Məhkəmə qərarları › İş №2-1(108)-5/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-5/2023

10.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-5/2023 10.01.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Muradov Vüsal Hicran oğlunun məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikası “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, e-2-1(122)201/2022 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 15 avqust 2022-ci il tarixdə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" Publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçıya təyin edilmiş aylıq pensiyanın 20 faiz miqdarında tutularaq fondun büdcəsinə bərpa edilməsinin dayandırılması və 2021-ci ilin noyabr ayından hər ay əmək pensiyasının 20 faizi miqdarında tutulmuş məbləğin iddiaçıya geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 30 avqust 2022-ci tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əvvəlki iddia tələbinin dəyişdirilərək, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ap aratının Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsi tərəfindən qəbul edilmiş “artıq ödənilmiş pul vəsaitinin fondun büdcəsinə bərpa edilməsi haqqında” 27 oktyabr 2021-ci il tarixli, 06 nömrəli qərarının ləğv edilməsi və 2021-ci ilin noyabr ayından 30 avqust 2022-ci il tarixə qədər hər ay aylıq əmək pensiyasının 20 faizi miqdarında tutulmuş məbləğin iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, e-2-1(122)-201/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, e-21(122)-201/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh “Naxçıvan Muxtar Res publikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Aparatının Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsi tərəfindən qəbul edilmiş “artıq ödənilmiş pul vəsaitinin fondun büdcəsinə bərpa edilməsi haqqında” 27 oktyabr 2021-ci il tarixli, 06 nömrəli qərarının ləğv edilməsi və 2021-ci ilin noyabr ayından 30 avqust 2022-ci il tarixə qədər hər ay aylıq əmək pensiyasının 20 faiz miqdarında tutulmuş məbləğin İddiaçı geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi 29 noyabr 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar R espublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, e-2-1(122)-201/2022 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti 09 dekabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına daxil olmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsi apellyasiya şikayətində göstərmişdir ki, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə qarşı qaldırdığı iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 21 avqust 1966-cı il təvəllüdlü İddiaçı adına tərtib olunmuş 12 may 2 016-cı il tarixli, 05212 nömrəli məlumat vərəqinə və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci və 20.14.1-ci maddələrinə müvafiq olaraq "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Aparatının Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinin 31 may 2016-cı il tarixli, 1538 nömrəli qərarına əsasən xx.xx.2015-ci il tarixdən İddiaçı güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə pensiya hüququ vardır. Həmin Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 2 faizi miqdarında əlavə hesablanır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində şəxsin pensiya təminatı hüququ onun mənsubiyyəti ilə əlaqələndirilmişdir. Belə ki, şəxsin hüquqi vəziyyəti hər şeydən əvvəl onun statusundan vətəndaş, əcnəbi (başqa dövlətin vətəndaşı), vətəndaşlığı olmayan şəxs, bir neçə (ikili) vətəndaşlığı olan şəxs olmasından asılıdır. Azərbaycan Respublikasının qanunvericiliyi isə ikili vətəndaşlığı tanımır. Azərbaycan Respublikası vətəndaşı başqa dövl ətin vətəndaşlığını qəbul etdiyi halda Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan pensiya təminatı hüququna malik olmurlar. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və Azərbaycan Respublikası vətəndaşının pasportu şəxsin Azərbaycan Respublikası vətəndaşı olmasını təsdiq edir. Həmin Qanunun 3.2-ci maddəsi ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin pensiya hüququ qazanması halları tənzimlənir. Həmin maddəyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız ölkəmizdə daimi yaşadıqda bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikası vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Qanunun 3.3-cü maddəsinə əsasən hərbi qulluqçuların pensiya təminatı ilə bağlı müddəalar, həm də xüsusi rütbəli şəxslərə də şamil olunma sı göstərilmişdir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs əcnəbi hesab olunur. Dövlət Miqrasiya Xidməti tərəfindən İddiaçı etibarlılıq müddəti xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrə müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Yalnız xx.xx.2019-cu il tarixdə İddiaçı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsi tərəfindən AA ******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyasının "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsi üzrə gəlirlərin və xərclərin icrasına dair auditin nəticələri haqqında" Q-95 nömrəli 06 iyul 2018-ci il tarixli qərarına əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələbinin pozulması halı ilə əlaqədar olaraq artıq ödənilmiş pensiya məbləğlərinin bərpa edilməsi idarənin qarşısında vəzifə olaraq qoyulmuşdur. Bununla əlaqədar olaraq İddiaçı Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədin olmadığı xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə ona 25420,71 manat (iyirmi beş min dörd yüz iyirmi manat, yetmiş bir qəpik) artıq pul vəsaiti ödənilmişdir. Artıq ödənilmiş 25420,71 manat məbləğin də pul vəsaiti "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinin xx.xx.2021-ci il tarixli, 06 nömrəli qərarına əsasən aylıq pensiya məbləğindən hər ay 20 faiz miqdarında tutularaq Fondun büdcəsinə bərpa edilməsinə başlanılmışdır. Beləliklə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədinin olmadığı halda, onun pensiya sənədlərini Özbəkistan Respublikası Müdafiə Nazirliyinin Surxandərya Vilayəti üzrə Müdafiə məsələləri idarəsindən gətirilmiş və pensiya təyin olunması üçün 13 may 2016-cı il tarixli, 1340 nömrəli məktubla Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rü tbəli şəxslərlə iş şöbəsinə göndərmişdir. Buna görə də, vətəndaş İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq qeydiyyatı olmadığı üçün, həmin dövrün pensiyasını Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, həmin orqanın xətti ilə Özbəkistan Respublikası Müdafiə Nazirliyinin Surxandərya Vilayəti üzrə Müdafiə məsələləri idarəsi tərəfindən ödənilməsini tələb edə bilər. Yuxarıda göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında düzgün qərar qəbul etməmişdir. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinə, 129-cu madd əsinin 3-cü hissəsinə, 149-cu maddəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş etirazda apellyasiya şikayətinin təmin edilməməsi, məhkəmə qərarının qüvvədə saxlanılması xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasındakı izahatında cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 noyabr 2022ci il tarixli, e-2-1(122)-201/2022 nömrəli qərarının dəyiş dirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. İddiaçı şifahi məhkəmə baxışının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyindən, kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edi lməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlamaqla aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konsti tusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və y a dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və s übutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. - 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi bi rinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər İş materiallarında olan; -"Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Aparatının Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsi tərəfindən qəbul edilmiş “artıq ödənilmiş pul vəsaitinin fondun büdcəsinə bərpa edilməsi haqqında” 27 oktyabr 2021-ci il tarixli, 06 nömrəli qərarda göstərilmişdir ki, 21 avqust 1966-cı il təvəllüdlü İddiaçı adına Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən tərtib olunmuş 12 may 2016-cı il tarixli, 05212 nömrəli məlumat vərəqinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci və 20.14.1-ci maddələrinə müvafiq olaraq “Naxçıvan Mux tar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Aparatının Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinin 31 may 2016-cı il tarixli, 1538 nömrəli qərarına əsasən xx.xx.2015ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilərək ödəniş aparılmışdır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. İddiaçı güzəştli şərtlə yaşa görə əmək pensiya təyin edilməsi üçün onun tərəfindən təqdim edilmiş sənədlərdə göstərilir ki, Dövlət Miqrasiya Xidməti tərəfindən İddiaçı verilmiş MYİ-029 5026 nömrəli vəsiqəyə əsasən ona Azərbaycan Respublikasının ərazisində xx.xx.2016-cı il tarixdə xx.xx.2017-ci il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən İddiaçı verilmiş MYİ-0295723 nömrəli vəsiqəyə əsasən ona Azərbaycan Respublikasının ərazisində xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən İddiaçı verilmiş MYİ-0296428 nömrəli vəsiqəyə əsasən ona Azərbaycan Respublikasının ərazisində xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Şahbuz RPŞ tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı AA ******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi verilmişdir. Beləliklə, İddiaçı Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədin olmadığı xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə ona 25420,71 manat (iyirmi beş min dörd yüz iyirmi manat yetmiş bir qəpik) məbləğində artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunan vəsaitin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.2-ci maddəsinə əsasən vətəndaşın aylıq 840,10 manat məbləğində əmək pensiyasından hər ay 168,02 manat (20%-168,02) məbləğində pul vəsaitinin tutularaq Fondun büdcəsinə bərpa edilməsi zərurəti yaranmışdır. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Hazırki qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu nun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Qanununun 28.1.2, 64.1, 72 və 82-ci maddələrini və “Əmək pensiyaları haqqında” Azərbaycan Respub likası Qanununun 3.2-ci və 39.2-ci maddələrinin istinad edilməklə İddiaçı aylıq əmək pensiyasından xx.xx.2021-ci il tarixdən etibarən hər ay 20%-168,02 manat məbləğində pul vəsaitinin tutularaq artıq ödənilmiş 25420,71 manat məbləğində pul vəsaitinin Fondun büdcəsinə bərpa edilməsi qərara alınmışdır. - Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 21 aprel 2016-cı il tarixli, MYİ seriyalı, ******* nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin surətindən görünür ki, Özbəkistan vətəndaşı İddiaçı 20 aprel 2017-ci il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 07 sentyabr 2022-ci il tarixli, 06-01/509 nömrəli məktubdan aydın olur ki, N axçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 06 mart 2019-cu il tarixli, ******* nömrəli qərarı ilə 21 avqust 1966-cı ildə Şahbuz rayonu, Aşağı Qışlaq kəndində anadan olmuş İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. - Şahbuz Rayon Polis Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 27 sentyabr 2022-ci il tarixli, 7/1-1043 nömrəli məktubdan məlum olur ki, xx.xx.1966-cı il tarixdə Şahbuz rayonu, Aşağı Qışlaq kəndində doğulmuş İddiaçı xx.xx.2019-cu ildən Aşağı Qışlaq kəndində qeydiyyatda dayanır. Cavabdeh inzibati orqanın iddiaya qarşı etirazında göstərilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 21 avqust 1966-cı il təvəllüdlü İddiaçı adına tərtib olunmuş 12 may 2016-cı il tarixli, 05212 nömrəli məlumat vər əqəsinə və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci və 20.14.1-ci maddələrinə müvafiq olaraq "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Aparatının Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinin 31 may 2016-cı il tarixli, 1538 nömrəli qərarına əsasən xx.xx.2015-ci il tarixdən İddiaçı güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilmişdir "Əmək pensiyaları haqqında" Azərbacan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə pensiya hüququ vardır. Həmin Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmə t üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 2 faizi miqdarında əlavə hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Dövlət Miqrasiya Xidməti tərəfindən İddiaçı etibarlılıq müddəti xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək,xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək,xx.xx.2018-ci il tarixd ən xx.xx.2019-cu il tarixədək olan dövrə müvəqqəti yaşamaq icazəsi verilmişdir.Bundan sonra xx.xx.2019-cu il tarixdə İddiaçı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz RPŞ tərəfindən AA ******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi verilmişdir. İddiaçı Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədin olmadığı üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə ona artıq ödənilən 25420,71 manat (iyirmi beş min dörd yüz iyirmi manat yetmiş bir qəpik) məbləğində pul vəsaiti " Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Aparatının Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinin 27 oktyabr 2021-ci il tarixli.06 nömrəli qərarına əsasən İddiaçı ödənilməli olan aylıq pensiya məbləğindən hər ay 20 faiz tutularaq Fondun büdcəsinə bərpa edilir.Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədin olmadığı halda,onun pensiya sənədləri Özbəkistan Respublikası Müdafiə Nazirliyinin Surxandərya Vilayəti üzrə Müdafiə məsələləri idarəsindən gətirilmiş və pensiya təyin olunması üçün 13 may 2016-cı il tarixli, 1340 nömrəli məktubla Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinə göndərmişdir.Buna görə də, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq qeydiyyatı olmadığı üçün, həmin dövrün pensiyasını Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraci ət edərək, həmin orqanın xətti ilə Özbəkistan Respublikası Müdafiə Nazirliyinin Surxandərya Vilayəti üzrə Müdafiə məsələləri idarəsi tərəfindən ödənilməsini tələb edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra– sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təy in edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. - 39.2-ci maddəsinə əsasən bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan R espublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 sentyabr 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Qanun ümumi icraat qaydalarını müəyyən edən ümumi qanundur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. “İnzibati icraat haqqında ”Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. “İnzibati m übahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarının 9 və 10-cu bəndlərində göstərilmişdir ki, inzibati orqanlar suverenlik daşıyıcıları olaraq hakimiyyət səlahiyyətlərini həyata keçirdikləri üçün əksər hallarda funksional vəzifələrinin icrası ilə bağlı konkret məsələni nizama salmaq məqsədilə müstəqil qaydada inzibati akt qəbul etmək və həmin aktları bir qayda olaraq qanunvericilikdə təsbit edilmiş məcburetmə vasitələri ilə özləri icra etmək imkanlarına malikdirlər. Belə inzibati aktlar iki kateqoriyaya aid edilirlər - pul tələblərinin ödənilməsinə dair və ya borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbu r edən inzibati aktlar. Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun: 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. - 10.4-cü maddəsinə əsasən eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Kollegiya birinci instansiya məhkəməsinin mübahisənin həllində “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsini tətbiq etməsi ilə bağlı gəldiyi nətic ə ilə razılaşır və qeyd edir ki, mübahisələndirilən 27 oktyabr 2021-ci il tarixli, 06 nömrəli qərarda ona istinad edilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. ”İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Kollegiya sadalanan m addi hüquq normalarının tələblərini, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini, Ali Məhkəmənin tövsiyəsini nəzərə alaraq qeyd edir ki, inzibati orqan kimi pensiya təyin edən orqan da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Həmin müddəaların təsbit edildiyi “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsi ümumi norma kimi çıxış edir. Lakin “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi hazırki mübahisəni tənzimləyən xüsusi normadır. Xüsusi normalar ümumi normaların fəaliyyət dairəsini məhdudlaşdırır. Belə ki, xüsusi norma olduqda ümumi norma tətbiq edilmir. Bu yanaşma “lex specialis derogat legi generali”, yəni “xüsusi qanun ümumi qanunu ləğv edir” prinsipindən irəli gəlir. Ona görə də hazırkı mübahisəyə münasibətdə xüs usi norma kimi “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi tətbiq edilməlidir. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Maddənin məzmunundan göründüyü kimi əmək pensiyasını təyin edən orqanın qərarı əsasında artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması yalnız əmək pensiyaçısının razılığı olduqda mümkündür. İş materiallarından və cavabdeh inzibati orqanın nümayəndəsinin izahatından aydın olur ki, əmək pensiyaçısı İddiaçı bununla bağlı hər hansı bir razılığı olmamışdır. Göründüyü kimi inzibati orqan əmək pensiyaçısı İddiaçı razılığı olmadan artıq ödənil miş pul vəsaitinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.2-ci maddəsinə əsasən ondan hər ay aylıq əmək pensiyasının 20 faiz miqdarında tutularaq Fondun büdcəsinə ödənilməsi barədə qərar qəbul etməklə qanunun tələbini pozmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq əmək pensiyaçısının razılığı olmadan əmək pensiyasından tutmanın aparılmasına istinad edib “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Aparatının Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinin “artıq ödənilmiş pul vəsaitinin fondun büdcəsinə bərpa edilməsi haqqında” 27 oktyabr 2021-ci il tarixli, 06 nömrəli qərarını ləğv etməklə 2021-ci ilin noyabr ayından 30 avqust 2022-ci il tarixə qədər hər ay aylıq əmək pensiyasının 20 faiz miqdarında tutulmuş məb ləğin İddiaçı geri qaytarılması öhdəliyini cavabdehə həvalə etmişdir. Cavabdeh apellyasiya şikayətində İddiaçı Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədinin olmadığına istinad edib xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə ona 25420,71 manat artıq pul vəsaitinin ödənilməsini mübahisələndirmişdir. Kollegiya qeyd edir ki,apellyasiya şikayətinin dəlilləri iddianın predmetinə aid olmadığından qanunvericiliyin tələbinə əsasən həmin dəlillərə hüquqi qiymət verilə bilməz. Beləliklə, kollegiya inzibati işin araşdırılmış hallarına əsaslanmaqla hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində göstəril ən dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsas təşkil etmir. Kollegiya belə nəticəyə gəlir ki cavabdeh Naxçıvan Muxtar Respublikası “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, e-2-1(122)201/2022 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Cavabdeh Naxçıvan Muxtar Respublikası “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, e-2-1(122)201/20 22 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar