Məhkəmə qərarları › İş №2-1(108)-49/2025

Ali Məhkəmə Qərar — İş №2-1(108)-49/2025

13.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-49/2025 13.05.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X12 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı və iddiaçının nümayəndəsi X10, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 21(122)-386/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin pensiya təminat şöbəsinin 17 yanvar 2024-cü il tarixli, 15 nömrəli qərarının ləğv edilməsi və 65 yaşı tamam olduğu 01 oktyabr 2023-cü il tarixdən ona əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 17 yanvar 2024-cü il tarixli, 15 nömrəli qərarının ləğv edilməsi və ona 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Tural Əliyev) 27 fevral 2025-ci il tarixli, 2-1(122)-386/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminat şöbəsinin 17 yanvar 2024-cü il tarixli, 15 nömrəli qərarının ləğv edilməsi, 65 yaşı tamam olduğu üçün 01 oktyabr 2023-cü il tarixdən İddiaçı əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ona 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi üçün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Ə mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin 17 yanvar 2024-cü il tarixli, 15 nömrəli qərarı ilə onun müvafiq müraciətindən imtina edilmişdir. Mübahisələndirilən qərarda yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanın əsası kimi onun fərdi hesabında tələb olunan pensiya kapitalının və 25 il ümumi iş stajının olmaması, həmçinin xx.xx.2006cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabında qeydə alınmış minimum pensiya kapitalının olmaması göstərilmişdir. İddiaçı qeyd edir ki, onun 2006-cı ildən sonra mülkiyyətində olan təsərrüfat təyinatlı torpaq sahəsinin istifadəsinə görə DSMF-də fərdi hesabına sosial sığorta ödənişləri edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində biri nci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi barədə məlumatlar sığortaolunanın fərdi şəxsi hesabında (X8 Sistemində) öz əksini tapmamışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibat i Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. İşdə olan Culfa rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 05/Q-61/69 nömrəli arayışından görünür ki, xx.xx.1958-ci ildə Culfa rayon Bəyəhməd kəndində anadan olmuş İddiaçı Culfa rayon Qeydiyyat şöbəsində xx.xx.2004-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 saylı qərarına əsasən soyadını Hacıyev soyadından Hacızadə soyadına dəyişdirmişdir. İşdə olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinat şöbəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 17 yanvar 2024-cü il tarixli, 15 nömrəli qərarından görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən tələb olunan 25 il sığorta stajı olmadığından və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsi tətbiq edilməklə, avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin etmək üçün xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış minimum pensiya kapitalı o lmadığından, İddiaçı yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, xx.xx.2015-ci il tarixli, MAA seriyalı, ******* nömrəli qəbzlə X11 adına 14,80 manat, xx.xx.2015-ci il tarixli, MAA seriyalı, ******* nömrəli qəbzlə 11,80 manat, xx.xx.2016-cı il tarixli, MAA seriyalı, ******* nömrəli qəbzlə İddiaçı adına 16,80 manat, xx.xx.2018-ci il tarixli, MAA seriyalı, ******* nömrəli qəbzlə X11 adına 24,80 manat olmaqla, cəmi 68,20 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. İşdə olan JN-155 nömrəli (KOD ********) Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və onun ailə üzvləri X9, X5, X6, X7, X10 mülkiyyətinə Culfa Rayon Aqrar islahat Komissiyasının 25 noyabr 1996-cı il t arixli, 04 saylı qərarına əsasən 0,55 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pens iyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pen siyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı nəzərdə tutulmuşdur. Bu zaman vətəndaşlar üçün 01 yanvar 2019-cu ildən etibarən xüsusi güzəştlər müəyyən edilmişdir. Qanunun 22.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsi qeyd edilmişdir. Bu güzəştlərdən yararlanmaq üçün sığortaolunanın fərdi hesabının sığorta hissəsində 01 iyul 2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Pensiya kapitalının məbləği isə hüquqi əhəmiyyətə malik deyil. İşin faktiki hallarından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 65 yaşı tamam olmuşdur. İddiaçıya məxsus ödəniş qəbzlərindən aydın olur ki, iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə xx.xx.2015-ci il tarixli, MAA seriyalı, ******* nömrəli qəbzlə 14,80 manat, xx.xx.2015-ci il tarixli, MAA seriyalı, ******* nömrəli qəbzlə 11,80 manat, xx.xx.2016-cı il tarixli, MAA seriyalı, ******* nömrəli qəbzlə 16,80 manat, xx.xx.2018-ci il tarixli, MAA seriyalı, ******* nömrəli qəbzlə 24,80 manat olmaqla, cəmi 68,20 manat məbləğində məcburi dövlət sosial sığorta haqq ı ödəmişdir. Bu da iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İddiaçının təqdim etdiyi ödəniş qəbzlərinin mötəbərliyinə dair tərəflər arasında hər hansı mübahisə yoxdur. Tərəflər arasında mübahisə iddiaçının fərdi hesabında tələb olunan pensiya kapitalının və 25 il ümumi iş stajının olmaması, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış minimum pensiya kapitalının olmamasıdır. Cavabdehin apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqı ödəməsi barədə məlumatlar sığortaolunanın fərdi şəxsi hesabında (X8 Sistemində) öz əksini tapmamışdır. Bu səbəbdən iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilə bilməz. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını ödəməsi barədə məlumatların elektron sistemdə öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və bu hal vətəndaşın sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibs ə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqları ödəməsini qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödəməməsinə, həmçinin iddiaçının təqdim etdiyi ödəniş qəbzlərinin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının xx.xx.2 015-ci il tarixli, MAA seriyalı, ******* nömrəli qəbzlə 14,80 manat, xx.xx.2015-ci il tarixli, MAA seriyalı, ******* nömrəli qəbzlə 11,80 manat, xx.xx.2016-cı il tarixli, MAA seriyalı, ******* nömrəli qəbzlə 16,80 manat, xx.xx.2018-ci il tarixli, MAA seriyalı, ******* nömrəli qəbzlə 24,80 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməsi müəyyən edilir ki, bu da iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsasl ar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 21(122)-386/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Na xçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar