyd edilir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyaşında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. Şəxsin xidmət keçməsi, hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması, bunun müvafiq sənədlərdə əks edilməsi, bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərdən birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini isti sna edən faktiki əsasa gəldikdə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 670 nömrəli arayışa əsasən iddiaçının xx.xx.N2-ci tarixdən sonrakı hərbi xidməti barədə məlumatlar aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciəti barədə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qər arında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv ara yışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veterenlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından mübaribə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017- ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Re spublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı ca vabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübu ta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N-ci il tarixli, 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə”yə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olm aqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra ha kimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Kollegiya qeyd edir ki, iddiaçıya məxsus hərbi biletdə onun N2-сi ilin iyun ayında hərbi xidmətə çağırılması, N-ci ilin iyun ayında ehtiyata buraxılması barədə məlumat qeyd olunsa da yuxarıda sadalanan normaların tələbinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı təsdiq edən hərbi bilet yalnız, şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda veteran adının verilməsi üçün əsas sayıla bilər. İşin araşdırılması zamanı belə bir halın olması (hərb i hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları) müəyyən edilməmiş, həmçinin iddiaçı bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən məktubda İddiaçı N2-ci ildə N saylı hərbi hissəyə çağırılması daha sonra xidməti N saylı hərbi hissədə davam etdirməsi və N-ci ildə ordu sıralarında ehtiyata buraxılması öz təsdiqini tapsa da, onun hərbi xidmət keçməsi, döyüşlərdə iştirakı, hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə hər hansı bir məlumat mövcud deyil. Şəxsin hərbi hissədə hərbi xidmətdə olma faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, hərbi xidmət keçməsini, həm də qanunla müəyyən edilmiş qay dada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Cavabdeh inzibati orqan iddiaçıya müharibə veteranı adın ın və vəsiqəsinin verilməsindən imtinasını N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 670 nömrəli arayışa əsasən xx.xx.N2-ci il tarixdən sonrakı hərbi xidməti barədə məlumatların aşkar edilməməsi ilə əsaslandırır. Kollegiya hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna is tinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.İddiaçı müvafiq inzibari aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış, sübutlara maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmiş, işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlinmişdir. Ona görə də İddiaçı şikayəti təmin edilmə məli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2-1(122)-485/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 89, 90, 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı Cavabdehnə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2023-cü il tarixli, 4/3-2404 nömrəli imtina məktubunun əsassız hesab edilməsi və ona “müharibə veteranı" vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2-1(122)-485/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 21(122)-485/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar