Məhkəmə qərarları › İş №2-1(108)-5/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-5/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-5/2022 25.01.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Mirzəyev İlqar Məhərrəm oğlunun (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun 2020-ci ilin 01 yanvar tarixindən müvəqqəti mənzil kirayəsi xərclərinin icra hakimiyyəti tərəfindən ödənişinin təmin edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(122)-153/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı 02 avqust 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinin təmin olunması barədə iddia ərizəsi ilə müraciət edərək onun 2020-ci ilin 01 yanvar tarixindən müvəqqəti mənzil kirayəsi xərclərinin icra hakimiyyəti tərəfindən ödənişinin təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 21(122)-153/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun 2020-ci ilin 01 yanvar tarixindən müvəqqəti mənzil kirayəsi xərclərinin icra hakimiyyəti tərəfindən ödənişinin təmin edilməsi tələbi”nə dair iddiası rədd edilmişdir. Məhkəməni n qərarından narazı qalan İddiaçı 03 dekabr 2021-ci il tarixdə şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(122)153/2021 saylı qərarının ləğv edilməsini, ilkin iddia tələbinin təmin olunmasını, hər ay müvəqqəti mənzil kirayəsi üçün kompensasiya ödənişinin 2020-ci ilin yanvar ayından icrasının cavabdeh yerli icra hakimiyyəti orqanının üzərinə qoyulmasını kollegiyadan xahiş etmişdir. İddiaçı “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli, 36 nömrəli Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun 147-ci maddəsinin 6-cı hissəsinə və “Hə rbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli, 36 nömrəli Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci hissəsinə istinad edərək şikayətini onunla əsaslandırır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Aşağıdakı hüquq normalarına və işin faktiki hallarına əsasən hesab edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əs assızdır. Buna görə də ləğv edilməlidir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında 30 mart 1998-ci il tarixli, 692 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinin 15-ci hissəsində, həmin Qanunun 147-ci maddəsinin altıncı və yeddinci hissələrinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirir. İddiaçı hesab edir ki, “Hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171 nömrəli Qərarı ilə iddiaçının müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya ödənişini alması tələbi qanuni və əsaslıdır. Şikayətə qar şı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verib Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(122)-153/2021 saylı qərarının ləğv edilməsini, ilkin iddia tələbinin təmin olunmasını, hər ay müvəqqəti mənzil kirayəsi üçün kompensasiya ödənişinin 2020-ci ilin yanvar ayından icrasının cavabdeh yerli icra hakimiyyəti orqanının üzərinə qoyulmasını kollegiyadan xahiş etmişdir. Cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 izahatında apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilmədən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(122)-153/2021 saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icr aatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, inzibati mübahisəyə dair iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini müzakirə edib və birinci instansiya məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Kollegiya İddiaçı apellyasiya şikayətində istinad etdiyi “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun 147-ci maddəsinin 6-cı hissəsinə və “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli, 36 nömrəli Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci hissəsinə münasibətdə qeyd edir ki, hüquq normalarının məzmunundan da aydın olduğu kimi istinad edilən maddələr hərbi qulluqçuların, ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahəsi və ya fərdi yaşayış evinin t ikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququnu ehtiva edir. İddiaçı isə 02 avqust 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə daxil olmuş iddia ərizəsi ilə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tələbə iddia həcmində baxıldığından kollegiya apellyasiya şikayətində istinad edilən müvafiq maddi hüquq normalarına inzibati iş ilə əlaqəli münasibət bildirməyi məqsədəmüvafiq hesab etmir. Kollegiya həmçinin İddiaçı apellyasiya şikayətində istinad etdiyi digər bir dəlil olan “Hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” 13 iyul 2006-cı il tarixli, 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetin in Qərarının 1-ci bəndinin 1-ci hissəsinə münasibətdə qeyd edir ki, istinad edilən norma ilə müəyyən edilmiş mənzil kirayəsi üçün kompensasiya ödənilməsi hüququ yaşayış yeri olmayan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına şamil edilir. İş materiallarına əlavə edilmiş İddiaçı şəxsi işindən çıxarışın təsdiq olunmuş surətinə əsasən isə İddiaçı 17 may 2019-cu il tarixdə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən, yəni öz arzusu ilə ehtiyata buraxılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 4-cü hissəsinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış e vinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləği və ödənilməsi qaydası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 06 avqust 2012-ci il tarixli, 174 nömrəli, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 16 noyabr 2012-ci il tarixli, 94 nömrəli Qərarları ilə müəyyən e dilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. İddiaçı isə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən, yəni öz arzusu ilə ehtiyata buraxıldığından qeyd edilmiş qərara əsasən müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ ona şamil edilə bilməz. Belə ki, qanunverici tərəfindən birmənalı olaraq mənzil kirayəsi xərcləri ödənilməli olan şəxslərin dairəsi müəyyənləşdirilmişdir. İddiaçı isə müəyyən edilmiş kateqoriyaya daxil olmadığından, hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxıldığı halda mənzil kirayəsi xərclərinin cavabdeh inzibati orqan tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərindən çıxış edərək hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün qiymətlən dirərək yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarına düzgün istinad etmiş, iddia tələbinin əsaslarına münasibətdə düzgün nəticəyə gəlmiş və iddianı rədd etməkdə haqlı olmuşdur. Ümumiyyətlə kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında şikayətdə göstərilmiş dəlilləri hər tərəfli öyrənərək, şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsində iddianı rədd edərkən mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya tərəfindən şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Azərbayca n Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İnzibati mübahisəyə dair işə kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilmədiyindən inzibati iş üzrə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun 2020-ci ilin 01 yanvar tarixindən müvəqqəti mənzil kirayəsi xərclərinin icra hakimiyyəti tərəfindən ödənişinin təmin edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(122)153/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(122)-153/2021 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan qərarı qəbul edərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə uyğun olaraq yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlara əsaslanmışdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun 2020-ci ilin 01 yanvar tarixindən müvəqqəti mənzil kirayəsi xərclə rinin icra hakimiyyəti tərəfindən ödənişinin təmin edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(122)-153/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(122)-153/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar